Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5072/2025 31.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat işi (açar sözlər: nisyə alqı-satqı, mal göndərmə müqaviləsi, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi X2, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən əsas borc üzrə 2200 manat, cərimə üzrə 200 manat, cəmi 2400 manat ödənilməmiş borcun və ödənilmiş 44 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022ci il tarixdə Barkod sistemi və avadanlıqlarının alqı-satqısına dair “Nisyə alqı-satqı” müqaviləsi (Müqavilə) bağlanmışdır. Həmin Müqaviləyə əsasən iddiaçı həmin malları cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malları qəbul edib razılaşdırılmış formada – ödəniş cədvəlinə uyğun, “Malların” dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş, Müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozmuşdur. Belə ki, Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə üzrə ödəməli olduğu borcunu ödəməkdən yayınmışdır. Hazırda cavabdehin əsas borc üzrə 2200 manat, cərimə üzrə 200 manat, cəmi 2400 manat borcu vardır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 385.1, 427,3, 442, 443, 448.1, 448.2, 449, 462.1, 600.1, 600.4-cü maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarından görünür ki: İddiaçı “satıcı”, Cavabdeh “alıcı” olmaqla tərəflər arasında xx.xx.2022-ci il tarixli RN001839 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən, “Satıcı” “Alıcı”nın sifarişi əsasında malların (bundan sonra “Mal(lar)”) nisyə satışını həyata keçirir. Bu müqavilənin 1.3-cü bəndinə əsasən, “Satıcı” “Alıcı”ya 1 komplekt Barkod sistemi və avadanlıqları satır, “Alıcı” isə həmin Mal(lar)ı qəbul edir. Bu müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilənin 1.3-cü bəndində qeyd edilmiş Mal(lar)ın qiyməti Barkod sistemi və avadanlıqları cəmi 3283 (üç min iki yüz səksən üç ) (lar)ın ümumi dəyərinin 679 (altı yüz yetmiş doqquz) manat məbləği ilkin ödəniş olaraq nağd şəkildə “Satıcı” ya ödənilir. Bu müqavilənin 2.1-ci bəndinə əsasən, “Alıcı” tərəfindən alınmış Mal(lar)ın ümumi dəyərinin qalıq məbləği Müqaviləyə əlavə edilmiş müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlində qeyd edilmiş məbləğdə və müddətdə “Satıcı”ya ödənilir. Bu müqavilənin 4.1-ci bəndinə əsasən, əşyanı təhvil almış “Alıcı” onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə “Satıcı” verilmiş əşyanın dəyərinin tam ödənilməsini və ya dəyəri ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququna malikdir. Bu müqavilənin 6.2-ci bəndinə əsasən, “Alıcı” verilmiş malın dəyərini müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək qanuna uyğun cərimələr ödənilməlidir. Bu müqavilənin 6.3-cü bəndinə əsasən, müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindəki gecikmələrə görə “Alıcı” hər gecikdirilən gün üçün aylıb ödənişin 2 %-i həcmində əlavə cərimə ödəməlidir. Bu müqavilənin 7.2-ci bəndinə əsasən, bu Müqavilə ilə müəyyənləşdirilən bütün əlavələr (ödəniş cədvəli, təhvil-təslim aktı və s.) onun ayrılmaz və tərkib hissəsi hesab olunur və tərəflərin imzaları ilə təsdiq olunduğu andan qüvvəyə minir. xx.xx.2022-ci il tarixli RN001839 saylı müqaviləyə əlavə 1 olan ödəniş cədvəlinə əsasən, Cavabdeh İddiaçı xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər hər ay 217 manat ödəməlidir. xx.xx.2022-ci il tarixli MQ nömrəli təhvil-təslim aktının kötüyünə əsasən, 3283 manat dəyərində 1 (bir) komlekt Barkod sistemi və avadanlıqları Cavabdeh təhvil verilmişdir. 13 mart 2025-ci il tarixli İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh RN001839 nömrəli, xx.xx.2022-ci il ci tarixli müqaviləyə əsasən, 2200 manat manat əsas borc və 200 manat məbləğində cərimə borcu vardır. xx.xx.2023-cü il tarixli gecikdirilmiş borcun ödənilməsi barədə pretenziyadan görünür ki, iddiaçı tərəfindən cavabdehə öhdəliyin icra olunması üçün xəbərdarlıq göndərilmiş, 2400 manat borc məbləğini ən geci 3 (üç) gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, “İddiaçı 44 manat dövlət rüsumu ödəmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilə. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə də, işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi imzalanmış, iddiaçı müqavilə üzrə Barkod sistemi və avadanlığı 3283 manata satmağı, cavabdeh isə 679 manat ilkin ödəniş olmaqla qalan məbləği xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər hər ay 217 manat hissə hissə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə tərəflərin hər ikisinin öhdəlikləri olduğu halda, iddiaçı öhdəliyini yerinə yetirərək həmin malı cavabdehə təhvil vermiş, cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş, habelə icra edilmədiyi təqdirdə, onların yerinə yetirilməməsinin hər hansı bir üzrlü səbəbləri göstərilməmişdir. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının Mülki Məcəllənin 600.4 və 637.2-ci maddələrinə əsasən cavabdehdən verdiyi malın ödənilməsini tələb etmək hüququ vardır. İddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla–müqavilə, ödəniş cədvəli, təhvil-təslim aktı ilə təsdiqini tapdığı üçün iddia tələbinin 2200 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur, həmin hissədə iddia təmin edilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 200 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Qeyd edim ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur və əsas borcun ödənilməsi cavabdeh tərəfindən gecikdirilmişdir. Lakin Mülki Məcəllənin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edirəm ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 100 manat müəyyən olunmalı, həmin hissədə iddia qismən təmin olunmalıdır. Qeyd edilənlərdən əlavə MPM-in 119-cu maddəsinə əsasən hesab edirəm ki, iddia qismən təmin olunduğundan ödənilmiş 44 manat dövlət rüsumunun 41 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən əsasən 2200 manat əsas borc, 100 manat cərimə məbləği olmaqla, cəmi 2300 (iki min üç yüz) manat borc və ödənilmiş dövlət rüsumunun 41 (qırx bir) manatının əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5072/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5072/2025
31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver