Məhkəmə qərarları › İş №e-2-2(113)-522/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-522/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-522/2022 15.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Vəkil və Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi məhkəməyə müraciət edərək, 07.11.2018-ci il tarixli 1151- GL/18 nömrəli müqavilə üzrə 9188 manat məbləğində əsas borc, 3223,54 manat cərimə borcunun və hüquqi yardımla bağlı ödənilmiş 350 manatın cəmi 12761,54 manat məbləğində pulun Cavabdeh MMC-dən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mediasiya haqqında qanunun 29.3-cü maddəsinə əsasən tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda ərizə baxılmamış saxlanılır. Cavabdeh MMC 12.01.2022-ci il tarixdə məhkəməyə ünvanladığı etirazda 29.10.2021-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak etdiyini və 9188 manat məbləğində əsas borcun olmadığını iddiaçıya bildirdiyini və borcun mövcudluğunu araşdırılmasını xahiş etdiyini, lakin agentlik heç bir araşdırma aparmadan məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 01.02.2022-ci il tarixdə iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 07.11.2018-ci il tarixli 1151-GL/18 nömrəli müqavilə üzrə 3223,54 manat cərimə borcunun və hüquqi yardımla bağlı ödənilmiş 350 manatın cəmi 3574,54 manat məbləğində pulun Cavabdeh MMC-dən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 14.02.20022-ci il tarixdə sistemə əlavə etdiyi məktubda isə ümumiyyətlə 499,38 manat məbləğində cərimə borcunun olduğunu bildirmişdir. Göründüyü kimi iddiaçı ilkin medasiya sessiyasına formal yanaşmış, mediator Fidan Fətəliyeva “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi barədə” arayışı tərtib etsə də, mediasiya prosesinə xitam verməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-ci maddəsinin tələblərinə riayət etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respubikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar