Məhkəmə qərarları › İş №e-2-2(113)-5166/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5166/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5166/2023 07.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Fərdi Firmasınn Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Fərdi Firmasınn Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Fərdi Firması Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən malların dəyəri olan 397869,72 manat (üç yüz doxsan yeddi min səkkiz yüz altmış doqquz manat yetmiş iki qəpik) məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Fərdi Firması ilə Cavabdeh razılığa gələrək, aralarında müqavilə bağlamış, həmin müqavilə əsasında İddiaçı Fərdi Firması tərəfindən Cavabdehnə mallar təqdim olunmasına baxmayaraq, malların dəyəri olan 397869,72 manat (üç yüz doxsan yeddi min səkkiz yüz altmış doqquz manat yetmiş iki qəpik) məbləğində borc bu günə qədər ödənilməmişdir. Cavabdeh tərəfə təqdim olunmuş malların dəyərinin ödənilməsi ilə bağlı dəfələrlə müraciət edilsə də, müraciət nəticəsiz qalmışdır. Həmçinin bununla bağlı pretenziya məktubu göndərilmiş və mübahisənin məhkəməyə qədər həll olunması qaydasına əməl olunmuşdur. Lakin qarşı tərəf göndərilən pretenziya məktubuna da cavab verməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1, 18, 385.1, 442, 448.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Fərdi Firması Cavabdehnə qarşı pul tələbinə dair iddia qaldırmışdır. İddia tələbinin əsası kimi tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə istinad edilmişdir. İddia tələbini qəbul etmir və bildirirlər ki, aralarında bağlanılmış xx.xx.2015-ci tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilmişdir. Müqavilə müddəti bitdikdən 5-6 ay sonra aralarında olan danışıqlarla yeni alqı-satqı barədə müqavilə bağlanılması barədə ilkin razılıq əldə edilsə və bu məqsədlə 6 ədəd elektron qaimə vurulsa da, aralarında həmin danışıqlar üzrə yeni heç bir müqavilə bağlanılmamış, mallar təqdim edilməmiş və qaimələrdə göstərilən məbləğlər üzrə də hər hansı bir ödəniş olmamışdır. Qeyd edilən müqavilənin predmetində təqdim edilən malların çeşidi, qiymətləri və çatdırılması qaydasının qiymət və razılaşma protokolunda qeyd edilməklə rəsmiləşdirilməli olduğu göstərilmişdir. Eyni zamanda müqavilənin 12.5-ci bəndində müqaviləyə əlavələrin dairəsi müəyyən edilmişdir. Lakin iddia ərizəsi əsaslandırılarkən yalnız müqaviləyə istinad edilməklə nə müqavilənin predmetində, nə də əlavəsində nəzərdə tutulan qiymət və razılaşma protokolu məhkəməyə təqdim edilməmişdir. Çünki belə bir alqı-satqı faktı olmamışdır. Müqavilənin 11-ci maddəsində müqavilənin qüvvədə olma müddəti 3 il müəyyən edilmiş və 2018-ci ilin iyul ayında müqavilə müddəti bitmişdir. Əgər iddiaçının bildirdiyi kimi aralarında alqı-satqı üzrə cavabdehin icra edilməyən öhdəliyi - borcu olmuşdursa, 5 il müddətində tələb edilməməsi anlaşılan deyil və tələb üçün iddia müddəti də ötürülmüşdür.

5. Cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermiş, ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Fərdi Firması “İlahə-96" İstehsal- Kommersiya Müəssisəsinə qarşı pul tələbinə dair iddia qaldırmışdır. İddia ərizəsində borcun yaranmasının əsası kimi istinad edilən alqı-satqı müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanılmışdır. Müqavilənin 11-ci maddəsində müqavilənin qüvvədə olma müddəti 3 il müəyyən edilmiş və 2018-ci ilin iyul ayında müqavilə müddəti bitmişdir. Əgər iddiaçının bildirdiyi kimi cavabdehlə aralarında olan alqı-satqı üzrə cavabdehin icra edilməmiş öhdəliyi - borcu olmuşdursa, müqavilə müddəti bitdiyi gündən 3 il müddətində tələb edilməli idi.

6. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. İş materiallarından görünür ki, satıcı qismində İddiaçı Fərdi Firması ilə alıcı Cavabdeh arasında 23 iyul 2015-ci il tarixli, 12 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı müqavilə qüvvədə olduğu müddətdə müqavilənin ayrılmaz tərkib hissəsi olan, qiymət razılaşma protokolunda qiyməti və digər göstəriciləri göstərilmiş malları alıcının ona təqdim etdiyi sifarişdə göstərilən miqdarda və çeşiddə müqavilə ilə nəzərdə tutulmuş müddətdə və alıcının bildirdiyi ünvana çatdırmaqla satmağı, alıcı isə hamin malları satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və bu müqavilənin müddəalarına müvafiq olaraq dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən mal vahidinin qiyməti müəyyənləşdinlərkən malın öz qiyməti, onun çatdırılması ilə əlaqədar xərclər, malın istehsalı ilə əlaqədar dolayı xərclər və Azərbaycan Respublikası Mərkəzi Bankı (ARMB) tərəfindən müəyyənləşdirilmiş valyuta məzənnəsinə müvafiq olaraq malın yekun qiymətinin ödənildiyi valyutanın qiyməti nəzərə alınır. Müqavilənin 2.3-cü bəndinə əsasən malın qiyməti sifariş edilmiş malların miqdarı, ödəniş şərtləri və ARMB tərəfindən bu müqavilənin bağlandığı gün üçün müəyyənləşdiritniş 1 AZN (bir Azərbaycan manatı) və 1 USD (bir ABŞ dolları) arasında mövcud olan məzənnədəki sonrakı dəyişiklik nəzərə alınmaqla dəyişir və alıcı ödənişi yeni qiymətə əsasən həyata keçirməlidir. Müqavilənin 4.1-ci bəndinə əsasən müqaviləyə əsasən alıcı malın dəyərinin ödənilməsini sifarişin yerləşdirildiyi gün üçün tərəflər arasında əldə edilmiş razılaşmaya uyğun olaraq aşağıdakı variantlardan biri üzrə həyata keçirir: eyni vaxtda - sifarişin alınmasından sonra 1-3 gün ərzində; avans ödənişi edilməklə mərhələli şəkildə; konsiqnasiya qaydasında ödəniş 10, 30 və ya ən geci 45 gün ərzində; tərəflərin razılaşmasına əsasən digər qaydada. Müqavilənin 4.2-ci bəndinə əsasən ödəniş şərtlərinin müəyyənləşdirilməsi zamanı müddətlər tərəflərin qarşılıqlı razılığı ilə təyin edilir və müşayiətedici sənədlər və ya ödənişlərin qrafiki şəklində əks olunur. Müqavilənin 4.4-cü bəndinə əsasən mala mülkiyyət hüququnun alıcıya keçməsi anı həmin malın dəyərinin ödənilinəsi üçün lazım olan pul vəsaitlərinin alıcı tərəfindən satıcının müvafiq bank hesabına köçürüldüyü an hesab olunur.

9. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş hesabdan çıxarışlardan görünür ki, Cavabdeh tərəfindən İddiaçı Fərdi Firmasının **********944-69834 nömrəli hesabına 2016-cı ildə müxtəlif tarixlərdə 5000 manat, 1000 manat, 2500 manat, 2000 manat məbləğində ödəniş edilmişdir.

10. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş İddiaçı Fərdi Firmasının (VÖEN: **********) çıxarışdan görünür ki, Cavabdeh (VÖEN: ) tərəfindən xx.xx.2015-ci il tarixdə 763,42 manat, xx.xx.2016-cı il tarixdə 450 manat, xx.xx.2016-cı il tarixdə 1616,40 manat, xx.xx.2016-cı il tarixdə 360 manat, xx.xx.2016-cı il tarixdə 1733,40 manat, xx.xx.2016-cı il tarixdə 892,08 manat məbləğində ödəniş edilmişdir.

11. İddiaçı Fərdi Firması tərəfindən Cavabdehnə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı)

Məhkəmənin mövqeyi

15. İddia tələbi Cavabdehndən malların dəyəri olan 397869,72 (üç yüz doxsan yeddi min səkkiz yüz altmış doqquz manat yetmiş iki qəpik) manat məbləğində borcun tutulmasından ibarətdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında müqavilə bağlanılmış, həmin müqavilə əsasında İddiaçı Fərdi Firması tərəfindən Cavabdehnə mallar təqdim olunmasına baxmayaraq, malların dəyəri olan 397869,72 (üç yüz doxsan yeddi min səkkiz yüz altmış doqquz manat yetmiş iki qəpik) manat məbləğində borc bu günə qədər ödənilməmişdir. Cavabdeh tərəf isə iddiaya etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbinin əsası kimi tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə istinad etmişdir. Lakin tərəflər arasında bağlanılmış xx.xx.2015-ci tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilmişdir. Müqavilə müddəti bitdikdən 5-6 ay sonra aralarında olan danışıqlarla yeni alqı-satqı barədə müqavilə bağlanılması barədə ilkin razılıq əldə edilsə və bu məqsədlə 6 ədəd elektron qaimə vurulsa da, aralarında həmin danışıqlar üzrə yeni heç bir müqavilə bağlanılmamış, mallar təqdim edilməmiş və qaimələrdə göstərilən məbləğlər üzrə də hər hansı bir ödəniş olmamışdır. Qeyd edilən müqavilənin predmetində təqdim edilən malların çeşidi, qiymətləri və çatdırılması qaydasının qiymət və razılaşma protokolunda qeyd edilməklə rəsmiləşdirilməli olduğu göstərilmişdir. Eyni zamanda müqavilənin 12.5-ci bəndində müqaviləyə əlavələrin dairəsi müəyyən edilmişdir. Lakin iddia ərizəsi əsaslandırılarkən yalnız müqaviləyə istinad edilməklə nə müqavilənin predmetində, nə də əlavəsində nəzərdə tutulan qiymət və razılaşma protokolu məhkəməyə təqdim edilməmişdir. Çünki belə bir alqı-satqı faktı olmamışdır.

16. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia etdiyi malların çeşidini, növünü, qiymətini, iddia tələbində dəyərinin ödənilmədiyini iddia etdiyi malların cavabdehə təhvil verildiyini, yəni dəyərinin ödənilməsini tələb etdiyi əşyaların alıcının mülkiyyətinə verdiyini təsdiqləyəcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

17. Bundan başqa, işin yuxarıda göstərilən hallarından göründüyü kimi, Cavabdeh hazırkı işə məhkəmədə baxılarkən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia müddətinin ötürüldüyünü bildirmiş və iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

18. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında 23 iyul 2015-ci il tarixli, 12 nömrəli alqı-satqı müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2018-ci il tarixədək olmuşdur. Eləcə də müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə çərçivəsində alqısatqı əməliyyatları müqavilə qüvvədə olduğu dövrdə həyata keçirilmişdir. Bunu cavabdeh tərəfindən müqavilə üzrə iddiaçının hesabına etdiyi ödənişlər də təsdiq edir. Ona görə də məhkəmə qeyd edir ki, iddia axımının başladığı tarixdən 3 ildən artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddiaçı həmçinin müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür.

19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar