Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-512/2020 11.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi və İddiaçı-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin Cavabdeh MMC-yə qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli MAS-358 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli MAS-358 saylı daxili lizinq müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2019-cu il tarixə, 4394,61 manat əsas, 1225,44 manat mükafat və həmin gün hesablanmış 665,42 manat dəbbə pulu, cəmi 6285,47 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli MAS-358 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh MMC-nin sifarişi ilə 2018-ci il buraxılışlı, “QAZ A21R32-70” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, X96A21R32J2725432 ban, 76060674 mühərrik nömrəli, ağ rəngli avtomobil 28420 manat məbləğinə İddiaçı-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Müqaviləyə əsasən Cavabdeh MMC illik 17% hesablanmaqla 24 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 1405,15 manat, ümumilikdə isə 33724 manat məbləğində pulu İddiaçı-nin hesabına ödəməyi öhdəsinə götürmüş, lakin Cavabdeh MMC tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx.xx.2018-ci il tarixdə 1412 manat məbləğində olmuşdur. Beləliklə, cavabdeh müqavilənin şərtlərini pozaraq lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddianı müdafiə etdiyini bildirmiş, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli, MAS-358 nömrəli daxili lizinq müqaviləsindən və həmin müqaviləyə 3 saylı əlavədən görünür ki, Cavabdeh MMC illik 17% hesablanmaqla 24 aylıq müddətə, hər ay 1405,15 manat olmaqla, ümumilikdə 33724 manat məbləğində pulu İddiaçı-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı-nin xx.xx.2020-ci il tarixli, 053 nömrəli arayışından görünür ki, “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli, MAS-358 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 4394,61 manat əsas borc, 1225,44 manat mükafat borcu, 665,42 manat cərimə olmaqla, cəmi 6285,47 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında lizinq müqavilə bağlanmış, lakin Cavabdeh MMC ödənişləri etmədiyindən üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və ona 6285,47 manat məbləğində borc hesablanmışdır. Məhkəmə cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, tənasübsüz surətdə yüksək olan dəbbə pulunun azaldaraq 4,95 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 89,5%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 89,5-i, yəni 26,85 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli MAS-358 saylı daxili lizinq müqaviləsinin ləğv edilməli, xx.xx.2018-ci il tarixli, MAS-358 saylı daxili lizinq müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 4394,61 manat əsas, 1225,44 manat mükafat və 4,95 manat dəbbə pulu olmaqla, cəmi 5625 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26,85 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli MAS-358 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. xx.xx.2018-ci il tarixli, MAS-358 saylı daxili lizinq müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 4394,61 manat əsas, 1225,44 manat mükafat və 4,95 manat dəbbə pulu olmaqla, cəmi 5625 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26,85 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-512/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-512/2020
11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver