Məhkəmə qərarları › İş №e-2-2(113)-5285/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5285/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5285/2025 29.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər "Progress Construction” MMC-yə qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən 8882,56 manat borcun və ödənilmiş dövlət 109 manat dövlət rüsumunun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 16 iyul 2024-cü il tarixli № CT/M-24-070 müqaviləyə əsasən boya məhsularının alqı-satqısı nisyə qaydasında həyata keçirilmişdir. İddiaçı ilə Cavabdeh arasında imzalanmış müqaviləyə əsasən (müqavilə əlavə edilir), İddiaçı boya məhsularını Cavabdehə satmağı,Cavabdeh isə ma ları qəbul edərək onun dəyərini razılaşdırmış vaxta İddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2024 və xx.xx.2024-cü il tarixli elektron qaimələr və təhvil təslim aktlarına əsasən müəyyən edilmişdir ki, cavabdeh "Progress Construction” MMC-nin iddiaçıya 8882,56 manat qalıq borcu mövcuddur. Bununla da Cavabdeh tərəfindən Müqavilə üzrə üzərinə düşən öhdəliklərin tam yerinə yetirilməmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdehin elektron kabinetinə pretenziya məktubu göndərilmiş lakin, cavabdeh borcun ödənilməsi üçün hər hansı addım atmamışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 329.3,385.1, 387.2,398.1, 425.1,442, 443.1, 445.2-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, tərəflər arasında daha öncə də müqavilə münasibətləri olmuş və cavabdeh tərəfindən ödənişlər edilmişdir. Lakin hazırkı müqavilə üzrə heç bir ödəniş olunmamışdır. Sonda məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Tədarükçü İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli CT/M-24-070 saylı tədarük müqaviləsindən görünür ki, bu müqavilənin predmeti, “Tədarükçü” “Alıcı” sifariş etdiyi məhsulları (bundan sonra “Əmtəə”) tədarük etməyi, “Alıcı” isə onları qəbul edib və haqqını bu müqavilə ilə müəyyən edilmiş müddətdə ödəməyi öhdəsinə götürür. Tədarük edilən Əmtəələrin tədarük edilmə müddəti və qiyməti, habelə onlar haqqında digər ətraflı nomenklauır məlumatlar, hər konkret partiya üzrə bu müqaviləyə əlavə ediləcək və onun ayrılmaz hissəsi hesab edilən Əlavələrdə (Azərbaycan Respublikasının normativ aktları ilə müəyyən edilmiş tələblərə cavab verən bütün rekvizitləri olan - Əlavələr - E-qaimə, hesab- faktura və s.) müəyyənləşdirilir. Müqavilənin 2.1-ci bəndinə əsasən Tədarükçü Malı, 3 iş günü ərzində tam həcmdə (miqdarda) Alıcıya təhvil verməyə hazır vəziyyətdə olmasını və Malın təzə olmasını təmin edir. Bu Müqavilə üzrə ödəniş, mal təhvilindən sonra 10 iş günü müddətinə köçürmə yolu ilə həyata keçiriləcəkdir. İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, Maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin 16 iyul 2024-cü il tarixli № CT/M-24-070 müqaviləyə əsasən ona 8882,56 manat borcu mövcuddur. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı üzrə "xxxx" MMC tərəfindən ümumi dəyəri 8245,84 manat olan X5 15 LT- Beyaz, Penguin Penplast 15 LT- Vİ53 avadanlıqlar "X2" MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli Qiymətlərin Razılaşdırılması protokoluna əsasən CT/M-24- 070 saylı, xx.xx.2024-cü il tarixli tədarük müqaviləsi üzrə Əlavəni bağlayaraq 1 ədəd X5 15 LT- Beyaz 44 manat, 1 ədəd Penguin Penplast 15 LT- V153 53 manat məbləğində razılaşmışlar. MT2410 seriyalı 10877535 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 8245,84 manat məbləğində malların dəyəri "xxxx" MMC tərəfindən Cavabdehnə ödənilməsi üçün təqdim edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli hesab-fakturaya əsasən ümumi məbləği 8245,84 manat olan X4 15 LT- X6 15 LT- Vİ53 avadanlıqlar dəyərinin ödənilməsi üçün "X2" MMC-yə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı üzrə "xxxx" MMC tərəfindən ümumi dəyəri 170,75 manat olan Penguin Pensılan 15 LT- Beyaz, Penguin Pengutex 25 KG- Beyaz avadanlıqlar "X2" MMC-yə təhvil verilmişdir. MT2412 seriyalı 10315155 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 170,75 manat məbləğində malların dəyəri "xxxx" MMC tərəfindən Cavabdehnə ödənilməsi üçün təqdim edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli hesab-fakturaya əsasən ümumi məbləği 170,75 manat olan Penguin Pensılan 15 LT- Beyaz, Penguin Pengutex 25 KG- Beyaz avadanlıqlar dəyərinin ödənilməsi üçün "X2" MMC-yə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli Qiymətlərin Razılaşdırılması protokoluna əsasən CT/M-24- 070 saylı, xx.xx.2024-cü il tarixli tədarük müqaviləsi üzrə Əlavəni bağlayaraq 1 ədəd Penguin Penakril 15 LT- Beyaz 64,9 manat, 1 ədəd X7 ** KG *** manat məbləğində razılaşmışlar. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı üzrə "xxxx" MMC tərəfindən ümumi dəyəri 465,98 manat olan Penguin Penaknl 15 LT- Beyaz, X7 15 K.G avadanlıqlar "X2" MMC-yə təhvil verilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli hesab-fakturaya əsasən ümumi məbləği 465,98 manat olan Penguin Penakril 15 LT- X8 Silver 15 KG avadanlıqlar dəyərinin ödənilməsi üçün "X2" MMC-yə təqdim edilmişdir. MT2412 seriyalı 10315156 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 465,98 manat məbləğində malların dəyəri "xxxx" MMC tərəfindən Cavabdehnə ödənilməsi üçün təqdim edilmişdir. "xxxx" MMC tərəfindən Cavabdehnə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, "xxxx" MMC-yə olan 8882,56 manat borcu xx.xx.2025-ci il tarixinə kimi ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən 109 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək aldığı malların dəyərini müəyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (təhvil-təslim aktları və elektron qaimələr) öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilələr üzrə öhdəliklərini icra etmədiyini, yəni aldığı avadanlıqların cəmi dəyəri olan 8882,56 manat pul məbləğini ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 8882,56 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 109 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "Progress Construction” MMC-dən 8882 (səkkiz min səkkiz yüz səksən iki) manat 56 (əlli altı) qəpik borc və ödənilmiş 109 (yüz doqquz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar