Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-522/2020 04.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X2 orkatibliyi, iddiaçı Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi- Tədqiqat və X1 İnstitutunun nümayəndəsi X4 və Cavabdeh Firmasının nümayəndəsi (direktor) X5 iştirakı ilə, İddiaçı Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutunun (bundan sonra - S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutu) Cavabdeh Firmasına qarşı pul tələbinə dair kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 31/14, 33/14, 34/14, 35/14 nömrəli müqavilələr üzrə yaranmış ƏDV ilə birlikdə 7952 manatın, qanunvericiliyə müvafiq olaraq ödənişin gecikdirilməsi ilə əlaqadər 795,20 manatın, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 8777,20 manatın Cavabdeh firmasının hesabından tutularaq, S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutunun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh firması ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi- Tədqiqat və X1 İnstitutu arasında bağlanmış 31/14, 33/14, 34/14, 35/14 nömrəli, xx xxxxxx 2014-cü il tarixli müqavilələrə əsasən Zaqatala rayonunun müxtəlif kəndlərində orta məktəb və uşaq baxçalarının tikintisində istifadə olunan inşaat materiallarının sınaq işləri aparılmışdır və xx.xx.2017-ci il tarixli təhvil-təslim aktlarına əsasən cavabdehə təhvil verilmişdir. Qeyd edilən xidmətlə əlaqədar 31/14 müqavilə üzrə yaranan 4412 manat, digər müqavilələrinin 33/14, 34/14, 35/14 hər biri üzrə 1180 manat ümumilikdə ƏDV ilə birlikdə 7952 manat cavabdehə dəfələrlə müraciətlərinə baxmayaraq, bu günə kimi institutun hesabına ödənilməmişdir. Mövcud problem uzun müddətdir ki, davam edir və S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutu təsərrüfat hesabı müəssisə olduğu üçün debitor borcların yığılması institutun üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirilməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir. Məhkəmə iclasında iştirak edən iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutunun nümayəndəsi X7 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, tərəflərindən sözügedən tikinti obyektlərinin keyfiyyət göstəriciləri barədə rəy verdiklərini, lakin sözügedən rəyi onlarda olmadıqlarından təqdim edə bilmədiklərini bildirərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Firmasının nümayəndəsi (direktor) X8 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, şirkətin 2014-cü ildə Zaqatala rayonunda bir məktəb və üç bağça inşa edilmiş və həmin tikillərin qəbul edilməsi məqsədi ilə S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutundan müvafiq rəyin alınması ona bildirilmiş və bu məqsədlə həmin institutla xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarxili müqavilələr bağlanmış, lakin sonradan tikillərin qəbul edilməsi üçün "Azkommunlayihə" Kommunal Layihələndirmə İnstitutundan rəyin alınması lazım olunduğunu bildirildiyindən həmin instituta müraciət olunduğunu, müvafiq müqavilənin bağlandığını, bununla bağlı hətta ödəniş edildiyini və müvafiq sənədlər alınandan sonra tikintisi başa çatmış bir məktəb və üç bağçanın 2015-ci ildə təhvil verilmişdir. Həmçinin izahatında onu da bildirmişdir ki, xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarxili müqavilələrin qüvvədə olma müddəti 2014-cü ilin dekabr ayına kimi olmasına baxmayaraq, iddiaçı 2015-ci ildə təhvil verilmiş tikillərə görə xx.xx.2017-ci il tarixli, 228/17, 229/17, 230/17 və 231/17 nömrəli yoxlama-sınaq işlərinin təhvil-qəbulu aktları şirkətə göndərmiş, bu işlərdən xəbəri olmayan şirkətin mühəndisi həmin aktları imzalamış və möhür vurmuşdur. Lakin bununla yanaşı məhkəmənin diqqətinə çatdırmışdır ki, həmin aktlar işin görülməsini özü-özlüyündə əks etdirmir, işin görülməsi sifarişçiyə tikillərin qəbulu üçün nəzərdə tutulan rəyin verilməsi nəzərdə tutur, sözügedən rəy isə Cavabdeh firmasına verilməmişdir. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddianın rədd olunmasını xahiş etmişdir. Həmçinin cavabdehin nümayəndəsi ərizə təqdim edərək, iddia müddətini tətbiq etməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2014-cü il tarixli, 31/14 nömrəli müqavilədən görünür ki, Sifarişçi - Cavabdeh firması tərəflərindən Zaqatala rayonu, Yuxarı Tala kəndində inşa olunan 2 saylı, 450 şagird yerlik, ümumi sınaq işləri sahəsi (1 m2 üçün 0,60 manat) 6231,80 m2 olan, orta məktəb binasının tikinti-quraşdırma işlərində istifadə olunan tikinti materiallarının keyfiyyət göstəricilərinin müəyyən edilməsi üçün Azrəbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq yoxlama-sınaq işlərinin həyata keçirilməsini icraçı - S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutuna həvalə edir, icraçı da öz növbəsində sözügedən keyfiyyət göstəricilərinin yoxlanılmasını öz öhdəsinə götürür. Müqavilənin qiyməti 4412,11 manat təşkil edir. xx.xx.2014-cü il tarixli, 33/14 nömrəli müqavilədən görünür ki, Sifarişçi - Cavabdeh firması tərəflərindən Zaqatala rayonu, Lahıc kəndində inşa olunan ümumi sınaq işləri sahəsi 1140 m2 olan, 40 yerlik uşaq bağçası binasının tikinti-quraşdırma işlərində istifadə olunan tikinti materiallarının keyfiyyət göstəricilərinin müəyyən edilməsi üçün Azrəbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq yoxlama-sınaq işlərinin həyata keçirilməsini icraçı - S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutuna həvalə edir, icraçı da öz növbəsində sözügedən keyfiyyət göstəricilərinin yoxlanılmasını öz öhdəsinə götürür. Müqavilənin qiyməti 1180 manat təşkil edir. xx.xx.2014-cü il tarixli, 34/14 nömrəli müqavilədən görünür ki, Sifarişçi - Cavabdeh firması tərəflərindən Zaqatala rayonu, Faldarlı kəndində inşa olunan ümumi sınaq işləri sahəsi 657 m2 olan, 20 yerlik uşaq bağçası binasının tikinti-quraşdırma işlərində istifadə olunan tikinti materiallarının keyfiyyət göstəricilərinin müəyyən edilməsi üçün Azrəbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq yoxlama-sınaq işlərinin həyata keçirilməsini icraçı - S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutuna həvalə edir, icraçı da öz növbəsində sözügedən keyfiyyət göstəricilərinin yoxlanılmasını öz öhdəsinə götürür. Müqavilənin qiyməti 1180 manat təşkil edir. xx.xx.2014-cü il tarixli, 35/14 nömrəli müqavilədən görünür ki, Sifarişçi - Cavabdeh firması tərəflərindən Zaqatala rayonu, Danaçı kəndində inşa olunan ümumi sınaq işləri sahəsi 1140 m2 olan, 40 yerlik uşaq bağçası binasının tikinti-quraşdırma işlərində istifadə olunan tikinti materiallarının keyfiyyət göstəricilərinin müəyyən edilməsi üçün Azrəbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq yoxlama-sınaq işlərinin həyata keçirilməsini icraçı - S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutuna həvalə edir, icraçı da öz növbəsində sözügedən keyfiyyət göstəricilərinin yoxlanılmasını öz öhdəsinə götürür. Müqavilənin qiyməti 1180 manat təşkil edir. xx.xx.2015-ci il tarixli 2580 nömrəli müayinə işlərinin icrası üçün müqavilədən və müqaviləyə əlavə olan müayinə işlərinin müqavilə dəyərinin razılaşdırılması haqqında protokoldan görünür ki, Sifarişçinin - Cavabdeh firmasının tapşırığı əsasında İcraçı - Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutu müqavilədə göstərilən Zaqatala rayonu, Lahıc kəndində 40 yerlik körpələr evi-uşaq bağçasının tikintisinin konstruksiyalarının mühəndis müayinəsi və texniki vəziyyəti haqqında yekun rəyin texniki hesabatının hazırlanmasını öz üzərinə götürür. Müqavilə üzrə görüləcək işlərin dəyəri 1480 manat məbləğində razılaşdırılmışdır. xx.xx.2015-ci il tarixli 2581 nömrəli müayinə işlərinin icrası üçün müqavilədən və müqaviləyə əlavə olan müayinə işlərinin müqavilə dəyərinin razılaşdırılması haqqında protokoldan görünür ki, Sifarişçinin - Cavabdeh firmasının tapşırığı əsasında İcraçı - Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutu müqavilədə göstərilən Zaqatala rayonu, Danaçı kəndində 40 yerlik körpələr evi-uşaq bağçasının tikintisinin konstruksiyalarının mühəndis müayinəsi və texniki vəziyyəti haqqında yekun rəyin texniki hesabatının hazırlanmasını öz üzərinə götürür. Müqavilə üzrə görüləcək işlərin dəyəri 1480 manat məbləğində razılaşdırılmışdır. xx.xx.2015-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, X8 (Cavabdeh firmasının direktoru) tərəfindən xx.xx.2015-ci il tarixli 2580, 2581, 2582 nömrəli müqaviləyə əsasən görülmüş işlər üçün hər müqavilə üzrə 1480 manat olmaqla ümumilikdə 4440 manat məbləğində pul ödənilmişdir. xx.xx.2015-ci il tarixli, 8, 9 və 10 nömrəli tikinti obyektinin istismarına icazələrdən görünür ki, Zaqatala rayonu, Danaçı kəndində inşa olunan ümumi sahəsi 674,20 m2 olan, 40 yerlik körpələr evi-uşaq bağçası binasının, Zaqatala rayonu, Lahıc kəndində inşa olunan ümumi sahəsi 674,20 m2 olan, 40 yerlik körpələr evi-uşaq bağçası və Zaqatala rayonu, Faldarlı kəndində inşa edilən ümumi sahəsi 331,16 m2 olan, 20 yerlik uşaq bağçası binasının istismarına xx.xx.2015-ci il tarixdən Zaqatala Rayon İcra Hakimiyyətinə icazə verilmişdir. xx.xx.2016-cı il tarixli, 000393, 000394 və 000395 nömrəli istismara hazırlıq aktlarından görünür ki, Zaqatala rayonu, Lahıc kəndində tikintisinə xx.xx.2013-cü il tarixdə başlanılmış, xx xxxxxxxx 2014-cü il tarixdə qurtarmış ümumi sahəsi 674,20 m2 olan, 40 yerlik körpələr evi-uşaq bağçası, Zaqatala rayonu, Danaçı kəndində tikintisinə xx.xx.2013cü il tarixdə başlanılmış, xx xxxxxxxx 2014-cü il tarixdə qurtarmış ümumi sahəsi 674,20 m2 olan, 40 yerlik körpələr evi-uşaq bağçası və Zaqatala rayonu, Faldarlı kəndində tikintisinə xx.xx.2013-cü il tarixdə başlanılmış, xx xxxxxx 2014-cü il tarixdə qurtarmış ümumi sahəsi 331,16 m2 olan, 20 yerlik uşaq bağçasının tikinti-quraşdırma işlərinin, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, müfəttişlik tərəfindən Dövlət nəzarətinin, müvafiq qaydada həyata keçirilməklə yerinə yetirilməsi təsdiq edilir. xx.xx.2017-ci il tarixli, 228/17, 229/17, 230/17 və 231/17 nömrəli yoxlama-sınaq işlərinin təhvil-qəbulu aktlarından görünür ki, 31/14, 33/14, 34/14 və 35/14 nömrəli müqavilələr əsasən, tikinti-quraşdırma işlərində istifadə olunan inşaat materiallarının keyfiyyət göstəriciləri yoxlanılmış, Zaqatala rayonu, Faldar kəndində inşa olunan 20 yerlik uşaq bağçası binasının 657 m2 olan betonlama sahəsinə görə ƏDV ilə birlikdə ümumilikdə 1180 manat, Zaqatala rayonu, Danaçı kəndində inşa olunan 40 yerlik uşaq bağçası binasının 1140 m2 olan betonlama sahəsinə görə ƏDV birlikdə 1180 manat, Zaqatala rayonu,Lahıc kəndində inşa olunan 40 yerlik uşaq bağçası binasının 1140 m2 olan betonlama sahəsinə görə ƏDV birlikdə 1180 manat və Zaqatala rayonu, Yuxarı Tala kəndində inşa olunan 2 saylı, 450 şagird yerlik orta məktəb binasının 6231,80 m2 olan betonlama sahəsinə görə ƏDV birlikdə 4412,11 manat ödənilməlidir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 442, 443.1 və 445.5-ci maddələri). İlk öncə məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı qeyd edir ki, hazırki iddia tələbi müqavilə tələbləri üzrə olduğundan və iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəmədə iddia qaldırıldığından işdə aktlar xx.xx.2017-ci il tarixdən imzalandığından 3 illik müddət keçmədiyindən hazırki iş üzrə iddia müddəti tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə iclaslarında müəyyən edilmişdir ki, “Şərq Əcəmi” firması ilə S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutu arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilənin predmeti sözügedən binaların keyfiyyət göstəricilərinin yoxlanılması olmuş və yoxlamanın nəticəsi kimi institutun öhdəliyi müvafiq rəyin təhvil verilməsi olsa da, həmin tikililərlə bağlı sözügedən rəy və ya həmin rəyin qəbul etdirilməsini əks etdirən sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi 2015-ci ildə cavabdeh “Şərq Əcəmi” firması digər icraçı Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutu ilə ararlarında müqavilə bağlamış və icraçı “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutu müqavilədə göstərilən Zaqatala rayonun ayrı-ayrı kəndlərində inşa ediləcək binaların tikintisinin konstruksiyalarının mühəndis müayinəsi və texniki vəziyyəti haqqında yekun rəyin texniki hesabatının hazırlanmasını öz üzərinə götürmüş və öhdəliyini yerinə yetirmişdir, belə ki, həmin binaların istismarı Zaqatala Rayon İcra Hakimiyyətinə icazə verilmiş və daha sonra istismara verilmiş, xx.xx.2015-ci il tarixdə X8 (Cavabdeh firmasının direktoru) tərəfindən görülmüş işlər üçün hər müqavilə üzrə 1480 manat olmaqla ümumilikdə 4440 manat məbləğində pulu Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutununa ödəmişdir. Məhkəmə xx.xx.2017-ci il tarixli, 228/17, 229/17, 230/17 və 231/17 nömrəli yoxlamasınaq işlərinin təhvil-qəbulu aktları ilə bağlı qeyd edir ki, sözügedən aktlar hər iki təşkilatın məsul şəxslərinin imzaları və möhürləri ilə təsdiq edilməsinə baxmayaraq, həmin sənəd, tikillərin qəbul etdirilməsi üçün lazım olan rəy deyil. Həmçinin məhkəmə qeyd edir ki, aktlar “Şərq Əcəmi” firmasının direktoru tərəfindən deyil, etibarnamə əsasında səlahiyyəti olmayan firmanın mühəndisi tərəfindən imzalanmışdır. Bu yerdə məhkəmə vurğulayır ki, binalar artıq 2015-ci ildə istismara verildiyi təqdirdə təxminən 2 il sonra, yəni 2017-ci mart ayında S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutu tərəf həmin tikillərdən nümunələrin götürülməsi və onların yoxlanılması inandırıcı deyil. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutunun Cavabdeh firmasına qarşı aralarında bağlanmış 31/14, 33/14, 34/14, 35/14 nömrəli müqavilələr üzrə yaranmış ƏDV ilə birlikdə 7952 manatın, qanunvericiliyə müvafiq olaraq ödənişin gecikdirilməsi ilə əlaqadər 795,20 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 8777,20 manatın tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-522/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-522/2020
04.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver