Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5266/2025 29.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alğı-satqı,pul) X5 Rövşən qızının sədrliyi, Məmmədzaə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İdddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 46.840,64 (qırx altı min səkkiz yüz qırx manat, altmış dörd qəpik) manat məbləğində pulun, 4.684,06 (dörd min altı yüz səksən dörd manat, altı qəpik) manat gecikdirilmiş icra üçün faiz və ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdən Cavabdeh MMC ilə elektrik məhsullarının alğı-satqısı üzrə əməkdaşlıq olmuşdur. Bu illər ərzində daim qarşılıqlı güzəştlərlə tərəfdaşlıq edilmişdir.Qeyd edilən tarixdən cavabdehə 164.459,55 manatlıq mal göndərilmiş, e-qaimələr təsdiq edilmişdir. Həmin malların dəyəri olaraq cavabdeh tərəfindən 99.677,04 manat əsas, 17.941,87 manat ƏDV hesabına pul köçürülmüşdür. Sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə edilmişdir. Hazırda Cavabdeh MMC-nin İddiaçı MMC-yə 39.695,46 manat əsas, 7.145,18 manat ƏDV borcu vardır. Qeyd edilən borc tələb edilsə də, cavabdeh tərəfindən ödənilməmişdir.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh MMC-dən 39695.46 manat məbləğində pulun, 7145.18 ƏDV borcu,cəmi 46840.64 manat məbləğində pulun, 4684.06 manat gecikdirilmiş icra üçün pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək, bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehə 2 qaimə göndərilmişdir. Bunlar xx.xx.2021-ci il tarixli qaimə və xx.xx.2021-ci il tarixli qaimə. Belə olan halda hesab edirik ki, qanunla müəyyələşdirilmiş 3 illik müqavilə üzrə iddia müddəti keçdiyinə görə iddia rədd olunmalıdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
10. İddiaçı tərədindən cavabdehə EBBD 045370 nömrəli xx.xx.2021-ci il tarixli 42010.36 manat,EBBE 130367 nömrəli xx.xx.2021-ci il tarixli 17700 manat, EBBE 134259 nömrəli xx.xx.2021-ci il tarixli 11932.16 manat, EBBE 347319 nömrəli xx.xx.2021-ci il tarixli 78473.54 manat, EBBF 216575 nömrəli xx.xx.2021-ci il tarixli 12514.49 manat,EBBF 969578 nömrəli xx.xx.2021-ci il tarixli 1829 manat məbləğində elektron qaimələr göndərilmişdir.
11. "xxxx" QSC tərəfindən verilmiş İddiaçı MMC-yə aid hesabdan çıxarış məlumatlarından görünür ki, müxtəlif vaxtlarda cavabdeh tərəfindən iddiaçıya sonuncu dəfə xx.xx.2023cü il tarixində 1199.04 manat olmaqla müxtəlif tarixlərdə ödənişlər edilmişdir.
12. İddiaçı tərəfindən verilmiş arayışa əsasən Cavabdeh MMC-yə (VÖEN: **********) "xxxx" MMC (VÖEN: **********) tərəfindən 2021-ci il ərzində 164.459,55 (yüz altmış dörd min dörd yüz əlli doqquz manat, əlli beş qəpik) manat dəyərində mal verilmiş, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 2021-ci il ərzində 96.701 (doxsan altı min yeddi yüz bir) manat pul köçürülmüş, 2022-ci il ərzində 18.059,9 (on səkkiz min əlli doqquz manat, doxsan qəpik) manat pul köçürülmüş, 2023-cü il ərzində 2.858,01 (iki min səkkiz yüz əlli doqquz manat, bir qəpik) manat pul köçürülmüşdür.Beləliklə, 2020-2025-ci illər ərzində Central Supply» MMC-yə "xxxx" MMC tərəfindən 164.459,55 (yüz altmış dörd min dörd yüz əlli doqquz manat, əlli beş qəpik) manat dəyərində mal satılmış, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 117.618,91 (yüz on yeddi min altı yüz on səkkiz manat manat, doxsan bir qəpik) manat pul köçürülmüş, 46.840,64 (qırx altı min səkkiz yüz qırx manat, altmış dörd qəpik) manat borc qalmışdır.
V. Tətbiq edilən hüquq:
13. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. - 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
14. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
16. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
17. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alğı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı tərəfindən məhkəməyə tərəflər arasında bağlanılmış yazılı müqavilə təqdim edilməmişdir. Cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir sübut təqdim edilməmiş, yalnız iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, iş materiallarındaki sübutlarla, iddiaçı tərəfindən cavabdehə göndərilmiş e-qaimələr, iddiaçının məhkəməyə təqdim etdiyi hesabdan çıxarışda göründüyü kimi, həmin qaimələr əsasında olan qismən ödənişlərdəb məlum olur ki, tərəflər arasında işgüzar münasibətlər o şəkildə formalaşmışdır ki, e-qaimələr iddiaçı tərəfindən cavabdehə göndərilmiş v cavabdeh tərəfindən alınan mallara dair ödənişlər olmuşdur. Tərəflər arasında vahid alqı-satqı müqaviləsinin olmamasını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə gpndərilən hər eqaiməyə ayrı ayrılıqda müqavilə kimi yanaşılmalı və iddia müddətinin tətbiqi məsələsinə də bu şəkildə qiymət verilməlidir.
19. İşin hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, tərəfər arasında işgüzar münasibətlər elektron qaimənin göndərilməsi və həmin qaimənin ödənilməsi yolu ilə formalaşmışdır.Bu əməkdaşlığ xx.xx.2021-ci il tarixindən başlamış,həmin ildə iddiaçı tərəfindən cavabdehə ümumi məbləği 164.459,55 manat məbləğində elektron qaimələr göndərilmiş və sonuncu tərəfindən hissəvi ödənişlər edilmişdir.
20. Hazırda cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirir ki, iddiaçı tərəfindən cavabdehə 2 qaimə (xx.xx.2021-ci il tarixli qaimə və xx.xx.2021-ci il tarixli qaimə) göndərilmiş, belə olan halda qanunla müəyyələşdirilmiş 3 illik müqavilə üzrə iddia müddəti keçdiyinə görə iddia rədd olunmalıdır.
21. Məhkəmə qeyd edir ki, cavabdeh iki elektron qaimənin göndərildiyini qeyd etsə də, tərəflər arasında münasibətlər davam etmiş və hesabdan çıxarış məlumatlarından məlum olur ki,cavabdeh tərəfindən iddiaçıya sonuncu dəfə xx.xx.2023-cü il tarixində EBBF 216575 nömrəli xx.xx.2021-ci il tarixli e-qaimə üzrə 1199.04 manat ödəniş edilmişdir.
22. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, hazırkı halda tərəflər arasında alğı-satqı müqaviləsinin mühüm şərtlərinin (məhsulun növü, miqdarı, qiyməti) şifahi olaraq hər bir sifariş üzrə ayrıca razılaşdırıldığı müəyyən edildiyindən iddia müddətinin axımı hər bir qaimə üzrə ayrı-ayrılıqda hesablanmalıdır.
23. Məhkəmə İddiaçı MMC—nin hesabdan çıxarış məlumatlarını və iddiaçı tərəfindən cavabdehə göndərilən elektron qaimələri əlaqəli şəkildə nəzərdən keçirdib qeyd edir ki, elektron qaimələr 2021-ci ildə göndərildiyindən həmin tələblər üzrə 3 illik iddia müddəti keçmişdir.
24. Lakin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki,cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 2023-cü ildə ödəniş edilmiş və iddia müddətinin axımı həmin e-aimə üzrə göndərilən mala dair həmin vaxtdan kəsilmişdir.
25. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş EBBD 045370 nömrəli xx.xx.2021-ci il tarixli 42010.36 manat,EBBE 130367 nömrəli xx.xx.2021-ci il tarixli 17700 manat, EBBE 134259 nömrəli xx.xx.2021-ci il tarixli 11932.16 manat, EBBE 347319 nömrəli xx.xx.2021-ci il tarixli 78473.54 manat, EBBF 969578 nömrəli xx.xx.2021-ci il tarixli 1829 manat məbləğində elektron qaimələrdən irəli gələn tələblər üzrə iddia müddəti keçdiyindən,həmin qaimələrdən irəli gələn borc barədə tələb təmin olunmamalıdır.
26. Məhkəmə əlavə olaraq qeyd edir ki, cavabdeh özü də ərizəsində iddiaçı tərəfindən iki elektron qaimənin göndirldiyini qeyd edirvə həmin qaimələrdən biri də xx.xx.2021-ci il tarixli elektron qaimədir, hansı ki, həmin qaimə üzrə sonuncu ödəniş 2023-cü ildə olmuş və iddia müddəti kəsilmişdir. Hesabdan çıxarış məlumaltalrına əsasən xx.xx.2021-ci il tarixli elektron qamə üzrə cavabdeh tərəfindən ödəniləcək 12514.49 manat məbləğdən sonuncu tərəfindən 6512.04 manat ödəniş edilmişdir. Nəticədə cavabdehin iddiaçıya həmin qaimə üzrə 6000.45 manat borcu qalmışdır. Məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilməlidir.
27. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 6000.45 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində qismən təmin edilməli, Cavabdeh MMC-dən 6000.45 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
28. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 4684.06 manat gecikdirilmiş icra üçün pulun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
29. Digər tərəfdən iddianın öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu və Mülki Məcəllənin 445.7-ci maddəsi ilə faiz tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, alğı-satqı müqaviləsi üzrə malı ödəmək öhdəliyinin ödənilməsinin gecikdirilməsinə illik 5% olmaqla faizlərin tutulmasını tələb etməkfə iddiaçı haqlıdır.
30. Məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti və 6000.45 manat borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmış 1184 manat xx.xx.2021-xx.xx.2023 günlərin sayı) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
31. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 245 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
32. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 90 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC -dən 6000.45 manat əsas borc, 1184 manat illik 5%lə hesablanmış borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 90 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova