Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5020/2023 28.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21 fevral 2023-cü il tarixli, 162-İ/23 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 836,30 manat borc, 100 manat dəbbə pulu, mediasiya sessiyasına ödənilmiş 40 manat olmaqla, cəmi 976,30 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “İlçin.İ“ MMC ilə Cavabdeh ilə arasında alkoqollu və alkoqolsuz içki məhsullarının alqı-satqısına dair 21 fevral 2023-ci il tarixli, 162-İ/23 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə görə satıcı özünün idxal etdiyi və ya rəsmi distributoru olduğu sular, spirtli, spirtsiz içkilər və s. məhsullarını, alıcının sifarişi nəzərə alınmaqla, qaimə-faktura əsasında alıcıya satmağı öz öhdəsinə götürür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə borcu yaranmışdır. Həmin müqavilənin 2.4-ci bəndinə görə alıcıya verdiyi məhsulların bir vahidinin qiymətini və ümumi dəyərini, həmçinin qanunvericiliyə müvafiq olaraq hesablanmış ƏDV-ni faktura ilə müəyyən edilir və nağdsız qaydada 30 gün müddətinə ödənilməsini alıcı təmin etməlidir. Müqavilənin 2.5-ci bəndinə görə alıcı tərəfindən təhvil alınan mal(ların) dəyərini bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün mal(ların) dəyərinin ödənilməmiş qalığının 0,5% həcmində peniya ödəyir. Müqavilənin 6.2-ci bəndinə görə tərəflər qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında həll olunur. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli elektron qaimələrdən görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun 836,30 manat borcu yaranmışdır. Həmin borcun 10 gün müddətində ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2023-ci il tarixdə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh həmin məktubu alsa da, borcu ödəməkdən imtina etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfə mediasiya prosesinin tədbiqi barədə təklif göndərilmişdir. Lakin cavabdeh həmin mediasiya təklifinə heç bir cavab verməmişdir. Bununla bağlı xx.xx.2023-ci il tarixdə Mediasiya Şürasının Bakı 12 saylı Mediasiya təşkilatına mediatorun təyin olunması ilə bağlı ərizə ilə müraciət olunmuş və xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasının arayışı qəbul olunmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 162-İ/23 nömrəli malların alqı-satqı qaydaları haqqında müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik olmaqla 2 (iki) nüsxədən ibarət tərtib olunmuş və hər 1 (bir) nüsxəsi tərəflərdə saxlanılır. Bu müqavilə üzrə tərtib olunmuş qaimə-fakturalar, elektron-qaimələr, qiymət razılaşma protokolları və əlavələr müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən tərəflər müqavilənin əlavələrdə göstərilmiş malları, onların saylarını, bir vahidi üçün qiymətlərini, ümumi dəyərini, çeşidlərini, göstəriləcək xidmətləri, nəzərdə tutulmuş endirimləri, hesablanmış ƏDV-ni və onların müddətlərini öz aralarında öncədən razılaşdıraraq təhvil-qəbul prosedurunu həyata keçirməyə razıdırlar. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən bu müqaviləyə əlavələr, dəyişikliklər və düzəlişlər tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən təsdiqlədiyi saziş yolu ilə həyata keçirilir. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən hüquqi və ya poçt ünvanında dəyişiklik olan tərəf digər tərəfi bu barədə dərhal xəbərdar etməlidir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən satıcı rəsmi distribütoru olduğu və özünün idxal etdiyi suları, şirələri, spirtli, spirtsiz içkilər və s. məhsulları, alıcının sifarişlərinə əsasən qaimə-faktura, təhvil-qəbul aktı və (və ya) elektron-qaimə əsasında alıcıya satmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin 2.1-ci maddəsinə əsaslanaraq alıcıya təhvil veriləcək malların satış şərtlərini müvafiq əlavələr ilə müəyyən edir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən bütün hesablaşmalar A.R. qanunvericiliyinə uyğun olaraq Azərbaycan manatı (AZN) ilə həyata keçirilir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən alıcıya faktura təqdim olunan gündən hesablanmaqla, 30 (otuz) təqvim günü müddətinə faktura üzrə göstərilən ümumi məbləği nağdsız qaydada və tam şəkildə satıcının xeyrinə ödənilməlidir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən müqavilənin 2.4-cü bəndinin tələbləri pozulduqda, ödənişlərin hər gecikdirilmiş günü üçün dəyərinin ödənilməmiş qalığının 0,5 % (sıfır tam onda beş) faiz həcmində peniya ödəyir. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən alıcıya təhvil veriləcək malların qiyməti, təchiz günü qüvvədə olan qiymətlər üzrə aparılır. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən bu müqavilə üzrə ödəniləcək dəbbə pulunun və (və ya) peniyanın ümumi məbləği faktura üzrə təhvil alınmış malların ümumi məbləğindən artıq olmamalıdır. Həmin müqavilənin 2.8-ci bəndinə əsasən alıcıya elektron qaimə-faktura kəsildiyi gündən başlayaraq 4 (dörd) təqvim günü müddətində alıcı həmin elektron qaimə-fakturanı işin hallarından aslı olaraq təsdiq və ya ləğv etməlidir. Alıcıya kəsilmiş elektron qaimə-faktura elektron sistem tərəfindən təsdiq edildiyi təqdirdə, elektron qaimə-fakturada göstərilmiş mallar alıcıya təhvil verilmiş və elektron qaimə-faktura alıcı tərəfindən təsdiqlənmiş hesab olunur. - xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 429501 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 540 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 457902 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 197,40 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 772827 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 98,90 manat (ƏDV daxil) təşkil edir. - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli, 69 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 təqvim gününədək ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 836,30 manat (səkkiz yüz otuz altı manat otuz qəpik) əsas borc, 100 (yüz) manat cərimə, 40 (qırx) manat mediasiya xərci olmaqla, cəmi 976,30 manat (doqquz yüz yetmiş altı manat otuz qəpik) məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 836,30 manat (səkkiz yüz otuz altı manat otuz qəpik) əsas borc, 100 (yüz) manat cərimə, 40 (qırx) manat mediasiya xərci olmaqla, cəmi 976,30 manat (doqquz yüz yetmiş altı manat otuz qəpik) məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5020/2023
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5020/2023
28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver