Məhkəmə qərarları › İş №e-2-2(113)-5038/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5038/2025

23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5038/2025 23.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "Bizim Yükdaşıma” MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “pul”tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:xidmət müqaviləsi,pul) X5 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "Bizim Yükdaşıma” MMC-nin cavabdeh "xxxx" QSC-yə tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı "Bizim Yükdaşıma” MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" QSC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-dən 07/23 nömrəli, xx.xx.2023-cü il tarixli Müqavilə üzrə 4230,30 manat məbləğində əsas borcun, 126 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablamaqla 114,30 manat pulun və 75 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC iləCavabdeh QSarCasında 07/23 nömrəli, xx.xx.2023-cü il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İcraçı "xxxx" MMC Sifarişçi Cavabdeh QSC-nin sifarişiəsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbuledib bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin "xxxx" MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh QSC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimicavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, 07/23 nömrəli, xx.xx.2023-cü il tarixli Müqavilə üzrə 4230,30 manat məbləğində borc ödənilməmişdir və borc məbləği iddia ərizəsinə əlavə edilmiş qaimələr, təhvil-təslim aktları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə sisteminə də əlavə edilmiş 10065816 nömrəli qaimə üzrə 737,50 manat (akt nömrəsi: 002005), 10052733 nömrəli qaimə üzrə 985,30 manat (akt nömrəsi: 001932) və 10045453 nömrəli qaimə üzrə 2507,50 manat (akt nömrəsi: 001870) məbləğləri cavabdeh tərəfindən ödənilməmişdir. Qeyd edilmiş və məhkəmə sisteminə də əlavə edilmiş aktlar üzrə daşıyıcı (iddiaçı) tərəfindən cavabdehə xidmətin göstərildiyi öztəsdiqini tapır. Bu əsasla tərəfimizdən cavabdehəəvvəlcə xx.xx.2025-ci il tarixdə məhkəmə kabineti vasitəsilə və daha sonra xx.xx.2025-ci il tarixdə kargüzarlıq (vergi sistemi) vasitəsilə 3 iş günü müddətində 4230,30 manat borc məbləğini tələb etməyimiz barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pulşirkətə ödənilməmişdir. Əlavə olaraq bildirək ki, 07/23 nömrəli, xx.xx.2023-cü il tarixli Müqavilənin 5.5-ci bəndinə əsasən hər gecikən gün üçün qalıq borcun 1% əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 8345,255 manat cərimə məbləği təşkil etsə də, tərəfimizdən güzəşt faizi tətbiq edilərək əsas məbləğin ≈ 3%-i həcmində, yənicəmi 126 manat dəbbə pulu tələb edilməkdədir.

3. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh QSC-dən 07/23 nömrəli, xx.xx.2023-cü il tarixli Müqavilə üzrə 4230,30 manat məbləğində əsas borcun, 1903 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablamaqla 114,30 manat pulun, 300 manat məbləğində vəkil xərcinin və 83 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmdan keçirilməsini xahiş etdi.

5. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbini əsas borc hissəsində qəbul etdi,cərimə hissəsində isə təmin olunmamasını xahiş etdi.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Sübutların tədqiqi:

7. İddiaçı "Bizim Yükdaşıma” MMC (“icraçı”) ilə cavabdeh "xxxx" QSC (“sifarişçi”) arasında imzalanmış xx.xx.2023-cü il tarixli 07/23 nömrəli yüklərin daşınmasına dair müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən icraçı Sifarişçi sifarişi əsasında ona məxsus yükləri (avadanlıqları) daşımaqla yükdaşıma xidmətləri göstərməyi (bundan sonra «xidmət» adlandırılacaq), Sifarişçi isə bunun müqabilində İcraçıya bu Müqavilənin 4-ci bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür.. - 3.2.1-ci bəndinə əsasən “sifarişçi” “icraçı” tərəfindən göstərilmiş xidmətlərin dəyərinin gecikdirmədən ona ödənilməsini təmin etməlidir. - 4.1-ci bəndinə əsasən Hər bir daşımanın dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən asılı olaraq, Tərəflər arasında razılaşdırılmış qiymətlər ilə müəyyən edilir. - 4.2-ci bəndinə əsasən Ayda bir dəfə daşımanın həcmi xidmətin təhvil verilməsi haqqında aktlara əsasən müəyyən edilir və buna müvafiq olaraq ay ərzində göstərilmiş xidmət üzrə xidmət haqqı hesablanır, təhvil təslim aktı ilə təsdiq edilir. Təhvil təslim aktı ilə təsdiq edilmiş xidmət haqqının məbləği beş bank günü ərzində Sifarişçi tərəfindən İcraçıya ödənilir. Tərəflər razılaşırlar ki, zərurət yarandıqda, sifarişçi avans ödəməyi öz öhdəliyinə götürür. Həmin akt 2 nüsxədə icraçı tərəfindən sifaişçiyə təqdim olunur və sifarişçi 10 (on) iş günü ərzində İcraçıya həmin aktı təsdiq edərək təqdim etməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

8. xx.xx.2024-cü il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqına aktı ilə 985.3 manat məbləğində işlərin görülməsi ilə təsdiq edilir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

9. xx.xx.2025-ci il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqına aktı ilə 737.5 manat məbləğində işlərin görülməsi ilə təsdiq edilir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

10. İddiaçı tərəfindən cavabdehə MT2412 10052733 saylı xx.xx.2024-cü il tarixli 985.30 manat, MT2501 10065816 saylı xx.xx.2025-ci il tarixli 737.5 manat, MT2406 10202450 saylı xx.xx.2024-cü il tarixli 3380.7 manat məbləğində elektron qaimələr göndərilmişdir.

11. Beləliklə, iddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən "xxxx" QSC-nin "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixinə xx.xx.2023-cü il tarixli 07/23 saylı Müqavilə üzrə borcu 4230.30 manat, cərimə borcu 8345.255 manat və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 114.30 manat təşkil edir. IV. Tətbiq edilən hüquq:

12. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 850.1-ci maddəsinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. AR MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

14. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

17. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

18. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

19. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı "Bizim Yükdaşıma” MMC ilə cavabdeh "xxxx" QSC arasında imzalanmış xx.xx.2023-cü il tarixli 07/23 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.İddiaçı müqaviləyə əsasən sifariş edilmiş yükdaşıma xidmətlərini göstərməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəmənin hazırlıq iclasında 4230.30 manat borcunun olduğunu və həmin borcu ödəmədiklərini etiraf etdiyindən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya müqavilə üzrə əsas borc olaraq 4230,30 manat borcunun olması işin mübahisələndirilməyən halıdır.

20. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 4230,30 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, cavabdeh "xxxx" QSC-dən 4230,30 manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

21. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 1903 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

22. Digər tərəfdən iddianın öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu (müqavilədə cərimə adlandırılmışdır) və Mülki Məcəllənin 445.7-ci maddəsi ilə faiz tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi üzrə malı ödəmək öhdəliyinin ödənilməsinin gecikdirilməsinə görə iki məsuliyyət tədbirinin – müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun və illik 5% olmaqla faizlərin tutulmasını tələb edir.

23. Göründüyü kimi cavabdeh "xxxx" QSC-nin yükdaşıma xidmətlərin göstərilməsi müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

24. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 212 manat məbləğində müəyyən edilməlidir.

25. Digər tərəfdən Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlərə münasibətdə qeyd edilməlidir ki, həmin maddədə nəzərdə tutulmuş faizlər pul öhdəliyinin icrasının gecikdirilməsinə, yəni borclu tərəfindən pul öhdəliyinin pozulmasına görə tətbiq edildiyindən sanksiya xarakterlidir. Lakin həmin faizlər də borclunu pozuntuya görə cəzalandırmaq deyil, kreditorun pozulmuş hüquqlarını bərpa etmək, yəni kreditorun borclu tərəfindən ödənilməsinin gecikdirildiyi pul vəsaitindən istifadə etdiyi halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəliri, yəni maddi zərərin formalarından biri olan əldən çıxmış faydanı kompensasiya etmək məqsədi ilə tətbiq edildiyindən bərpaedici xarakterli sanksiyadır.

26. . Beləliklə, hazırkı halda həm mübahisəli müqavilədə nəzərdə tutulmuş əvəzləşdirilən dəbbə pulu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququnun universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir.

27. Bundan əlavə hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulunun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə də uyğun hesab edilə bilməz. Belə ki, yuxarıda da şərh edildiyi kimi həmin maddənin tələbləri baxımından Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən zərərin formalardan biri olan əldən çıxmış faydanın əvəzi olaraq hesablanan faizlərin yalnız dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsinın tutulmasına yol verilir.

28. Odur ki, iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanın əvəzi olaraq tutulmasını xahiş etdiyi 114.30 manat məbləğində faizlər hazırkı qətnamə ilə tutulmuş dəbbə pulu məbləği (212 manat) əhatə edildiyindən, bu hissədə iddia təmin edilməməlidir.

29. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

30. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 83 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

31. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə 64.42 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “Bakı Neft Qaz X3” QSC-dən 4230.30 (dörd min iki yüz otuz manat otuz qəpik) manat məbləğində əsas borc, 212 (iki yüz on iki) manat məbləğində cərimə-dəbbə pulu, 300 (üç yüz) manat məbləğində vəkil xərcinə görə haqq və iddia tələbinin təmin olunmuş hissəsinə münasibətdə 64.42 (altmış dörd manat qırx iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar