Məhkəmə qərarları › İş №e-2-2(113)-502/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-502/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-502/2025 23.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 201958,13 manat borc məbləği və 492 manat dövlət rusumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi Cavabdeh MMC ilə icraçı İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixdə 358 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Amma sifarişçi müqavilənin bir nüsxəsini icraçı tərəfə qaytarmamışdır. Alqı-satqı qara qaimə və elektron qaimələrə əsasən həyata keçirilmişdir. Sifarişçi Cavabdeh MMC şərtlərə uyğun olaraq üzərinə götürdüyü öhdəliyin bir qismini icra etmiş və ödəniş tapşırıqlarında qaimə nömrələrindən əlavə, müqavilənin də nomrəsini və tarixini qeyd etmişdir. Amma qaimələrə əsasən qalıq borc olan 201958,13 manat bu günə kimi ödənilməmişdir və cavabdeh qalıq borcu odəməktən imtina edir. Bu səbəbdən İddiaçı MMC ziyanla qarşılaşmışdır. Tərəflər arasındakı münasibətlər müqavilədən irəli gələn öhdəliklər olduğundan hazırkı iş üzrə cavabdeh sifarişçi tərəf olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün İddiaçı MMC xx.xx.2024-ci il tarixdə hazırkı iş üzrə cavabdeh tərəfə pretenziya məktubu ilə müraciət etmiş, müqavilə öhdəliyi üzrə yaranmış borc məbləğinin ödənilməsi xahiş olunmuşdur.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, cavabdehin müqavilə üzrə ödəməli olduğu 201958,13 manat məbləğində borc, 50000 manat məbləğində cərimə, 492 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 252450 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin əsasını təşkil edən sübutlar təqdim edilməmiş, məhkəməyə təhrif olunmuş məlumatlar verilmişdir. İddiaçının idxal etdiyi mallar yararlılıq müddəti başa çatmış mallar olduğu üçün cavabdeh tərəfindən qəbul edilməmiş, geri qaytarılmış, bəzi qaimələr üzrə mallar isə ümumiyyətlə təqdim edilməmişdir. Bununla əlaqədar rəsmi dövlət orqanları tərəfindən də yoxlamalar aparılmış, iddiaçının fəaliyyətində nöqsanlar aşkar edilmişdir. İddiaçının təqdim etdiyi elektron qaimələr sistem tərəfindən təsdiq edilmiş, cavabdehin hər hansı iradə ifadəsi olmamışdır. Qəbul edilməyən və geri qaytarılan mallarla bağlı iddiaçıya bildirilmiş, iddiaçı da bunu qəbul etmişdir. Lakin sonradan tərəflər arasında işgüzar münasibətlər pozulduğu üçün məhkəməyə borc tələbi ilə bağlı müraciət edilmişdir. Hətta təqdim edilən satış qaimələri də iddiaçı tərəfindən təhrif edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli, UT-11844 nömrəli satış qaiməsi guya cavabdehin işçisi Abaslı M. tərəfindən imzalanaraq malların qəbul edildiyi göstərilmişdir. Halbuki həmin qaimənin əslini məhkəməyə təqdim etdikdə aydın olur ki, cavabdeh tərəf 1238 ədəd mal qəbulunu həyata keçirmiş, buna uyğun ödəniş etmiş, digər malları qəbul etməmiş və qaiməni yalnız təhvil verən qismində iddiaçının əməkdaşı imzalamış, cavabdeh tərəfindən imzalanmamışdır. Bu qaimədə qeyd edilən şəxs cavabdehin anbarı Abaslı Məhəmməddir və həmin şəxsin adından satış qaimələrində imzalar çəkilmişdir. Eləcə də, iddiaçı tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli, 11198 saylı qaimə, xx.xx.2024-cü il tarixli, 12378 saylı qaimə və xx.xx.2024-cü il tarixli, 12422 saylı qaimələrdə malların cavabdehin əməkdaşı qismində Samir adlı şəxs tərəfindən qəbul edildiyi göstərilmişdir. Cavabdehin Samir adında yeganə əməkdaşı direktor Qanuni nümayəndədir. Həmin şəxs də aydın məsələdir ki, malların qəbulunu həyata keçirmir, bununla anbardarlar məşğul olur. Göründüyü kimi, iddiaçı onun da əvəzinə imza çəkməklə malların təhvil alındığı görüntüsünü yaratmağa çalışmışdır. Bunlarla əlaqədar məhkəməyə ekspertiza keçirilməsi barədə vəsatət də etirazla birlikdə təqdim olunur. Həmçinin xx.xx.2024-cü il tarixli, 11593 saylı qaimə, xx.xx.2024-cü il tarixli, 12229 saylı qaimə, xx.xx.2024-cü il tarixli, 13296 saylı qaimə, xx.xx.2024-cü il tarixli, 13475 saylı qaimə və xx.xx.2024-cü il tarixli, 15547 saylı qaimələrdə təhvil alan qismində hər hansı şəxsin adı qeyd edilməmiş, yalnız qeyri-müəyyən imzalar çəkilmişdir. Eləcə də, xx.xx.2024-cü il tarixli, 13296 saylı qaimə və xx.xx.2024-cü il tarixli, 15633 saylı qaimədə təhvil alan qismində hər hansı ad və ya imza qeyd edilməmiş, xx.xx.2024-cü il tarixli, 13720 saylı qaimədə isə həm təhvil verən, həm təhvil alan hissələrində hər hansı qeyd mövcud deyil. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsində yazılanlara uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi.

9. Məhkəmə iclasında şahid qismində dindirilən X1 Ozal Qalib oğlu, X2 verdiyi ifadələrində malların cavabdehin anbarına təhvil verilməsini təsdiq etmişlər.

10. Məhkəməyə iddi tələbinin əsasın təşkil edən, maliyyə arayışında göstərilən elektron qaimələr təqdim edilmişdir.

11. xx.xx.2024-cü il tarixli, UT-3642 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 3755,64 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

12. xx.xx.2024-cü il tarixli, UT-5555 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 1221,70 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

13. xx.xx.2024-cü il tarixli, UT-5556 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 480 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

14. xx.xx.2024-cü il tarixli, UT-7053 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 2312 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

15. xx.xx.2024-cü il tarixli, UT-7631 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 1197,60 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

16. xx.xx.2024-cü il tarixli, UT-9016 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 789 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

17. xx.xx.2024-cü il tarixli, UT-9017 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 270 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

18. xx.xx.2024-cü il tarixli, UT-9018 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 910,50 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

19. xx.xx.2024-cü il tarixli, UT-9030 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 1429,85 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

20. xx.xx.2024-cü il tarixli, UT-9106 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 1624 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

21. xx.xx.2024-cü il tarixli, UT-9311 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 930 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

22. xx.xx.2024-cü il tarixli, UT-9116 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 1289,60 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

23. xx.xx.2024-cü il tarixli, UT-9111 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 930 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

24. xx.xx.2024-cü il tarixli, UT-9311 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 1026 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

25. xx.xx.2024-cü il tarixli, UT-9555 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 436,80 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

26. xx.xx.2024-cü il tarixli, UT-9556 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 647,40 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

27. xx.xx.2024-cü il tarixli, UT-9558 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 270 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

28. xx.xx.2024-cü il tarixli, UT-9559 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 917,40 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

29. xx.xx.2024-cü il tarixli, UT-9614 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 1127,20 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

30. xx.xx.2024-cü il tarixli, UT-9615 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 80 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

31. xx.xx.2024-cü il tarixli, UT-9757 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 1100 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

32. xx.xx.2024-cü il tarixli, UT-9825 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 620,80 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

33. xx.xx.2024-cü il tarixli, UT-9900 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 713,60 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

34. xx.xx.2024-cü il tarixli, UT-10103 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 390 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

35. xx.xx.2024-cü il tarixli, UT-10197 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 600 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

36. xx.xx.2024-cü il tarixli, UT-10271 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 636 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

37. xx.xx.2024-cü il tarixli, UT-10485 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 630,75 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

38. xx.xx.2024-cü il tarixli, UT-10536 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 480 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

39. xx.xx.2024-cü il tarixli, UT-10537 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 1050 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

40. xx.xx.2024-cü il tarixli, UT-10545 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 372 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

41. xx.xx.2024-cü il tarixli, UT-10650 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 181,15 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

42. xx.xx.2024-cü il tarixli, UT-10697 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 156,80 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

43. xx.xx.2024-cü il tarixli, UT-10708 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 309,75 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

44. xx.xx.2024-cü il tarixli, UT-10712 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 144 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

45. xx.xx.2024-cü il tarixli, UT-10733 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 159,60 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

46. xx.xx.2024-cü il tarixli, UT-10816 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 530 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

47. xx.xx.2024-cü il tarixli, UT-10845 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 372 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

48. xx.xx.2024-cü il tarixli, UT-10863 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 1364,70 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

49. xx.xx.2024-cü il tarixli, UT-10863 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 1369,70 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

50. xx.xx.2024-cü il tarixli, UT-10864 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 916,06 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

51. xx.xx.2024-cü il tarixli, UT-10993 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 1474 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

52. xx.xx.2024-cü il tarixli, UT-11070 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 930 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

53. xx.xx.2024-cü il tarixli, UT-11198 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 688,60 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

54. xx.xx.2024-cü il tarixli, UT-11362 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 1343,60 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

55. xx.xx.2024-cü il tarixli, UT-11364 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 471,10 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

56. xx.xx.2024-cü il tarixli, UT-11587 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 1023 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

57. xx.xx.2024-cü il tarixli, UT-11593 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 712 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

58. xx.xx.2024-cü il tarixli, UT-11660 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 372 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

59. xx.xx.2024-cü il tarixli, UT-11844 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 106806 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

60. xx.xx.2024-cü il tarixli, UT-11931 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 102,88 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

61. xx.xx.2024-cü il tarixli, UT-11932 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 44 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

62. xx.xx.2024-cü il tarixli, UT-12229 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 432,90 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

63. xx.xx.2024-cü il tarixli, UT-12378 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 837 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

64. xx.xx.2024-cü il tarixli, UT-12382 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 64,80 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

65. xx.xx.2024-cü il tarixli, UT-12422 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 537 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

66. xx.xx.2024-cü il tarixli, UT-12398 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 410,20 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

67. xx.xx.2024-cü il tarixli, UT-12803 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 1134,80 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

68. xx.xx.2024-cü il tarixli, UT-13054 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 65,45 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

69. xx.xx.2024-cü il tarixli, UT-13055 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 46,08 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

70. xx.xx.2024-cü il tarixli, UT-13296 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 593,96 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

71. xx.xx.2024-cü il tarixli, UT-13296 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 588,55 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

72. xx.xx.2024-cü il tarixli, UT-13475 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 298 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

73. xx.xx.2024-cü il tarixli, UT-13720 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 402,80 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

74. xx.xx.2024-cü il tarixli, UT-13720 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 407,60 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

75. xx.xx.2024-cü il tarixli, UT-13814 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 405,20 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

76. xx.xx.2024-cü il tarixli, UT-13834 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 260 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

77. xx.xx.2024-cü il tarixli, UT-14342 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 397,80 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

78. xx.xx.2024-cü il tarixli, UT-14415 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 1841 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

79. xx.xx.2024-cü il tarixli, UT-14856 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 352 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

90. xx.xx.2024-cü il tarixli, UT-15141 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 205,80 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

91. xx.xx.2024-cü il tarixli, UT-15547 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 230 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

92. xx.xx.2024-cü il tarixli, UT-15633 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 405,76 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

93. xx.xx.2024-cü il tarixli, UT-15633 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 410,21 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

94. xx.xx.2024-cü il tarixli, UT-16251 nömrəli malların satışı qaiməsindən görünür ki, qaimədə qeyd edilən 689,50 manat (ƏDV daxil) məbləğində mal(lar) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

95. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 358 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli 358 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 248894,28 manat dəyərində (EBDZ030969, EBDZ030963, EBDZ030957, EBDZ030973, EBDZ030953, EBDZ030965, EBDZ030960, EBDZ030951, EBDZ030941, EBDZ030949, EBDZ030929, EBDZ030926, EBDZ030919, EBDZ030931, EBDZ030920, EBDZ030936, EBDZ030923, EBDZ030914, EBDZ030911, EBDZ030908, EBDZ030917, EBDZ145193, EBDZ145190, EBDZ377239, EBDZ377242, EBDZ377234, EBDZ377236, EBDZ503506, EBDZ503509, EBDZ699722, EBEA556433, EBEB788154, EBEB995946, EBEC069063, EBEC069061, EBEC069059, EBEC071050, EBEC071054, EBEB788156, EBEC024029, EBEC078297, EBEC078291, EBEC078293, EBEC078295, EBEC078289, EBEC078287, EBEC078284, EBEC078282, EBEC078280, EBEC172191, EBEC172182, EBEC339640, EBEC359916, EBEC359914, EBEC359913, EBEC359915, EBEC413393, EBEC514124, EBEB278207, EBEC533501, EBEC876286, EBEC876288, EBEC876289, EBEC899497, EBEC930275, EBED073064, EBED073062, EBED073060, EBED073055, EBED073054, EBED073058, EBED073046, EBED073049, EBED073043, EBED073052, EBED172013, EBED172009, EBED172017, EBED172017, EBED249230, EBED319581, EBED319579, EBED390530, EBED390531, EBED484982, EBED533000, EBED575836, EBED575834, EBED659165, EBED759322, EBED759318, EBED759314, EBED920086, EBED920082, EBEE041950, EBEE041949, EBEE041953, EBEE165751, EBEE165753, EBEE165749, EBEE165747, EBEE442877,EBEE442875, EBEE533992, EBEE564466, EBEF031343, EBEE689211, EBEE689210) elektron qaimə kəsilmişdir. Cavabdeh MMC yaranmış borcun bir qismini xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 tarixlərində ödəsə də, 201958,13 manat borcu ödəməmişdir.

96. "xxxx" ASC tərəfindəın verilmiş İddiaçı MMC-nin hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 11262,88 manat; xx.xx.2024-cü il tarixdə 8934,12 manat; xx.xx.2024-cü il tarixdə 2768,39 manat; xx.xx.2024-cü il tarixdə 1575,93 manat; xx.xx.2024-cü il tarixdə 2605,51 manat; xx.xx.2024-cü il tarixdə 2222,72 manat; xx.xx.2024-cü il tarixdə 11016,95 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin hesabına köçürülmüşdür.

97. Vergilər Nazirliyi tərəfindən verilmiş İddiaçı MMC-nin (VÖEN: **********) hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC (VÖEN: **********) tərəfindən xx.xx.2024-cü il tarixdə 1608,14 manat; xx.xx.2024-cü il tarixdə 283,67 manat; xx.xx.2024cü il tarixdə 498,31 manat; xx.xx.2024-cü il tarixdə 468,99 manat; xx.xx.2024-cü il tarixdə 400,09 manat; xx.xx.2024-cü il tarixdə -1117,54 manat (S.U.H-dan digər S.U.H-a) ; xx.xx.2024-cü il tarixdə 1983,05 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin hesabına köçürülmüşdür.

98. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/135 saylı ekspert rəyindən görünür ki, 1.1. Ekspertizaya təqdim edilmiş, işin 59-cu vrəqində olan 16 aprel 2024-cü il tarixli UT-9016 nömrəli, 60-cı vərəqində olan 16 aprel 2024-cü il tarixli UT-9017 nömrəli, 61-ci vərəqində olan 16 aprel 2024-cü il tarixli UT-9018 nömrəli, 62-ci vərəqində olan 16 aprel 2024-cü il tarixli UT-9030 nömrəli, 63-cü vərəqində olan 17 aprel 2024-cü il tarixli UT-9106 nömrəli, 64-cü vərəqində olan 17 aprel 2024-cü il tarixli UT-9111 nömrəli, 82-ci vərəqində olan 7 may 2024-cü il tarixli UT-10537 nömrəli, 83-cü vərəqində olan 7 may 2024-cü il tarixli UT-10536 nömrəli, 87-ci vərəqində olan 9 may 2024-cü il tarixli UT-10697 nömrəli, 106-cı vərəqində olan 28 may 2024-cü il tarixli UT-12229 nömrəli, 115-ci vərəqində olan 10 iyun 2024-cü il tarixli UT-13296 nömrəli (“Ümumi: 593,96” yazılan) qaimədə, 116-cı vərəqində olan 12 iyun 2024-cü il tarixli UT-13475 nömrəli malların satışı qaimələrində “Təhvil aldı” qrafalarındakı (təhvil alanın soyadı, adı qeyd edilməmiş, lakin imza çəkilmiş) imzalar ilə işin 65-ci vərəqində olan 18 aprel 2024-cü il tarixli UT-9116 nömrəli, 66-cı vərəqində olan 20 aprel 2024-cü il tarixli UT-9311 nömrəli, 67-ci vərəqində olan 20 aprel 2024-cü il tarixli UT-9312 nömrəli, 69-cu vərəqində olan 23 aprel 2024-cü il tarixli UT-9555 nömrəli, 70-ci vərəqində olan 23 aprel 2024-cü il tarixli UT-9558 nömrəli, 71-ci vərəqində olan 23 aprel 2024-cü il tarixli UT-9556 nömrəli, 72-ci vərəqində olan 23 aprel 2024-cü il tarixli UT-9559 nömrəli, 73-cü vərəqində olan 24 aprel 2024-cü il tarixli UT-9615 nömrəli, 74-cü vərəqində olan 24 aprel 2024-cü il tarixli UT-9614 nömrəli, 75-ci vərəqində olan 26 aprel 2024-cü il tarixli UT- 9757 nömrəli, 76-cı vərəqində olan 27 aprel 2024-cü il tarixli UT-9825 nömrəli, 77-ci vərəqində olan 29 aprel 2024-cü il tarixli UT-9900 nömrəli, 96-cı vərəqində olan 14 may 2024-cü il tarixli UT-11070 nömrəli, 99-cu vərəqində olan 17 may 2024-cü il tarixli UT- 11364 nömrəli malların qaimələrində “Təhvil aldı” qrafalarında “Məhəmməd” əlyazmaları qarşısındakı imzalar, 103-cü vərəqində olan 23 may 2024-cü il tarixli UT-11844 nömrəli, 104-cü vərəqində olan 24 may 2024-cü il tarixli, UT-11931 nömrəli, 105-ci vərəqində olan 24 may 2024-cü il tarixli, UT-11932 nömrəli malların satışı qaimələrində “Təhvil aldı” qrafalarında “Abaslı.M” əlyazmaları qarşısındakı imzalar, 118-ci vərəqində olan 15 iyun 2024-cü il tarixli, UT-13720 nömrəli,120-ci vərəqində olan 18 iyun 2024-cü il tarixli UT- 13834 nömrəli, 121-ci vərəqində olan 25 iyun 2024-cü il tarixli UT-14342 nömrəli, 122-ci vərəqində olan 26 iyun 2024-cü il tarixli UT-14415 nömrəli, 123-cü vərəqində olan 3 iyul 2024-cü il tarixli UT-14856 nömrəli, 124-cü vərəqində olan 6 iyul 2024-cü il tarixli UT- 15141 nömrəli, 126-cı vərəqində olan 13 iyul 2024-cü il tarixli UT-15633 nömrəli malların satışı qaimələrində “Təhvil aldı” qrafalarında müvafiq olaraq “Məhəmməd” və “Məhəmməd A.” əlyazmaları qarşısındakı imzalar - eyni şəxs tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim edilmiş, İşin 100-cü vərəqində olan 20 may 2024-cü il tarixli UT- 11593 nömrəli qaimədə “Təhvil aldı” qrafasındakı (təhvil alanın soyadı, adı qeyd edilməmiş, lakin imza çəkilmiş) imza ilə işin 81-ci vərəqində olan 6 may 2024-cü il tarixli UT-10485 nömrəli, 86-cı vərəqində olan 9 may 2024-cü il tarixli UT-10708 nömrəli, 88-ci vərəqində olan 9 may 2024-cü il tarixli UT-10712 nömrəli, 89-cu vərəqində olan 10 may 2024-cü il tarixli UT-10733 nömrəli, 94-cü vərəqində olan 11 may 2024-cü il tarixli UT- 10864 nömrəli, 95-ci vərəqində olan 13 may 2024-cü il tarixli UT-10993 nömrəli, 98-ci vərəqində olan 17 may 2024-cü il tarixli UT-11362 nömrəli, 108-ci vərəqində olan 30 may 2024-cü il tarixli UT-12382 nömrəli, 109-cu vərəqində olan 31 may 2024-cü il tarixli UT- 12398 nömrəli malların satışı qaimələrində “Təhvil aldı” qrafalarında “Məhəmməd” əlyazmaları qarşısındakı imzalar - eyni şəxs tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, işin 125-ci vərəqində olan 12 iyul 2024-cü il tarixli UT-15547 nömrəli malların satışı qaiməsində “Təhvil aldı” qrafasındakı (təhvil alanın soyadı, adı qeyd edilməmiş, lakin imza çəkilmiş) imza ilə nəticənin “1.1." bəndində göstərilən imzaların eyni şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı.

99. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan müəyyən olunur ki, İddiaçı MMC-yə olan borcun 10 (on) gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

100. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

101. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

102. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Məhkəməyə yazılı formada bağlanan alq-satqı müqaviləsi təqdim edilməmişdir, lakin müəyyən olunmuşdur ki, tərəflər arasında belə münasibətlər mövcud olmuşdur.

103. İddia tələbinin bir hissəsini cavabdehdən müqavilə üzrə ödəməli olduğu 201958,13 manat məbləğində borcun tutulması təşkil edir.

104. Məhkəmə qanunvericilik normalarını, cavabdehin qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, iddiaçının isə həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməli və Cavabdeh MMCdən 190213,50 manat (yüz doxsan min iki yüz on üç manat əlli qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə təmin edilməməlidir. Belə ki, maliyyə arayışında göstərilən elektron qaimələr üzrə ümumilikdə məbləğ 237149,65 manat, həmin arayışa əsasən ödənilən məbləğ 46936,15 manat olmuşdur (248894,28- 201958,13=46936,15, nəzərə alınır ki, arayışda göstərilən ödənişin məbləği təqdim edilən sənədlər üzrə hesablanan məbləğdən daha artıqdır, ona görə ödənişlə bağlı arayışdakı məlumat əsas götürülür). Daha artıq ödənişin edilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan təqdirdə qalıq məbləğ 190213,50 manat (237149,65- 46936,15=190213,52) təşkil edəcək.

105. Məhkəmə hesab edir ki, cavabdehin etirazı əsassız sayılmalıdır. Belə ki, malların təhvil verilməsi işdə olan sübutlarla (malların satışı qaimələri, elektron qaimələr, ödəniş sənədləri, şahid ifadələri, ekspert rəyi) öz təsdiqini tapır. Eyni zamanda müəyyən edilmişdir ki, malların satış qaimələri tərəflərin işçiləri tərəfindən imzalanaraq malların təhvil-təslimi edilmişdir. Eyni zamanda nəzərə alınır ki, mübahisəli olan, məbləği 106806 manat olan xx.xx.2024-cü il tarixli, EBED seriyalı, 533000 nömrəli elektron qaiməni cavabdeh qəbul edərək, etiraz etməyərək, həmin qaimədən qismən ödəniş etmişdir. Ona görə həmin qaimə üzrə malların təhvil verilmədiyini bildirərərək edilən etiraz əsassız sayılmalıdır.

106. İddia tələbinin digər hissəsi cavabdehdən 50000 manat məbləğində cərimə borcunun tutulmasından ibarətdir.

107. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olsa da, yazılı müqavilə məhkəməyə təqdim edilmədiyindən, həmin müqavilə üzrə tərəflərin öz aralarında müqavilə üzrə öhdəliklərin gecikdiriləcəyi halında cərimə məbləğinin hesablancağını nəzərdə tutulubtutulmadığını müəyyən etmək mümkün olmadığından, hazırkı halda cərimə məbləği cavabdehdən tutula bilməz və iddia tələbi göstərilən hissədə təmin edilməməlidir.

108. Eləcə də, iddiaçı dövlət rüsumu qismində ödənmiş 492 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

109. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 371,40 manat (üç yüz yetmiş bir manat qırx qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

110. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 190213,50 manat (yüz doxsan min iki yüz on üç manat əlli qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 371,40 manat (üç yüz yetmiş bir manat qırx qəpik) olmaqla, ümumilikdə 190584,90 manat (yüz doxsan min beş yüz səkən dörd manat doxsan qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar