Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5166/2024 08.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı "pul" tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, göndərmə müqaviləsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-dən GS- 214/23saylı, xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2023-cü il tarixinədək çatdırılan malların dəyəri olan 4000 manat əsas borc, müqavilənin 6.9-cu bəndində göstərildiyi kimi, gecikdirilən ödənişə görə 400 AZN dəbbə pulu məbləği, ümumilikdə 4400 AZN buna əlavə olaraq işin məhkəmədə baxılmasına dair ödənilən dövlət rüsumunun və proses zamanı yaranacaq digər xərclərin tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində İddiaçı QSC və "xxxx" MMC arasında “GS-214/23” saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə uyğun olaraq Satıcı elektron-qaimədə göstərilən malları Alıcı tərəfindən verilən sifarişlərə uyğun olaraq və razılaşdırılmış müddətdən gec olmayaraq təhvil verməyi öz üzərinə götürmüş və Alıcı da öz növbəsində həmin malları qəbul edərək, razılaşdırılmış qaydada malın dəyərini Satıcıya ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə uyğun olaraq tərəflər öz vəzifələrini vaxtında yerinə yetirməyi öhdələrinə götürmüşlərdir. Müqavilənin görə müxtəlif çeşidli mallar müqavilənin 3.2.1-ci maddəsinə uyğun olaraq İddiaçı QSC tərəfindən satılmış və tam qaydalara uyğun şəkildə təhvil-təslim aktları əsasında təhvil verilmişdir. Satılmış olan məhsullara dair hesab-fakturalar müqavilənin 6.2ci maddəsində razılaşdırılmış şərtə uyğun olaraq tam şəkildə "xxxx" MMC-yə göndərilmişdir. Beləliklə Satıcı İddiaçı QSC müqavilə üzrə öhdəliklərini razılaşdırılmış qaydada və tam şəkildə yerinə yetirmişdir. Lakin, yuxarıda sadalananlara baxmayaraq, Alıcı tərəf uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə İddiaçı QSC tərəfindən edilmiş şifahi və yazılı xəbərdarlıqları nəzərə almayaraq bugünədək ödəniş öhdəliyini həyata keçirməmişdir. Alıcı "xxxx" MMC-nin müqavilə öhdəliklərindən irəli gələn xx.xx.2023-cü il tarixli, №3999 saylı hesab faktura üzrə 620 AZN əsas borc; xx.xx.2023-cü il tarixli, №4525 saylı hesab faktura üzrə 2070 AZN əsas borc; xx.xx.2023-cü il tarixli, №4831 saylı hesab faktura üzrə 720 AZN əsas borc;xx.xx.2023-cü il tarixli, №4840 saylı hesab faktura üzrə 400 AZN əsas borc; xx.xx.2023-cü il tarixli, №4868 saylı hesab faktura üzrə 190 AZN əsas borc, ümumi olaraq 4000 AZN (dörd min manat) ƏDV-siz borc və bu ödənişlərə əlavə olaraq Müqavilənin 6.9-cu bəndində göstərildiyi kimi, gecikdirilən ödənişə görə dəbbə pulunun məbləği 400 AZN, toplam olaraq 4400 AZN borcu vardır. Cavabdeh qeyd edilən hesab fakturalar üzrə ƏDV öhdəliklərini icra etsə də əsas borcları ödəməmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixli məktubla cavabdeh öz borc öhdəliyini etiraf etmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3861, 421.1, 425.1, 427.3, 430, 441.4, 442, 448.1-ci maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı QSC (Satıcı) və "xxxx" MMC (“Alıcı”) arasında imzalanmış 06 iyun 2023-cü il tarixli GS-214/23 nömrəli malların alqı-satğısı haqqında müqavilədən görünür ki, müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya sifariş olunmuş malları satır, “Alıcı” isə həmin Malı qəbul edir və müqavilənin ayrılmaz tərkib hissəi sayılan Əlavə ilə razılaşdırılmış qaydada Malın dəyərini Satıcıya ödəyir. Müqavilənin “Alıcı” elektron poçt vasitəsilə tələb olunan Malın adını sifariş verir, “Satıcı” isə Malı haqqında təklifi elektron poçt vasitəsi ilə “Alıcı”ya göndərir. Təklif Əlavə ilə razılaşdırıldıqdan sonra sifariş tamamlançış hesab olunur. Müqavilənin 4.1-ci bəndinə əsasən Malı “Alıcı”ya rəsmi şəkidlə təhvil verildiyi və ya “Alıcı” tərəfindən “Satıcı”nın ərazisindən çıxarıldığı andan Mala olan mülkiyyət hüququ və risklər “Alıcı”ya keçir. Müqavilənin 6.2-ci bəndinə əsasən Alıcı tərəfindən ödəniş Əlavələrdə başqa şərt nəzərdə tutulmazsa, Mallar çatdırıldıqdan sorna Satıcının təqdim etdiyi hesab faktura əsasında 15 təqdim günü ərzində həyata keçiriləcəkdir. Müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2024-cü il tarixinədək qüvvədə olacaqdır. Müqavilənin müddətinin bitməsinə 15 gün qalmış müqavilənin xitam olunması ilə bağlı qarşı tərəfi yazılı xəbərdar etməzsə, müqavilə eyni şərtlərlə və eyni müddətə uzadılır. 06 iyun 2023-cü il tarixli GS-214/23 saylı “Alqı-satqı” müqaviləsinə Əlavə 18 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2023-cü il tarixinə tərəflər arasında müxtəlif təsvir, miqdar və qiyməti olan malların qiymətləri ümumilikdə 2442,60 manat razılaşdırılmışdır. xx.xx.2023-ci il tarixli GS2307979 saylı malların təhvil-qəbul aktından görünür ki, İddiaçı QSC tərəfindən müxtəlif adda mallar "xxxx" MMC-yə təhvil verilmişdir. 06 iyun 2023-cü il tarixli GS-214/23 saylı “Alqı-satqı” müqaviləsinə Əlavə 13 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2023-cü il tarixinə tərəflər arasında müxtəlif təsvir, miqdar və qiyməti olan malların qiymətləri ümumilikdə 5554,26 manat razılaşdırılmışdır. İddiaçı QSC tərəfindən "xxxx" MMC-yə 5554,26 manat məbləğində malların dəyərinin ödənilməsi üçün 11 avqust 2023-cü il tarixli 3999 saylı hesab-faktura və EBDL seriyalı, 898282 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə təqdim edilmişdir. xx.xx.2023-ci il tarixli GS230003546 saylı malların təhvil-qəbul aktından görünür ki, İddiaçı QSC tərəfindən müxtəlif adda mallar "xxxx" MMC-yə təhvil verilmişdir. xx.xx.2023-ci il tarixli GS230003546 saylı malların təhvil-qəbul aktından görünür ki, İddiaçı QSC tərəfindən müxtəlif adda mallar "xxxx" MMC-yə təhvil verilmişdir. İddiaçı QSC-nin ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixində 1456 manat ödəniş edilmişdir. İddiaçı QSC tərəfindən "xxxx" MMC-yə 472 manat məbləğində malların dəyərinin ödənilməsi üçün 26 sentyabr 2023-cü il tarixli 4840 saylı hesab-faktura və EBDP seriyalı, 144956 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə təqdim edilmişdir. xx.xx.2023-ci il tarixli GS2308610 saylı malların təhvil-qəbul aktından görünür ki, İddiaçı QSC tərəfindən müxtəlif adda mallar "xxxx" MMC-yə təhvil verilmişdir. 06 iyun 2023-cü il tarixli GS-214/23 saylı “Alqı-satqı” müqaviləsinə Əlavə 16 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2023-cü il tarixinə tərəflər arasında müxtəlif təsvir, miqdar və qiyməti olan malların qiymətləri ümumilikdə 472 manat razılaşdırılmışdır. İddiaçı QSC tərəfindən "xxxx" MMC-yə 849,6 manat məbləğində malların dəyərinin ödənilməsi üçün 26 sentyabr 2023-cü il tarixli 4831 saylı hesab-faktura və EBDP seriyalı, 129816 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə təqdim edilmişdir. xx.xx.2023-ci il tarixli GS230004430 saylı malların təhvil-qəbul aktından görünür ki, İddiaçı QSC tərəfindən müxtəlif adda mallar "xxxx" MMC-yə təhvil verilmişdir. 06 iyun 2023-cü il tarixli GS-214/23 saylı “Alqı-satqı” müqaviləsinə Əlavə 15 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2023-cü il tarixinə tərəflər arasında müxtəlif təsvir, miqdar və qiyməti olan malların qiymətləri ümumilikdə 849,60 manat razılaşdırılmışdır. İddiaçı QSC tərəfindən "xxxx" MMC-yə 224,2 manat məbləğində malların dəyərinin ödənilməsi üçün 27 sentyabr 2023-cü il tarixli 224,20 saylı hesab-faktura və EBDP seriyalı, 244622 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə təqdim edilmişdir. xx.xx.2023-ci il tarixli GS230004493 saylı malların təhvil-qəbul aktından görünür ki, İddiaçı QSC tərəfindən müxtəlif adda mallar "xxxx" MMC-yə təhvil verilmişdir. 06 iyun 2023-cü il tarixli GS-214/23 saylı “Alqı-satqı” müqaviləsinə Əlavə 17 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2023-cü il tarixinə tərəflər arasında müxtəlif təsvir, miqdar və qiyməti olan malların qiymətləri ümumilikdə 224,20 manat razılaşdırılmışdır. Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixinə İddiaçı QSC-yə borcun 8087 manat təşkil etdiyi qeyd edilmiş, qeyd edilən məbləğin 50% 31 mart 2024-cü il ayının sonuna qədər, digər 50% isə 2024-cü ilin aprel ayına tam ödəniləcəkdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən 64 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqavilələrə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla borcun olduğunu etiraf etmiş, ödənilməsi üçün vaxt istəmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək təhvil aldığı malların dəyərini, 4000 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır, buna görə də 4000 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 4400 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 200 manat müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş 64 manat dövlət rüsumunun 62 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən GS-214/23 saylı, xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasənə əsasən 4000 (dörd min) manat əsas borc, 200 (iki yüz) manat cərimə məbləği, habelə ödənilmiş dövlət rüsumunun 62 (altmış iki) manat hissəsinin əvəzi tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5166/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5166/2024
08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver