Məhkəmə qərarları › İş №e-2-2(113)-528/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-528/2020

25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-528/2020 25.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, x13 oğlunun katibliyi, iddiaçının nümayəndəsi x9 iştirakı ilə, İddiaçı x10 (ASC) “xxxxxxxxxxxx” Azərbaycan-x3rşı pul tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4350 manat əsas borc, 491,55 manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 4871,55 manat “xxxxxxxxxxxx” Azərbaycan-x4 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi x12 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, AR Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı ASC-nə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə “xxxxxxxxxxxx” Azərbaycan-x8 arasında bağlanmış 13.06.2017-ci il tarixli 1175-GL/17 nömrəli müqaviləyə əsasən sonuncu lizinqə götürdüyü güzəştli dəyəri 18608 manat olan kənd təsərrüfatı texnikası lizinqə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmiş və ödəniş qrafiki üzrə 6785 manat ödəniş etmişdir. Beləliklə müqavilə üzrə 4350 manat əsas və lizinq müqaviləsinin 4.2-ci maddəsinə əsasən 491,55 manat cərimə borcu yaranmışdır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “xxxxxxxxxxxx” Azərbaycan-x8 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Lakin “xxxxxxxxxxxx” Azərbaycan-x8 məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, müqavilənin qüvvədə olan ödəniş dövrü başa çatmamışdır, müqavilənin ləğv olunmadığı təqdirdə borc tələb oluna bilməz. Həmçinin tərəflər arasındakı digər bir məhkəmə çəkişməsinə əsasən İddiaçı ASC-nin onlara olan 216358 manat borcun sonuncu tərəfindən ödənilməsindən sonra hazırki məhkəmə mübahisəsi üzrə borc ödəniləcəkdir. Odur ki, hazırki iddia tələbinin rədd edilməsini və tərəflər arasında məhkəmədən kənar razılaşma ilə həll edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - 13 iyun 2017-ci il tarixli, 1175-GL/17 nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilənin surətindən görünür ki, İddiaçı ASC ümumi məbləği 51335 manat olan və spresifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür; - arayışdan görünür ki, “xxxxxxxxxxxx” Azərbaycan-x5 İddiaçı ASC-yə olan borcu 4350 manat əsas borc, 491,55 manat cərimə olmaqla, ümumilikdə 4841,55 manat təşkil edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Cavabdeh iddiaya etiraz ərizəsində borc məbləğini mübahisələndirməmiş və qeyd etmişdir ki, “Tələb edilən məbləğ müqavilə tələbləri əsasında iddia verilən müddətə olan borcdur”. Buna görə də məhkəmə 4350 manat əsas borcun mövcud olmasını işin mübahisələndirilməyən halı hesab edir. Cavadeh iddiaya etirazını 2 xüsusatla əsaslandırmışdır: 1) müqavilənin ləğv olunmadığı təqdirdə borcun tələb oluna bilməməsi; 2) İddiaçı ASC-nin ona borcu ilə bağlı məhkəmə mübahisəsinin olması. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12 və 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Sonuncu normanın məzmunundan görünür ki, lizinq verənin pul məbləğini tələb etməsi üçün lizinq müqaviləsini vaxtından əvvəl ləğv etməsi şərti mövcud deyil, yəni, qeyd olunan tələblərin birinin və ya bir neçəsinin irəli sürülməsi iddiaçının hüququdur. Məhkəmə hesab edir ki, tərəflər arasında digər öhdəlik münasibətləri ilə məhkəmə mübahisəsinin olması da iddianın rədd olunması üçün əsas hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 4350 manat məbləğində əsas borca tənasübsüz olaraq 491,55 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 491,55 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 150 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində isə 28 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı x10 “Kaspi - Yıldız” Azərbaycan-x1rşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 4350 (dörd min üç yüz əlli) manat məbləğində əsas borc, 150 (yüz əlli) manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaiti “Kaspi - Yıldız” Azərbaycan-x2 tutularaq İddiaçı x11 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 28 (iyirmi səkkiz) manat məbləğində pul vəsaiti “Kaspi - Yıldız” Azərbaycan-x2 tutularaq İddiaçı x11 ödənilsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar