Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5084/2023 06.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı qanuni təmsilçisi (direktoru) Qanuni nümayəndə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 50.137,20 (əlli min yüz otuz yeddi manat iyirmi qəpik) manat pulun və mediasiyada ödənilmiş 400 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN: ********** ) Nizamnamə əsasında fəaliyyət göstərən direktoru Qanuni nümayəndə və Cavabdeh (VÖEN:**********) Nizamnamə əasanında fəaliyyət göstərən direktoru X1 2021-ci il tarixdə Bakı şəhərində öz aralarında alqı-satqı müqaviləsi bağlamışlar. Müqavilələrin şərtlərinə görə “Satıcı”, yəni İddiaçı MMC ona məxsus malları satmağı, “Alıcı”, yəni Cavabdeh MMC isə onların dəyərini ödəməklə almağı öz öhdəsinə götürmüşlər. Cavabdeh bir neçə dəfə müqavilə öhdəliklərini yerinə yetirmişdir. Bu isə iddiaçıda etimad yaratmışdır. Lakin bir müddət sonra cavabdeh müqavilədən irəli gələn öhdəliklərini yerinə gətirməkdən imtina etmişdir. İddiaçı müxtəlif vaxtlarda bağladıqları müqaviləyə əsasən satmalı olduğu malları cavabdehə göndərsə də, cavabdeh ödəməli olduğu məbləği ödəməmişdir. Bir neçə dəfə bu barədə cavabdehə xəbərdarlıq olunsa da cavabdeh hər dəfə öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə və İddiaçı nümayəndəsi/vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsini nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
9. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2021-ci il tarixli, 2021.06.009D nömrəli alqı-satqı müqaviləsi, müqaviləyə 01 nömrəli Əlavə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı satır, alıcı isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən tərkibdə və qiymətdə malları satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəyir.
12. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən ay ərzində təqdim edilmiş mallar üçün ay sonunda qarşılıqlı hesablaşma aktı tərtib edilir və aktın əsasında elektron qaiməfaktura və elektron vergi hesab fakturası və hesab faktura təqdim edilir. Elektron qaiməfaktura və hesab-faktura təqdim edildikdən sonra ödəniş 5 iş günü ərzində həyata keçirilir.
13. Müqavilə, müqaviləyə əlavə hər iki hüquqi şəxsin imzası və möhürü ilə təsdiq olunmuşdur.
14. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.
15. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
16. İş materiallarından görünür ki, EBDF seriyalı, 500734 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 50.137,20 manat olan elektron qaimə İddiaçı tərəfindən Cavabdehnə göndərilmişdir.
17. Bundan başqa, iş materiallarında olan elektron qaimələrin siyahısından görünür ki, tərəflər arasında əvvəllər də alqı-satqı münasibətləri olmuş və tərəflər arasındakı işgüzar münasibətlər məhz elektron qaimələr üzərindən həyata keçirilərək, müvafiq ödənişlər aparılmışdır.
18. İşə əlavə olunmuş hesabdan çıxarışlardan da, görünür ki, əvvəlki elektron qaimələr üzrə ödənişlər tam şəkildə Bank hesabı vasitəsi ilə həyata keçirilmişdir.
19. xx.xx.2023-cü il tarixli məhkəmə baxış iclasında şahid qismində iştirak edən X3 məhkəməyə ifadəsində Cavabdehndə 2014-cü ildən 2023-cü ilin aprel ayının 1-nə kimi satış departamentinin müdiri vəzifəsində çalışdığını, şirkətə sonuncu dəfə 2022-ci ildə mal verildiyini, təsisçi ölkəni tərk etdikdən sonra heç bir malın təqdim edilmədiyini, şirkətin maliyyə şöbəsinin nümayəndələrindən eşitdiyi məlumata əsasən Cavabdeh İddiaçınə təxminən 50.000 manat borcun yarandığını bildirmişdir.
20. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, həqiqətən də, iddiaçı tərəfindən cavabdehə EBDF seriyalı, 500734 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimədə göstərilmiş 50.137,20 manat dəyərində olan mallar verilmişdir.
21. Cavabdeh tərəf isə, ona göndərilmiş olan sonuncu elektron qaimə üzrə hər hansı bir ödənişin ödənilməsi barədə sənədi iş materiallarına əlavə etməmiş və ümumiyyətlə iddiaya hər hansı bir etirazını bildirməmişdir.
22. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 50.137,20 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərci ödənmişdir.
24. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.
VI. Nəticə:
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 50.137 (əlli min bir yüz otuz yeddi) manat, 20 (iyirmi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Kənan Hüseynov