Məhkəmə qərarları › İş №e-2-2(113)-5043/2021

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5043/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5043/2021 24.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh1 MMC-yə qarşı «müqavilə üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 01.09.2020-ci il tarixli, 0300-AFS-GM/20 saylı ehtiyat hissələrinin satışı müqaviləsinə əsasən 11000,08 manat məbləğində əsas borcun, 3454 manat məbləğində hesablanmış cərimənin və 200 manat ödənilmiş dövlət rüsumu olmaqla, 14654,08 manat məbləğində vəsaitin Cavabdeh1 MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Grand Motors" MMC 2005-ci ilin sentyabr ayında təsis edilmişdir. “Grand Motors" MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətlə əlaqədar cavabdeh “Agro Food Service" MMC ilə “Grand Motors" MMC arasında 01 sentyabr 2020-ci il tarixli, 0300-AFS-GM/20 saylı Ehtiyat hissələrinin Satışı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı" Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilmiş malları “Alıcı"ya satmagı və “Alıcı" isə oz novbəsində bü mallar üçün razılaşdırılmış qiyməti odəməyi ohdəsinə gotürür. Sozügedən müqavilənin əlavələrinə əsasən cavabdeh “Agro Food Service" MMC-yə Cəmiyyət tərəfindən ümümi dəyəri 11,000.08 manat dəyəri olan ehtiyat hissələri satılmışdır. Ehtiyat hissələrinin satışı müqaviləsinin 2.6-cı maddəsinə əsasən “Alıcı" əlavədə göstərilmiş malların dəyərinin 100% hissəsini təhvil-təslimdən sonra koçürmə yolu ilə 5 (beş) bank günü ərzində odəməlidir. Lakin cavabdeh qeyd olunan məbləgin heç bir hissəsini bügünkü günə qədər ödəməmişdir. Beləliklə, cavabdeh “Agro Food Service" MMC -nin bu müqavilə üzrə əsas borcu 11,000.08 manat təşkil edir. Eyni zamanda, müqavilənin 4.1.3-cü maddəsinə əsasən gecikdirilmiş günlərə gorə hesablanmış cərimənin həcmi 3454 manat təşkil edir. Tərəflər arasında 12.01.2021-ci il tarixində Qarşılıqlı hesablaşmalar haqqında Üzləşmə Aktı tərtib edilmiş və bu aktda “Agro Food Service" MMC-nin “Grand Motors" MMC-yə olan 11,000.08 manat məbləgindəki borcu təsdiq edilmişdir. Buna əsaslanaraq, Cavabdehə gostərilən borc məbləğinin odənilməsi tələbi ilə 15 iyul 2021-ci il tarixli 2047 saylı pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı, iddiaçı tərəfindən cavabdehə 17 avqust 2021-ci il tarixində, 2085 saylı Mediasiya prosesinin tətbiqi barədə Təklif göndərilmişdir. Belə ki, İlkin mediasiya sessiyasının keçirilməsi üçün dəfələrlə vaxt təyin edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi heç bir halda bu iclaslarda iştirak etməmişdir. Nəhayət olaraq, Mediasiya Sürasının mediatoru Zülfiyyə Həşimova tərəfindən 07 setyabr 2021-ci il tarixində İlkin mediasiya sessiayasında iştirak edilməməsi barədə 00383 nömrəli Arayış təqdim edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: Satıcı qismində İddiaçı ASC ilə alıcı qismində Cavabdeh1 MMC arasında bağlanmış 01 sentyabr 2020-ci il tarixli, 0300-AFS-GM/20 saylı Ehtiyat hissələrinin Satışı müqaviləsinə əsasən “Satıcı”, Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (Əlavə 1, Əlavə 2 və s.) göstərilmiş, bundan sonra “Əlavə”, malları “Alıcı’ya satmağı və “Alıcı” isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götür. Həmin Müqavilənin 1.2-ci bəndində əsasən malların adı, ölçüsü, kəmiyyəti, çatdırılma şərtləri və qiymətləri bu əlavələrdə göstərilib. Malların təhvil verilməsi hər iki tərəfin imzaladığı təhvil-təslim aktına uyğun olaraq həyata keçiriləcək. Həmin Müqavilənin 1.3-cü bəndində əsasən əlavələr hər iki tərəfdən imzalandıqdan sonra qüvvəyə minəcək və müqavilənin ayrılmaz tərkib hissəsi hesab ediləcək. Həmin Müqavilənin 2.2-ci bəndində əsasən “Satıcı” sifarişi qəbul etdikdən sonra “Alıcf’ya onun istəyindən asılı olaraq bir və ya bir neçə variantda malların ölçüsünü, çatdırılma müddətini və qiymətlərini əks etdirən təkliflərini göndərir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən Alıcı bu təkliflərdən özünə daha uyğun olanı seçir və malların adını, kəmiyyətini, ölçüsünü və qiymətini yazılı şəkildə təsdiqləyir və tərəflər əlavələri imzalayırlar. Həmin Müqavilənin 2.6-cı bəndinə əsasən “Alıcı” sifarişin əlavədə göstərilmiş dəyərinin 100% hissəsini təhvil-təslimdən sonra “Satıcf’ya köçürmə yolu ilə 5 (beş) bank günü ərzində ödəməlidir. “Alıcı” sürətli çatdırılma xidmətindən istifadə etmiş olduğu təqdirdə, bu xidmətin ödənişini də malın dəyərinin ödənilməsi ilə eyni vaxtda həyata keçirir. Həmin Müqavilənin 4.1.3-cü bəndinə əsasən Əgər sifariş olunmuş malların təhvilə hazır olması haqqında “Alıci“ya məlumat verildikdən sonra həmin mallar üzrə ödəniş ləngiyərsə, “Alıcı” hər bir ləngimə günü üçün ödəniləcək məbləğin 0.1 %-i həcmində cərimə ödəyəcək. İş materiallarına əlavə edilmiş 12.01.2021-ci il tarixli qarşılıqlı hesablaşma haqqında üzləşmə aktından görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ilə cavabdehin iddiaçıya ümumi borcu 11000,08 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 15.07.2021-ci il tarixli 2047 nömrəli iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən 11000,08 manat satılmış malların dəyərinin 10 təqvim gün müddətində ödənilməsi tələb olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 01 sentyabr 2020-ci il tarixli, 0300-AFS-GM/20 saylı Ehtiyat hissələrinin Satışı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən “Satıcı”, Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (Əlavə 1, Əlavə 2 və s.) göstərilmiş (bundan sonra “Əlavə”), malları “Alıcı’ya satmağı və “Alıcı” isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərini icra etmişdir. Lakin cavabdeh öhdəliklərini yerinə yetirməmiş nəticədə iddiaçıya 11000,08 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İddiaçı qeyd olunan borcun ona ödənilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara əsasən, tərəflər arasında yaranmış qarşılıqlı öhdəliklərin 01 sentyabr 2020-ci il tarixli, 0300-AFS-GM/20 saylı alqısatqı müqaviləsi ilə razşılaşdırılmışdır. Qeyd olunan müqavilə üzrə tərəflərin öhdəlikləri tam olaraq müəyyən edilmişdir. Bu halda iddiaçı tərəfindən hazırki iddia tələbinin irəli sürülməsi qanunauyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia tələbi üzrə tələb edilən borc məbləği iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş malların dəyəri ilə tənzimlənir. Qeyd olunan malların təqdim edilməsi iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş üzləşmə aktı ilə cavabdehin iradə ifadəsi ilə təsdiq olunur. Məhkəmə iddiaçının cavabdehdən alqı-satqı müqaviləsinə görə yaranmış borcun ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında malların alqı-satqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş malları cavabdehə vermiş, cavabdeh isə həmin malların dəyərini tam olaraq ödəməmiş, bununla da öhdəliyini pozmuş və iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, 01 sentyabr 2020-ci il tarixli, 0300-AFS-GM/20 saylı Ehtiyat hissələrinin Satışı müqaviləsi üzrə Cavabdeh1 MMC-dən 11000,08 manat borcun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Məhkəmə iddia tələbinin 3454 manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 3454 manat cərimənin tutulmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia verilməmişdən əvvəl mediasiya prosesinin keçirilməsi üçün 200 manat dövlət rüsumu ödənilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən mediyasiya prosesinin keçirilməsi cavabdehlərin iştirakı etməməsi səbəbindən baş tutmazsa mediyasiyanın keçririlməsi üçün ödənilmiş dövlət rüsumu iddia ərizəsinin verilməsi zaman ödəniləcək dövlət rüsumu ilə əvəzləşdiririlir. Odur ki iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 200 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 MMC-dən 11000,08 (on bir min manat sıfır səkkiz qəpik) manat məbləğində əsas borcun, 3454 (üç min dörd yüz əlli dörd) manat məbləğində hesablanmış cərimənin və 200 (iki yüz) manat ödənilmiş dövlət rüsumu olmaqla, 14654,08 (on dörd min altı yüz əlli dörd manat sıfır səkkiz qəpik) manat məbləğində vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 MMC-dən 11000,08 (on bir min manat sıfır səkkiz qəpik) manat məbləğində əsas borc, 3454 (üç min dörd yüz əlli dörd) manat məbləğində hesablanmış cərimə və 200 (iki yüz) manat ödənilmiş dövlət rüsumu olmaqla, 14654,08 (on dörd min altı yüz əlli dörd manat sıfır səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar