Məhkəmə qərarları › İş №e-2-2(113)-525/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-525/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-525/2024 06.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı xxxx xxx Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı xxxx xxx Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı xxxx xxx Açıq Səhmdar Cəmiyyəti (xxxx xxx ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6721,80 manat əsas borc, 2324,2 manat cərimə, mediasiya xərci və dövlət rüsumu olaraq ödənilmiş 110,5 manat pulun tutularaq iddiaçı xxxx xxx ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xxxx xxx ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, O000858755 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş malları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş mallar cavabdehə çatdırılmış, cavabdeh həmin malların yük-nəqliyyat qaimələrini imzalayaraq təhvil almışdır. Cavabdehə göndərilmiş malların satılması barədə elektron qaimələr təsdiq edilmişdir. Müqaviləyə edilmiş əlavələrə əsasən alıcı malın dəyərini malı əldə etdiyi tarixdən 30 gün müddətində satıcıya ödəməlidir. Müqavilənin 9.2-ci bəndində qeyd olunur ki, alıcı aldığı taxta altlığı qaytarmalı, əks təqdirdə qiymət əlavəsində qeyd olunan pul vəsaitini ödəməlidir. Müqaviləyə edilmiş əlavələrə əsasən taxta altlığın bir ədədinin dəyəri ƏDV ilə 28,32 manat müəyyən edilmişdir. Cavabdeh ona təhvil verilmiş sement məhsullarının dəyərinin 6098,76 manat (altı min doxsan səkkiz manat yetmiş altı qəpik) məbləğində olan hissəsini ödəməmiş, hər birinin dəyəri 28,32 AZN olan 22 ədəd taxta altlığı şirkətə geri qaytarmamışdır. Cavabdehin iddiaçıdan təhvil aldığı, amma dəyərini ödəmədiyi malların cəmi məbləği 6721,80 manat (altımin yeddi yüz iyirmi bir manat səksən qəpik) təşkil etmişdir. Cavabdehə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, təhvil aldığı malların dəyərini, yəni 6721,80 manat (altı min yeddi yüz iyirmi bir manat səksən qəpik) əsas borcunu ödəməmişdir. Müqavilənin 9.2-ci bəndində ödənişin gecikdirildiyi hər günə görə əsas borcdan 0.1% qədər cərimənin ödənilməsi qeyd olunur. Həmin bəndə əsasən hazırkı tarixədək cavabdehə hesablanan cərimənin məbləği 2324,2 manat (iki min üç yüz iyirmi dörd manat iyirmi qəpik) təşkil edir. Cavabdehə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilərək, borc məbləğinin xx.xx.2023-cü il tarixədək ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət etmək üçün tədbirlər görüləcəyi bildirilmişdir. Pretenziya məktubu xx.xx.2023-cü il tarixində cavabdehə çatdırılmış və cavabdeh tərəfindən imza edilərək qəbul edilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixində Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi vasitəsilə pretenziya məktubu cavabdehə göndərilmişdir. Lakin hazırkı tarixədək borc məbləği cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif və ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri göstərilməklə mediasiyaya dəvət məktubunun göndərilməsinə baxmayaraq, mediasiya prosesində iştirak etməmişdir. Bakı 3 saylı Mediasiya Təşkilatı MŞB/3/2023-00900 saylı, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim etmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 442, 443.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, iş məhkəmənin icraatında olduğu zaman cavabdeh tərəfindən borc məbləğinin bir hissəsi ödənilmiş və cavabdehin hazırda əsas borc məbləği 3722 manat təşkil edir.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində xxxx xxx ASC ilə alıcı qismində Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, O000858755 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqavilə əsasında satıcı 3-cü maddədə göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən bu müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı halda borc üzrə hər bir gecikdirilmiş günə 0,1% qədər cərimənin hesablanmasını və ödənilməsini tələb etmək satıcının hüququdur. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən mal taxta altıqlarla təchiz olunarsa, aldığı hər bir taxta altlığı geri qaytarmağı, əks halda geri qaytarılmayan hər bir taxta altlığa görə “Qiymət” əlavəsində qeyd olunan məbləğdə pul vəsaitini satıcı tərəfindən təqdim edilmiş qaimə əsasında 5 (beş) gün ərzində satıcıya ödəməyi alıcı öz öhdəsinə götürmüşdür.

8. xx.xx.2020-ci il tarixli, O000858755 nömrəli alqı-satqı müqaviləsinə edilən eyni tarixli 1 saylı Əlavədən görünür ki, Əlavədə göstərilən məhsullara, o cümlədən altıqlara dair qiymətlər razılaşdırılmışdır. Əlavənin 1.1-ci bəndinə əsasən bu əlavə yuxarıda adı çəkilən müqavilənin ayrılmaz tərkib hissəsidir və müqavilə şərtləri ilə eyni hüquqi qüvvəyə malikdir; 2.1-ci bənddə qeyd olunur ki, müqavilədə qeyd olunan 3.3.3 bəndi və ona aid olan bütün bəndlərə uyğun olaraq alıcı aldığı malın dəyərini malı əldə etdiyi tarixdən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir.

9. xx.xx.2020-ci il tarixli, O000858755 nömrəli alqı-satqı müqaviləsinə edilən xx.xx.2020-ci il tarixli, 2 saylı Əlavədən görünür ki, Əlavədə göstərilən məhsullara, o cümlədən altıqlara dair qiymətlər razılaşdırılmışdır. Əlavənin 1.1-ci bəndinə əsasən bu əlavə yuxarıda adı çəkilən müqavilənin ayrılmaz tərkib hissəsidir və müqavilə şərtləri ilə eyni hüquqi qüvvəyə malikdir; 2.1-ci bənddə qeyd olunur ki, müqavilədə qeyd olunan 3.3.3 bəndi və ona aid olan bütün bəndlərə uyğun olaraq alıcı aldığı malın dəyərini malı əldə etdiyi tarixdən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir.

10. xx.xx.2020-ci il tarixli, O000858755 nömrəli alqı-satqı müqaviləsinə edilən xx.xx.2021-ci il tarixli, 3 saylı Əlavədən görünür ki, Əlavədə göstərilən məhsullara, o cümlədən altıqlara dair qiymətlər razılaşdırılmışdır. Əlavənin 1.1-ci bəndinə əsasən bu əlavə yuxarıda adı çəkilən müqavilənin ayrılmaz tərkib hissəsidir və müqavilə şərtləri ilə eyni hüquqi qüvvəyə malikdir; 2.1-ci bənddə qeyd olunur ki, müqavilədə qeyd olunan 3.3.3 bəndi və ona aid olan bütün bəndlərə uyğun olaraq alıcı aldığı malın dəyərini malı əldə etdiyi tarixdən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir.

11. xx.xx.2020-ci il tarixli, O000858755 nömrəli alqı-satqı müqaviləsinə edilən xx.xx.2021-ci il tarixli, 4 saylı Əlavədən görünür ki, Əlavədə göstərilən məhsullara, o cümlədən altıqlara dair qiymətlər razılaşdırılmışdır. Əlavənin 1.1-ci bəndinə əsasən bu əlavə yuxarıda adı çəkilən müqavilənin ayrılmaz tərkib hissəsidir və müqavilə şərtləri ilə eyni hüquqi qüvvəyə malikdir; 2.1-ci bəndində qeyd olunur ki, müqavilədə qeyd olunan 3.3.3 bəndi və ona aid olan bütün bəndlərə uyğun olaraq alıcı aldığı malın dəyərini malı əldə etdiyi tarixdən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir.

12. xx.xx.2020-ci il tarixli, O000858755 nömrəli alqı-satqı müqaviləsinə edilən xx.xx.2021-ci il tarixli, 5 saylı Əlavədən görünür ki, Əlavədə göstərilən məhsullara, o cümlədən altıqlara dair qiymətlər razılaşdırılmışdır. Əlavənin 1.1-ci bəndinə əsasən bu əlavə yuxarıda adı çəkilən müqavilənin ayrılmaz tərkib hissəsidir və müqavilə şərtləri ilə eyni hüquqi qüvvəyə malikdir; 2.1-ci bənddə qeyd olunur ki, müqavilədə qeyd olunan 3.3.3 bəndi və ona aid olan bütün bəndlərə uyğun olaraq alıcı aldığı malın dəyərini malı əldə etdiyi tarixdən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir.

13. xx.xx.2020-ci il tarixli, O000858755 nömrəli alqı-satqı müqaviləsinə edilən xx.xx.2022-ci il tarixli, 6 saylı Əlavədən görünür ki, Əlavədə göstərilən məhsullara, o cümlədən altıqlara dair qiymətlər razılaşdırılmışdır. Əlavənin 1.1-ci bəndinə əsasən bu əlavə yuxarıda adı çəkilən müqavilənin ayrılmaz tərkib hissəsidir və müqavilə şərtləri ilə eyni hüquqi qüvvəyə malikdir; 2.1-ci bənddə qeyd olunur ki, müqavilədə qeyd olunan 3.3.3 bəndi və ona aid olan bütün bəndlərə uyğun olaraq alıcı aldığı malın dəyərini malı əldə etdiyi tarixdən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir.

14. xx.xx.2020-ci il tarixli, O000858755 nömrəli alqı-satqı müqaviləsinə edilən xx.xx.2022-ci il tarixli, 7 saylı Əlavədən görünür ki, Əlavədə göstərilən məhsullara, o cümlədən altıqlara dair qiymətlər razılaşdırılmışdır. Əlavənin 1.1-ci bəndinə əsasən bu əlavə yuxarıda adı çəkilən müqavilənin ayrılmaz tərkib hissəsidir və müqavilə şərtləri ilə eyni hüquqi qüvvəyə malikdir; 2.1-ci bənddə qeyd olunur ki, müqavilədə qeyd olunan 3.3.3 bəndi və ona aid olan bütün bəndlərə uyğun olaraq alıcı aldığı malın dəyərini malı əldə etdiyi tarixdən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir.

15. xx.xx.2020-ci il tarixli, EBAV seriyalı, 030977 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3744,07 manat (ƏDV daxil) təşkil edir.

16. xx.xx.2020-ci il tarixli, EBAV seriyalı, 607756 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4248,06 manat (ƏDV daxil) təşkil edir.

17. xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 010789 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4248,06 manat (ƏDV daxil) təşkil edir.

18. xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 657633 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4248,06 manat (ƏDV daxil) təşkil edir.

19. xx.xx.2021-ci il tarixli, EBAX seriyalı, 180527 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4248,06 manat (ƏDV daxil) təşkil edir.

20. xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 097140 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4248,06 manat (ƏDV daxil) təşkil edir.

21. xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 262661 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2304,04 manat (ƏDV daxil) təşkil edir.

22. xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı, 017466 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4248,06 manat (ƏDV daxil) təşkil edir.

23. xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı, 489900 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4200,06 manat (ƏDV daxil) təşkil edir.

24. xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 199992 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4248,06 manat (ƏDV daxil) təşkil edir.

25. xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 787471 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4200,06 manat (ƏDV daxil) təşkil edir.

26. xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 493842 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4320,06 manat (ƏDV daxil) təşkil edir.

27. xx.xx.2021-ci il tarixli, EBBC seriyalı, 346060 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4128,07 manat (ƏDV daxil) təşkil edir.

28. xx.xx.2021-ci il tarixli, EBBC seriyalı, 707042 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2400,03 manat (ƏDV daxil) təşkil edir.

29. xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 542922 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4463,91 manat (ƏDV daxil) təşkil edir.

30. xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 157618 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 736,32 manat (ƏDV daxil) təşkil edir.

31. xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 339499 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2415,96 manat (ƏDV daxil) təşkil edir.

32. xx.xx.2021-ci il tarixli, EBBF seriyalı, 146828 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2415,96 manat (ƏDV daxil) təşkil edir.

33. xx.xx.2021-ci il tarixli, EBBF seriyalı, 658121 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2319,97 manat (ƏDV daxil) təşkil edir.

34. xx.xx.2021-ci il tarixli, EBBF seriyalı, 677980 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2559,94 manat (ƏDV daxil) təşkil edir.

35. xx.xx.2021-ci il tarixli, EBBG seriyalı, 620787 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1791,96 manat (ƏDV daxil) təşkil edir.

36. xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 126364 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2559,94 manat (ƏDV daxil) təşkil edir.

37. xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 497333 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2559,94 manat (ƏDV daxil) təşkil edir.

38. xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 966800 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2559,94 manat (ƏDV daxil) təşkil edir.

39. xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 264788 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2559,94 manat (ƏDV daxil) təşkil edir.

40. xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 736426 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4487,91 manat (ƏDV daxil) təşkil edir.

41. xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 520004 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2559,94 manat (ƏDV daxil) təşkil edir.

42. xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 078233 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 28,32 manat (ƏDV daxil) təşkil edir.

43. xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 234899 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2559,94 manat (ƏDV daxil) təşkil edir.

44. xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 828968 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1855,98 manat (ƏDV daxil) təşkil edir.

45. xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 935047 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2559,94 manat (ƏDV daxil) təşkil edir.

46. xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 105520 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2710,98 manat (ƏDV daxil) təşkil edir.

47. xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 729735 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2710,98 manat (ƏDV daxil) təşkil edir.

48. xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 732663 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2710,98 manat (ƏDV daxil) təşkil edir.

49. xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 407156 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2710,98 manat (ƏDV daxil) təşkil edir.

50. xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 454652 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2662,98 manat (ƏDV daxil) təşkil edir.

51. xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 902752 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2710,98 manat (ƏDV daxil) təşkil edir.

52. xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 025539 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2710,98 manat (ƏDV daxil) təşkil edir.

53. xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 216756 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2710,98 manat (ƏDV daxil) təşkil edir.

54. xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 832741 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 28,32 manat (ƏDV daxil) təşkil edir.

55. İddiaçı tərəfindən iş materiallarına yük-nəqliyyat qaimələri və altlıqların təhviltəslimi adlı sənədlər əlavə edilmişdir.

56. xxxx xxx ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2023-cü il tarixədək borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

Tətbiq edilən hüquq

57. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

60. İddia tələbinin bir hissəsini cavabdehdən 6721,80 manat əsas borcun tutulması təşkil edir.

61. Əvvəla qeyd olunmalıdır ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.

62. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, cavabdeh ona təhvil verilmiş sement məhsullarının dəyərinin 6098,76 manat məbləğində olan hissəsini ödəməmiş, eyni zamanda hər birinin dəyəri 28,32 manat olan 22 ədəd taxta altlığı şirkətə geri qaytarmamış, ona görə də müqavilə şərtlərinə əsasən iddiaçının geri qaytarılmayan hər bir taxta altlığa görə “Qiymət” əlavəsində qeyd olunan məbləğdə pul vəsaitini satıcı tərəfindən təqdim edilmiş qaimə əsasında iddiaçıya ödəmək vəzifəsi, iddiaçının isə həmin məbləğin ödənilməsini tələb etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən sübut qismində təqdim olunan elektron qaimələdən bir neçəsi altlıqlarla (xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 157618 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 078233 nömrəli, xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 832741 nömrəli elektron qaimələr), qalanları isə sement satışı ilə bağlı olmuşdur.

63. Geri qaytarılmayan altlıqların da dəyəri daxil olmaqla, cavabdehin iddiaçıdan təhvil aldığı, amma dəyərini ödəmədiyi malların dəyərinin cəmi məbləği 6721,80 manat olmuşdur. Məhkəmə icraatının gedişində cavabdeh tərəfindən ödəniş edilmiş və qalıq borc 3722 manat təşkil etmişdir.

64. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını və qalıq borcun 3722 manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməli, Cavabdeh 3722 (üç min yeddi yüz iyirmi iki) manat əsas borc məbləği tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə təmin olunmamalıdır.

65. İddia tələbinin digər hissəsini cavabdehdən 2324,2 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.

66. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 200 (iki yüz) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

67. İddiaçı həmçinin ödənilmiş 110,5 manat mediasiya xərci və dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.

68. Müəyyən olunur ki, iddiaçı tərəfindən 100 (yüz) manat mediasiya xərci və 11 manat dövlət rüsumu ödənilmişdir.

69. Ona görə də məhkəmə hesab edir ki, çəkilmiş mediasiya xərcinə görə 100 (yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

70. Eləcə də, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 4,55 manat (dörd manat əlli beş qəpik) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

71. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3722 (üç min yeddi yüz iyirmi iki) manat əsas borc, 200 (iki yüz) manat cərimə, 100 (yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 4,55 manat (dörd manat əlli beş qəpik) olmaqla, cəmi 4026,55 manat (dörd min iyirmi altı manat əlli beş qəpik) məbləğində pul iddiaçı xxxx xxx Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar