Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-518/2024 23.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 28317,52 manat məbləğində əsas borc, 9102,96 manat məbləğində dəbbə pulu, 210 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında malların alqısatqısına dair xx.xx.2018-ci il tarixli № 1194/18M nömrəli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə İddiaçı MMC satıcı, Cavabdeh MMC isə alıcı qismində çıxış etmişdir. Mallar qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı bağlamış olduğu müqavilənin bütün tələbləri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Müqavilə şərtləri əsasında mallar alındıqdan sonra Alıcı müqavilə ilə şərtləşdirilmiş şəkildə malların dəyərini ödəməli idi. Elektron qaimələr və “Malların təhvil qəbul” aktlarından aydın olur ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək Satıcı tərəfindən 50571,50 manat məbləğində mallar Alıcıya satılmışdır. Alıcının Satıcıya etdiyi ödənişləri təsdiq edən çıxarışlardan da görünür ki, 22172,43 manat təşkil edən məbləğ, həqiqətən də, İddiaçı MMC-yə köçürülmüşdür. Lakin, Alıcı müqavilə ilə üzərinə götürmüş olduğu öhdəliyi qismən yerinə yetirmişdir. Belə ki, malların dəyərini təşkil edən 50571,50 manat məbləğindən Cavabdeh MMC tərəfindən 22172,43 manat təşkil edən məbləğ köçürülmüş, qalan məbləğ olan 28317,52 manat isə bu günki günə qədər cavabdeh tərəfindən ödənilməyib. Cavabdehin iddiaçıya olan borcundan əlavə, tərəflər arasında bağlanmış № 1194/18M xx.xx.2018-ci saylı müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Beləliklə, malların dəyərini 50571,50 manat təşkil edir, həmin məbləğin 18 faizi 9102,96 manat təşkil edir və bu məbləği dəbbə pulu kimi əsas borca hesablasaq, ümumilikdə 28317,52+9102,96=37420,48 manat tələb məbləği yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə izahatında tələbin tam həcmdə təmin edilməsini xahiş edərək, həmçinin cavabdehin məhkəmə gedişatında borcunun çox bir hissəsini ödədiyini və hazırda 445,30 manat məbləğində əsas borcun qaldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X2 izahatında hazırda iddiaçıya 445,30 manat məbləğində əsas borcunun qaldığını, dəbbə pulunun isə çox hesablandığını bildirmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli 1194/18M nömrəli satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin 1-ci bəndinin tələbinə görə satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Qiymətlərin razılaşdırılması protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, alıcı isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürür. Müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixli təhvil qəbul aktından görünür ki, İddiaçı MMC “X4” MMC-yə 7416,89 manat (ƏDV daxil) məbləğində mal təhvil vermişdir. xx.xx.2023-cü il tarixli təhvil qəbul aktından görünür ki, İddiaçı MMC “X4” MMC-yə 796,51 manat (ƏDV daxil) məbləğində mal təhvil vermişdir. xx.xx.2023-cü il tarixli təhvil qəbul aktından görünür ki, İddiaçı MMC “X4” MMC-yə 451,43 manat (ƏDV daxil) məbləğində mal təhvil vermişdir. xx.xx.2023-cü il tarixli təhvil qəbul aktından görünür ki, İddiaçı MMC “X4” MMC-yə 1814,25 manat (ƏDV daxil) məbləğində mal təhvil vermişdir. xx.xx.2023-cü il tarixli təhvil qəbul aktından görünür ki, İddiaçı MMC “X4” MMC-yə 6196,53 manat (ƏDV daxil) məbləğində mal təhvil vermişdir. xx.xx.2023-cü il tarixli təhvil qəbul aktından görünür ki, İddiaçı MMC “X4” MMC-yə 3459,05 manat (ƏDV daxil) məbləğində mal təhvil vermişdir. xx.xx.2023-cü il tarixli təhvil qəbul aktından görünür ki, İddiaçı MMC “X4” MMC-yə 865,06 manat (ƏDV daxil) məbləğində mal təhvil vermişdir. xx.xx.2023-cü il tarixli təhvil qəbul aktından görünür ki, İddiaçı MMC “X4” MMC-yə 3460,21 manat (ƏDV daxil) məbləğində mal təhvil vermişdir. xx.xx.2023-cü il tarixli təhvil qəbul aktından görünür ki, İddiaçı MMC “X4” MMC-yə 1441,13 manat (ƏDV daxil) məbləğində mal təhvil vermişdir. xx.xx.2023-cü il tarixli təhvil qəbul aktından görünür ki, İddiaçı MMC “X4” MMC-yə 1442,43 manat (ƏDV daxil) məbləğində mal təhvil vermişdir. xx.xx.2023-cü il tarixli təhvil qəbul aktından görünür ki, İddiaçı MMC “X4” MMC-yə 8118,52 manat (ƏDV daxil) məbləğində mal təhvil vermişdir. xx.xx.2023-cü il tarixli təhvil qəbul aktından görünür ki, İddiaçı MMC “X4” MMC-yə 3376,37 manat (ƏDV daxil) məbləğində mal təhvil vermişdir. xx.xx.2023-cü il tarixli təhvil qəbul aktından görünür ki, İddiaçı MMC “X4” MMC-yə 4943,61 manat (ƏDV daxil) məbləğində mal təhvil vermişdir. xx.xx.2023-cü il tarixli təhvil qəbul aktından görünür ki, İddiaçı MMC “X4” MMC-yə 432,53 manat (ƏDV daxil) məbləğində mal təhvil vermişdir. xx.xx.2024-cü il tarixli maliyyə sənədindən görünür ki, “X4” MMC-nin İddiaçı MMC-yə 445,30 manat borcu qalıb. xx.xx.2023-cü il tarixli MŞB/18/2023-01428 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC 210 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixli 1194/18M nömrəli müqavilə bağlanmış, satıcı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək malları alıcıya təqdim etmiş, sonuncunun isə 445,30 manat məbləğində borcu qalmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin 445,30 manat borcu qalsa da, iddiaçı məhz 28317,52 manat məbləğində borcun ödənilməsini tələb etdiyinə görə iddia qismən təmin edilməli və cavabdehdən 445,30 manat əsas borc, həmçinin ilkin mediyasiya sessiyasının aparılmasına ödənilmiş 210 manat xərc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 54,70 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MMC-dən 445,30 manat əsas borc, 54,70 manat dəbbə pulu, cəmi 500 manat, həmçinin mediyasiya xərci kimi ödənilmiş 210 manat məbləğində vəsait tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 445,30 manat əsas borc, 54,70 manat dəbbə pulu, cəmi 500 manat, həmçinin mediyasiya xərci kimi ödənilmiş 210 manat məbləğində vəsait tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-518/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-518/2024
23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver