Məhkəmə qərarları › İş №e-2-2(113)-5275/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5275/2025

19.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5275/2025 19.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı1 MMC, "xxxx" MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alğı-satqı,komissiya,pul) X9 Rövşən qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X11, İddiaçı1 MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 MMC, "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pul”tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçılar İddiaçı1 MMC, "xxxx" MMC-nin (bundan sonra – iddiaçı) Cavabdeh MMCyə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrin15.810, 96 (on beş min səkkiz yüz on manat, doxsan altı) manat müqavilə üzrə əsas borcun, borcun gecikdirilməsinə görə 11.768,13 (on bir min yeddi yüz altmış səkkiz manat, on üç qəpik) manat peniya borcunun, 10.000 (bir on min) manat ödənilmiş komissiya məbləğinin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 203 (iki yüz üç) manat dövlət rüsumunun,cəmi: 37.782,09 manat pul vəsaitinin; 2. Cavabdeh "xxxx" MMC-dən İddiaçı1 MMC-nin xeyrinə is2ə5.556,06 (iyirmi beş min beş yüz əllialtı manat altı qəpik) müavilə üzrə əsas borcun, borcun gecikdirilməsinə görə 18.144,80 (on səkkiz min yüz qırx dörd manat səksən qəpik) manat, 10.000 (bir on min) ödənilmiş komissiya məbləğinin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 252 (iki yüz əlli iki) manat dövlət rüsumunun, cəmi: 53.952,86 manat pul vəsasitinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırkı iddia ərizəsi ilə birgə iddiaçılar qismində çıxış edən "xxxx" MMC və İddiaçı1 MM(Cmüqavilə üzrə Satıcılar) Cavabdeh MMC i“ləMalların alqı-satqısı qaydaları haqqında” 13 may 2024-cü il tarixli 13-M/24 nömrəli üçtərəflimüqavilə və o cümlədən, üçtərəfli 13 may 2024-cü il tarixli, KM13/05/24 saylı Komissiya tərəfdaşlıq müqaviləsi imzalamışdırlar. Qeyd etmək istəyirik ki, Tərəflər arasında olan razılaşmaya əsasənKomissiya müqaviləsi 13M/24 saylı Alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsisayılır. Belə ki,cavabdehlə malların alqı-satqısına dair müqavilə imzalanarkən belə razılığa gəlinmişdir ki, cavabdeh “X10 Resort” mərkəzində “Qarabağ” restoranında və “Şazeli” restoranlar şəbəkəsində iddiaçıların mallarını satıb 1 (bir) il ərzində 200.000 (iki yüz min) manat dövriyyə etməlidir. Bu məqsədlə İddiaçılar Komissiya müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdehə müştərək qaydada 20.000 (iyirmi min) manat pul vəsaitini qabaqcadan ödəməyi öz öhdələrinə götürmüşlər və həmin pulu cavabdehə ödəmişdirlər. Komissiya müqaviləsinin 2.3-cü bəndinə əsasən “Komisiyonçu” 1.1-ci bənddə nəzərdə tutulan 200.000 (iki yüz) min manat məbləği bu müqavilə bağlandığı gündən 1 (bir) ilmüddətində tam icra etmədiyi təqdirdə “Komitent”lərin qarşısında 20.000 (iyirmimin) manat borc öhdəliyi yaranacaqdır. O cümlədən, Komissiya müqaviləsinin 2.7-ci bəndinə əsaəsn “Komitent”lər müqavilənin qüvvədə olduğu müddətdə istənilən vaxt hər hansı səbəb göstərilmədən “Komisyonçu”nu 5 (beş) iş günü əvvəldən xəbərdar etməklə müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Bu halda “Komisiyonçu” “Komitent”lər tərəfindən ona ödənilmiş 20.000 (iyirmi min) manat pul vəsaitini xəbərdarlıq ona təqdim edildikdən sonra 5 (beş) iş günü müddətində geri qaytarmağa borcludur. Bağlanmış alqı-satqı müqaviləsinin 1.2.2-ci maddəsinə əsasən, Cavabdeh MMCİddiçılardan təhvil aldığı malları “X10 Resort” mərkəzində, “Qarabağ” restoranı və “Şazeli” restoranlar şəbəkəsində satışını həyata keçirməyi öz öhdəsinə götürür. Müqavilə bağlandığı tarixdən indiyə kimi müqavilə üzrə öhdəliklərini pozaraq cavabdehin aşağıda qeyd edilən elektron qaimələr əsasındaiddiaçı "xxxx" MMC qarşısında borcu yaranmışdır. Qeyd edilən elektron qaimələrin hər biri X1muşdur. Aktlar iş materiallarına əlavə olunmuşdur. O cümlədən, Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, Müqavilənin 2.2-ci bəndinə əsasən,bu Müqavilənin 1.2.2-ci bəndinin tələbləri pozulduqda, “Alıcı” “Satıcı”dan tələbin pozulduğu andan aldığı məhsulun dəyərinə görə 0,5 % həcmində penya məbləği ödəyir. Cavabdehə tərəfimizdən çoxsaylı şifahi və yazılı olan müraciətlərimizə baxmayaraq cavabdeh borcun ödənilməsi ilə bağlı hər hansı addım atmamışdır. Hal-hazırda məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, cavabdeh "xxxx" MMC iddiaçılar tərəfindən ona olan etimadı doğrultmadığına, aylar əvvəl aldığı malların heç birinin dəyərini vaxtında ödəmədiyinə görə hal-hazırda və bundan sonra iddiaçıların cavabdehlə hər hansı işgüzar münasibətləri davam etdirmək niyyəti yoxdur.

3. İddiaçı iddia tələbininin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh "xxxx" MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə 22846.25 (iyirmi iki min səkkiz yüz qırx altı manat, iyirmi beş qəpik) manat müqavilə üzrə əsas borcun, borcun gecikdirilməsinə görə 35429,46 (otuz beş min dörd yüz iyirmi doqquz manat, qırx altı qəpik) manat peniya borcunun, cəmi: 58275,71 (əlli səkkiz min iki yüz yetmiş beş manat, yetmiş bir qəpik) manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 265 (iki yüz altmış beş) manat dövlət rüsumunun; cavabdeh "xxxx" MMC-dən İddiaçı1 MMC-nin xeyrinə isə 31613.46 (otuz bir min altı yüz on üç manat, qırx altı qəpik) müqavilə üzrə əsas borcun, borcun gecikdirilməsinə görə 49.184,26 (qırx doqquz min yüz səksən dörd manat, iyirmi altı qəpik) manat, 20.000 (iyirmi min) manat ödənilmiş komissiya məbləğinin cəmi: 100797,71 (bir yüz min yeddi yüz doxsan yeddi manat, 71 qəpik) manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 391 (üç yüz doxsan bir) manat dövlət rüsumunun, tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbininin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh "xxxx" MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə 22846.25 (iyirmi iki min səkkiz yüz qırx altı manat, iyirmi beş qəpik) manat müqavilə üzrə əsas borcun, borcun gecikdirilməsinə görə 35429,46 (otuz beş min dörd yüz iyirmi doqquz manat, qırx altı qəpik) manat peniya borcunun, cəmi: 58275,71 (əlli səkkiz min iki yüz yetmiş beş manat, yetmiş bir qəpik) manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 265 (iki yüz altmış beş) manat dövlət rüsumunun;cavabdeh "xxxx" MMC-dən İddiaçı1 MMC-nin xeyrinə isə 31613.46 (otuz bir min altı yüz on üç manat, qırx altı qəpik) müqavilə üzrə əsas borcun, borcun gecikdirilməsinə görə 49.184,26 (qırx doqquz min yüz səksən dörd manat, iyirmi altı qəpik) manat, 20.000 (iyirmi min) manat ödənilmiş komissiya məbləğinin cəmi: 100797,71 (bir yüz min yeddi yüz doxsan yeddi manat, 71 qəpik) manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 391 (üç yüz doxsan bir) manat dövlət rüsumunun, tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən Azəriş LTD” MMC-nin nümayəndəsi X11 və X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

10. İddiaçılar "xxxx" MMC, İddiaçı1 MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli, KM/13/05/24 alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən "Komitentlər 'lKomisiyonçu”-ya 20.000 (iyirmi min) manat pul vəsaitini müştərək qaydada verməyi, “Komisiyonçu” isə öz növbəsində 200.000 (iki yüz min) manat məbləğ həcmində dövriyyə etməyi öz öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən Bu müqaviləyə əsasən "Komisiyonçu” 1 (bir) il ərzində 200.000 (iki yüz min) manat məbləğ dəyərində "xxxx" MMC-nin və İddiaçı1 MMCnin mallarını alaraq 200.000 (iki yüz min) manat məbləğində dövriyyə etməlidir. - 2.1-ci bəndinə əsasən"Komisiyonçu” üzərinə aşağıdakı öhdəlikləri götürür: - “Komitentlərdən 200 000 (iki yüz min) manat məbləği bu müqavilənin 1.2-ci maddəsində göstərilən müddətdə dövriyyə etməyi öz öhdəsinə götürür - 2.2-ci bəndinə əsasən “Komisiyonçu” "xxxx" MMC-dən və İddiaçı1 MMC-dən təhvil aldığı malları “X10 Resort” mərkəzində, “Qarabağ” restoranı və “Şazeli” restoranlar şəbəkəsində satışını həyata keçirtməyi öz öhdəsinə götürür. - 2.3-cü bəndinə əsasən “Komisiyonçu” 1.1 -ci maddəsində nəzərdə tutulan 200.000 (iki yüz min) manat məbləği bu müqavilə bağlandığı gündən 1 (bir) il müddətində tam icra etmədiyi təqdirdə “Komitentlərin qarşısında 20.000 (iyirmi min) manat məbləğində borc öhdəliyi yaranacaqdır. - 2.4-cü bəndinə əsasən “Komisiyonçu" 200.000 (iki yüz min) manat dəyərində olan dövriyyəni vaxtından əvvəl tələb etmək hüququ vardır. - 2.5-ci bəndinə əsasən “Komitentlər bu müqavilənin 1.1.-ci bəndində nəzərdə tutulmuş məbləği bir məbləğlə 2024-cü ilin may ayının sonuna qədər “Komisiyonçu”-ya ödəməyi öz öhdəsinə götürür. - 3.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə məsuliyyət daşıyırlar. - 3.2-ci bəndinə əsasən 'tərəflər” müqavilə üzrə üzərlərinə düşən öhdəliklərin icra olunmaması, yaxud lazımi qaydada icra olunmaması nəticəsində vurulan zərərə görə bu müqaviləyə əsasən üzərinə düşən öhdəlik həcmində məsuliyyət daşıyır. - 6.6-cı bəndinə əsasən Müqavilə müddəti xx.xx.2025-ci il tarixədək nəzərdə tutulur. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq olunmuşdur.

11. İddiaçı "xxxx" MMC , İddiaçı1 MMC (“satıcı”) ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli 13-M/24 saylı alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.2.1-ci bəndinə əsasən “Satıcılar” idxal etdiyi (bundan sonra “Mallar” adlandırılacaq) “Mallar”-ı realizə edilməsi və / və ya satılması üçün “Aiıcı”-nın verdiyi sifarişlər üzrə Alıcı”-ya təhvil verməyi öz üzərinə götürür. - 1.2.3-cü bəndinə əsasən “Alıcı” təhvil aldığı “Mallar”-a görə 1 (bir) il ərzində hissəli qaydada yani hər dəfə ona təhvil verilən məhsula mütənasib olaraq, nağdsız qaydada qeyri şərtsiz və tam şəkildə “Satıcı”-nın xeyrinə ödəyir. - 1.2.5-ci bəndinə əsasən “Alıcı” “Satıcı”ya məxsus olan məhsul çeşidlərinin hər birini yalnız “Satıcı”dan almalıdır. - 2.2-ci bəndinə əsasən “Müqavilə”-nin 1.2.2,-ci bəndinin tələbləri pozulduqda, “alıcı” “satıcı”-dan tələbin pozulduğu andan aldığı məhsulun dəyərinə görə 0,5% (sıfır tam onda beş) faiz həcmində peniya məbləği (bundan sonra “Peniya” adlandırılacaq) ödəyir. - 2.8-ci bəndinə əsasən “Alıcı”-ya elektron-qaimə kəsildiyi andan hesablanmaqla 4 (dörd) təqvim günü müddətində “Alıcı” həmin elektron-qaiməni işin hallarından aslı olaraq təsdiq və ya ləğv etnrfəlidir. - 2.7-ci bəndinə asason "Komitent"lər müqavilenin qüvvədə olduğu müddətdə istenilan vaxt her hansr sebeb gösterilmədən "Komisyonçu"nu 5 (beş) iş günü əvvəlden xeberdar etmekle müqavileye birterefli qaydada xitam vere biler. Bu halda "Komisyonçu" "Komitent"lar terefinden ona odenilmiş 20.000 (iyirmi min) manat pul vesaitini xeberdarlıq ona teqdim edildikden sonra 5 iş günü müddətində geri qaytarmağa borcludur. - 2.9-cu bəndinə əsasən Elektron-qaimə “Alıcı” tərəfindən hər-hansı səbəbdən təsdiq edilmədiyi, ləğv edilmədiyi və bu səbəbdən elektron sistem tərəfindən avtomatik şəkildə təsdiq edilmədiyi təqdirdə: Elektron-qaimədə və eyni zamanda təhvil-təslim aktında göstərilmiş “Mallar” “Alıcı”ya tam təhvil verilmiş hesab olunur. Elektron-qaimə və eyni zamanda təhvil-təslim aktı “Alıcı” tərəfindən təsdiqlənmiş hesab olunur. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq olunmuşdur.

12. İddiaçı1 MMC tərəfindən cavabdehə MT2406 10819602 saylı xx.xx.2024-cü il tarixli 24044.44 manat, MT2408 10331099 saylı xx.xx.2024-cü il tarixli 3444.32 manat, MT2408 10331096 saylı xx.xx.2024-cü il tarixli 6293.01 manat, MT2408 10331086 saylı xx.xx.2024-cü il tarixli 2712.12 manat, MT2408 10331081 saylı xx.xx.2024-cü il tarixli 3456.2294 manat, MT2408 10331089 saylı xx.xx.2024-cü il tarixli 3072.4226 manat, MT2408 10331092 saylı xx.xx.2024-cü il tarixli 1356.0607 manat, MT2408 10331941 saylı xx.xx.2024-cü il tarixli 1814.0565 manat, MT2408 ******* saylı xx.xx.2024-cü il tarixli 48 manat, MT2408 10913644 saylı xx.xx.2024-cü il tarixli 3294.4045 manat, MT2408 10345237 saylı xx.xx.2024-cü il 730.49 manat, MT2407 11929677 saylı xx.xx.2024-cü il tarixli 1806.99 manat, MT2407 11605195 saylı xx.xx.2024-cü il tarixli 2525 manat məbləğində elektron qaimələr göndərilmişdir.

13. Cavabdeh MMC tərəfindən İddiaçı1 MMC-yə MT2406 11214747 saylı xx.xx.2024-cü il tarixli 20000 manat məbləğində elektron qaimə göndərilmişdir.

14. xx.xx.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən İddiaçı1 MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 3050.8 manat ödənilmişdir.

15. xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktı ilə təsdiq edilir ki, İddiaçı1 MMC tərəfindən cavabdehə 24044.45 manat məbləğində mal verilmişdir.

16. 15.07.2024-cü il tarixli malların təhvil-qəbul aktı ilə təsdiq edilir ki, İddiaçı1 MMC tərəfindən cavabdehə 3444.30 manat məbləğində mal verilmişdir.

17. 20.07.2024-cü il tarixli malların təhvil-qəbul aktı ilə təsdiq edilir ki, İddiaçı1 MMC tərəfindən cavabdehə 6758.93 manat məbləğində mal verilmişdir.

18. 06.07.2024-cü il tarixli malların təhvil-qəbul aktı ilə təsdiq edilir ki, İddiaçı1 MMC tərəfindən cavabdehə 2712.11 manat məbləğində mal verilmişdir.

19. 12.07.2024-cü il tarixli malların təhvil-qəbul aktı ilə təsdiq edilir ki, İddiaçı1 MMC tərəfindən cavabdehə 420.8 manat məbləğində mal verilmişdir.

20. 10.07.2024-cü il tarixli malların təhvil-qəbul aktı ilə təsdiq edilir ki, İddiaçı1 MMC tərəfindən cavabdehə 3456.22 manat məbləğində mal verilmişdir.

21. xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktı ilə təsdiq edilir ki, İddiaçı1 MMC tərəfindən cavabdehə 3072.37 manat məbləğində mal verilmişdir.

22. 02.07.2024-cü il tarixli malların təhvil-qəbul aktı ilə təsdiq edilir ki, İddiaçı1 MMC tərəfindən cavabdehə 1356.06 manat məbləğində mal verilmişdir.

23. 27.07.2024-cü il tarixli malların təhvil-qəbul aktı ilə təsdiq edilir ki, İddiaçı1 MMC tərəfindən cavabdehə 1814.04 manat məbləğində mal verilmişdir.

24. İddiaçı1 MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən cavabdehin iddiaçıya 31613.46 manat əsas,borcun gecikdirilməsinə görə 49184.26 manat cərimə və 20 000 manat ödənilmiş komissiya məbləği,ümumilikdə borcu100797.71 manat təşkil edir

25. İddiaçı "xxxx" MMC tərəfindən cavabdehə MT2407 11605195 saylı xx.xx.2024-cü il tarixli 2525 manat, MT2407 11397797 saylı xx.xx.2024-cü il tarixli 813.49 manat, MT2407 11491406 saylı xx.xx.2024-cü il tarixli 2801.0032 manat, MT2407 11491403 saylı xx.xx.2024-cü il tarixli 2270.0073 manat, MT2407 11491401 saylı xx.xx.2024-cü il tarixli 12712 manat, MT2406 10820447 saylı xx.xx.2024-cü il tarixli 12752.26 manat, MT2407 ********* saylı xx.xx.2024-cü il tarixli 2700 manat məbləğində elektron qaimələr göndərilmişdir.

26. 20.07.2024-cü il tarixli malların təhvil-qəbul aktı ilə təsdiq edilir ki, iddiaçı "xxxx" MMC tərəfindən cavabdehə 813.49 manat məbləğində mal verilmişdir.

27. 20.06.2024-cü il tarixli malların təhvil-qəbul aktı ilə təsdiq edilir ki, iddiaçı "xxxx" MMC tərəfindən cavabdehə 2801 manat məbləğində mal verilmişdir.

28. xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktı ilə təsdiq edilir ki, iddiaçı "xxxx" MMC tərəfindən cavabdehə 2270 manat məbləğində mal verilmişdir. V. Tətbiq edilən hüquq:

29. AR Mülki Məcəlləsinin: - 808.1-ci maddəsinə əsasən, komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür. Komisyonçunun üçüncü şəxslə bağladığı əqd üzrə hüquqları, əqddə komitent adlandırılmış olduqda və ya əqdin icrası üzrə üçüncü şəxslə bilavasitə münasibətlərə girdikdə belə, komisyonçu əldə edir və komisyonçu mükəlləfiyyətli olur. - 808.3-cü maddəsinə əsasən, komissiya müqaviləsi müəyyən müddətə və ya qüvvədə olma müddəti göstərilmədən, icra ərazisi göstərilməklə və ya göstərilmədən, komitentin onun mənafeləri üçün və onun hesabına bağlamağı komisyonçuya tapşırdığı əqdləri bağlamaq hüququnu üçüncü şəxslərə verməmək öhdəliyi nəzərdə tutulmaqla və ya nəzərdə tutulmadan, komissiya predmeti olan malların çeşidi barəsində şərtlər qoyulmaqla və ya qoyulmadan bağlana bilər. - 810.1-ci maddəsinə görə, komisyonçu komitentin göstərişlərinə əməl etməli, o cümlədən qiymətlərin limitini gözləməlidir; - 811.1-ci maddəsinə görə, komisyonçu əqdin müqavilə şərtləri haqqında, öz adından və sifarişçinin hesabına hərəkətləri yerinə yetirməsi haqqında komitentə məlumat verməyə borcludur; - 811.2-ci maddəsinə görə isə, razılaşmanın olmadığı halda komisyonçu üçüncü şəxsin adını bildirməyə borclu deyildir, amma komisyonçunun ödəniş qabiliyyətli olmadığından ehtiyat edildiyi hallar istisna təşkil edir - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

30. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

32. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X5rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

33. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

34. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, birgə iddiaçılar qismində çıxış edən "xxxx" MMC və İddiaçı1 MMC müqavilə 13 may 2024-cü il tarixli 13-M/24 nömrəli üçtərəfli tərəfdaşlıq müqaviləsinə və alğı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır.Belə ki, müqaviləyə əsasən iddiaçılar müxtəlif adda malları “X10 Resort” mərkəzində, “Qarabağ” restoranı və “Şazeli” restoranlar şəbəkəsində satışını həyata keçirməsi üçün cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi təsdiqlənmiş elektron qaimələrlə,təhvil-təslim aktları ilə təsdiq edilir.

35. Belə ki,tərəflər arasında yaranmış öhdəlik-hüquq münasibətləri həm alğı-satqı, həm də komissiya müqavilələrini əhatə etdiyinə görə hazırki kommersiya mübahisəsinə hər iki sahənin normaları tətbiq olunmalıdır.

36. Məhkəmə tərəflərin daxil olduqları hüquq münasibətinin xarakterinin müəyyən edilməsi zamanı nəzərə aldığı əsas məqamları ümumiləşdirərək qeyd edir ki, iddiaçının istehsal etdiyi malları cavabdehə təqdim etməsinin məqsədi həyata keçirilən satışın ümumi məbləğindən faiz şəklində cavabdehə muzd ödənilməsi şərti ilə üçüncü şəxslərə satılması və satışdan əldə olunan pul vəsaitinin iddiaçıya verilməsindən ibarət olmuşdur.

37. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı1 MMC və "xxxx" MMC tərəfindən cavabdehə müxtləlif adda mallar təhvil verilmiş və hazırda cavabdehin iddiaçı "xxxx" MMC-yə 22846.25 manat,”İlçin.İ” MMC-yə əsasən 31613.46 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehin iddiaçılara oba alğı-satqı müqaviləsi əsasında təhvil verilən malların dəyərini ödəməməklöə, qeyd edilən məbləğdə borclarının yaranması, iş materiallarıhna əlavə edilmiş müqavələr, eqaiəmələr və digər sübutlarla təsdiq ediir.

38. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – "xxxx" MMC-yə 22846 manat və İddiaçı1 MMC-yə 31613.46 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını, məhkəmə nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, cavabdeh "xxxx" MMC-nin xeyrinə 22846 manat və İddiaçı1 MMC-nin 31613.46 manat məbləğində pul tutularaq Cavabdeh MMC-dən tutulmalıdır.

39. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində 35429.46 manat və 49184.26 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

40. Göründüyü kimi cavabdeh alğı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

41. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq müvafiq olaraq 1000 manat və 1500 manat məbləğində müəyyən edilməlidir.

42. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı "xxxx" MMC tərəfindən 203 manat və "xxxx" MMC tərəfindən 252 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. - Daha sonra iddiaçı İlçin.İ” MMC 20.000 manat ödənilmiş komissiya məbləğinin cavabdehdən tutulmasını xahiş etmişlər.

43. Komissiya müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdehə müştərək qaydada 20.000 manat pul vəsaitini qabaqcadan ödəməyi öz öhdələrinə götürmüş və həmin pulu cavabdehə ödəmişdir. Komissiya müqaviləsinin 2.3-cü bəndinə əsasən “Komisiyonçu” 1.1-ci bənddə nəzərdə tutulan 200.000 manat məbləği bu müqavilə bağlandığı gündən 1 il müddətində tam icra etmədiyi təqdirdə “Komitent”in qarşısında 20.000 manat borc öhdəliyi yaranacaqdır. Müqavilənin 2.7-ci bəndinə əsasən "Komisyonçu" "Komitent" terefinden ona odenilmiş 20.000 (iyirmi min) manat pul vesaitini xeberdarlıq ona teqdim edildikden sonra 5 iş günü müddətində geri qaytarmağa borcludur.

44. Məhkəmə hesab edir ki,cavabdeh komissiya müqavilə şərltərini pozaraq öz üzərinə düşən öhdəlikləri icra etməmişdir və bu səbəbdən müqavilənin şərtlərinə əsasən İddiaçı1 MMC tərəfindən ödənilmiş 20 000 manat cavabdehdən İddiaçı1 MMC-nin xeyrinə tutulmalıdır.

45. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq müvafiq olaraq 162 manat və 249 manat məbləğində dövlət rüsumu iddiaçılara qaytarılmalıdır.

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 22846.25 (iyirmi iki min səkkiz yüz qırx altı manat iyirmi beş qəpik) manat məbləğində əsas borc, 1000 (min) manat məbləğində cərimə və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 162 (yüz altmış iki) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh "xxxx" MMC-dən 31613.46 (otuz bir min altı yüz on üç manat qırx altı qəpik) manat məbləğində əsas borc, 1500 (min beş yüz) manat məbləğində cərimə, 20000 (iyirmi min) manat məbləğində komissiya məbləği və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 249 (iki yüz qırx doqquz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı1 MMC-nin xeyrinə ödənilsin Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar