Məhkəmə qərarları › İş №e-2-2(113)-5270/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5270/2025

22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5270/2025 22.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alğı-satqı,pul) X10 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İdddiaçı "X8 Company" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Alğı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalar əsasında yaranmış 6358.04 manat borcun və 84 manat ödənilən dövlət rüsumunun, cəmi 6442.04 manat pulun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə şifahi razılaşma əsasında İddiaçı MMC tərəfindən cavabdehə spirtli içkilərin satışı həyata keçirilmiş, cavabdeh həmin malları qəbuledərək dəyərinişirkətə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin baş tutmuş alğı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalarıəsasında mallar satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq,alıcı elektronqaimələrə əsasən 6358.04 manat (ƏDV daxil olmaqla) malın dəyərini, tərəflərin razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcıya, yəniİddiaçı MMCyə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəma qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlıalıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən X5iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

4. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, Belə ki, ümumiyyətlə mən iki ildən artıq bir müddətdir ki, mağazanın fəaliyyətini dayandırmışdır. VÖEN onun adına olsa belə, bütün işləri atası icra etmişdir. Mallar alınmışdır və alınmış malların dəyəri iddiaçıya ödənilmişdir. Lakin bir qisim mal isə geri qaytarılmışdır. Həmin malları geri qaytarılmasına dair sənəd də mövcuddur.

5. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi (atası) X2 iddia tələbini qəbul etməyərək, iddianın rədd ediləsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, olar arasında malların alınması və ödənilməsinə dair bütün hərəkərtlər iddiaçı şirkətin ekspeditoru Şahid tərəfindən həyata jeçirilmiş və onlar tərəfindən mallar geri qaytarəlan zaman, Mətləb geri qaytarılma barədə qəbz vermişdir. 6358 manat məbləğində mallar iddiaçıya geri qaytarılmışdır.

III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. Cavabdeh tərəfindən məhkəməyə tədqim edilən arayışın məzmunundan görünür ki, X8 Company” MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2025-ci il tarixli 81/25 nömrəli nömrəli alğı-satqı müqaviləsi üzrə alıcının satıcıya 6358.04 manat məbləğində borcu qalmışdır.

9. İddiaçı tərədindən cavabdehə EBDF 160372 nömrəli xx.xx.2023-cü il tarixli 188.80 manat,EBCİ 535108 nömrəli xx.xx.2023-cü il tarixli 964.50 manat , EBDJ 51686 nömrəli xx.xx.2023-cü il tarixli 170 manat,EBDJ 921277 nömrəli xx.xx.2023-cü il tarixli 112.86 manat,EBDK 984620 nömrəli xx.xx.2023-cü il tarixli 767.88 manat, EBDL 535024 nömrəli xx.xx.2023-cü il tarixli 108 manat,EBDN 781526 nömrəli xx.xx.2023cü il tarixli 812 manat, EBDN 899817 nömrəli xx.xx.2023-cü il tarixli 3872.40 manat məbləğində elektron qaimələr göndərilmişdir.

10. 03.08.2023-cü il tarixli GDĞ 429867 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən 50 manat iddiaçıya ödənilmişdir.

11. 16.10.2023-cü il tarixli GDĞ 430571 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən 50 manat iddiaçıya ödənilmişdir.

12. 24.08.2023-cü il tarixli GDĞ 430108 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən 50 manat iddiaçıya ödənilmişdir.

13. 19.10.2023-cü il tarixli GDĞ 430627 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən 50 manat iddiaçıya ödənilmişdir.

14. xx.xx.2023-cü il tarixli GDĞ 430204 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən 50 manat iddiaçıya ödənilmişdir.

15. 14.09.2023-cü il tarixli GDĞ 430242 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən 50 manat iddiaçıya ödənilmişdir.

16. xx.xx.2023-cü il tarixli GDĞ 412841 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən 88.80 manat iddiaçıya ödənilmişdir.

17. 29.09.2023-cü il tarixli GDĞ 430432 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən 50 manat iddiaçıya ödənilmişdir.

18. 21.09.2023-cü il tarixli GDĞ 430308 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən 50 manat iddiaçıya ödənilmişdir.

19. 31.05.2023-cü il tarixli GDĞ 393475 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən 100 manat iddiaçıya ödənilmişdir.

20. 20.07.2023-cü il tarixli GDĞ 429867 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən 50 manat iddiaçıya ödənilmişdir.

21. 24.10.2023-cü il tarixli satış üçün təqdim olunan malların geri qaytarılması aktına əsasən 6356.81 manat məbləğində mal cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır.

22. İddiaçı tərəfindən Cavabdeh pretenziya məktubu ünvanlanaraq borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəmə instansiyasına müraciət ediləcəkdir.

23. Şahid verdiyi ifadəsində o “X7” MMC-də ekspeditor vəzifəsində işlədiyini bildirdi. Mallar geri qaytarılmışdır. Aktdakı qeydi də mən özü yazmışdır. 30 ədəd spirtli içkilərdəki fərq isə ondan ibarətdir ki, cavabdehə yalnız bir dəfə mallar təhvil verilməmişdir, əvvəllər də tərəflər arasında alğı-satqı münasibətləri olmuşdur.Borcun sıfırlanması barədə əvvəllər heç bir akt olmamışdır. V. Tətbiq edilən hüquq:

24. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin qaydaların: 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. 2.5.3-ci bəndinə görə elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur; 3.1-ci bəndinə görə vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaiməfakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2-ci bəndinə görə elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3-cü bəndinə görə cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4-cü bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. 3.5-ci bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. 3.6-cı bəndinə görə vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaiməfakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.

27. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

28. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X6rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

29. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

30. Mübahisənin mahiyyətinə gəldikdə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında alğı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır.Hazırda İddiaçı MMC cavabdehə satılan mallara görə onlara borcunun yarandığını əsas göstərərək həmin borcun cavabdehdən tutulmasını tələb edir.

31. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında alğı satqı münasibətlərinin məhkəmə iclasında şahid qismində dindirilən iddiaçının həmin vaxt işçisi olaraq ekspeditor vəzifəsində çalışan M.Miriyev tərəfindən malların alıcıya təhvil verilməsi və ödənişin alıcıdan alınaraq şirkətə ödənilməsi qaydasında həyata keçirilməsi tərəflər arasında işin mübahisələndirilməyən halıdır. İddiaçı özu də məhkəmə iclasında alğısatqı münasibətlərinin bu şəkildə həyata keçirildiyini bildirmişdir. Cavabdeh malların iddiaçıya geri qaytarılmasını bildirmiş, habelə məhkəmə iclasında ifadəsi alınan Şahid da cavabdeh tərəfindən bütün ödənişlərin həyata keçirildiyini, ümumiyyətlə cavabdehlə iddiaçı şirkət arasında bütün işgüzar münasibətlərinin onun vasitəsilə həyata keçdiyini və cavabdehin iddiaçıya heç bir borcunun qalmadığını bildirmişdir.

32. Bundan əlavə cavabdeh məhkəmə iclasında qeyd etmişdir ki, İddiaçı MMC tərəfindən verilmiş arayışa əsasən alıcının satıcıya heç bir ödənişi və borcu qalmamışdır.

33. Belə ki, İddiaçı sözügedən müqavilə üzrə təhvil verdiyinə istinad etdiyi malların dəyərini tələb etdiyindən, Cavabdeh isə həmin mallara dair borcunun olmadığını bildirdiyindən, AR MPM-in 77.1-ci maddəsinin tələbləri baxımından müqavilə üzrə malların təhvil verilməsini və həmin mallara dair cavabdehin borcunun qalmasını sübut etmək vəzifəsi İddiaçının üzərinə düşür.

34. Lakin iddiaçı dəyəri 6358.04 manat təşkil edən malların cavabdehə təhvil verilməsi tərəflər arasında işin mübahisəlndiirlən halı olmasa da, cavabdeh həmin malları geri qaytarıldığını iddia edir və m\hkəməyə sübut olaraq həm cavabdehin işçisi olan ekspeditpr tərəfindən imzalanan geri qaytarılma aktını təqdim etmiş, Şahid da bu halətəsdiq etmişdir.

35. Həmçinin məhkmə iclasında tədqiq olunan digər sübutlar, tərəflərin izahatları və şahid ifadəsi ilə müəyyən olunmuşdur ki, iddiaçının həmin vaxt işçisi olaraq ekspeditor vəzifəsində çalışan M.Miriyev tərəfindən malların alıcıya təhvil verilməsi və ödənişin alıcıdan alınaraq şirkətə ödənilməsi qaydasında həyata keçirilmiş, məhkəmə iclasında Şahid da cavabdeh tərəfindən bütün ödənişlərin və müqavilə üzrə borcun ona ödənildiyini və 6358.04 manat məbləğində malın cabadeh tərəfindən iddiaçıya geri qaytarıldığını bildirmidir. Məhkəmə hesab edir ki, şahid ifadəsi də nəzərə alınaraq iddia rədd edilməlidir.

36. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

37. İddia tələbi rədd edildiyindən məhkəmə hesab edir ki, dövlət rüsumu İddiaçının özünə aid edilməlidir.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı "X8 Company" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 84 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar