Məhkəmə qərarları › İş №e-2-2(113)-5254/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5254/2025

31.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5254/2025 31.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı «Azsiğorta” ASC-nin cavabdehlər "xxxx" ASC və Cavabdeh2 “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:ziyan tələbi) X6 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdeh2 iştirakı ilə, Digər cavabdehin iştirakı olmadan İddiaçı «Azsığorta” ASC-nin cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı «Azsığorta” ASC (bundan sonra – iddiaçı) cavabdehlər "xxxx" ASC və Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ASC-də 958,33 (doqquz yüz əlli səkkiz manat otuz üç qəpik) manat məbləğində əsas və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu, ümumilikdə 988,73 (doqquz yüz səksən səkkiz manat yetmiş üç qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən X2 mülkiyyətində olan və icarə müqaviləsi əsasında sığortalı "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 33 ünvanında yerləşən daşınmaz əmlak (inzibati bina) yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2016-cı il tarixli, BA590959 nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. xx.xx.2016-cı il tarixində "xxxx" MMC-nin istifadəsində olan daşınmaz əmlakçoxmərtəbəli binanın yuxarı, yəni Cavabdeh2 məxsus olan 50 nömrəli mənzildən axan su kütlələri (subasma) nəticəsində zərər görmüşdür. Həmçinin iş materiallarında olan Bakı şəhər Mənzil-kooperativ təsərrüfatı İdarəsinin 18 fevral 2016cı il tarixli aktından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 33 ünvanında yerləşən daşınmaz əmlaka (inzibati bina) binanın yuxarı mərtəbəsi, yəni Cavabdeh2 məxsus olan 50 nömrəli mənzildəki istilik xəttində qəflətən baş vermiş texniki nasazlıq nəticəsində istilik avadanlığından axan qaynar su kütlələri (subasma) nəticəsində zərər dəymişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli dəymiş zərərin hesabatına dair rəydən görünür ki, "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 33 ünvanında yerləşən daşınmaz əmlaka (inzibati bina) subasma nəticəsində 1.010 (bir min on) manat məbləğində zərər vurulmuşdur. Beləliklə, baş vermiş hadisə ilə bağlı xx.xx.2016-cı il tarixli, 0647/CFİ- 029/2016 nömrəli aktla 50 (əlli) manat azadolma və s. məbləğlər çıxılmaqla 958,33 (doqquz yüz əlli səkkiz manat otuz üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən sığortalı "xxxx" MMC-yə sığorta ödənişi həyata keçirilmişdir.

3. Cavabdeh "xxxx" ASC etiraz ərizəsi ilə müraciət edərək, iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 ASC-yə qarşı irəli sürdüyü iddianın tamamilə əsassız olduğundan iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ASC-yə qarşı “Vurulmuş zərərin ödənilməsi tələbi”nə dair” e-2(075)- 1273/2025 saylı işlə bağlı nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin və Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.

5. Cavabdeh2 iddia ərizəsinə etiraz edərək,ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməməsini xahiş etmişdir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin mənə və Cavabdeh1 ASCyə qarşı “Vurulmuş zərərin ödənilməsi tələbi”nə dair” e-2(075)- 1273/2025 saylı işlə bağlı bildirirəm ki, "xxxx" ASC-nin iddiasının mənə qarşı olan hissəsi əsassızdır və tərəfimdən mübahisələndirilir. Çünki, qeyd edilən hadisənin baş verməsində mənim hər hansı bir təqsirim yoxdur. Bundan başqa iş materiallarına əlavə edilmiş 18 fevral 2016-cı il tarixli aktla da müəyyən edillir ki, həmin hadisə istilik xəttinə verilik isti su kütləsinin yüksək təzyiqli olması, istilik xətlərinin nasaz və texnii şərtlərə uyğun olmaması səbəbindən baş vermişdir. Yəni, evin mülkiyyətçisi kimi mənim bu hadisədə hər hansı bir təqsirim olmamış, əksinə həmin qəza nəticəsində mənim özümə kifayət qədər zərər dəymişdir. Ümumiyyətlə, mən iddiaçı "xxxx" ASC-nin iddiasının mənə qarşı olan hissəsi ilə razılaşmıram. Həmin iddianı qəbul etmirəm və bununla bağlı kifayət qədər sübutlarım vardır. Buna görə də iddiaçı "xxxx" ASC-nin hazırki iddiasına sadələşdirilmiş icraat qaydasında baxılmasına etiraz edirəm. Göründüyü kimi "xxxx" ASC-nin iddiası ilə bağlı məhkəməyə təqdim etdiyi sənədlər natamamdır və həmin iddiaya tərəflərin, o cümlədən mənim izahatım dinlənilməklə hüquqi qiymət verilməlidir. Onu da qeyd edim ki, etirazımın əsaslı olduğuna dair kifayət qədər əsaslarım vardır. İddiaçı "xxxx" ASC-nin mənə və Cavabdeh1 ASC-yə qarşı “Vurulmuş zərərin ödənilməsi tələbi”nə dair” e-2(075)- 1273/2025 saylı işlə bağlı bildirirəm ki, "xxxx" ASC-nin iddiasının mənə qarşı olan hissəsi əsassızdır və tərəfimdən mübahisələndirilir. Çünki, qeyd edilən hadisənin baş verməsində mənim hər hansı bir təqsirim yoxdur. Bundan başqa iş materiallarına əlavə edilmiş 18 fevral 2016-cı il tarixli aktla da müəyyən edillir ki, həmin hadisə istilik xəttinə verilən isti su kütləsinin yüksək təzyiqli olması, istilik xətlərinin nasaz və texnii şərtlərə uyğun olmaması səbəbindən baş vermişdir. Yəni, evin mülkiyyətçisi kimi mənim bu hadisədə hər hansı bir təqsirim olmamış, əksinə həmin qəza nəticəsində mənim özümə kifayət qədər zərər dəymişdir. Ümumiyyətlə, mən iddiaçı "xxxx" ASC-nin iddiasının mənə qarşı olan hissəsi ilə razılaşmıram. Həmin iddianı qəbul etmirəm və bununla bağlı kifayət qədər sübutlarım vardır. Onu da qeyd edim ki, "xxxx" ASC hazırki iddia tələbi ilə bağlı iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı "xxxx" ASC həmin tələbində haqlı olduğu halda belə, o, hazırki iddiası üçün iddia müddətini ötürmüşdür.

II. Tərəflərin mövqeləri:

7. İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək,ərizənin təmin oluması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə o9laraq qeyd etdi ki, hazırki tələb üzrə iddia müddəti 10 il olduğundan iddia müddəti ötürülməmişdir.

8. Cavabdeh2 məhkəmə iclasında qeyd etmişdi rki, mənzil daxilində istilik xətlərindəki nasazlıqdan, həmin gün verilmiş qaz təzyiqinin yüksək olması səbəbindən hadisə baş vermişdir. Bizə də müəyyən qədər zərər dəymişdir. 10 il müddət keçdikdən sonra məhkəmədə tələb irəli sürülür, lakin qeyd etməliyəm ki, iddiaçı tərəf iddia müddəti ötmüşdür. Buna dair yazılı etiraz da təqdim etmişik. İddia tələbinin ona aid olan hissədə təmin edilməməsini xahiş etdi.

9. Digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

11. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

13. «Azsığorta” ASC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli sığorta aktına əsasən 50 manat məbləğində azadolma məbləği çıxıldıqdan sonra, 958 manat məbləğində sığorta ödənişi sığortaçı tərəfindən faydalanan şəxsin hesabına ödənilmişdir.

14. İddiaçı ASC tərəfindən X2 mülkiyyətində olan və icarə müqaviləsi əsasında sığortalı "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 33 ünvanında yerləşən daşınmaz əmlak (inzibati bina) yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2016-cı il tarixli, BA590959 nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır.

15. "xxxx" MTK tərəfindən verilmiş akta əsasən həqiqətən xx.xx.2016-cı il tarixdə təxminən saat 22:30 - 23:00 radələrində Bakı şəhəri Atatürk prospekti ndə yerləşən 33 saylı binanın 50 saylı mənzilindəki istilik xəttində qəflətən baş vermiş texniki nasazlıq nəticəsində istilik avadanlığından qaynar su həmin mənzilə sızmışdır. Həmin mənzildən həmçinin qaynar su kütləsi aşağıdakı mərtəbədə (birinci) yerləşən sahəyədə xeyli miqdarda axmışdır. V. Tətbiq edilən hüquq:

16. AR Mülki Məcəlləsinin:

17. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. - 235.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. . Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. . Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. . Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

18. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin - 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. - 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. - 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. - 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir

19. AR MPM-in: - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. “Dövlət rüsumu haqqında” AR Qanununun: - 9.1-20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumundan azad edilir.

Vİ.Məhkəmənin mövqeyi:

21. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

22. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə X3 arasında sığorta müqaviləsi bağlanmış,sonuncunun mülkiyyətində olan və icarə müqaviləsi əsasında sığortalı "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 33 ünvanında yerləşən qeyri-yaşayış sahəsində (inzibati bina) sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə (su basma nəticəsində) sığorta hadisəsi baş vermiş, sığortalıya dəymiş zərər 1010 manat müəyyən edilərək, sığortalıya iddiaçı tərəfindən 958 manat sığorta ödənişi (azad olma məbləği çıxılmaqla) verilmişdir. Baş vermiş sığorta hadisəsinin Cavabdeh2 məxsus olan 50 nömrəli mənzildən axan su kütlələri (subasma) nəticəsində zərər vurulması işin mübahisəsiz halıdır.

23. Məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi barədə iddiaçının irəli sürdüyü tələb Cavabdeh1 ASC-yə aid olan hissədə əsaslı deyildir.

24. Belə ki, Cavabdeh1 ASC-nin Nizamnaməsinin 3.1-ci bəndinə əsasən cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir.

25. Həmin Nizamnamədə yaşayış və qeyri-yaşayış binalarının daxilində (xüsusi mülkiyyətdə olan əmlak) olan istilik sistemlərinə nəzarətlə bağlı Cəmiyyətin üzərinə hər hansı vəzifə qoyulmamışdır.

26. Məhkəmə hesab edir ki, binanın daxilində olan ümumi istilik xətti Cavabdeh1 ASC-nin balansında olmadığından, habelə həmin xətlərin salamatlığına, lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsinə həmin yaşayış binasının tərkib hissəsinin mülkiyyətçiləri məsuliyyət daşıdığından baş vermiş hadisəyə görə dəymiş zərərin Cavabdeh1 ASC-dən tələb edilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir.

27. Yuxarıda göstərilən normaların məzmunundan da göründüyü kimi subroqasiya nəticəsində sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ sığorta ödənişini vermiş sığortaçıya keçir.

28. Odur ki, hazırkı halda "xxxx" ASC-nin Cavabdeh2 qarşı subroqasiya qaydasında tələb irəli sürmək hüququnun yaranmışdır ,belə ki, cavabdehin sığorta hadisəsi MCəbrayılova məxsus evdən axan su nəticəsində baş veridyindn və nəticəsində dəymiş zərərə görə məsuliyyət daşıdöğından ona aid hissədə iddia təmin edilməlidir.

29. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, xx.xx.2016cı il tarixində "xxxx" MMC-nin istifadəsində olan daşınmaz əmlakçoxmərtəbəli binanın yuxarı, yəni Cavabdeh2 məxsus olan 50 nömrəli mənzildən axan su kütlələri (subasma) nəticəsində zərər görmüşdür.

30. Cavabdeh tərəfindən verilmiş iddia müddətini təbiqi barədə ərizəyə münasibətdə məhkəmə qeyd edir ki,subroqasiya qaydasında tələb olunan pul məbləğinə əsas olan sığorta hadisəsi xx.xx.2016-cı il tarixində baş verdiyinə görə və iddiaçı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etdiyinə görə iddia müddətinin axımı kəsilmiş və nəticədə MM-nin 373-cü maddəsi ilə müəyyən olunan ümumi 10 illik iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir.

31. Beləliklə, məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını, sığorta ödənişini vermiş iddiaçının subroqasiya qaydasında həmin məbləğin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia Cavabdeh2 münasibətdə təmin olunmalı, Cavabdeh2 958.33 manat əsas borc, tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, cavabdeh "xxxx" ASC-yə münasibətdə isə rədd olunmalıdır.

32. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən ödənilən 30.40 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh2 958.33 (doqquz yüz əlli səkkiz manat otuz üç qəpik) əsas borc və 30.40 (otuz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar