Məhkəmə qərarları › İş №e-2-2(113)-530/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-530/2020

04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-530/2020 04.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X1 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X1 Cavabdeh MMC-yə qarşı pulun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixli, 48/17- EP nömrəli müqavilə üzrə Cavabdeh” MMC-dən 98596,49 manat pulun tutularaq Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X1 hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 48/17-EP saylı müqaviləyə əsasən Cavabdeh MMC özünün ödəmə məntəqələri vasitəsilə yığılan ödənişləri müqavilə ilə razılaşdırılmış qaydada X1 hesabına köçürməsi barədə öhdəlik götürmüş, lakin X4 tərəfindən müqavilə üzrə öhdəliklər tam icra olunsa da, cavabdehin öz öhdəliklərini tam icra etməməsi nəticəsində X2 cəmi 98596,49 manat məbləğində borcu yaranmışdır. Göstərilən məbləğdə borcun mövcud olması tərəflərin imzaladığı xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktı ilə təsdiq edilmişdir. Cavabdehə dəfələrlə şifahi, xx.xx.2019-cu il tarixdə isə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borc qaytarılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianı müdafiə etdiyini bildirərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Cavabdeh MMC (İcraçı) ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 48/17-EP nömrəli xidmət haqqında müqavilədən görünür ki, 01 saylı əlavədə göstərilən xidmətlərə görə ödəyicilər tərəfindən Cavabdeh MMC-nin ödəmə məntəqələri (ÖM) vasitəsilə edilən ödəmələrin Cavabdeh MMC tərəfindən yığılması və yığılmış vəsaitlərin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X1 bu Müqavilədə qeyd olunan hesabına köçürülməsi ilə bağlı xidmətlərin (bundan sonra “Xidmətlər” adlandırılacaq) göstərilməsi və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X4 tərəfindən bu Müqavilənin şərtlərinə uyğun Cavabdeh” MMC-yə xidmət haqqının ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X1, Cavabdeh MMC-nin arasında müqavilə üzrə münasibətlərin tənzimlənməsi təşkil etmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən Cavabdeh MMC bu müqavilə əsasında yığılan bütün pul vəsaitlərini növbəti həfdənin 1-ci (birinci) və 4-cü (dördüncü) günləri, saat 17:00-dan gec olmayaraq, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X1 bu müqavilədə qeyd olunan hesablaşma hesabına köçürülməsi təmin etmişdir. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X4 və Cavabdeh MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli, 48/17-EP nömrəli müqavilə əsasında xx.xx.2019 – xx.xx.2019-cu il ərzində ödənişlərin yığımı haqqında xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, dövrün sonuna qalıq 98596,49 manat məbləğində borcu vardır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 və 462.1 maddələri). Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X4 ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X4 tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktına əsasən cavabdehin 98596,49 manat məbləğində borcu vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2017-ci il tarixli, 48/17-EP nömrəli müqavilə üzrə 98.596,49 manat pul tutularaq iddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X2 ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2017-ci il tarixli, 48/17-EP nömrəli müqavilə üzrə yaranmış 98596,49 manat məbləğində borc Cavabdeh MMC-dən tutularaq iddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar