Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5276/2023 19.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edlməsi və borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu, əmlakın qaytarılması) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması və s. tələbinə dair dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 dekabr 2022-ci il tarixli, D125 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi (müqavilənin etibarlılığı məsələsinə qiymət verilməklə birlikdə), müqavilə üzrə yaranmış 33165 manat (11310 manat lizinq mükafatı daxil olmaqla) manat əsas borc və 4050 manat hesablanmış cərimə olmaqla, cəmi 37215 manat məbləğində borc və ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması və lizinq predmeti olan mənzilin (Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, 3169-cu məhəllə, ev 31, 33, 35, 37, mənzil 122, Yeni qaydalarla: AZ 1134, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın) boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, D125 saylı daxili lizinq müqaviləsi bağlanmış və lizinq predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, 3169-cu məhəllə, ev 31, 33, 35, 37, mənzil 122, Yeni qaydalarla: AZ 1134, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak lizinq məbləği 135000 manat, lizinq müddəti 12 ay və lizinq mükafatı illik 26 faiz olmaq şərtilə lizinqə verilmişdir. Lizinq üzrə ödənişlər müqavilə ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. Lakin lizinq alan müqavilə üzrə öhdəliklərini mütəmadi olaraq pozmuş, lizinq ödənişlərini vaxtında və lazımı qaydada yerinə yetirməmişdir. İddiaçı MMC tərəfindən tərtib olunmuş 0511/23 saylı xx.xx.2023-cü il tarixli borca dair arayışdan görünür ki, lizinq alan bu günə qədər ümumilikdə 48960 (5440 x 9 ay) manat ödəniş etməli idi. Lakin müqavilə bağlandığı tarixdən onun tərəfindən cəmi 15795 manat ödəniş edilmişdir. Hazırda cavabdehin iddiaçıya D125 saylı daxili lizinq müqaviləsi üzrə 33165 manat (11310 manat lizinq mükafatı daxil olmaqla) əsas borc və 4050 manat hesablanmış cərimə olmaqla, cəmi 37215 manat borcu mövcuddur. Belə ki, sözügedən daxili lizinq müqaviləsinin 3.1-ci bəndinə əsasən lizinq ödənişləri müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 1 ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. Müqavilənin 4.2.6-ci bəndinə əsasən lizinq alan lizinq ödənişlərini gecikdirməmək öhdəliyini üzərinə götürmüşdür. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən isə lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirilən hər gün üçün qalıq məbləğin 0.1 faizi məbləğində cərimə ödəməlidir. Lizinq müqaviləsinin 6.1.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəmə müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin lizinq obyektini mübahisəsiz qaydada geri almaq hüququ vardır. Cabadehə dəfələrlə şifahi xəbərdarlıq və yazılı bildirişlər edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etmişdir. Həmçinin mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün 9 saylı mediasiya təşkilatına 400 manat mediasiya haqqı ödənilmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına istinad olunmuşdur.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, tərəflər arasında bağlanmış 19 dekabr 2022-ci il tarixli, D125 saylı lizinq müqaviləsi üzrə yaranmış 33165 (11310 manat lizinq mükafatı daxil olmaqla) manat əsas borc və 4050 manat hesablanmış cərimə olmaqla, cəmi 37215 manat məbləğində borc və ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması və lizinq predmeti olan mənzilin (Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, 3169-cu məhəllə, ev 31, 33, 35, 37, mənzil 122, Yeni qaydalarla: AZ 1134, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın) boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, məhkəmədən tərəflər arasında bağlanmış “D125 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə yaranmış 33165 manat (11310 manat lizinq mükafatı daxil olmaqla) manat əsas borc və 4050 manat hesablanmış cərimə olmaqla, cəmi 37215 manat məbləğində borcun və ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması və lizinq predmeti olan mənzilin (Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, 3169-cu məhəllə, ev 31, 33, 35, 37, mənzil 122, Yeni qaydalarla: AZ1134, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın) boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi” barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. D125 saylı lizinq müqaviləsinin müddəti artıq 19 dekabr 2023-cü il tarixində bitəcəkdir. Odur ki, müqavilənin ləğvi barədə tələbə məhkəmə tərəfindən qiymət verilməsinə zərurət qalmamışdır. Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən “iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. İş üzrə məhkəmə tərəfindən yekun qərar qəbul edilənədək artıq həmin müqavilənin müddəti bitmiş olacaqdır. Məhkəməyə müraciət zamanı müqavilənin müddəti bitmədiyindən iddia tələbində məhkəmədən, həmçinin onun ləğvi də istənilmişdir. Yəni, göründüyü kimi, iddia tələbinin həcmini azaltmaq üçün əsas məhz məhkəmə baxışı gedişində meydana gəlmişdir.
6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
7. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
8. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
9. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
10. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, “lizinq verən” qismində İddiaçı MMC ilə “lizinq alan” qismində Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, D125 nömrəli daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən satıcıdan əldə edəcəyi Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 3169-cu məhəllə, ev 31, 33, 35, 37, mənzil 122, Yeni qaydalarla AZ1134, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə gölurur. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lızinq alanın ilkin maliyyə öhdəliyi 135000 (bir yüz otuz beş min) manat müəyyən edilir. Lizinq alanın məcmu öhdəliyi son ödəniş tarixinədək bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavənin tərtibi metodikasına uyğun olaraq hesablanacaq məbləğdə ödənilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən hesablaşma qaydasını əks etdirən lizinq ödənişlərinin qrafiki bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavəsində göstərilir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən isə lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirilən hər gün üçün qalıq məbləğin 0.1 faizi məbləğində cərimə ödəməlidir. Həmin müqavilənin 6.1.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəmə müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin lizinq obyektini mübahisəsiz qaydada geri almaq hüququ vardır.
11. Cavabdeh tərəfindən İddiaçı MMC-nin direktoruna ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə qeyd olunur: “Nəzərinizə çatdırmaq istəyirəm ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 3169-cu məhəllə, ev 31, 33, 35, 37, mənzil 122, Yeni qaydalarla AZ1134, ünvan 2 ünvanında yerləşən daşnmaz əmlakı almaq niyyətindəyəm. Əmlakı qiymətinə satıcı ilə razılaşdırmışam. Bununla bağlı 135000 manat vəsaitə ehtiyacım var. Bu vəsaitin mənə lizinq şərtləri ilə sizin tərəfinizdən maliyyələşdirilməsini xahiş edirəm. Qeyd olunan əmlak icarəyə verilmək məqsədilə alınır və icarədən əldə olunan gəlir lizinq öhdəliklərinin ödənilməsinə yönələcəkdir. Bundan başqa öz sahibkarlıq fəaliyyətimdən də əldə olunan gəlirlərdən lizinq öhdəliklərinin ödənişi aparılacaqdır”.
12. Müqaviləyə edilən xx.xx.2022-ci il tarixli, 3 nömrəli Əlavə - təhvil-təslim aktında qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 3169-cu məhəllə, ev 31, 33, 35, 37, mənzil 122, Yeni qaydalarla AZ1134, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak lizinq alan – Cavabdeh təhvil verildi. Müqavilə üzrə lizinq obyektinin qiyməti 200000 (iki yüz min) manat təşkil edir. Lizinqin obyekti müqavilə şərtlərinə uyğundur. Lizinq alan tərəfindən lizinq obyektinin tərkibi, komplektliliyi, miqdarı, keyfiyyəti haqqında heç bir iddia yoxdur. Lizinq obyekti tam saz vəziyyətdədir və onda heç bir çatışmazlıq aşkar edilməmişdir. Lizinq obyekti üçüncü şəxslərin hər hansı bir hüquqi iddialardan azaddır.
13. xx.xx.2023-cü il tarixli, 0511/23 nömrəli arayışda qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı MMC qarşısında xx.xx.2022-ci il tarixli, D125 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə 33165 manat (11310 manat lizinq mükafatı daxil olmaqla) manat əsas məbləğ və 4050 manat hesablanmış cərimə olmaqla, cəmi 37215 manat məbləğində borcu vardır.
14. "xxxx" KB ASC tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, ********* nömrəli ödəniş tapşrığından görünür ki, "xxxx" MMC tərəfindən Bakı 9 saylı Mediasiya Təşkilatının AZ27AİİB400600D**********106 nömrəli hesabına 400 (dörd yüz) manat məbləğində pul köçürülmüşdür.
15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən çıxarışdan müəyyən edilir ki, Yeni qaydalarla: AZ 1134, ünvan 1 ünvanda yerləşən mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı MMC-nin adına xx.xx.2022-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).
16. İddiaçı MMC xx.xx.2023-cü il tarixli, 0512/23 nömrəli pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh müraciət edərək, 3 (üç) gün müddətində borcun ödənilməsi xahiş etmiş, əks təqdirdə borcun ödənilməsi və əmlakın geri tələbi üçün məhkəməyə müraciət ediləcəyi bildirmişdir.
17. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış lizinqi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafiklərinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı hazırkı tələb hüququ yaranmışdır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-2.3-ci maddəsinə əsasən lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
18. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
19. İddia tələbinin bir hissəsini tərəflər arasında bağlanmış 19 dekabr 2022-ci il tarixli, D125 saylı lizinq müqaviləsi üzrə yaranmış 33165 manat manat əsas borcun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi təşkil edir.
20. Qeyd olunmalıdır ki, müqavilə şərtlərinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş lizinq obyektini öz mülkiyyətinə əldə etmək və müəyyən haqq müqabilində lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə vermək, lizinq alan isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etmək, lizinq müqaviləsi və lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətlərdə lizinq verənə lizinq və digər ödənişləri ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərinə əməl etsə də, cavabdeh müəyyən edilmiş qaydada və müddətlərdə lizinq və digər ödənişləri ödəmək öhdəliyini öz üzərinə götürsə də, öhdəliklərinə əməl etməmişdir.
21. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcla bağlı hissədə tam təmin edilməli və Cavabdeh 33165 (otuz üç min yüz altmış beş) manat əsas borc İddiaçı xeyrinə tutulmalıdır.
22. İddia tələbinin bir hissəsini də borcun ödənilməsinin gecikdirilməsinə görə cavabdehdən 4050 manat məbləğində dəbbə pulunun tutulması təşkil edir.
23. xx.xx.2022-ci il tarixli, D125 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 5.2-ci bəndinə əsasən lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirilən hər gün üçün qalıq məbləğin 0.1 faizi məbləğində cərimə ödəməlidir.
24. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən, iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
25. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1000 (min) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
26. İddia tələbinin digər hissəsini lizinq predmeti olan mənzilin (Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, 3169-cu məhəllə, ev 31, 33, 35, 37, mənzil 122, Yeni qaydalarla: AZ 1134, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın) boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi təşkil edir.
27. Daxili maliyyə lizinqi müqaviləsinin 6.1.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəmə müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin lizinq obyektini mübahisəsiz qaydada geri almaq hüququ vardır.
28. Tələbin göstərilən hissəsinə münasibətdə məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını və işin faktiki hallarını, iddiaçının lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə də tam təmin edilməli və lizinq predmeti olan mənzil (Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, 3169-cu məhəllə, ev 31, 33, 35, 37, mənzil 122, Yeni qaydalarla: AZ1134, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak) boşaldılaraq İddiaçınə təhvil verilməlidir.
29. Eləcə də, iddiaçı 400 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
30. Məhkəmə hesab edir ki, 400 (dörd yüz) manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 33165 (otuz üç min yüz altmış beş) manat əsas borc, 1000 (min) manat cərimə, 400 (dörd yüz) manat mediasiya xərci olmaqla, cəmi 34565 (otuz dörd min beş yüz altmış beş) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Lizinq predmeti olan mənzil (Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, 3169-cu məhəllə, ev 31, 33, 35, 37, mənzil 122, Yeni qaydalarla: AZ1134, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak) boşaldılaraq İddiaçınə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova