Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5280/2021 29.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiaya kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-dən 2.898,15 (iki min səkkiz yüz doxsan səkkiz manat on beş qəpik) manatın və 30 (otuz) manat dövlət rüsumunun və 50 (əlli) manat mediasiya xərcinin- cəmi 2.978,15 (iki min doqquz yüz yetmiş səkkiz manat on beş qəpik) manat məbləğin İddiaçı MMC-nin xeyrinə tutulması barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC (hüquqi şəxsin əvvəlki adı "xxxx" MMC olmuşdur) arasında 25.09.2019-cu il tarixli, SX19/178 saylı “Alqısatqı” müqaviləsi bağlanılmışdır. Daha sonra: 1) 12.10.2019-cu il tarixli, HBN/2 seriyalı, 696100 nömrəli, 2) 12.10.2019-cu il tarixli, HBN/2 seriyalı, 696101 nömrəli, 3) 12.10.2019cu il tarixli, HBN/2 seriyalı, 696102 nömrəli, 4) 15.10.2019-cu il tarixli, HBN/2 seriyalı, 726495 nömrəli, 5) 25.10.2019-cu il tarixli, HBN/2 seriyalı, 705257 nömrəli, 6) 25.10.2019cu il tarixli, HBN/2 seriyalı, 705240 nömrəli, 7) 25.10.2019-cu il tarixli, HBN/2 seriyalı, 705258 nömrəli, 8) 25.10.2019-cu il tarixli, HBN/2 seriyalı, 705242 nömrəli, 9) 30.10.2019cu il tarixli, HBN/3 seriyalı, 651801 nömrəli, 10) 07.11.2019-cu il tarixli, HBN/2 seriyalı, 651760 nömrəli “Malların Təhvil-Qəbul Akt”larına əsasən Cavabdeh MMC İddiaçı MMCdən cəmi 2.898,15 (iki min səkkiz yüz doxsan səkkiz manat on beş qəpik) manat dəyərində müxtəlif “mallar” qəbul etsə də, həmin “malların” dəyərini hazırkı vaxtadək şirkətə ödəməmişdir. Göstərilən məbləğdə “mallar”ın şirkət tərəfindən qəbul edilməsini qeyd olunan “Malların Təhvil-Qəbul Aktları” bir daha sübut edir. Ödənişin həyata keçirilməsi üçün tərəfimizdən şirkətə: 1) 14.10.2019-cu il tarixli, 123805 saylı, 2) 14.10.2019-cu il tarixli, 123808 saylı, 3) 14.10.2019-cu il tarixli, 123810 saylı, 4) 15.10.2019-cu il tarixli, 188272 saylı, 5) 25.10.2019-cu il tarixli, 639615 saylı, 6) 25.10.2019-cu il tarixli, 639616 saylı, 7) 25.10.2019-cu il tarixli, 639637 saylı, 8) 25.10.2019-cu il tarixli, 639638 saylı, 9) 30.10.2019-cu il tarixli, 833471 saylı, 10) 07.11.2019-cu il tarixli, 192482 saylı “Elektron qaimə”lər də göndərilmişdir. Bununla bağlı dəfələrlə nümayəndəmiz vasitəsilə şirkətin rəhbəri ilə əlaqə saxlanılmış və həmin borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin hər hansı bir ödəniş həyata keçirilməmişdir. Daha sonra 29 mart 2019-cu il tarixli “Mediasiya” haqqında Azərbaycan Respublikası Qanununun 3.2-ci bəndinə əsasən, mediatora da müraciət edilmiş və məsələ həmin qurumda həll edilmədiyindən bununla bağlı 22.09.2021-ci il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış” təqdim edilmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat ödəniş edilmişdir. Daha sonra cavabdehə 01.10.2021-ci il tarixli “Pretenziya” məktubu göndərilmiş, lakin cavabdeh həmin məktubu qəbul etməkdən imtina etmişdir. Cavabdehə həmçinin 08.10.2021-ci il tarixli “İddia ərizəsi”nin surəti də göndərilmiş, lakin cavabdeh həmin məktubu qəbul etməkdən imtina etmişdir. Cavabdeh şirkətin adını dəyişdirdiyindən bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 19.08.2021-ci il tarixli sorğu göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarənin 08.09.2021-ci il tarixli cavab məktubuna əsasən, VÖEN nömrəsi ********** olan "xxxx" MMC-nin reyestr məlumatlarındakı hazırkı adının Cavabdeh MMC olması bir daha təsdiq edilmişdir. Məhkəmə işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazının və ona əlavə edilmiş sənədlərin 10 iş günü ərzində məhkəməyə göndərilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan “satıcı” İddiaçı MMC, “alıcı” "xxxx" MMC olmaqla bağlanmış 25.09.2019-cu il tarixli məhsulların alğı-satqısı barədə SX19/178 saylı müqaviləyə əsasən “satıcı” özünün istehsal etdiyi müxtəlif növ malları “alıcı”ya satmaqla onun mülkiyyətinə verməyi, “alıcı” isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini “satıcı”ya ödəməyi öhdəsinə götürür. İş materiallarında olan müxtəlif tarixlərdə tərtib edilmiş malların təhvil-qəbul aktlarından məlum olur ki, ümumilikdə 2.898,15 (iki min səkkiz yüz doxsan səkkiz manat on beş qəpik) manat məbləğində məhsullar "xxxx" MMC-yə təhvil verilmişdir. İddiaçı MMC və "xxxx" MMC arasında imzalanmış 21.11.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktında 07.11.2019-cu il tarixinə qarşılıqlı borc vəziyyəti 2.898,15 (iki min səkkiz yüz doxsan səkkiz manat, on beş qəpik) manat məbləğində qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə uyğun olaraq, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, həmin Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.6-cı maddəsinə əsasən əgər ödənişin aparılmalı olduğu yerdə və ya ölkədə kreditorun pul köçürülməsi üçün nəzərdə tutulan bank hesabı varsa, borclu öz pul öhdəliyini, kreditorun etiraz etdiyi hallardan başqa, həmin hesaba köçürmə yolu ilə yerinə yetirə bilər. Qeyd olunan Məcəllənin 441.4-cü maddəsinə uyğun olaraq, əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə də işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, alğı-satğı müqaviləsi ilə tərəflərin hər ikisinin öhdəlikləri olduğu halda, iddiaçı tərəfindən öhdəliklər tam icra edilmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam icra edilməmiş, habelə tam icra edilmədiyi təqdirdə, onların yerinə yetirilməməsinin hər hansı bir üzrlü səbəbləri göstərilməmişdir. Eyni zamanda ərizəyə əlavə olunmuş sənədlərlə iddiaçının tələbin aşkar olması, yəni tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı MMC təhvil verilmiş mallar üzrə borcun cavabdehdən tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu və mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 2.898,15 (iki min səkkiz yüz doxsan səkkiz manat on beş qəpik) manat məbləğində borc, 30 manat dövlət rüsumu və 50 manat məbləğində mediasiya xərci tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2.898,15 (iki min səkkiz yüz doxsan səkkiz manat on beş qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu və 50 (əlli) manat mediasiya xərci-cəmi 2.978,15 (iki min doqquz yüz yetmiş səkkiz manat on beş qəpik) manat İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-5280/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5280/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver