Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-523/2020 11.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X11 iştirakı ilə, iddiaçı S.Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə X8 İnstitutunun Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı S.Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə X8 İnstitutu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 62/17 saylı, xx.xx.2017-ci il tarixli müqavilə üzrə yaranmış 7.644,76 manat, 274/18 saylı, xx.xx.2018-ci il tarixli müqavilə üzrə yaranmış 15.515,46 manat, ümumilikdə ƏDV ilə birlikdə 23.160,22 manat məbləğində borcun, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 23.190,22 manat pulun Cavabdeh hesabından tutularaq, S.Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə X8 İnstitutunun hesabına köçürülməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə S.Ə. Dadaşov adına Elmi- Tədqiqat və Layihə X8 İnstitutu arasında bağlanılmış 62/17 nömrəli, xx.xx.2017-ci il tarixli və 274/18 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən Bakı şəhəri, Nərimanov rayonu, M.Qaşqay və Möhsün Sənani küçələrinin kəsişməsində, eyni zamanda Nərimanov rayonunda Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrində inşa edilən yaşayış binalarının inşasında istifadə edilən inşaat materiallarının sınaq işləri aparılmışdır. Qeyd edilən xidmətlə əlaqədar 62/17 nömrəli, xx.xx.2017-ci il tarixli müqavilə üzrə yaranmış 7.644,76 manat, 274/18 nömrəli xx.xx.2018-ci il tarixli müqavilə üzrə yaranmış 15.515,46 manat, ümumilikdə ƏDV ilə birlikdə 23.160,22 manat məbləğində borcun ödənilməsi ilə bağlı Cəmiyyətə tərəflərindən edilən müraciətlərə baxmayaraq, bu günə kimi ödənilməmişdir. Mövcud problem uzun müddətdir ki, davam edir və S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə X8 İnstitutu təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması İnstitutun üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir. İddiaçının nümayəndəsi X13 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: Cavabdeh MMC (sifarişçi) ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X2 İnstitutu arasında xx xxxxxx 2017-ci il tarixdə 62/17 saylı sınaq işlərin aparılmasına dair müqavilə bağlanmış, müqaviləyə əsasən icraçı Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay və Möhsün Sənani küçələrinin kəsişməsində inşa olunacaq 5 girişli, 2 səviyyəli zirzəmi ilə, 16 mərtəbəli (1-ci mərtəbə qeyri-yaşayış) yaşayış binasının tikintisində istifadə olunacaq tikinti materiallarının keyfiyyət göstəricilərinin və konstruktiv elementlərin betonunun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğun təyin edilməsi üçün Azərbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin ümumi qiymətinin ƏDV daxil olmaqla 60.556,18 manat təşkil etməsi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndinə görə sifarişçi görüləcək sınaq işlərinə görə icraçının hesabına ümumi məbləğin 30%-ni əvvəlcədən ödəyir. Ödənilən avansın həcmində işlər (xidmətlər) yerinə yetirildikdən sonra təhvil-təslim aktları ilə qəbul olunur. Müqavilənin 3.5-ci bəndinə görə isə müqavilə qiymətinin qalıq hissəsi (70%) görülmüş işlərin (xidmətlərin) həcmindən asılı olaraq təqdim edilmiş təhvil-təslim aktlarına və hesab-fakturalara uyğun aparılır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin müqavilə üzrə 686/19 saylı, xx.xx.2018-ci il tarixli; 194/19 saylı, xx.xx.2019-cu il tarixli; 455/19 saylı, xx.xx.2019-cu il tarixli; 468/19 saylı, xx.xx.2019-cu il tarixli yoxlamasınaq işlərinin təhvil-qəbulu üçün aktlara əsasən hər iki tərəf müqavilə şərtlərinə uyğun olaraq yoxlama-sınaq işlərinin yerinə yetirilməsini təsdiq etmiş və aktlar üzrə sifarişçi tərəfindən cəmi ödənilməli məbləğin 10.120,86 manat olmasını müəyyən etmişlər. Cavabdeh MMC (sifarişçi) ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X2 İnstitutu arasında xx xxxx 2018-ci il tarixdə 274/18 saylı sınaq işlərin aparılmasına dair müqavilə bağlanmış, müqaviləyə əsasən icraçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunacaq 6 girişli, 2 səviyyəli zirzəmi-yeraltı dayanacaqla, 12-16 (+ mansard, + maşın bölməsi) mərtəbəli, yaşayış binalarının tikintisində istifadə olunacaq tikinti materiallarının keyfiyyət göstəricilərinin və konstruktiv elementlərin betonunun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğun təyin edilməsi üçün Azərbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin ümumi qiymətinin ƏDV daxil olmaqla 64.850,44 manat təşkil etməsi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndinə görə sifarişçi görüləcək sınaq işlərinə görə icraçının hesabına ümumi məbləğin 30%-ni əvvəlcədən ödəyir. Ödənilən avansın həcmində işlər (xidmətlər) nyerinə yetirildikdən sonra təhvil-təslim aktları ilə qəbul olunur. Müqavilənin 3.5-ci bəndinə görə isə müqavilə qiymətinin qalıq hissəsi (70%) görülmüş işlərin (xidmətlərin) həcmindən asılı olaraq təqdim edilmiş təhvil-təslim aktlarına və hesab-fakturalara uyğun aparılır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin müqavilə üzrə 192/19 saylı, xx.xx.2019-cu il tarixli; 193/19 saylı, xx.xx.2019cu il tarixli; 195/19 saylı,xx.xx.2019-cu il tarixli; 453/19 saylı, xx.xx.2019-cu il tarixli; 454/19 saylı, xx.xx.2019-cu il tarixli; 456/19 saylı, xx.xx.2019-cu il tarixli; 544/19 saylı, xx.xx.2019cu il tarixli yoxlama-sınaq işlərinin təhvil-qəbulu üçün aktlara əsasən hər iki tərəf müqavilə şərtlərinə uyğunn olaraq yoxlama-sınaq işlərinin yerinə yetirilməsini təsdiq etmiş və aktlar üzrə sifarişçi tərəfindən cəmi ödənilməli məbləğin ümumilikdə 15.722,32 manat olmasını müəyyən etmişlər. xx.xx.2019-cu il tarixdə iddiaçı .Ə.Dadaşov adına Elmi-Tədqiqat və X2 İnstitutu tərəfindən “xxxxxxxxx” MMC-yə ünvanlanmış pretenziya məktubu ilə borcun ödənilməsini tələb edilmiş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcəyini bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh (sifarişçi) ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X2 İnstitutu (icraçı) arasında xx xxxxxx 2017-ci il tarixli, 62/17 saylı; xx xxxx 2018-ci il tarixli 274/18 saylı müqavilələrəəsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilələrdə göstərilmiş işləri görərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, görülmüş işlərin dəyərini tam şəkildə ödəməməklə, sözügedən müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh göstərilən müqavilələr üzrə S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X2 İnstitutuna olan borcu 23.160,22 manat təşkil edir. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə mübahisəli müqavilələrə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdehndən 23.160,22 manat tutularaq S.Ə.Dadaşov adına Elmi- Tədqiqat və X2 İnstitutuna ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 62/17 nömrəli, xx.xx.2017-ci il tarixli müqavilə üzrə 7.644,46 manat (yeddi min altı yüz qırx dörd manat qırx altı qəpik), 274/18 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 15.515,46 manat (on beş min beş yüz on beş manat qırx altı qəpik), cəmi 23.160,22 manat (iyirmi üç min yüz altmış manat iyirmi iki qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutuna ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-523/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-523/2020
11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver