Məhkəmə qərarları › İş №e-2-2(113)-5288/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5288/2025

22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5288/2025 22.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: subroqasiya, pul tələbi) X16 Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx"nə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx"ndən 734,86 manat əsas və 30 manat dövlət rüsumu, ümumilikdə 764,86 məbləğində pul vəsaitinin onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində "xxxx" MMC-nə məxsus “London Taxi TX 4” markalı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobil, Cavabdeh2 tərəfindən idarə olunarkən Nəsimi rayonu, Bülbül prospekti ilə Ş. Bədəlbəyli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində İddiaçı ASC-də “daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığorta təminatı almış qeyri-yaşayış sahəsinə və digərlərinə maddi zərər vurmuşdur. Həmçinin Nəsimi RPİ-nin İŞ-si tərəfindən tərtib olunmuş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisə hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ” (Forma 4)-da yolnəqliyyat hadisəsinin baş verdiyi zaman avtonəqliyyat vasitəsini idarə edən Cavabdeh2 təqsirli bilinmişdir. xx.xx.2018-ci ildə Cavabdeh2 alınmış izahatdan görünür ki, xx.xx.2018ci il tarixdə etibarnamə olmadan idarə etdiyi Bakı Taksi Xidmətinə məxsus olan “London Taxi TX4” minik markalı ** TH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə işıqforun qırmızı işığından keçərək yol nəqliyyat hadisəsini törətmişdir. İş materiallarında olan Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(006)-331/2018 saylı cinayət işi üzrə hökmə əsasən Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasın məhkum edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı dəymiş zərərin hesabatı ilə bağlı xx.xx.2018-ci il tarixli rəydən görünür ki, sığortalı X7 istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən qeyri-yaşayış sahəsinə 1000 (bir min) manat məbləğində maddi zərə dəymişdir. Beləliklə, “London Taxi TX 4” markalı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğu zərərə görə 150 (bir yüz əlli) manat azadolma məbləği çıxılaraq 850 (səkkiz yüz əlli) manat İddiaçı ASC tərəfindən faydalanan şəxsin bank hesabına köçürülmüşdür. “London Taxi TX 4” markalı, ** TH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta təminatı aldığından İddiaçı ASC tərəfindən subroqasiya tələbi ilə müraciət edilmiş, üçüncü şəxslərə dəymiş zərərə mütənasiblik tətbiq olunaraq 115,14 (bir yüz on beş manat on dörd qəpik) manat ödənilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 430.1, 448.1, 936.1, 936.6, 936.2, 936.2, 936.5, 1096, 1097, 1099 1108.1,1128ci maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(006)-331/2018 saylı cinayət işi üzrə hökmə əsasən Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsi bilinərək 02 (iki) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdə qeyd edilmişdir ki, "xxxx" MMC-nin nümayəndəsi izahatında “London Taxi TX4” minik markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilin cəmiyyətə məxsus olduğunu və X8 təhkim edildiyini, sonuncuya 10 gündən bir yol vərəqəsi verildiyini, Emil Mehdiyevin həmin avtomobili aşqa şəxslərə idarə etmək üçün verməsindən şirkətin məlumatı olmadığını bildirmişdir. Həmçinin şahid X4 izahatında qeyd edilmişdir ki, o, "xxxx" MMC tərəfindən ona təhkim olunmuş “London Taxi TX4” minik markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib taksi kimi fəaliyyət göstərmişdir. Gündüz vaxtı həmin avtomobildən taksi kimi o, axşamlar isə oğlu Cavabdeh2 istifadə etmişdir. Avtomobilin oğlu tərəfindən istifadə olunmasından şirkətin xəbəri olmamışdır. "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən X1 hesabına 850 manat məbləğində ödəniş edilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış”dan görünür ki, xx.xx.2018-ci il tarixində saat 03:22 dəqiqələrində Nəsimi rayonu, Bülbül prospekti ilə Ş.Bədəlbəyli küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh2 “London Taxi TX4” minik markalı ** TH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yol vərəqəsi olmadan (sürücülük vərəqəsi var) idarə etdiyi qeyd olunmuşdur. “Yol nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə” məlumatdan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində X14, X10, X2 və "xxxx" MMC zərərçəkmiş şəxs qismində göstərilmişdir. Nəsimi RPİ-nın İŞ-nın baş müstəntiqi C.V.Rəhimov tərəfindən 26 may 2018-ci il tarixli cinayət işinin başlanılması və icraata götürülməsi barədə qərara əsasən Nəsimi RPİnin TŞ-dən daxil olmuş X11, X5 yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması ilə nəticələnən yol- nəqliyyat hadisəsi ilə bağlı toplanmış HK-1\233 saylı materiallar əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Nəsimi RPİ-nın İŞ-nın baş müstəntiqi C.V.Rəhimov tərəfindən 26 iyul 2018-ci il tarixli ********* saylı cinayət işı üzrə icraatın tövsif edilməsi barədə qərara əsasən Qərarın təsviri hissəsində göstərilənlərə əsasən-180070273 saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinə tövsif olunmuş və Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə istintaqı davam etdirilmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh2 alınmış izahatdan görünür ki, xx.xx.2018-ci il tarixdə etibarnamə olmadan idarə etdiyi Bakı Taksi Xidmətinə məxsus olan “London Taxi TX4” minik markalı ** TH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə işıqforun qırmızı işığından keçərək yol nəqliyyat hadisəsini törətmişdir. Əlavə olaraq bildirmişdir ki, idarə etdiyi avtomobil yol vərəqəsi ilə atası X8 məxsusdur. xx.xx.2018-ci ildə X3 alınmış izahatdan görünür ki, “Dodge Charger” markalı, **- GN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül Prospekti saatda 30-40 sürətlə işıqforun yaşıl işığında hərəkət edərkən Şəmsi Bədəlbəyli küçəsi ilə hərəkətdə olan “London Taxi TX4" minik markalı avtomobillə toqquşmuş və nəticəsə xəsarət almışdır. Həmin vaxt avtomobilin sahibi F.İbayev də onun yanında olmuşdur. X9 "xxxx" ASC-yə xx.xx.2018-ci il tarixində ərizə ilə müraciət edərək, xx.xx.2018-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində obyektinə zərər dəydiyi üçün "xxxx" ASC-dən ona köməklik göstərilməsini xahiş etmişdir. “Daşınmaz əmlakın icbari sığortası” BA/844993 seriyalı şəhadətnaməsinə əsasən X1 istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə kimi sığortalanmışdır. Sığorta məbləği 36184 manat müəyyən edilmişdir. İcbari Sığorta Müqavilələrinin Mövcudluğunun Yoxlanılması məlumatdan müəyyən edilir ki, Avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını və yol-nəqliyyat hadisəsinin baş vermə tarixini qeyd etməklə və ya icbari sığorta müqaviləsinin nömrəsini və yolnəqliyyat hadisəsinin baş vermə tarixini qeyd etməklə hadisə tarixinə icbari avtoməsuliyyət sığortası müqaviləsinin qüvvədə olub-olmamasını öyrənilmiş və məlum olmuşdur ki, Bakı Taksi Xidmətinə məxsus olan “London Taxi TX4” minik markalı ** TH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı dəymiş zərərin hesabatı ilə bağlı xx.xx.2018-ci il tarixli rəydən görünür ki, sığortalı X7 istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən qeyri-yaşayış sahəsinə 1000 manat məbləğində maddi zərə dəymişdir xx.xx.2018-ci il tarixli, AKT-CFİ-3510-CFİ-109-2018 saylı sığorta aktına əsasən sığortalı X6 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ünvanında yerləşən qeyri-yaşayış sahəsinə xx.xx.2018-ci il tarixdə Yerüstü nəqliyyat vasitəsinin dəyməsi nəticəsində, dəymiş ziyan 1000 manat müəyyən edildiyi, azadolma məbləği 150 manat və hesablanmış sığorta ödənişi 850 manat müəyyən edildiyi qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 897.1-ci maddəsinə əsasən icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikasının Qanununun: 20.6-cı maddəsinə əsasən sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz. 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Daşınmaz əmlakın icbari sığortası” BA/844993 seriyalı şəhadətnaməsinə X1 istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə kimi iddiaçı tərəfindən sığortalanmış və xx.xx.2018-ci il tarixində Cavabdeh1 MMC-yə məxsus “London Taxi TX 4” markalı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 etibarnamə olmadan idarə edərək Nəsimi rayonu, Bülbül prospekti ilə Ş. Bədəlbəyli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində Elnur Xalıqovun həmin əmlakına zərər dəymişdir. Hadisə nəticəsində dəymiş ziyana görə iddiaçı tərəfindən sığortalı X6 850 manat sığorta ödənişi edilmiş və hadisənin baş verməsində Cavabdeh2 təqsirli bilinərək ona cəza təyin edilmişdir. Bu faktlar işin mübahisələndirilməyən halları kimi qiymətləndirilmişdir. Hazırda iddiaçı ödədiyi sığorta ödənişinin subroqasiya qaydasında cavabdehlərdən tutularaq ona ödənilməsini tələb etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, sübutları tədqiq edib belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Çünki iddiaçı "xxxx" ASC baş vermiş yol-nəqliyyat hadisəsini törətməkdə təqsirkar olan Cavabdeh2 ödədiyi sığorta ödənişini subroqasiya qaydasında tələb etməkdə haqlı olsa da, digər cavabdeh "xxxx" MMC-dən tələb etməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(006)-331/2018 saylı cinayət işi üzrə hökmdə tərəflərin izahatlarından məlum olur ki, "xxxx" MMC ona məxsus “London Taxi TX4” minik markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün X8 yol vərəqəsi verilmiş, sonuncu qanuni sahibliyində olan avtomobili mülkiyyətçi "xxxx" MMC-nin məlumatı olmadan qanunsuz olaraq idarə etmək üçün oğlu Cavabdeh2 vermişdir. Bu hal şahid X12 və zərərçəkmiş "xxxx" MMC-nin nümayəndəsinin cinayət işi üzrə məhkəməyə verdiyi izahatlarla da təsdiq olunur. Göründüyü kimi “London Taxi TX4” minik markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil, təhkim olunduğu Emil Mehdiyevin hüquqa zidd hərəkətləri nəticəsində "xxxx" MMC-nin sahibliyindən çıxdığına görə həmin avtomobilin vurduğu zərər üçün sonuncu məsuliyyət daşımır. Belə olan halda avtomobilin vurduğu zərər üçün məsuliyyəti həmin avtomobilə hüquqa zidd yiyələnmiş Cavabdeh2 daşıyır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi "xxxx" MMC-yə münasibətdə təmin edilməməlidir. Beləliklə məhkəmə, qeyd olunan normaları və işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, baş vermiş sığorta (yol-nəqliyyat) hadisəsində Cavabdeh2 təqsirkar olduğundan və iddiaçının Cavabdeh2 qarşı subroqasiya hüququ yarandığından, hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin cavabdeh Sabir MMehdiyevdən tələb edilməsi qanuni və əsaslı olduğu üçün, iddia qismən təmin olunmalı və Cavabdeh2 850 manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Digər tərəfdən məhkəmə Mülki Prosessual Məcəllənin 113-cü maddəsinə əsasən hesab edir ki, iddia qismən təmin olunduğundan, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 734 (yeddi yüz otuz dörd) manat 86 (səksən altı) qəpik pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar