Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5113/2025 21.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alğı-satqı,pul) X4 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh fərdi sahibkar Cavabdeh İddiaçı MMC-nin xeyrinə 140003.67 (bir yüz qırx min üç manat 67 qəpik) manat, eləcə də ödənilmiş 430 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “Satıcı”) ilə cavabdeh fərdi sahibkar Cavabdeh (bundan sonra “Alıcı”) arasında 04 oktyabr 2024cü il tarixli, “Malın alğı-satqı müqaviləsi”nə əsasən satıcı qismində çıxış edən İddiaçı MMC tərəfindən alıcı kimi çıxış edən fərdi sahibkar Cavabdeh ümumi dəyəri 140003.67 manat olan mal (Plus Ower-250 ml) satılmışdır. Sözügedən müqaviləyə əsasən cavabdeh ona satılmış malların dəyərinin ödənilməsi öhdəliyini götürmüşdür. Qeyd etməyi zəruri hesab ediirk ki, yuxarıda istinad edilən müqaviləyə əsasən cavabdehə satılmış mallar müvafiq təhvil-təslim aktları əsasında şəxsən cavabdehə təqdim edilərək müvafiq elektron qaimələr təqdim edilsə də hazırkı vaxta olan 140003.67 (bir yüz qırx min üç manat 67 qəpik) manat məbləğində olan borcun ödənilməsi Cavabdeh tərəfindən təmin olunmamışdır. Sözügedən müqavilənin “Tərəflərin hüquq və vəzifələri”ni tənzimləyən 4.4.1-ci bəndinin tələbinə görə alıcı sifariş veridyi malları müəyyən edilmiş müddətdə və qaydada qəbul etmək və malın dəyərini Satıcının təqdim etdiyi satış qaiməsi əsasında mal təqdim edildikdən 30 (otuz) gün müddətində ödəməlidir. Qeyd olunan müqavilə imzalandığı gündən 1 (bir) il müddətində qüvvədə olmuşdur. Qeyd etməyi zəruri hesab edirik ki, hazırkı vaxtadək fərdi sahibkar Cavabdeh yuxarıda sözügedən müqavilə üzrə satılan məhsulların dəyərinin 140003.67 manatı məbləğində olan hissəsi bu günədək ödənilməmiş qalmışdır. Həmçinin qeyd etməyi zəruri hesab edirik ki, cavabdeh fərdi sahibkar Cavabdeh müvafiq elektron qaimələr təqdim edilsə də, cavabdeh, hazırkı vaxtadək müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtında və layiqincə icra etməmiş, beləliklə də Cavabdeh İddiaçı MMC-yə 140003.67 (bir yüz qırx min üç manat 67 qəpik) manat borcu yaranmışdır. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
5. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. İddiaçı MMC (bundan sonra “Satıcı”) ilə cavabdeh fərdi sahibkar Cavabdeh (bundan sonra “Alıcı”) arasında imzalanmış xx.xx.2024-cü il tarixli, **********-1 saylı alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən Satıcı və Alıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarla və dövri şəkildə verilən sifarişlərlə (bundan sonra "Sifariş") razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malı (bundan sonra "Mal") Alıcıya təhvil verməyi, Alıcı isə bu sifariş ilə razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə Malı qəbul edib, bu müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun Malın dəyərini tam ödəməyi öz öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətində qüvvədə qalır. - 3.1-ci bəndinə əsasən malın satış qiyməti ümumi razılaşma əsasında müəyyənləşdirilir və X1 qeyd olunur. Malın qiymətinə bütün xərclər (daşıma və s.) daxildir. - 3.2-ci bəndinə əsasən alıcı tərəfindən malın dəyərinin ödənilməsi nağd və ya köçürmə yolu ilə mal təhvil verildikdən sonra 30 (otuz) iş günü ərzində Azərbaycan Respublikasının milli valyutası ilə həyata keçirilir və pul vəsaitinin Satıcının sərəncamına verildiyi an və ya hesablaşma hesabına köçürüldüyü an ödəniş öhdəliyinin icra edilməsi anı hesab olunur. - 4.4.1-ci bəndinə əsasən alıcının əsas vəzifələrindən biridə sifariş verdiyi malları müəyyən edilmiş müddətdə və qaydada qəbul etmək və malın dəyərini Satıcının təqdim etdiyi satış qaiməsi əsasmda, mal təqdim edildikdən 30 (otuz) gün müddətində ödəmək; Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
9. İddiaçı tərəfindən cavabdehə MT2501 10633745 nömrəli xx.xx.2025-ci il tarixli 3286,48 manat, MT2501 10631744 nömrəli xx.xx.2025-ci il tarixli 900000,28 manat, MT2501 10633734 nömrəli xx.xx.2025-ci il tarixli 16090,50 manat, MT2S01 10633740 nömrəli xx.xx.2025-ci il tarixli 49247,91 manat, MT2501 10633752 nömrəli xx.xx.2025ci il tarixli 32832,48 manat məbləğində elektron qaimə göndərilmişdir.
10. İddiaçı ilə cavabdeh arasında imzalanmış AA004619 nömrəli təhvil-təslim aktı ilə təsdiq edilir ki,iddiaçı tərəfindən cavabdehə 49248 manat məbləğində mal verilmişdir.
11. İddiaçı ilə cavabdeh arasında imzalanmış AA004611 nömrəli təhvil-təslim aktı ilə təsdiq edilir ki,iddiaçı tərəfindən cavabdehə 32832 manat məbləğində mal verilmişdir.
12. İddiaçı ilə cavabdeh arasında imzalanmış AA004612 nömrəli təhvil-təslim aktı ilə təsdiq edilir ki,iddiaçı tərəfindən cavabdehə 32832 manat məbləğində mal verilmişdir.
13. İddiaçı ilə cavabdeh arasında imzalanmış AA004615 nömrəli təhvil-təslim aktı ilə təsdiq edilir ki,iddiaçı tərəfindən cavabdehə 9000,30 manat məbləğində mal verilmişdir.
14. İddiaçı ilə cavabdeh arasında imzalanmış AA004614 nömrəli təhvil-təslim aktı ilə təsdiq edilir ki,iddiaçı tərəfindən cavabdehə 16090,50 manat məbləğində mal verilmişdir. V. Tətbiq edilən hüquq:
15. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddənin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
16. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§29)
19. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.
20. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
22. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
Vİ.Məhkəmənin mövqeyi:
23. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
24. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2024-cü il tarixli, **********-1 saylı alq-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı sifariş edilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş alğı-satqı müqavilələri, elektron qaimələr təhvil təslim aktları vədigər sübutlarla sübuta yetirilir.Nəticədə cavabdehin iddiaçıya 140003,67 manat məbləğində borcu yaranmışdır. Qeyd edilən hal, iddiaçı tərəfindən iş materiallarıma əlavə ediliş və məhkəmə iclaslarında tədqiq edilmiş, alğı-satqı müqaviləsi, elektron qaimə ilə təsdiq edilir.
25. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərindən – 140003,67 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, eləcə də iddiaçı cavabdehdən 140003,67 manat məbləğində pul vəsaitini tələb etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 140003,67 manat borc tutularaq iddiaçıya ödənilməlidir.
26. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 430 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, **********-1 Alğı satqı müqaviləsinə əsasən, 140003,67 (yüz qırx min üç manat altmış yeddi qəpik) manat məbləğində əsas borc, və ödənilmiş 430 (dörd yüz otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova