Məhkəmə qərarları › İş №e-2-2(113)-524/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-524/2020

24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-524/2020 24.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı cərimənin tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı cərimənin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Cavabdeh MMC-dən 100.000 (yüz min) manat məbləğində cərimənin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı "İddiaçı" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx xxxxx 2013-cü il tarixli, AZF-SE-LLE/xx-xx-2013 saylı xidmət müqaviləsinə əsasən Cavabdeh MMC Azərbaycan Respublikasının ərazisində İddiaçı MMC-nin abunəçilərinin və ya onların adından ödəyicilərin etdiyi ödəmələrin ödəmə məntəqələri vasitəsi ilə yığılması və yığılmış vəsaitlərin İddiaçı MMC-nin hesablaşma hesabına köçürülməsini təmin etməli, sonuncu isə bunun müqabilində razılaşdırılmış xidmət haqqını Cavabdeh MMC-yə ödəməli idi. Müqaviləyə edilmiş xx xxxxxx 2017-ci il tarixli, 4 saylı dəyişikliyə görə Müqavilənin müddəti xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək uzadılmış və yeni 2-ci bənd əlavə edilmişdir. Həmin bəndə görə Cavabdeh MMC Müqavilə üzrə öhdəliklərinin bir hissəsini və ya hamısını, eləcə də xidmətlərin icrasını təmin etmək məqsədi ilə hər-hansı əlaqədar öhdəliklərin icra olunmasını İddiaçı MMC-nin əvvəlcədən verilən yazılı təsdiqi olmadan hər-hansı üçüncü tərəfə ötürə və ya xidmətlərin icrasına hər-hansı üçüncü tərəfi cəlb edə bilməz. Cavabdeh MMC tərəfindən hazırki maddədə göstərilən öhdəliklərin pozulması və ya yerinə yetirilməməsi halında, “xxxx” MMC hər pozuntu halına görə 100.000 (yüz min) manat məbləğində cərimə tətbiq edə bilər. Cərimə məbləği İddiaçı MMC-nin tələbindən sonra 10 gün müddətində ödənilməlidir. Göstərilən müddət ərzində Cavabdeh MMC həmin məbləği ödəmədiyi təqdirdə İddiaçı MMC həmin məbləği Müqavilə əsasında icraçıya ödənilən xidmət haqqından tuta bilər. Məhkəmənin diqqətinə çatdırırlır ki, Cavabdeh MMC Müqaviləyə edilmiş 4 saylı dəyişikliyin şərtlərini pozmuşdur. Belə ki, Cavabdeh MMC ilə “xxxx” MMC arasında imzalanmış xx xxxxxx 2018-ci il tarixli, EP/CP01/_2018 saylı xidmətlərin göstərilməsinə dair diler müqaviləsi ilə Cavabdeh MMC Müqavilə ilə öz öhdəliklərini İddiaçı MMC-nin razılığı olmadan üçüncü tərəf olan “xxxx” MMC-yə ötürmüşdür. İddiaçı tərəfindən cavabdehə cərimə tətbiq edilməsi və cərimənin 10 gün ərzində ödənilməsi ilə bağlı xx xxxxxx 2019-cu il tarixli, AZF/GR-1602/19 nömrəli və xx xxxx 2019-cu il tarixli, AZF/GR-17439/19 nömrəli pretenziya məktubları göndərilmiş, lakin müraciəti nəticəsiz qalmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən cavabdeh "Cavabdeh MMC-dən 100.000 (yüz min) manat məbləğində cərimənin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı "İddiaçı" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbələri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx xxxxx 2013-cü il tarixli, AZF-SE-LLE/xx-xx-2013 saylı Xidmət Müqaviləsinə əsasən Cavabdeh MMC Azərbaycan Respublikasının ərazisində İddiaçı MMC-nin abunəçilərinin və ya onların adından ödəyicilərin etdiyi ödəmələrin ödəmə məntəqələri vasitəsi ilə yığılması və yığılmış vəsaitlərin İddiaçı MMC-nin hesablaşma hesabına köçürülməsini təmin etməyi, sonuncu isə bunun müqabilində razılaşdırılmış xidmət haqqını Cavabdeh MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış “AZF- SE-LLE/xx-xx-2013 saylı xx xxxxx 2013-cü il tarixli Xidmət Müqaviləsi”nə edilmiş 4 saylı xx xxxxxx 2017-ci il tarixli dəyişikliyə görə Müqavilənin müddəti xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək uzadılmış və yeni 2-ci bənd əlavə edilmişdir. Həmin bəndə görə Cavabdeh MMC Müqavilə üzrə öhdəliklərinin bir hissəsini və ya hamısını, eləcə də xidmətlərin icrasını təmin etmək məqsədi ilə hər-hansı əlaqədar öhdəliklərin icra olunmasını İddiaçı MMC-nin əvvəlcədən verilən yazılı təsdiqi olmadan hər-hansı üçüncü tərəfə ötürə və ya xidmətlərin icrasına hər-hansı üçüncü tərəfi cəlb edə bilməz. Cavabdeh MMC tərəfindən hazırki maddədə göstərilən öhdəliklərin pozulması və ya yerinə yetirilməməsi halında, “xxxx” MMC hər pozuntu halına görə 100.000 (yüz min) manat məbləğində cərimə tətbiq edə bilər. Cərimə məbləği İddiaçı MMC-nin tələbindən sonra 10 gün müddətində ödənilməlidir.Göstərilən müddət ərzində Cavabdeh MMC həmin məbləği ödəmədiyi təqdirdə İddiaçı MMC həmin məbləği Müqavilə əsasında icraçıya ödənilən xidmət haqqından tuta bilər. İş materiallarında olan Cavabdeh MMC ilə “xxxx” MMC arasında imzalanmış xx xxxxxx 2018-ci il tarixli, EP/CP01/_2018 saylı xidmətlərin göstərilməsinə dair Diler müqaviləsinə əsasən Cavabdeh MMC Müqavilə ilə öz öhdəliklərini İddiaçı MMC-nin razılığı olmadan üçüncü tərəf olan “xxxx” MMC-yə ötürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli, AZF/GR-1602/19 nömrəli və xx xxxx 2019-cu il tarixli, AZF/GR- 17439/19 nömrəli pretenziya məktublarının surətlərindən görüünr ki, yuxarıda göstərilmiş müqaviləyə əsasən cərimə tətbiq edilməsi və cərimənin 10 gün ərzində ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İşin hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx xxxxx 2013-cü il tarixdə Xidmət Müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə görə Cavabdeh MMC Azərbaycan Respublikasının ərazisində İddiaçı MMC-nin abunəçilərinin və ya onların adından ödəyicilərin etdiyi ödəmələrin ödəmə məntəqələri vasitəsi ilə yığılması və yığılmış vəsaitlərin İddiaçı MMC-nin hesablaşma hesabına köçürülməsini təmin etməyi, sonuncu isə bunun müqabilində razılaşdırılmış xidmət haqqını Cavabdeh MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra xx xxxxxx 2017-ci il tarixdə tərəflər arasında “AZF-SE-LLE/xx-xx-2013 saylı xx xxxxx 2013-cü il tarixli Xidmət Müqaviləsi”nə edilmiş dəyişiklik müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən xx xxxxx 2013-cü il tarixli müqavilənin müddəti xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək uzadılmış və yeni 2-ci bənd əlavə edilmişdir. Həmin bəndə görə Cavabdeh MMC Müqavilə üzrə öhdəliklərinin bir hissəsini və ya hamısını, eləcə də xidmətlərin icrasını təmin etmək məqsədi ilə hər-hansı əlaqədar öhdəliklərin icra olunmasını İddiaçı MMC-nin əvvəlcədən verilən yazılı təsdiqi olmadan hər-hansı üçüncü tərəfə ötürə və ya xidmətlərin icrasına hərhansı üçüncü tərəfi cəlb edə bilməməsinə dair Cavabdeh MMC öz üzərinə öhdəlik götürsə də, sonuncu xx xxxxxx 2018-ci il tarixdə “xxxx” MMC ilə öhdəliklərin ötürülməsinə dair Diller müqaviləsi bağlamışdır. Yuxarıda göstərilən xüsusatlara və qanunvericilk aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC “xxxx” MMC ilə xx xxxxxx 2018-ci il tarixli Diler müqaviləsini bağlamaqlaAzərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinin tələblərini pozaraq, müqavilənin şərtlərini birtərəfləri qaydada dəyişmiş, iddiaçının bu barədə razılığını almamış və buna dair hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "Cavabdeh MMC-dən 100.000 (yüz min) manat məbləğində cərimə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Nəticə hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 100.000 (yüz min) manat məbləğində cərimə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İmran Burcaye

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar