Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-521/2021 22.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi İddiaçı iştirakı ilə, iddiaçı Maraqlı şəxs MMC-nin cavabdeh “X2 ve X1”nin Azərbaycan Respublikasındakı Filialına qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Maraqlı şəxs MMC cavabdeh “X2 ve X1”nin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X2 ve X1”nin Azərbaycan Respublikasındakı Filialından 7.800 manat məbləğində pul vəsaitinin və xx.xx.2014-cü il tarixdən həmin vəsaitin ödəniləcəyi günədək 0,1 faizi məbləğində cərimənin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı "xxxx" MMC ilə alıcı "X3 və Ticarət Anoni Şirkətinin" Azərbaycam Respublikasındakı Filialı arasında xx.xx.2014 - cü il tarixli 01/2014 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1 -ci bəndinə əsasən satıcı ("xxxx" MMC ) müqavilə ilə müəyyən edilmiş şərtlərlə alıcıya ("X4 və Ticarət Anonim Şirkətinin" Azərbaycan Respublikası Filialı) mallar satmağı, alıcı isə həmin malların dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə, gecikdirdiyi hər bir gün üçün ödəniməyən məbləğin 0.1 faizi həcmində cərimə ödəyəcəkdir. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin (satılan malların) dəyəri 7.800 manat təşkil edir. "X3 və Ticarət Anonim Şirkətinin" Azərbaycan Respublikasındakı Filialı "xxxx" MMC-dən müqavilə əsasında xx.xx.2014 -cü il tarixdə təhvil aldığı hər biri 1 ədəd olan hidravlik, yağ, yanacaq, hava filterlərinə görə ödəməli olduğu 7.800 manat məbləğində pul vəsaitini həmin gündən bu günədək "xxxx" MMC-yə ödəməmişdir. Dəfələrlə tələb etməklərinə baxmayaraq alıcı cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Odur ki, 7.800 manat məbləğində pul vəsaitinin və xx.xx.2014-cü il tarixdən həmin vəsaitin ödəniləcəyi gündəlik 0,1 faizi məbləğində cərimənin hesablanaraq ödənilməsini 5 gün müddətində ödəməsi cavabdehə rəsmi olaraq təklif olunmuşdur. Lakin cavabdeh yenə də öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş və cavabdeh ("X4 və Ticarət Anonim Şirkətinin" Azərbaycan Respublikası Filialından 7.800 manat məbləğində əsas borcun və 400 manat məbləğində cərimənin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür: - Maraqlı şəxs MMC (satıcı) ilə “X2 ve X1”nin Azərbaycan Respublikasındakı Filialı (alıcı) arasında xx xxxxxx 2014-cü il tarixdə 01/2014 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə malları alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. 3.2-ci bəndinə əsasən alıcı müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə gecikdirdiyi hər bir gün üçün ödənilməyən məbləğin 0,1 faizi həcmində cərimə ödəyəcəkdir. -xx xxxxxx 2014-cü il tarixdə 01/2014 saylı alqı-satqı müqaviləsinə əlavə edilmiş 02/2014 qiymətlərin razılaşdırma protokoluna əsasən müqavilədə nəzərdə tutulmuş malların -Hidravlik filterlərinin qiyməti 1.410 manat, yağ filterlərinin qiyməti 980,00 manat, yanacaq filterlərinin qiyməti 2.000 manat, hava filterlərinin qiyməti 3.410,00 manat, cəmi qiymət 7.800 manat, ƏDV daxil qiymət 9.204,00 manat məbləğində müəyyən edilmişdir. xx xxxxxxx 2014-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, satıcı müqavilə üzrə alıcıya ƏDV daxil 9.204,40 manat məbləğində mallar vermiş, satıcı da həmin malları qəbul etmişdir. Maraqlı şəxs MMC tərəfindən “X2 ve X1”nin Azərbaycan Respublikasındakı Filialının direktoruna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktub ilə təsdiq edilir ki, cavabdehdən 7.800 manat məbləğində borcun və xx.xx.2014-cü il tarixdən həmin vəsaitin ödəniləcəyi günədək 0,1 faizi məbləğində cərimənin 5 gün ərzində ödənilməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Maraqlı şəxs MMC ilə cavabdeh “X2 ve X1”nin Azərbaycan Respublikasındakı Filialı arasında xx xxxxxx 2014-cü il tarixli, 01/2014 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda “X2 ve X1”nin Azərbaycan Respublikasındakı Filialının göstərilən müqavilə üzrə Maraqlı şəxs MMC-yə olan borcu 7.800 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini– 7.800 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı Maraqlı şəxs Mmc cavabdeh “X2 ve X1”nin Azərbaycan Respublikasındakı Filialından 7.800 manat məbləğində əsas borcun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində 7800 manat borcun ödənilməsinin gecikdirilməsinə görə gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0,1% olmaqla 400 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, “X2 ve X1”nin Azərbaycan Respublikasındakı Filialından ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “X2 ve X1”nin Azərbaycan Respublikasındakı Filialından 7.800 (yeddi min səkkiz yüz) manat məbləğində əsas borc, 400 (dörd yüz) manat məbləğində dəbbə pulunun, cəmi 8.200 (səkkiz min iki yüz) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "Maraqlı şəxs” MMC -yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-521/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-521/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver