Məhkəmə qərarları › İş №e-2-2(113)-5026/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5026/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5026/2023 16.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı kommersiya mübahisələrinə dair işə məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 sentyabr 2022-ci il tarixli, 523-İ/22 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 340,80 borc, 50 manat dəbbə pulu, mediasiya sessiyasına ödənilmiş 20 manat, cəmi 410,80 pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi üçün müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə Cavabdeh ilə arasında alkoqollu və alkoqolsuz içki məhsullarının alqı-satqısına dair 01 sentyabr 2022-ci il tarixli, 523-İ/22 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1.-ci bəndinə görə “satıcı” özünün idxal etdiyi və ya rəsmi distributoru olduğu sular, spirtli, spirtsiz içkilər və s. məhsullarını, “alıcı”nın sifarişi nəzərə alınmaqla, qaimə-faktura əsasında alıcıya satmağı öz öhdəsinə götürür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə borcu yaranmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə görə “alıcı” ya verdiyi məhsulların bir vahidinin qiymətini və ümumi dəyərini, həmçinin qanunvericiliyə müvafiq olaraq hesablanmış ƏDV-ni faktura ilə müəyyən edilir və naqdsız qaydada 30 gün müddətinə ödənilməsini “Alıcı” təmin etməlidir. Müqavilənin 4.2.4-ci bəndinə görə “alıcı” tərəfindən təhvil alınan mal(ların) dəyərini bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün mal(ların) dəyərinin ödənilməmiş qalığının 0,2 % həcmində peniya ödəyir. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixdə elektron qaimədən görünür ki, Cavabdeh ilə müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun 340,80 manat borcu yaranmışdır. Qanunla müəyyən edilmiş müddətdə Cavabdeh ünvanına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərildiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədə müvafiq hesab edirəm. İİ. İşin halları İş materiallarına əlavə edilmiş:523-İ/22 nömrəli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinin 1.1.-ci bəndindən görünür ki, “satıcı” özünün idxal etdiyi və ya rəsmi distributoru olduğu sular, spirtli, spirtsiz içkilər və s. məhsullarını, “alıcı”nın sifarişi nəzərə alınmaqla, qaimə-faktura əsasında alıcıya satmağı öz öhdəsinə götürür. Müqavilənin 4.2.4-ci bəndinə görə “ALİCİ” tərəfindən təhvil alınan mal(ların) dəyərini bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün mal(ların) dəyərinin ödənilməmiş qalığının 0,2 % həcmində peniya ödəyir. xx.xx.2022-ci il tarixli EBCC seriyalı 965467 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh 340,80 manat məbləğində mal satmışdır. xx.xx.2022-ci il tarixli 0103-4730 nömrəli satış fakturasından görünür ki, İddiaçı MMC Cavabdeh 340,80 manat məbləğində mal təhvil vermişdir. xx.xx.2023-cü il tarixli MŞB/12/2023/00609 nömrəli ilkin mediasiya sesiyasından sonra prosesin davam edirilə bilməməsi haqqında arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 20 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467 və 567-ci maddələrinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarından göründüyü kimi iddiaçı və cavabdeh arasında qanunvericiliyə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərək malları cavabdehə satmış, cavabdeh isə bunun müqabilində satılan mallara görə yaranmış borcunu ödəməmişdir. Bununla birlikdə qeyd edirəm ki, əsas borc tələbi tam, yəni 340,80 manat hissədə təmin edilməli, həmçinin 20 manat məbləğində ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş xərc Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. İddia tələbinin cərimə hissəsi ilə əlaqədar isə hesab edirəm ki, tənasübsüz sürətdə yüksək hesablanmış cərimə azaldılaraq 29,20 manat məbləğində müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia qismən təmin edilməli, Cavabdeh 340,80 manat məbləğində əsas borc, 29,20 manat cərimə cəmi 370 manat, həmçinin 20 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, Q Ə T E T D İ M: İddia qismən təmin edilsin. Cavabdeh 340,80 manat məbləğində əsas borc, 29,20 manat cərimə cəmi 370 manat, həmçinin 20 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar