Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5268/2023 20.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X2 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı “Borusan Makina və Güc Sistemləri Sanayi və Ticaret” Anonim Şirketinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh "Makro 2000 X1 X3 Dış Ticaret” Anonim Şirketinin Azərbaycan Respublikasındakı Filialına qarşı cavabdehdən 3,556.17 (üç min beş yüz əlli altı manat 17 qəpik) manat əsas borc 640.11 (altı yüz qırx manat 11 qəpik) manat ƏDV borcu, ümumilikdə ƏDV daxil 4,196.28 (dörd min yüz doxsan altı manat 28 qəpik) borcun, müqavilə üzrə hesablanmış 228 (iki yüz iyirmi səkkiz) manat cərimənin, ödənilmiş 70 (yetmiş) manat mediasiya xərclərini iddiaçının xeyrinə tutulması tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “Borusan Makina və Güc Sistemləri Sanayi və Ticaret” Anonim Şirketinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh "Makro 2000 X1 X3 Dış Ticaret” Anonim Şirketinin Azərbaycan Respublikasındakı Filialına qarşı cavabdehdən 3,556.17 (üç min beş yüz əlli altı manat 17 qəpik) manat əsas borc 640.11 (altı yüz qırx manat 11 qəpik) manat ƏDV borcu, ümumilikdə ƏDV daxil 4,196.28 (dörd min yüz doxsan altı manat 28 qəpik) borcun, müqavilə üzrə hesablanmış 228 (iki yüz iyirmi səkkiz) manat cərimənin, ödənilmiş 70 (yetmiş) manat mediasiya xərclərini iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-5268/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5268/2023
20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver