Məhkəmə qərarları › İş №e-2-2(113)-517/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-517/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-517/2024 25.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə cəmi 3072,78 manat borcun və ödənilmiş 60 manat dövlət rüsumunun Cavabdehndən tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında SEL/177/06/021 nömrəli xx.xx.2021-ci il tarixli Malların alqısatqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən iddiaçı cavabdehə ümumi dəyəri ƏDV daxil 3072,78 manat olmaqla mal satışı həyata keçirmiş, lakin cavabdeh tərəfindən malların dəyərinin ödənilməsi təmin edilməmiş və nəticə etibarı ilə cavabdehin iddiaçı qarşısında cəmi 3072,78 manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehlə dəfələrlə telefon əlaqəsi saxlanılmış və yazılı müraciətlər edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X2 izahatında cavabdehin məhkəmə gedişatında 1180 manat borcunu (ƏDV daxil) ödədiyini, hazırda 1892,78 manat borc qaldığını və tələbin təmin edilməsini məhkəmədən xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli SEL/177/06/021 nömrəli satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin 1-ci bəndinin tələbinə görə hazırki müqavilənin predmetini satıcı tərəfindən qiyməti, sayı, çeşidi, modeli və s müqavilənin ayrılmaz tərkib hissəsi olan ələvalərdə (qiymətlərin razılaşdırma protokolu, sifarişnamə, təklif, spesifikasiya, satınalma sifarişi və sair adlandırıla bilər) (bundan sonra əlavələr) qeyd olunan yüksək keyfiyyətli elektrik mallarının (bundan sonra mal/mallar adlandırılacaq) müqavilə müddəti dövründə alıcıya satılması və alıcı tərəfindən həmin malların qəbul edilərək dəyərinin hazırki müqavilədə nəzərdə tutulmuş qaydada satıcıya ödənilməsi ilə bağlı münasibətlər tənzimlənir. xx.xx.2022-ci il tarixli EBBW seriyalı 188365 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC Cavabdeh MMC-yə 200,48 manat (ƏDV daxil) məbləğində mal təhvil vermişdir. xx.xx.2022-ci il tarixli EBBV seriyalı 978595 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC Cavabdeh MMC-yə 2872,25 manat (ƏDV daxil) məbləğində mal təhvil vermişdir. xx.xx.2023-cü il tarixli 2293 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC İddiaçı QSC-yə 500 manat ödəmişdir. xx.xx.2023-cü il tarixli 2792 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC İddiaçı QSC-yə 500 manat ödəmişdir. xx.xx.2023-cü il tarixli MŞB/MT015/2023-00471-02 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı QSC 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı İddiaçı QSC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli SEL/177/06/021 nömrəli müqavilə bağlanmış, satıcı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək malları alıcıya təqdim etmiş, sonuncunun isə 1892,78 manat məbləğində borcu qalmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin 1892,78 manat borcu qalsa da, iddiaçı məhz 3072,78 manat məbləğində borcun ödənilməsini tələb etdiyinə görə iddia qismən təmin edilməli və cavabdehdən 1892,78 manat borc, həmçinin ilkin mediyasiya sessiyasının aparılmasına ödənilmiş 60 manat xərc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MMC-dən 1892,78 manat əsas borc, həmçinin mediyasiya xərci kimi ödənilmiş 60 manat məbləğində vəsait tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1892,78 manat əsas borc, həmçinin mediyasiya xərci kimi ödənilmiş 60 manat məbləğində vəsait tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar