Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-512/2021 21.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ƏDV daxil 150.348,16 (yüz əlli min üç yüz qırx səkkiz manat on altı qəpik) manat pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxs kimi xx xxxx 2012-ci il tarixində Gürcüstan Respublikasının Ədliyyə Nazirliyində ********* qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. Hüquqi şəxs kimi qeydiyyatdan keçdikdən sonra, şirkət Azərbaycan Respublikasında filial yaratmış və filial, İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı filialı kimi Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamenti Kommersiya X3 Qeydiyyatı İdarəsində hüquqi şəxs kimi xx.xx.2012-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq, filialı ********** saylı VÖEN verilmiş və İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin filialı kimi rəsmi fəaliyyətə başlamışdır. İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı filialı qeydiyyata alındığı gündən qanunvericiliklə qadağan olunmamış fəaliyyət növləri ilə məşğul olmuş və əsas fəaliyyət növü bir çox inşaat sahəsində çalışan hüquqi və fiziki şəxslərlə bağlanmış müqavilələr əsasında inşaat və sənaye sahələrinin materiallar və avdanlıqlarla təchiz etməkdən, yəni bu materialların satışından ibarət olmuşdur. İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı filialı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli PO nömrəli: CDP.PR 139431.OF.04; xx.xx.2019-cu il tarixli PO nömrəli: 127651; xx.xx.2020-ci il tarixli PO nömrəli: 128018; xx.xx.2020-ci il tarixli PO nömrəli: 128028; xx.xx.2020-ci il tarixli PO nömrəli: 128231; xx.xx.2020-ci il tarixli PO nömrəli: 128218; xx.xx.2020-ci il tarixli PO nömrəli: 129390; xx.xx.2020- ci il tarixli PO nömrəli: 129598; xx.xx.2020-ci il tarixli PO nömrəli: 130450; xx.xx.2020-ci il tarixli PO nömrəli 131234; xx.xx.2020-ci il tarixli PO nömrəli: 131617; xx.xx.2020-ci il tarixli PO nömrəli 132145; xx.xx.2020-ci il tarixli PO nömrəli: 132437; xx.xx.2020-ci il tarixli PO nömrəli: 134263; xx.xx.2020-ci il tarixli PO nömrəli: 134276; xx.xx.2020-ci il tarixli PO nömrəli: 134569; xx.xx.2020- ci il tarixli PO nömrəli: 135164; xx.xx.2020-ci il tarixli PO nömrəli: 135434 saylı Alış Sifarişləri əsasında, iddiaçı tərəfindən Alış Sifarişlərində göstərilən ümumi dəyəri 350.311,41 manat dəyərində olan bir sıra mal-materiallar (avadanlıqlar) cavabdehə satılmışdır. Tərəflər arasında bağlanmış Alış Sifarişinin 5-ci bəndinə əsasən, Alıcı, razılaşmadığı məbləğlər istisna olmaqla, hesablanmış məbləği hesab-fakturanın qəbul edildiyi tarixdən etibarən otuz (30) gün müddətində ödəyir. Qeyd olunduğu kimi, tərəfimizdən Cavabdeh MMC-yə bir sıra avadanlıqların satılmasına və həmin avadanlıqların dəyərinin ödənilməsi ilə bağlı hesablaşma sənədləri təqdim edilməsinə baxmayaraq, avadanlıqların dəyəri tam ödənilmədiyindən, tərəflər arasında borcların qarşılıqlı üzləşdirilməsinə dair xx.xx.2020-ci il tarixli üzləşdirmə aktı bağlanmış və həmin üzləşdirmə nəticəsində, Cavabdeh MMC-nin şirkətimizə 150,348.16 (ƏDV-daxil) manat məbləğində ödənilməmiş borcunun mövcud olmasını tərəflər təsdiqləmişlər. Həmin borc məbləğlərinin ödənilməsi məqsədi ilə tərəfimizdən, dəfələrlə "Cavabdeh" MMC-nə müraciətlər olunsa da, borcun ödənilməsi təmin edilməmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə edilmiş çox saylı şifahi və yazılı müraciətlərimizə baxmayaraq, şirkətimizə olan 150,348.16 (ƏDV-daxil) manat məbləğində borc bu günə qədər ödənilməmiş qalmışdır. "Cavabdeh" MMC tərəfindən, nəzərdə tutulmuş öhdəliklərin icra edilməsi istiqamətində hərəkətsizliyi və məsuliyyətsizliyi bizə güman etməyə əsas verir ki, Cavabdeh MMC öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyətində deyil və bu kimi hərəkətləri nəticəsində, hazırda şirkətimiz külli miqdarda maddi ziyan çəkməkdədir. İddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh MMC-dən ƏDV daxil 150.348,16 (bir yüz əlli min üç yüz qırx səkkiz manat on altı qəpik) manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 3000 manat məbləğinin pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi borcu etiraf edərək borcun ödənilməməsi qərəzli deyil pandemiya vəziyyəti ilə əlaqədar olan çətinliklər ilə bağlı olduğunu bildirdi və qeyd olunan halları nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında imzalanmış razılaşmasından görünür ki, bu Alış Sifarişi, qeyd olunmuş şərtlərə ("Şərtlər"; Alış sifarişinin şərtləri ilə birlikdə, "Sifariş") uyğun olaraq, "Cavabdeh" MMC-nin ("Alıcı") Aypara inkişaf Layihəsi üçün nəzərdə tutulmuş mal ("Mallar") və ya xidmətlərin ("Xidmətlər") Alış Sifarişinin ünvanlandığı tərəfdən ("Satıcı") alınması təklifidir. Satıcı imzalanmış və möhürlənmiş Alış Sifarişi formasını Alıcıya təslim etdikdən sonra bu Sifariş Satıcı tərəfindən qəbul edilmiş hesab ediləcəkdir Razılaşmanın 2-ci bəndinə əsasən X4 müəyyən edilmiş tarixdə ("Çatdırılma tarixi") çatdırılma məntəqəsinə ("Çatdırılma ünvanı") çatdırmalıdır. Sifariş müqaviləsində çatdırılma tarixi göstərilmədikdə, Satıcı malların çatdırılmasını sifarişin qəbulunu nəzərə alaraq uyğun zaman çərçivəsində və tam şəkildə həyata keçirir. Zamanında çatdırılma mühüm əhəmiyyət kəsb edir. Satıcı Mal və ya Xidmətləri tam şəkildə və vaxtında Alıcıya təslim edə bilmədikdə Alıcı dərhal Sifarişi ləğv etmə hüququna malikdir və Satıcı malların vaxtında çatdırılmaması səbəbindən Alıcıya dəymiş zərəri və əlaqəli xərcləri kompensasiya etməlidir. Satıcı Malları bu Sifarişdə göstərilən müddət ərzində qismən çatdırarsa və ya ümumiyyətlə çatdırmazsa, Alıcı Satıcıya hər gecikdirilmiş günə görə Sifarişin ümumi dəyərinin 0,1 %-i miqdarında cərimə tətbiq etmək hüququna malikdir. Razılaşmanın 5-ci bəndinə əsasən, Alıcı, razılaşmadığı məbləğlər istisna olmaqla, hesablanmış məbləği hesab-fakturanın qəbul edildiyi tarixdən etibarən otuz (30) gün müddətində ödəyir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı filialı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli PO nömrəli: CDP.PR 139431.OF.04; xx.xx.2019-cu il tarixli PO nömrəli: 127651; xx.xx.2020-ci il tarixli PO nömrəli: 128018; xx.xx.2020-ci il tarixli PO nömrəli: 128028; xx.xx.2020-ci il tarixli PO nömrəli: 128231; xx.xx.2020-ci il tarixli PO nömrəli: 128218; xx.xx.2020-ci il tarixli PO nömrəli: 129390; xx.xx.2020- ci il tarixli PO nömrəli: 129598; xx.xx.2020-ci il tarixli PO nömrəli: 130450; xx.xx.2020-ci il tarixli PO nömrəli 131234; xx.xx.2020-ci il tarixli PO nömrəli: 131617; xx.xx.2020-ci il tarixli PO nömrəli 132145; xx.xx.2020-ci il tarixli PO nömrəli: 132437; xx.xx.2020-ci il tarixli PO nömrəli: 134263; xx.xx.2020-ci il tarixli PO nömrəli: 134276; xx.xx.2020-ci il tarixli PO nömrəli: 134569; xx.xx.2020- ci il tarixli PO nömrəli: 135164; xx.xx.2020-ci il tarixli PO nömrəli: 135434 saylı Alış Sifarişləri əsasında, iddiaçı tərəfindən Alış Sifarişlərində göstərilən ümumi dəyəri 350.311,41 manat dəyərində olan bir sıra mal-materiallar (avadanlıqlar) cavabdehə satılmışdır. İş materiallarına əlavə edilmiş tərəflər arasında tərtib olunmuş üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixə olan ümumi borc məbləği 150348,16 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 717 nömrəli hüquqi yardımın göstərilməsi haqqında Müqavilədən görünür ki, İddiaçı MMC ilə vəkil X6 arasında müraciət edən şəxsin tapşırığı əsasında hüquqi yardım göstərilməsinə dair müqavilə bağlanmışdır və bu hüquqi yardım haqqının məbləği 3000 manat olaraq razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 215OPXO203380058 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 16 saylı Vəkil Bürosunun bank hesabına 3000 manat ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında razılaşma imzalanmışdır. Razılaşmaya əsasən satıcı imzalanmış və möhürlənmiş Alış Sifarişi formasını Alıcıya təslim etdikdən sonra bu Sifariş Satıcı tərəfindən qəbul edilmiş hesab olunmuşdur. Bu Sifariş, istinad üçün daxil edilmiş digər sənədlərlə birlikdə tərəflərin bu sifariş üzrə vahid razılığını ifadə edir və yazılı və şifahi olmasından asılı olmayaraq, sifarişlə əlaqəsi olan bütün mövcud anlaşma, razılıq, müzakirə, təminat və zəmanətləri, tərəflərin bu barədə ayrıca yazılı müqavilə imzalamadıqları müddətcə, əvəz edir. Sifariş, birmənalı olaraq, Satıcının Sifariş şərtləri üzrə razılığını məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Göründüyü kimi tərəflər arasında müqavilədən irəli gələn hüquq və vəzifələri yaranmışdır. Satıcı müqavilə üzrə öhdəliyini tam yerinə yetirmiş və malı alıcıya təhvil vermişdir. Alıcı isə malın dəyərinin ödənilməsinə dair öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə satıcıya borcu yaranmışdır. Mövcud olan borc məbləğinin mqidarı tərəflər arasında bağlanmış üzləşmə aktı ilə öz təsdiqini tapmışdır. Belə ki, İddiaçı MMC və Cavabdeh MMC üzləşmə aktı tərtib edərək alıcının satıcıya xx.xx.2020-ci il tarixə olan ümumi borc məbləğinin 150348,16 manat olmasını müəyyən etmişlər. Həmin üzləşmə aktı ilə cavabdeh iddiaçı qarşısında yaranmış öhdəliyinin miqdarını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, cavabdeh razılaşma üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da razılaşmanın şərtlərini pozmuşdur. Buna görə cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu iddiaçıya ödəməlidir. Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi razılaşma müqaviləsi üzrə Cavabdeh MMC-dən 150348,16 manat əsas borcun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün ödənilmiş pulun əvəzi olaraq cavabdehdən 3000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən ƏDV daxil 150.348,16 (bir yüz əlli min üç yüz qırx səkkiz manat on altı qəpik) manat borc, ödənilmiş 30 manat dövlət rüsumu, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 3000 manat məbləğinin pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 150.348,16 (bir yüz əlli min üç yüz qırx səkkiz manat on altı qəpik) manat borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 3000 (üç min) manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-512/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-512/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver