Məhkəmə qərarları › İş №e-2-2(113)-5247/2023

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5247/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5247/2023 21.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, mediasiya xərci) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı və cavabdehin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 1245.37 manat məbləğində əsas borcun və 70 manat ilkin mediasiya haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə uyğun olaraq İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 1245.37 manat məbləğində mallar satılmışdır. Lakin cavabdeh tərəfindən bugünə kimi heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh iddiaçın pul vəsaitini qanunsuz olaraq özündə saxlamaqla, ondan faydalanır. İddiaçı isə sahibkarlıq subyekti olduğundan bu tip ödənişlərin olunmamasına görə digər sahibkarlıq subyektləri ilə hesablaşma apara bilmir. Bu isə onun sahibkarlıq fəaliyyətinə ciddi şəkildə zərər yetirir və əldə edəcək gəlirlərdən onu məhrum edir. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı "xxxx" MMC mediasiyaya müraciət etsə də, cavabdeh mediasiyada iştirak etmədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən -mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş və ilkin mediasiyada iştirak edilməmə Arayışı iddiaçıya təqdim edilmişdir. Bundan sonra İddiaçı Pretenziya qaydasına riayət edərək cavabdehin VÖEN hesabı vasitəsilə pretenziya məktubu göndərmişdir. Lakin pretenziyada göstərilən müddətdə də cavabdeh tərəfindən heç bir addım atılmamışdır.

II. Tərəflərin mövqeləri:

3. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Və xx.xx.2023-cü il tarixindən ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə Cavabdeh MMC arasıda bağlanmış xx.xx.2020-ci il tarixli 20-011 saylı alqı-satqı müqaviləsinə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı malları təchiz edir, sifarişçi isə həmin malları alır. Hər hansı bir təchiz ediləcək malın miqdarı və qiyməti əlavədə və ya sifarişçinin sifarişlərində göstəriləcəkdir. Malların qiymətinə ƏDV 18% daxil deyildir. Əlavə və ya sifarişlər vahid nömrəyə malik olmaqla bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edəcək. Əlavə və ya sifarişlər tərəflərin razılığına əsasən tərtib olunacaq.

10. Müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi icraçı tərəfindən təchiz edilmiş malların haqqını maddə 4-də nəzərdə tutulmuş qaydada vəmüddətdə ödəməyi öhdəsinə götürür. Malları qəbul etdikdən sonra, ümumi qaydada aparılan yoxlama zamanı aşkar edilməyən qüsurlar istisna olmaqla, onların itirilməsi. oğurlanması, öz təqsirindən tam və ya qismən zdələnməsi və itkisi ilə nəticələnə bilən riski daşıyır.

11. Müqavilənin 4.1-ci bəndinə əsasən hər sifariş üzrə ödəniş əlavə və ya sifarişin ümumi məbləğini təşkil edir və ödəniş Azərbaycan manatı ilə həyata keçirilir. Tərəflər arasında başqa qayda razılaşdırılmayıbsa, sfarişçi tərəfindən ödəniş icraçı tərəfindən hesab-faktura təqdim edildikdən sonra 15 gün ərzində ödənilməlidir.

12. 15.10.2020-ci il tarixli, EBAR 302453 saylı elektron qaiməyə əsasən - 428,93 manat dəyərində, xx.xx.2022-ci il tarixli, EBCD800456 saylı elektron qaiməyə əsasən - 300,90 manat dəyərində, xx.xx.2022-ci il tarixli, EBCE427017 saylı elektron qaiməyə əsasən - 92,96 manat dəyərində, xx.xx.2022-ci il tarixli, EBCG012305 saylı elektron qaiməyə əsasən - 234,94 manat dəyərində, xx.xx.2022-ci il tarixli, EBCH970966 saylı elektron qaiməyə əsasən 109,74 manat dəyərində, xx.xx.2022-ci il tarixli, EBCJ934415 saylı elektron qaiməyə əsasən 77,88 manat dəyərində mallar iddiaçı tərəfindən Cavabdeh MMC-yə satılmışdır. Həmin qaimələr tərəflərin imza və möhür ilə təsdiq olunmuşdur.

13. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

14. Belə ki, iş materialları və iddiaçının izahatı ilə müəyyən olunur ki, tərəflər arasında mübahisə alqı-satqı münasibətlərindən irəli gəlmişdir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

17. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

19. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

22. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20-11 saylı alqı-satqı müqaviləsnin 1.1-ci bəndinə əsasən icraçı malları təchiz edir, sifarişçi isə həmin malları alır. Hər hansı bir təchiz ediləcək malın miqdarı və qiyməti əlavədə və ya sifarişçinin sifarişlərində göstəriləcəkdir. Malların qiymətinə ƏDV 18% daxil deyildir. Əlavə və ya sifarişlər vahid nömrəyə malik olmaqla bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edəcək. Əlavə və ya sifarişlər tərəflərin razılığına əsasən tərtib olunacaq. Müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi icraçı tərəfindən təchiz edilmiş malların haqqını maddə 4-də nəzərdə tutulmuş qaydada vəmüddətdə ödəməyi öhdəsinə götürür. Malları qəbul etdikdən sonra, ümumi qaydada aparılan yoxlama zamanı aşkar edilməyən qüsurlar istisna olmaqla, onların itirilməsi. oğurlanması, öz təqsirindən tam və ya qismən zdələnməsi və itkisi ilə nəticələnə bilən riski daşıyır. Müqavilənin 4.1-ci bəndinə əsasən hər sifariş üzrə ödəniş əlavə və ya sifarişin ümumi məbləğini təşkil edir və ödəniş Azərbaycan manatı ilə həyata keçirilir. Tərəflər arasında başqa qayda razılaşdırılmayıbsa, sfarişçi tərəfindən ödəniş icraçı tərəfindən hesab-faktura təqdim edildikdən sonra 15 gün ərzində ödənilməlidir.

23. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla təsdiqini tapdığı üçün iddia tələbinin 1245,37 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

24. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin aldığı mallara görə pulun ödənilməsi öhdəliyini vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 1245,37 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1245,37 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

25. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 70 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 27.

V. Nəticə:

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1245,37 manat əsas borc məbləği və mediasiya xərcinin əvəzi olaraq 70 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar