Məhkəmə qərarları › İş №e-2-2(113)-5107/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5107/2024

05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5107/2024 05.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Daşdəmirova Ləman Şahlar qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TMB23392 saylı müqavilə üzrə İddiaçı MMC tərəfindən satılmış malların dəyəri olaraq 29239,15 manat (24778,92 manat əsas borc və 4460,23 ƏDV borcu), 38738,24 manat dəbbə pulu, 852,80 manat əldən çıxmış fayda, 320 manat məbləğində məhkəmədə təmsil üçün vəkilə ödənilmiş məbləğ olmaqla, ümumilikdə 69150,19 manat pul və 298 manat dövlət rüsumununun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 26 avqust 2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə barışıq sazişi təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən hər iki tərəfin nümayəndələri barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icrata xitam verilməsini xahiş etdilər. Məhkəməyə təqdim edilmiş tərəflər arasında bağlanmış, hər iki hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmış və hüquqi şəxslərin möhürü ilə təsdiqlənmiş 16 avqust 2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə aralarında razılığa gəlmişlər:

1. Cavabdeh İddiaçıya xx.xx.2023-cü il tarixli, TMB23392 nömrəli alqı-satqı müqaviləsi üzrə 24778.92 manat məbləğində əsas borc və 4460.23 manat ƏDV borcu xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2024-cü il tarixinədək tam şəkildə ödəməyi öhdəsinə götürür.

2. Dövlət rüsumu (298 manat) və məhkəmədə təmsil olunmaq üçün çəkilən xərc (320 manat) xx.xx.2024-cü il tarixədək tam həcmdə ödəniləcəkdir.

3. Hazırki maddənin müddəalarında nəzərdə tutulan öhdəliklər Tərəflər arasında tam yerinə yetirildikdən sonra Cavabdehin İddiaçı qarşısında olan bütün tələblərinin xitamı olacaqdır və İddiaçı Cavabdehə qarşı heç bir tələb irəli sürməyəcəkdir.

4. Hər bir tərəf X4ni vicdanla və qeyd-şərtsiz icra etməyi öhdəsinə götürür.

5. X4 Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir, şərh edilir və icra olunur.

6. X1 icrasından və yaxud ondan irəli gələn bütün digər mübahisələr Azərbaycan Respublikası məhkəmələri tərəfindən həll olunur.

7. X2 3 (üç) nüsxədə, Azərbaycan dilində imzalanmışdır. Tərəflər təsdiq edir ki, onların hər biri Barışıq Sazişinin 1 (bir) nüsxəsini əldə etmişlər. Nüsxələrdən biri Məhkəməyə təqdim olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iş üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.

1. Cavabdeh İddiaçıya xx.xx.2023-cü il tarixli, TMB23392 nömrəli alqı-satqı müqaviləsi üzrə 24778.92 manat məbləğində əsas borc və 4460.23 manat ƏDV borcu xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2024-cü il tarixinədək tam şəkildə ödəməyi öhdəsinə götürür.

2. Dövlət rüsumu (298 manat) və məhkəmədə təmsil olunmaq üçün çəkilən xərc (320 manat) xx.xx.2024-cü il tarixədək tam həcmdə ödəniləcəkdir.

3. Hazırki maddənin müddəalarında nəzərdə tutulan öhdəliklər Tərəflər arasında tam yerinə yetirildikdən sonra Cavabdehin İddiaçı qarşısında olan bütün tələblərinin xitamı olacaqdır və İddiaçı Cavabdehə qarşı heç bir tələb irəli sürməyəcəkdir.

4. Hər bir tərəf X4ni vicdanla və qeyd-şərtsiz icra etməyi öhdəsinə götürür.

5. X4 Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir, şərh edilir və icra olunur.

6. X1 icrasından və yaxud ondan irəli gələn bütün digər mübahisələr Azərbaycan Respublikası məhkəmələri tərəfindən həll olunur.

7. X2 3 (üç) nüsxədə, Azərbaycan dilində imzalanmışdır. Tərəflər təsdiq edir ki, onların hər biri Barışıq Sazişinin 1 (bir) nüsxəsini əldə etmişlər. Nüsxələrdən biri Məhkəməyə təqdim olunur. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar