Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5140/2025 15.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən alqı-satqı müqaviləsi üzrə 38.449,71 manat əsas borc, 19.592,56 manat peniya məbləği, ümumilikdə isə 58.042,27 manat məbləğin və 265 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 13 avqust 2024-cü il tarixli VS.205.0410 saylı “Alqı-satqı” müqaviləsi imzalanmışdır. Bağlanmış müqavilənin 8.1-cimaddəsinə əsasən, “Alıcı”-ya mallar təhvil verildiyi gündən hesablanmaqla 14 (on dörd) təqvim günü müddətində malların dəyərini “Satıcı”-nın xeyrinə ödənilməlidir. Belə ki, cavabdehə 2024-cü ilin dekabr ərzində müxtəlif vaxtlarda iddiaçı tərəfindən mallar təqdim edilmişdir. Lakin cavabdeh bu günədək ona təqdim edilmiş elektron qaimələr üzrə malların dəyərini ödəməmişdir. Cavabdehin aşağıda qeyd edilən elektron qaimələr üzrə iddiaçıya ödənilməmiş borcu qalmışdır: 1. xx.xx.2024cü il tarixli 11727026 saylı elektron qaimə üzrə - 3609,80 manat 2. xx.xx.2024-cü il tarixli 11729921 saylı elektron qaimə üzrə - 4257,15 manat 3. xx.xx.2024-cü il tarixli 11895943 saylı elektron qaimə üzrə - 3445,05 manat 4. xx.xx.2024-cü il tarixli 11899937 saylı elektron qaimə üzrə - 3294,28 manat 5. xx.xx.2024-cü il tarixli 12009712 saylı elektron qaimə üzrə - 1204,40 manat 6. xx.xx.2024-cü il tarixli 12018644 saylı elektron qaimə üzrə - 4059,31 manat 7. xx.xx.2024-cü il tarixli 12025654 saylı elektron qaimə üzrə - 11335,13 manat 8. xx.xx.2024-cü il tarixli 12265353 saylı elektron qaimə üzrə - 2597,97 manat 9. xx.xx.2024-cü il tarixli 12218082 saylı elektron qaimə üzrə - 4646,62 manat Cəmi: 38.449,71 manat Tərəflər arasında olan Müqavilənin 8.1-ci bəndinin şərtlərini nəzərə alsaq “Alıcı”, yəni cavabdeh Müqavilənin 7.10-cu bəndinin tələblərini pozduqda, ödənişlərin hər gecikdirilmiş günü üçün dəyərinin ödənilməmiş qalığının 0.5 % (sıfır tam onda beş) faizi həcmində peniya ödəyir. Cavabdehin ödənilməmiş qaimələr üzrə hər gecikdirilmiş günə görə aşağıdakı məbləğlərdə peniya məbləği yığılmışdır: 1. xx.xx.2024-cü il tarixli e-qaimə üzrə 104 gün gecikmə - 1877,09 manat 2. xx.xx.2024-cü il tarixli e-qaimə üzrə 104 gün gecikmə - 2213,71 manat 3. xx.xx.2024-cü il tarixli e-qaimə üzrə 103 gün gecikmə - 1774,20 manat 4. xx.xx.2024-cü il tarixli e-qaimə üzrə 103 gün gecikmə - 1696,55 manat
5. xx.xx.2024-cü il tarixli e-qaimə üzrə 102 gün gecikmə - 614,24 manat 6. xx.xx.2024-cü il tarixli e-qaimə üzrə 102 gün gecikmə - 2070,24 manat 7. xx.xx.2024-cü il tarixli e-qaimə üzrə 101 gün gecikmə - 5724,24 manat 8. xx.xx.2024-cü il tarixli e-qaimə üzrə 100 gün gecikmə - 1298,98 manat 9. xx.xx.2024-cü il tarixli e-qaimə üzrə 100 gün gecikmə - 2323,31 manat Peniya məbləğinin cəmi: 19.592,56 manat Cavabdehin təqdim olunmuş eqaimələr üzrə gecikdirilmiş peniya məbləği gecikdirilmiş günlərin sayına əsasən 19.592,56 ( on doqquz min beş yüz doxsan iki manat 56 qəpik) manat təşkil etməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi S.Əhmədov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən iddiaçıya hazırkı müqavilə üzrə 4745,80 manat əsas borc, 854,24 manat ƏDV, ümumilikdə 5600,04 manat vəsait ödənilmişdir. Cavabdehə əlavə mallar da təhvil verilmişdir, bu səbəbdən iddianın tam şəkildə təmin edilməsini xahiş edir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, VS.205.0410 saylı alqı-satqı müqaviləsinə görə alıcı satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda qida və qeyri-qida məhsullarını (bundan sonra mallar) qiymətlər cədvəlinə uyğun olaraq vaxtaşırı satıcıdan sifariş edəcək, satıcı sifariş edilmiş malları təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə, miqdarda və assortimentlə alıcıya təhvil verəcək və alıcı sifarişə uyğun çatdırılmış malları təhvil alacaq və malların dəyərini satıcıya müqavilədə (müqavilənin müvafiq əlavələri də daxil olmaqla) göstərilən qaydada ödəyəcəkdir.
8. Müqavilənin 7.10-cu bəndinə görə alıcı satıcıya olan ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıya, sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0,5%-i miqdarinda cərimə ödəməlidir. Bu qayda alıcının fəaliyyətinin dayandırıldığı hallara da şamil edilir.
9. Müqavilənin 8.1-ci bəndinə görə alıcıya təhvil verilmiş malın dəyərinin ödənilmə müddəti malın verildiyi vaxtdan etibarən on dörd gündən artıq ola bilməz. Ödəniş 30 gün ərzində aparılmadığı halda malın dəyəri bu müqavilənin 7.10-cu bəndində göstərilən qaydada hesablanmaqla satıcıya ödəniləcəkdir.
10. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, MT2412 11727026 nömrəli 3609,80 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2412 11729921 nömrəli 4227,15 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2412 11895943 nömrəli 3445,05 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2412 11899937 nömrəli 3294,28 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2412 12009712 nömrəli 1204,40 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2412 12018644 nömrəli 4059,31 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2412 12025654 nömrəli 11335,13 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2412 12265353 nömrəli 2597,97 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2412 12218082 nömrəli 4646,62 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
11. İş materiallarına əlavə olunmuş, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən ədv daxil 2474,34 manat məbləğində, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən ədv daxil 1485,71 manat məbləğində, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən ədv daxil 11818,50 manat məbləğində, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən ədv daxil 4191,57 manat məbləğində, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən ədv daxil 1387,60 manat məbləğində, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən ədv daxil 488,03 manat məbləğində, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 3445,05 manat məbləğində, xx.xx.2024-cü il tarixli təhviltəslim aktına əsasən ədv daxil 6239,37 manat məbləğində, xx.xx.2024-cü il tarixli təhviltəslim aktına əsasən ədv daxil 3599,32 manat məbləğində, xx.xx.2025-ci il tarixli ilkin qaimə-faktura ilə 1635,515 manat məbləğində, xx.xx.2025-ci il tarixli ilkin qaimə-faktura ilə 482,832 manat məbləğində, xx.xx.2025-ci il tarixli ilkin qaimə-faktura ilə 3101,241 manat məbləğind, xx.xx.2025-ci il tarixli satış qaimə fakturası ilə 2067,926 manat məbləğində mallar cavabdehə təhvil verilmişdir.
12. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********5/********** nömrəli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 4745,8 manat məbləğində vəsait ödənilmişdir.
13. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
14. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, VS.205.0410 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
18. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
22. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
24. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
25. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 38449,71 manat dəyərində olan malları cavabdehə təhvil vermiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
26. İddiaçı cavabdehdən iddiaçının xeyrinə 38449,71 manat əsas borcun tutulmasını xahiş etmişdir.
27. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməlidir.
28. Belə ki, materiallarda olan ödəniş sənədindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya hazırkı qaimələr üzrə xx.xx.2025-ci il tarixdə 4745,80 manat vəsait ödənilmiş, həmin vəsaitə görə əlavə olaraq 854,24 manat ƏDV hissəsinin də ödənildiyini iddiaçının nümayəndəsi məhkəmə iclasında təsdiq etmişdir.
29. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində qismən təmin edilməli, cavabdehdən 32849,67 manat əsas borc (38449,71 manat – 5600,04 manat) tutularaq iddiaçıya ödənilməlidir.
30. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində 19592,56 manat penya məbləğinin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
31. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
32. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
33. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 1500 manat müəyyən edilməlidir.
34. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 32849,67 manat əsas borc, 1500 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
35. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 190 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 75 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 32849,67 manat əsas borc, 1500 manat dəbbə pulu, 190 manat dövlət rüsumu, ümumilikdə 34539,67 (otuz dörd min beş yüz otuz doqquz manat altmış yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumu İddiaçı MMCnin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova