Məhkəmə qərarları › İş №e-2-2(113)-5277/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5277/2025

18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5277/2025 18.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (alqı-satqı müqaviləsi, elektron qaimə) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 66.861,36 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdən Cavabdeh MMC ilə elektrik məhsullarının alqı-satqısı üzrə əməkdaşlıq olmuşdur. Bu illər ərzində daim qarşılıqlı güzəştlərlə tərəfdaşlıq edilmişdir. Qeyd edilən tarixdən cavabdehə 279.677,19 manatlıq mal göndərilmiş, e-qaimələr təsdiq edilmişdir. Həmin malların dəyəri olaraq cavabdeh tərəfindən 182.117,62 manat əsas, 30.698,21 manat ƏDV hesabına pul köçürülmüşdür. Sonuncu ödəniş xx.xx.2025-ci il tarixdə edilmişdir. Hazırda Cavabdeh MMC-nin İddiaçı MMC-yə 54.896,96 manat əsas, 11.964,4 manat ƏDV borcu vardır. Qeyd edilən borc tələb edilsə də, cavabdeh tərəfindən ödənilməmişdir.

3. 05 avqust 2025-ci il tarixdə iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə iddia tələbinin azalmasına dair ərizə təqdim edərək, Cavabdeh MMC-dən 65143,96 manat məbləğində əsas, 11725,91 manat ƏDV olmaqla cəmi 76869,87 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi həmçinin ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. - 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış EBAV seriyalı 629946 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ 13654,96 manat, EBBA seriyalı 424817 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ 1062 manat, EBBA seriyalı 839991 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ 885 manat, EBBP seriyalı 022344 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ 236609,30 manat, EBCM seriyalı 669701 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən yekun məbləğ 33451,82 manat, EBDB seriyalı 876540 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən yekun məbləğ 5781.08 manat, EBDW seriyalı 763041 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən yekun məbləğ 1888 manat təşkil edir.

8. İddiaçıya məxsus "xxxx" QSC-nin bank hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən iddiaçının hesabına xx.xx.2021-ci il tarixdə 11572 manat, xx.xx.2021-ci il tarixdə 900 manat, xx.xx.2021-ci il tarixdə 11340 manat, xx.xx.2022-ci il tarixdə 2500 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 90000, 1809.80 və 3297.60 manat, xx.xx.2022-ci il tarixdə 750 və 700 manat, xx.xx.2022-ci il tarixdə 10000 manat, xx.xx.2022-ci il tarixdə 10000 manat, xx.xx.2023-cü il tarixdə 11193 manat, xx.xx.2023-cü il tarixdə 17156 manat, xx.xx.2023-cü il tarixdə 4899.22 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2025-ci il tarixdə 2000 manat, xx.xx.2025-ci il tarixdə isə 1325 manat pul köçürülmüşdür. Köçürmələrin təyinatı qismində xx.xx.2020-ci il tarixli müqavilə göstərilmişdir.

9. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli əməliyyatın təfərrüatı qəbzinə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına EBDW763041 saylı eqaiməyə üzrə 1325 manat məbləğində ödəniş edilmişdir.

10. xx.xx.2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin ƏDV sub-uçot hesabına 238,5 manat məbləğində ƏDV köçürülməsi edilmişdir.

11. İddiaçı MMC tərəfindən təqdim edilmiş arayışda göstərilmişdir ki, Cavabdeh MMC-yə (VÖEN: **********) İddiaçı MMC (VÖEN: **********) tərəfindən 2020-ci il ərzində xx.xx.2020- ci il tarixli, EBAV 629946 nömrəli qaimə əsasında 13.654,96 manat dəyərində mal verilmiş, «Cavabdeh MMC tərəfindən həmin qaimə üzrə xx.xx.2021- ci il tarixdə İddiaçı MMC-nin bank hesabına 13.654,96 manat (11,572 manat əsas, 2082,96 manat ƏDV) pul köçürülmüşdür. 2021-ci il ərzində xx.xx.2021-ci il tarixli EBBA 424817 nömrəli qaimə üzrə 1062 manat, xx.xx.2021-ci il tarixli EBBA 839991 nömrəli qaimə üzrə 885 manat, xx.xx.2021- ci il tarixli EBBP 022344 nömrəli qaimə üzrə 236.609,30 manat, cəmi 238.556,30 manat dəyərində mal verilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına xx.xx.2021-ci il tarixli EBBA 424817 nömrəli qaimə üzrə xx.xx.2021-ci il tarixdə 1062 manat (900 manat əsas, 162 manat ƏDV) pul köçürülmüş, xx.xx.2021-ci il tarixli EBBA 839991 nömrəli qaimə üzrə xx.xx.2021-ci il tarixdə 885 manat manat (750 manat əsas, 135 manat ƏDV) pul köçürülmüş, xx.xx.2021-ci il tarixli EBBP 022344 nömrəli qaimə üzrə xx.xx.2021-ci il tarixdə 12.496,20 manat (10.590 manat əsas, 1906,20 manat ƏDV), xx.xx.2022-ci il tarixdə 2950 (2500 manat əsas, 450 manat ƏDV), xx.xx.2022- ci il tarixdə 1180 manat (1000 manat əsas, 180 manat ƏDV), xx.xx.2022- ci il tarixdə 1180 manat (1000 manat əsas, 180 manat ƏDV), xx.xx.2022- ci il tarixdə 112.226,73 manat (90.107,40 manat əsas, 17.119,33 manat ƏDV), xx.xx.2022-ci il tarixdə 1711 manat (1450 əsas, 261 manat ƏDV), xx.xx.2022- ci il tarixdə 11.800 manat (10.000 manat əsas, 1800 manat ƏDV), xx.xx.2022- ci il tarixdə 11.800 manat (10.000 manat əsas, 1800 manat ƏDV), xx.xx.2023- cü il tarixdə 13.207,74 manat (11.193 manat əsas, 2014,74 manat ƏDV), xx.xx.2023- cü il tarixdə 20.244,08 manat (17.156 manat əsas, 3088,08 manat ƏDV), xx.xx.2023- cü il tarixdə 5781,08 manat (4899,22 manat əsas, 881,86 manat ƏDV), xx.xx.2024- cü il tarixdə 2360 manat (2000 manat əsas, 360 manat ƏDV), xx.xx.2025- ci il tarixdə 2360 manat (2000 manat əsas, 360 manat ƏDV) və xx.xx.2025- ci il tarixdə 1563,50 manat (1325 manat əsas, 238,50 manat ƏDV) məbləğində, cəmi 200.860,33 manat (170.220,62 manat əsas, 30.639,71 manat ƏDV) pul ödəmiş, həmin qaimə üzrə cəmi 35.748, 97 manat (30.295,74 əsas, 5453,23 manat ƏDV) borcu qalmışdır. 2023-cü il ərzində xx.xx.2023-cü il tarixli, EBCM 669701 nömrəli qaimə üzrə 33.451,82 manat, xx.xx.2023-cü il tarixli, EBDB 876540 nömrəli qaimə üzrə 5781,08 manat olmaqla, cəmi 39.232,90 (otuz doqquz min iki yüz otuz iki manat, doxsan qəpik) manat dəyərində mal verilmiş, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına həmin qaimələr üzrə pul köçürülməmiş, xx.xx.2023-cü il tarixli, EBCM 669701 nömrəli qaimə üzrə 33.451,82 manat (28.349 manat əsas, 5102,82 manat ƏDV), xx.xx.2023-cü il tarixli, EBDB 876540 nömrəli qaimə üzrə 5781,08 manat (4899,22 manat əsas, 881,86 manata ƏDV) cəmi 39.232,90 manat borcu qalmışdır, 2024-cü il ərzində xx.xx.2024-cü il tarixli, EBDW 763041 nömrəli qaimə üzrə 1888 manat dəyərində mal verilmiş, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına həmin qaimələr üzrə pul köçürülməmiş, xx.xx.2024-cü il tarixli, EBDW 763041 nömrəli qaimə üzrə 1888 manat (1600 manat əsas, 288 manat ƏDV) borcu qalmışdır. Beləliklə, 2020-2025-ci illər ərzində Cavabdeh MMC-yə İddiaçı MMC tərəfindən 293.332.16 manat dəyərində mal satılmış, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 216.462,29 manat pul köçürülmüş, 29,12.2021-ci il tarixli EBBP 022344 nömrəli qaimə üzrə cəmi 35.748,97 manat (30.295,74 əsas, 5453,23 manat ƏDV), xx.xx.2023- cü il tarixli, EBCM 669701 nömrəli qaimə üzrə 33.451,82 manat (28.349 manat əsas, 5102,82 manat ƏDV), xx.xx.2023-cü il tarixli, EBDB 876540 nömrəli qaimə üzrə 5781,08 manat (4899,22 manat əsas, 881,86 manat ƏDV), xx.xx.2024- cü il tarixli, EBDW 763041 nömrəli qaimə üzrə 1888 manat (1600 manat əsas, 288 manat ƏDV) olmaqla, cəmi 76.869,87 (65.143,96 manat əsas, 11.725,91 manat ƏDV) manat borc qalmışdır.

12. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinin balansına 291 manat, xx.xx.2025-ci il tarixli qəbz əsasında isə 36 manat dövlət rüsumu ödənilmişdir.

13. Beləliklə, cavabdehin öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

16. Məhkəmə qeyd edir ki, qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən etmişdir: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.

17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanan xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçı üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək ümumi dəyəri (ƏDV daxil) 293.322.16 manat təşkil edən malları cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmiş, iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələr əsasında təhvil aldığı malların bir qismi üzrə (216.462.29 manat) ödənişləri həyata keçirsə də, digər malların dəyərini ödəməmişdir. Belə ki, müqavilə üzrə satılmış mallardan 65143,96 manat əsas borc, 11725.91 manat ƏDV olmaqla, cəmi 76869.87 manat borc cavabdeh tərəfindən ödənilməmişdir. İddiaçı hazırda müqavilə üzrə ödənilməmiş 76869.87 manat borcun cavabdehdən tutulması tələbi ilə çıxış edir.

18. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali MəhkəməsininKommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

19. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında şifahi müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını, müqavilənin icrası zamanı tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, o cümlədən cavabdeh tərəfindən qismi ödənişlərin edildiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 65143.96 manat əsas borc, 11725.91 manat ƏDV olmaqla, cəmi 76869.87 manat məbləğində borc məbləği tutularaq İddiaçıya ödənilməlidir.

20. İddiaçı eyni zamanda ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. İş materiallarından görünür ki, ilkin olaraq 291 manat, daha sonra 36 manat olmaqla, cəmi 327 manat dövlət rüsumu ödənilmişdir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. İddiaçı rüsum ödənişinin həyata keçirilməsi ilə bağlı müvafiq sənədləri məhkəməyə təqdim etdiyindən məhkəmə bu hissədə də tələbi əsaslı hesab edir.

V. Nəticə:

23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 65143.96 manat əsas borc, 11725.91 manat ƏDV olmaqla, cəmi 76869.87 (yetmiş altı min səkkiz yüz altmış doqquz manat səksən yeddi qəpik) manat pul məbləği və məhkəməyə ödənilmiş 327 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar