Məhkəmə qərarları › İş №e-2-2(113)-513/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-513/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-513/2020 18.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, iddiaçı Nümayəndə Cavabdehnə qarşı 48612,07 manat borc, gecikdirilmiş müddət üçün 4861 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 53503,07 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə MMC Cavabdeh MMC-yə qarşı 48612,07 manat borc, gecikdirilmiş müddət üçün 4861 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 53503,07 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəməyə barışıq sazişi təqdim edərək sazişin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili mübahisənin tərəflər arasında bağlanılmış barışıq sazişinə əsasən həll edildiyini təsdiq edərək, barışıq sazişinin qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiq edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda tərəflər barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirdilər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış, tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş xx xxxx 2020-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.1 Bu Sazişin predmetini İddiaçının Cavabdehə qarşı “Tərəflər arasında bağlanmış HGC GS 083/0118 saylı, xx xxxxxx 2018-cı il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcun, gecikdirilmiş müddət üçün hesablanmış cərimənin və ödənilmiş dövlət rüsumunun əvəzinin, cəmi 53503,07 (əlli üç min beş yüz üç manat, yeddi qəpik) manat məbləğində pulun Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi tələbinə dair” mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi təşkil edir. 1.2 İddia tələbi üzrə kommersiya mübahisəsinə hazırda Bakı Kommersiya Məhkəməsində (sədrlik edən hakim: xanım Zeynəb Axundova) baxılmaqdadır. 2.1. Tərəflər razılaşır və təsdiq edir ki, aralarında imzalanmış xx xxxxxx 2020-ci il tarixli üzləşmə aktına əsasən bir-birilərinə olan kreditor/debitor borcları aşağıdakı kimidir: - Cavabdehin İddiaçıya HGC GS 083/0118 saylı, xx xxxxxx 2018-cı il tarixli alqı-satqı müqaviləsi üzrə borcu: 48612,07 (qırx səkkiz min altı yüz on iki manat, 07 qəpik) manat (47188,12 manat əsas, 1423,95 manat ƏDV borcu); - İddiaçının Cavabdehə 5 saylı, xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə borcu: 12297,11 (on iki min iki yüz doxsan yeddi manat, 11 qəpik) manat (10421,28 manat əsas, 1875,83 manat ƏDV borcu). 2.2. Tərəflər öhdəlik götürür ki, ƏDV borclarını bu Sazişin məhkəmə tərəfindən təsdiq edilməsindən etibarən 1 (iş) günü ərzində tam şəkildə qarşılıqlı olaraq bir-birilərinə ödəyəcəklər. 2.3. Bu Sazişin 2.1-ci bəndində göstərilən ƏDV borcları ödənildikdən sonra, ən geci 3 (üç) iş günü ərzində, İddiaçı Cavabdehin ona olan 47188,12 manat əsas borcundan 10421,28 manat borcunu çıxmaqla, həmin borcu əvəzləşdirəcəkdir və İddiaçının Cavabdehə 5 saylı, xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsindən hər hansı borcu qalmayacaqdır. 2.4. Həmçinin Tərəflər razılaşir ki, Cavabdeh HGC GS 083/0118 saylı, xx xxxxxx 2018-cı il tarixli alqı-satqı müqaviləsindən irəli gələn qalıq/yekun borcunu, yəni 36766,84 (otuz altı min yeddi yüz altmış altı manat, səksən dörd qəpik) manat məbləğində pulu 3 (üç) ay ərzində aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə İddiaçıya ödəyəcəkdir:

1. 1x xxxxx 2020-ci il tarixədək 12766,84 (on iki min yeddi yüz altmış altı manat, 84 qəpik) manat;

2. 1x xxx 2020-ci il tarixədək 12000 (on iki min) manat;

3. 1x xxxx 2020-ci il tarixədək 12000 (on iki min) manat. 2.5. Cavabdeh bu Sazişin 2.4-cü bəndində göstərilən öhdəliklərini iki ardıcıl müddət ərzində icra etməzsə və ya qismən icra edərsə, İddiaçı qalıq borcun bütünlüklə Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə, məhkəməyə müraciət edəcəkdir. 2.6. Bu Sazişin imzalanması/təsdiq olunması ilə İddiaçı Cavabdehə qarşı iddia tələbinin digər, yəni gecikdirilmiş vaxt üçün cərimənin tutulması hissəsindən imtina edir. 3.1. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan bu Sazişi imzalamışlar. 3.2. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. 3.3. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. 3.4. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, iqtisadi işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Nümayəndə MMC-nin Cavabdeh MMC-yə qarşı 48612,07 manat borc, gecikdirilmiş müddət üçün 4861 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 53503,07 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair kommersiya işi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. 1.1 Bu Sazişin predmetini İddiaçının Cavabdehə qarşı “Tərəflər arasında bağlanmış HGC GS 083/0118 saylı, xx xxxxxx 2018-cı il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcun, gecikdirilmiş müddət üçün hesablanmış cərimənin və ödənilmiş dövlət rüsumunun əvəzinin, cəmi 53503,07 (əlli üç min beş yüz üç manat, yeddi qəpik) manat məbləğində pulun Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi tələbinə dair” mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi təşkil edir. 1.2 İddia tələbi üzrə kommersiya mübahisəsinə hazırda Bakı Kommersiya Məhkəməsində (sədrlik edən hakim: xanım Zeynəb Axundova) baxılmaqdadır. 2.1. Tərəflər razılaşır və təsdiq edir ki, aralarında imzalanmış xx xxxxxx 2020-ci il tarixli üzləşmə aktına əsasən bir-birilərinə olan kreditor/debitor borcları aşağıdakı kimidir: - Cavabdehin İddiaçıya HGC GS 083/0118 saylı, xx xxxxxx 2018-cı il tarixli alqı-satqı müqaviləsi üzrə borcu: 48612,07 (qırx səkkiz min altı yüz on iki manat, 07 qəpik) manat (47188,12 manat əsas, 1423,95 manat ƏDV borcu); - İddiaçının Cavabdehə 5 saylı, xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə borcu: 12297,11 (on iki min iki yüz doxsan yeddi manat, 11 qəpik) manat (10421,28 manat əsas, 1875,83 manat ƏDV borcu). 2.2. Tərəflər öhdəlik götürür ki, ƏDV borclarını bu Sazişin məhkəmə tərəfindən təsdiq edilməsindən etibarən 1 (iş) günü ərzində tam şəkildə qarşılıqlı olaraq bir-birilərinə ödəyəcəklər. 2.3. Bu Sazişin 2.1-ci bəndində göstərilən ƏDV borcları ödənildikdən sonra, ən geci 3 (üç) iş günü ərzində, İddiaçı Cavabdehin ona olan 47188,12 manat əsas borcundan 10421,28 manat borcunu çıxmaqla, həmin borcu əvəzləşdirəcəkdir və İddiaçının Cavabdehə 5 saylı, xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsindən hər hansı borcu qalmayacaqdır. 2.4. Həmçinin Tərəflər razılaşir ki, Cavabdeh HGC GS 083/0118 saylı, xx xxxxxx 2018-cı il tarixli alqı-satqı müqaviləsindən irəli gələn qalıq/yekun borcunu, yəni 36766,84 (otuz altı min yeddi yüz altmış altı manat, səksən dörd qəpik) manat məbləğində pulu 3 (üç) ay ərzində aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə İddiaçıya ödəyəcəkdir:

4. 1x xxxxx 2020-ci il tarixədək 12766,84 (on iki min yeddi yüz altmış altı manat, 84 qəpik) manat;

5. 1x xxx 2020-ci il tarixədək 12000 (on iki min) manat;

6. 1x xxxx 2020-ci il tarixədək 12000 (on iki min) manat. 2.5. Cavabdeh bu Sazişin 2.4-cü bəndində göstərilən öhdəliklərini iki ardıcıl müddət ərzində icra etməzsə və ya qismən icra edərsə, İddiaçı qalıq borcun bütünlüklə Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə, məhkəməyə müraciət edəcəkdir. 2.6. Bu Sazişin imzalanması/təsdiq olunması ilə İddiaçı Cavabdehə qarşı iddia tələbinin digər, yəni gecikdirilmiş vaxt üçün cərimənin tutulması hissəsindən imtina edir. 3.1. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. 3.3. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. 3.4. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar