Məhkəmə qərarları › İş №e-2-2(113)-515/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-515/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-515/2025 16.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil3, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti ("xxxx" MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “MND-Kaspiy MMC-dən əsas borc 49296,36 avro və ilkin mediasiya sessiyası xərci olaraq ödənilmiş 400 manat pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015ci il tarixli dilerlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə müvafiq mallar cavabdehə göndərilmiş, bunun əsasında iddiaçıya razılaşdırılmış haqq ödənilməli idi. Buna baxmayaraq, cavabdeh tərəfindən öhədliklərinə riayət olunmamış, nəticədə borc məbləği yaranmışdır. Tərəflər bu müqavilə üzrə yaranan borca dair xx.xx.2022-ci il tarixli, 95 saylı əlavə saziş bağlamış, borcun ödənilməsi qrafiki müəyyən edilmişdir. Bununla əlaqədar məhkəməyə müraciət olunmuş, məhkəmə gedişində növbəti dəfə cavabdeh tərəfindən borcun ödənilməsinə dair razılıq əldə olunması üçün cəhd göstərildiyi üçün iddia ərizəsi iddiaçının vəsatəti əsasında geri qaytarılmışdır. Həmin tarixdən etibarən cəmi 3465,65 avro məbləğ ödənilmiş, sonuncu dəfə tərəflər arasında bağlanmış aktla cavabdehin 49296,36 avro borcu təsdiq edilmişdir. Lakin yenə də cavabdeh tərəfindən borcun ödənilməsi həyata keçirilməmişdir

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC borcun ödənilməsi tələbini qəbul etmir, bildirir ki, həqiqətən də iki şirkət arasında xx.xx.2015-ci il tarixdə "xxxx" şirkəti tərəfindən Almaniyada istehsal olunan plastik profillərin ******* avro dəyərində Azərbaycanda satışı barədə dillerlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh MMC-yə həmin dövrdən müəyyən hissələrlə mal göndərilirdi. Müqaviləyə əsasən hər alınan hər partiya mal satılandan sonra "xxxx" MMC-yə malın pulu mütəmadi şəkildə ödənilirdi. "xxxx" MMC ilə xx.xx.2015-ci il tarixdə Dillerlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən hər alınan hər partiya mal satılandan sonra "xxxx" MMC-yə malın pulu mütəmadi şəkildə ödənilirdi. Cavabdeh MMC "xxxx" markalı plastik profillərinin Azərbaycanda satışını təşkil edən ilk şirkət olmuşdur və müqavilə əsasında alınan profilləri Azərbaycanda plastik qapı-pəncərə düzəldən MMC-lərə və fərdi fiziki şəxslərə satışı ilə məşğul olan şirkətlərə satırdı. Lakin 2021-ci ildən başlayaraq “"xxxx"” MMC işgüzar adətlərə zidd olaraq Azərbaycanda satış nöqtələrini genişləndirərək digər fiziki və hüquqi şəxslərlə bu profilləri satmağa başlamışdır. İş o yerə çatmışdır ki, Cavabdeh MMC-nin müştərilərinə və sahibkar subyektlərə mal "xxxx" şirkətinə satılan qiymətlərdən (axırıncı dəfə mal MMC-yə 2021-ci ildə verilmişdir) çox aşağı qiymət təklif olunmuş, böyük həcmdə mal alana "xxxx" MMC tərəfindən bu qiymətlərdən 20% yenə də endirim edilirdi. Nəticədə Azərbaycan bazarında bu məshulun qiyməti kəskin şəkildə aşağı düşdüyündən Cavabdeh MMC məcbur olub, "xxxx" markalı malını "xxxx" MMC-dən aldığı qiymətdən aşağı satmış və buna görə də zərərə uğramışdır. Son zamanlarda isə ümumiyyətlə Cavabdeh MMC "xxxx" məsullarını sata bilməmiş və hazırda 30000 avroya yaxın məbləğə bu mal Cavabdeh şirkətinin anbarında yığılaraq qalmışdır. Cavabdeh MMC anbarda satılmamış qalan bu məsulu Azərbaycana gətirdiyi qiymətlə "xxxx" MMC-yə təhvil verməyə hazırdır. Bununla belə, Cavabdeh MMC bu yaxınlarda 1000 avro məbləğində "xxxx" MMC-yə köçürmə etmişdir. Bildirilmişdir ki, Cavabdeh MMC dəfələrlə "xxxx" şirkətini Azərbaycanda ”VEKA” markalı məshulun qiymətinin kəskin şəkildə düşməsi barədə məlumatlandırmaqla ölkəmizdə fəaliyyət göstərən digər sahibkar subyektlərə aşağı qiymətlərlə malın satılmasına etirazını bildirmişdir. Tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqaviləyə əsasən "xxxx" MMC-nin malın dəyərinin 2% məbləğində Cavabdeh MMC-yə ödəmək şərti iə Azərbaycanda öz məsulunu digər şəxslərə satması hüququnu əldə etmiş olsa da, MMC Mülki Məcəllənin 560-cı maddəsinə (hüquqdan sui-istifadənin qadağan edilməsi) zidd olaraq bu hüquqdan sui-istifadə edib digər sahibkar subyektlərə öz malını daha aşağı qiymətlə satmaqla rəqabət prinsipini pozmuşdur. Nəticədə Cavabdeh şirkəti "xxxx" məhsullarını Azərbaycan bazarında satmaq imkanından məhrum edilmişdir. Bununla belə, "xxxx" MMC müqavilə şərtlərinə əməl etməyib, Azərbaycanda digər şəxslərə satdığı məsulunun dəyərinin 2% Cavabdeh MMC-yə ödəməmişdir. Yuxarıda qeyd edilən hallara görə "xxxx" MMC tərəflər arasında bağlanmış müqaviləyə və qanunvericiliyin tələbinə zidd olaraq Azərbaycan bazarında "xxxx" markalı maların satış qiymətlərini kəskin şəkildə aşağı salmaqla Cavabdeh MMC-ni bazardan vurub çıxarmaqla, bu şirkətə külli miqdarda maddi ziyan vurduğuna görə iddiası təmin edilməməidir. Eyni zamanda Cavabdeh MMCnin anbarında yığılıb qalmış məhsular iddiaçı "xxxx" MMC-yə təklif olunur. Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

6. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında etiraz ərizəsinə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində "xxxx" MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 15 iyun 2015-ci il tarixli, 6xx-xx-150615 nömrəli diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı müqavilədə nəzərdə tutulmuş miqdarda, çeşiddə və müddətlərdə malları FCA şərtlərinə uyğun olaraq istehsal edib dilerin mülkiyyətinə verməyi, diler isə malları qəbul etməyi və onun haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilənin ümumi dəyəri müqavilə əsasında təhvil verilmiş malların bütün partiyalarının cəminə əsasən hesablanır və müqavilənin imzalanması zamanı ******* avro təşkil edir. Müqavilənin qiyməti açıqdır və tərəflərin razılığı ilə dəyişdirilə bilər. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən malların hər bir fərdi partiyasının dəyəri qaimə-fakturada göstərilir. Həmin müqavilənin 5.3-cü maddəsinə əsasən təchiz edilən malların qiymətləri avro ilə müəyyən edilib, müqavilənin ayrılmaz tərkib hissəsi olan satıcının cari qiymət siyahısında göstərilib və satıcının FCA anbarı kimi başa düşülür. 1 nömrəli əlavədə göstərilməyən PVX profilləri və komponentlərinin qiymətləri 1 nömrəli əlavədə göstərilən mallar üzrə endirimlər və əlavə qiymətlər nəzərə alınmaqla müqavilənin ayrılmaz tərkib hissəsi olan satıcının cari qiymət cadvəlinə əsasən müəyyən edilir. Həmin müqavilənin 5.4-cü maddəsinə əsasən taranın dəyəri malın qiymətinə daxildir. Həmin müqavilənin 5.5-ci maddəsinə əsasən malların qiyməti istehsal mövsümündən və Rusiya və Azərbaycanın iqtisadi vəziyyətindən asılı olaraq dəyişə bilər ki, bu da tərəflər tərəfindən müqaviləyə əlavə razılaşmalarda rəsmiləşdiriləcək. Malların hər yeni partiyası üçün yeni qiymət təyin edilmədikdə, əvvəlki çatdırılmada olan malların qiyməti qüvvədə qalır. Həmin müqavilənin 5.9-cu maddəsinə əsasən çatdırılan malların ödənişi avro ilə həyata keçirilir. Həmin müqavilənin 7.1-ci maddəsinə əsasən malların qəbulu yük qaiməsində göstərilən kəmiyyətə uyğun olaraq yerlərin sayına görə, spesifikasiya və qablaşdırma siyahılarına uyğun olaraq məhsulların sayına görə və keyfiyyət baxımından 7.5-ci bənddə göstərilən keyfiyyətə və müqavilədə göstərilən tələblərə uyğun olaraq həyata keçirilir. Həmin müqavilənin 12.1-ci maddəsinə əsasən satıcı diler kommersiya krediti verdikdə və ya satıcı kommersiya kreditindən istifadə etdikdə, diler tərəfindən ödəniş gecikdirildikdə, kommersiya kreditinə dair mülki qanunvericilik normalarına uyğun olaraq, müqavilənin şərtlərinin yerinə yetirilməsi ilə bağlı tərəflərin hərəkətləri əsasında, o cümlədən diler malların ödənilməsi üzrə öhdəliklərini pozduqda, diler ödənişin ödənilməli olduğu gündən ödəniş edildiyi günə qədər, məhkəməyə müraciət edildikdə isə iddianın verildiyi və ya məhkəmənin qərarının çıxarıldığı günə qədər tədarükçüyə ödənilməmiş məbləğin illik 36% məbləğində faiz ödəməlidir. Kommersiya krediti məbləği üzrə faizlər ödənişin ödənilmədiyi tarixdən başlayaraq hər ay satıcı tərəfindən dilerə hesab-faktura verilməklə hesablanır.

8. 6xx-xx-150615 nömrəli, 15 iyun 2015-ci il tarixli tədarük müqaviləsinə xx.xx.2022ci il tarixli, 95 nömrəli əlavə razılaşmanın məzmunundan görünür ki, Cavabdeh MMC-nin “"xxxx"” MMC-yə ********** nömrəli, xx.xx.2018-ci il tarixli hesab-faktura üzrə 4038,54 avro, ********** nömrəli, xx.xx.2018-ci il tarixli hesab-kaftura üzrə 42547,85 avro, ********** nömrəli, xx.xx.2018-ci il tarixli hesab-faktura üzrə 24063,84 avro olmaqla, ümumilikdə 70650,23 avro borcu vardır. Razılaşmada ödəniş qrafiki də yerləşdirilmişdir. Sənəd tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. “"xxxx"” MMC ilə Cavabdeh MMC arasında 2024-cü ilin yanvar-2024-cü ilin may ayları üzrə 1076 nömrəli, 4 iyun 2024-cü il tarixli qarşılıqlı hesablaşmaların tutuşdurması aktından görünür ki, 6xx-xx-150615 nömrəli, 15 iyun 2015-ci il tarixli müqavilə üzrə 1 yanvar 2024-cü il tarixindən 31 mart 2024-cü il tarixinə kimi olan müddətdə avro valyutası ilə hesablaşmalar həyata keçirilmişdir. Hesablaşmalar nəticəsində razılığa gəlinmişdir ki, 31 may 2024-cü il tarixinə Cavabdeh MMC-nin avro valyutasında borcu 49296,36 təşkil edir. Hesablaşmaların tutuşdurması aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 49296,36 avro borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi

14. İlk növbədə qeyd olunmalıdır ki, mübahisəyə hazırkı məhkəmədə baxılması və Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiq edilməsi mümkün hesab edilmişdir. Belə ki, nümayəndəyə verilən etibarnamə iddiaçını Azərbaycan Respublikasının məhkəmələrində təmsil etmək üçün verilmiş, etibarnamə, iddia ərizəsi və s. Azərbaycan Respublikasının qanunvericiliyinə istinad olunmuşdur. Eyni zamanda cavabdeh tərəfdən də mübahisənin hazırkı məhkəmədə baxılmasına və Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiqinə dair hər hansı etiraz olmamışdır.

15. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2015-ci il tarixli dilerlik müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən satıcı müqavilədə nəzərdə tutulmuş miqdarda, çeşiddə və müddətlərdə malları FCA şərtlərinə uyğun olaraq istehsal edib dilerin mülkiyyətinə verməyi, diler isə malları qəbul etməyi və onun haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqaviləyə əsasən malları cavabdehin mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmiş, qalıq borcu yaranmışdır.

16. İddia tələbinin bir hissəsini cavabdehdən 15 iyun 2015-ci il tarixli, 6xx-xx-150615 saylı müqavilə üzrə 49296,36 avro məbləğində qalıq borcun tutulması təşkil edir.

17. Tərəflər arasında müqavilənin bağlanması, malların cavabdehin mülkiyyətinə verilməsi, müəyyən ödənişlərin edilməsi işin mübahisəsiz hallarını təşkil edir. Mübahisəli hal cavabdehin yuxarıda göstərilən etiraz ərizsində qeyd etdiyi əsaslarla iddia tələbində göstərilən məbləği ödəməli olmaması ilə bağlıdır.

18. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, cavabdehin qəbul etdiyi malların haqqını ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 15 iyun 2015-ci il tarixli, 6xx-xx-150615 saylı müqavilə üzrə 49296,36 avro (qırx doqquz min iki yüz doxsan altı avro otuz altı sent) tutularaq iddiaçıya ödənilməlidir.

19. Belə ki, “"xxxx"” MMC ilə Cavabdeh MMC arasında 2024-cü ilin yanvar-2024-cü ilin may ayları üzrə 1076 nömrəli, 4 iyun 2024-cü il tarixli qarşılıqlı hesablaşmaların tutuşdurması aktı imzalanmış və aktda qeyd edilmişdir ki, 6xx-xx-150615 nömrəli, 15 iyun 2015-ci il tarixli müqavilə üzrə 31 may 2024-cü il tarixinə Cavabdeh MMC-nin avro valyutasında borcu 49296,36 avro təşkil edir. Cavabdeh aktı öz imzası və möhürü ilə təsdiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə cavabdehin etirazını əsassız sayaraq hazırkı nəticəyə gəlmişdir. Etirazda qeyd olunan hallar fərqli nəticəyə gəlmək üçün əsas ola bilməz. Eyni zamanda tərəflər digər mübahisəli məsələlərlə bağlı məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. Həmçinin nəzərə alınmışdır ki, tərəflərdən biri xarici hüquqi şəxsdir və tərəflər pul öhdəliyini xarici valyutada (müqavilənin 5.9-cu maddəsinə əsasən çatdırılan malların ödənişi avro ilə həyata keçirilir.) müəyyənləşdirmişlər.

20. Eləcə də, iddiaçı ilkin mediasiya sessiyası xərci olaraq ödənilmiş 400 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

21. Məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə də təmin edilməli və iddiaçı Cavabdeh MMC-dən 400 (dörd yüz) manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 49296,36 avro (qırx doqquz min iki yüz doxsan altı avro otuz altı sent) məbləğində pul vəsaiti və 400 (dörd yüz) manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar