Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5044/2023 29.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, mediasiya xərci ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən RMK-27/11/18 saylı 27 noyabr 2018 tarixli alqı-satqı müqaviləsi üzrə icra etmədiyi öhdəlik olan ƏDV daxil 17417,93 manat pul vəsaitinin, çəkilmiş məhkəmə və mediasiya rüsumlarının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən Cavabdeh arasında RMK-27/11/18 saylı 27 noyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi imzalamışlar. Həmin müqavilənin predmetini İddiaçı tərəfindən Cavabdeh MMC-nin sifarişi əsasında metal tikinti materiallarının satışını və bu müqavilənin şərtlərinə uyğun olaraq bu mal-materialın qiymətinin ödənilməsi münasibətləri təşkil edir. Lakin xx.xx.2023-cü il tarixədək İddiaçı malları təchiz etsə də - məlum olmayan səbəblərdən Cavabdeh müqavilə üzrə yerinə yetirməli olduğu öhdəlikləri tam olaraq icra etməmiş, təchiz edilmiş mal materialın qiymətini tam ödəməyərək ƏDV daxil 17417,93 manat məbləğində öhdəlik icra edilməmiş qalmışdır. Cavabdeh MMC müqavilə üzrə öhdəlikləri lazımınca icra etməmiş, edilən yazılı və şifahi tələblərə baxmayaraq müqavilə öhdəliklərini icra etməmişdir. Öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə vermiş və ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında İddiaçı MMCnin Cavabdeh MMC-dən RMK-27/11/18 saylı 27 noyabr 2018 tarixli alqı-satqı müqaviləsi üzrə icra etmədiyi öhdəlik olan ƏDV daxil 17417,93 manat pul vəsaitinin, çəkilmiş məhkəmə və mediasiya rüsumlarının tutulması barədə iş mövcuddur. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli Üzləşmə Aktı mövcuddur. Həmin akta əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı 16.546,15 manat borcu yaranmışdır. Məhkəmə prosesi getdiyi dövrdə isə borclu müvafiq ödənişi yerinə yetirərək həmin borc qalığını 13006,15 manata endirmişdir. Bununla bağlı tərəflər arasında xx.xx.2023-cü il tarixli Üzləşmə Aktı bağlanaraq Cavabdeh MMC-nin İddiaçı MMC-yə 13006,15 manat qalıq borcunun olduğu təsdiq edilmişdir. Beləliklə, Cavabdeh MMC-dən RMK-27/11/18 saylı 27 noyabr 2018 tarixli alqı-satqı müqaviləsi üzrə icra etmədiyi öhdəlik olan ƏDV daxil 13006,15 manat pul vəsaitinin, çəkilmiş məhkəmə və mediasiya rüsumlarının tutulması barədə məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, RMK- 27/11/18 saylı alqı-satqı müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya müxtəlif çeşiddə metal mal satır. Alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.
10. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşma ilə müəyyənləşdirilir.
11. Müqavilənin 3.1-ci bəndinə əsasən satıcının hüquqları:
12. Müqavilənin 3.1.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək.
13. Müqavilənin 4.1-ci bəndinə əsasən satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən ödəniş həyata keçirildikdən sonra 3 təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürür.
14. Müqavilənin 4.2-ci bəndinə əsasən satıcı malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir.
15. Müqavilənin 5.1-ci bəndinə əsasən alıcı sifariş olunan malın dəyərinin 100% həcmində ödənişi sifariş təsdiq edildikdən və satıcının təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 5 iş günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir.
16. xx.xx.2019-cu il tarixli, EBAD seriyalı, 574179 saylı e-qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 13730 manat dəyərində, xx.xx.2019-cu il tarixli, EBAD seriyalı, 574522 saylı e-qaiməyə əsasən 3323,03 manat dəyərində və xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 565238 saylı e-qaiməyə əsasən 1007,41 manat dəyərində mal satışı həyata keçirildiyi qeyd olunmuşdur.
17. "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2021-ci il tarixli qərarı ilə MMC xx.xx.2021ci il tarixdən İddiaçı MMC-yə qoşulmuş və qoşulma ilə əlaqədar "xxxx" MMC 01 mart 2021-ci il tarixdən ləğv edilmişdir.
18. xx.xx.2021-ci il tarixli təhvil aktına əsasən "xxxx" MMC-nin bütün borclula və kreditorlar qarşısında öhdəlikləri, mühasibat balansında əksini tapmış əsas vəsaitlər, azqiymətlilər, dövriyyədə olan pul vəsaitləri və digər bütün əmlakı, əmlak hüquqları, şəxsi qeyri-əmlak hüquqları, digər təşkilatların nizamnamə kapitalında və əmlakında iştirak payları, icazələri və lisenziyaları, borcları və öhdəlikləri 01 mart 2021-ci il tarixdən yeni yaradılmış və hüquqi varisi olan İddiaçı MMC-yə keçir. İddiaçı MMC-nin təsis sənədləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Bş İdarəsi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində dövlət qeydiyyatına alındığı gündən "xxxx" MMC-nin hüquq və vəzifələri üzrə hüquqi varis hesab olunur.
19. 28.08.2023-cü il tarixli, 34 saylı maliyyə arayışına əsasən Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə müəssisəyə xx.xx.2023-cü il tarixinə olan borcu ƏDV daxil 17417,93 manat (14451,75 manat əsas məbləğdən, qalıq borcu 2094,4 manat ƏDV məbləğdən qalıq borcu və 871,8 manat əsas məbləğ üzrə "xxxx" MMC şirkətindən birləşmə əsasında daxil olan qalıq borc) təşkil edir.
20. 25.10.2023-cü il tarixli 156 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən 3000 manat məbləğində vəsait İddiaçı MMC-nin hesabına köçürülmüşdür. (EBAD 574179-əsas)
21. Satış təmsilçisinə aid müştərilərin borc üzləşmə aktına əsasən RM Kimya MMC-nin xx.xx.2023-cü il tarixə yekun borcu 13006,15 manat olduğu qeyd olunmuş və Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
22. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
25. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
27. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
28. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
29. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər
30. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, RMK-27/11/18 saylı alqısatqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı alıcıya müxtəlif çeşiddə metal mal satır. Alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.
31. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – elektron qaimə və borcun üzləşdirmə aktı ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 13006,15 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
32. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 13006,15 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 13006,15 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
35. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci cavabdehə aid edilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehndən 13006,15 (on üç min altı manat, 15 qəpik) borc məbləği və mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova