Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5317/2021 24.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili İddiaçı2 iştirakı ilə, İddiaçı1 MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı1 MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 55703,95 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 10 sentyabr 2013-cü il tarixli müqavilə bağlanmışdır. Belə ki, müqaviləyə əsasən müqavilənin predmetini Azərbaycan Respublikası hüdudları daxilində iddiaçı (sifarişçi) abonentlərinin və ya onların adından digər ödəyicilərin xidmətlərinə görə etdiyi ödəmələrin cavabdeh (icraçı) tərəfindən ödəmə məntəqələri vasitəsilə yığılması və yığılmış vəsaitlərin sifarişçinin hesabına köçürülməsi ilə bağlı xidmətlərin göstərilməsi sifarişçi tərəfindən bu müqavilənin ayrılmaz hissəsəi olan 01 saylı əlavədə göstərilən xidmət haqqının ödənilməsinin öhdəsinə götürülməsi ilə bağlı tərəflər arasında yaranacaq hüquq münasibətlərinin tənzimlənməsi təşkil edir. Müaviləyə olan əlavələrdə yerinə yetirdiyi işə görə sifarişçi tərəfinədən icraçıya ödəniləcək xidmət haqqının məbləğləri də müəyyən edilmişdir. Bundan başqa, 27 iyul 2016-cı il tarixdə tərəflər arasında Xidmətlərin göstərilməsinə dair 14 saylı Diler müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı (diller) müştərilərinin pul kisəsində toplanan vəsaitlər hesabına cavabdehin (sifarişçi) təqdim etdiyi kütləvi xidmət müəssələri qruplar üzrə ödənişlərin həyata keçirilməsini, həmin ödəmələrin diller tərəfindən sifarişçinin hesabına köçürülməsini, sifarişçi tərəfindən isə xidmət haqqının bu müqavilənin ayrılmaz tərkib hissələri olan əlavələrə əsasən dillerə ödənilməsi təşkil edir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ödəmə məntəqələri vasitəsilə yığılmış pul vəsaitlərini sifarişçinin hesabına köçürməmişdir. Tərəflər arasında bağlanılmış müqavilə əsasında cavabdehin iddiaçıya 55.703,95 manat məbləğdə borcu yaranmışdır. Bu borc tərəflər arasında aparılmış ödənişlərin yığma haqqında qarşılıqlı üzləşmə aktları ilə təsdiq olunur. Cavabdeh 15 avqust 2019-cu il tarixdə şirkətin müflisləşməsi haqqında qərar qəbul edərək müflis elan olunma tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, məhkəmənin 28 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Həmin qərardan verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 3 fevral 2021-ci il tarixli qərarı ilə təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 3 fevral 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kasassiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 9 iyun 2021-ci il tarixli qərarı ilə də təmin edilməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili İddiaçı2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 19 sentyabr 2013-cü il tarixli müqaviləyə əsasən müqavilənin predmeti Azərbaycan Respublikasının hüdudları daxilində sifarişçi abonentlərinin və ya onların adından digər ödəyicilərin xidmətlərinə görə etdiyi ödəmələrin icraçı tərəfindən ödəmə məntəqələri vasitəsilə yığılması və yığılmış vəsaitlərin sifarişçinin hesablaşma hesabına köçürülməsi ilə bağlı xidmətlərin göstərilməsi, sifarişçi tərəfindən isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı Əlavədə göstərilən müvafiq xidmət haqqının ödənilməsi ilə bağlı tərəflər arasında yaranacaq hüquqi münasibətlərinin tənzimlənməsi təşkil edir. Müqavilənin 3-cü bəndinə əsasən bu müqavilənin 1-ci maddəsinə uyğun olaraq göstərilən xidmət müqabilində sifarişçi tərəfindən icraçıya ödəniləcək xidmət haqqının həcmi bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qoşma ilə müəyyən olunur. Ay ərzində icraçı tərəfindən sifarişçiyə göstərilən xidmətin dəyəri növbəti ayın beşinə qədər sifarişçi tərəfindən tərtib edilən və tərəflərin imza və möhürləri ilə təsdiq olunmuş akta əsasən müəyyən olunur. Xidmət haqqının ödənilməsi təsdiq olunmuş akta və icraçı tərəfindən təqdim edilmiş hesab fakturaya və elektron vergi hesab fakturaya əsasən həmin sənədlərin təqdim olunan tarixdən sonrakı 5 iş günü ərzində sifarişçinin bank hesabından icraçının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Həmin müqaviləyə 19 sentyabr 2013-cü il tarixli 01 saylı əlavəyə əsasən icraçıya ödəniləcək xidmət haqqı məbləğinin həcmi icraçının xidmətlərinə görə qəbul etdiyi ümumi ödəmələrin 2 % (ƏDV daxil olmadan) müəyən olunmuşdur. Müqaviləyə 01 may 2017-ci il tarixli 03 saylı əlavəyə əsasən müqavilə üzrə sifarişçi tərəfindən icraçıya ödəniləcək xidmət haqqı məbləği icraçı tərəfinədn toplanan pul vəsaitlərinin 1,5 % miqdarında müəyyən olunur. Müqaviləyə 21 dekabr 2018-ci il tarixli 04 saylı əlavəyə əsasən müqavilə üzrə sifarişçi tərəfindən icraçıya ödəniləcək xidmət haqqı məbləği icraçı tərəfindən toplanan pul vəsaitlərinin 0,75 % miqdarında müəyyən olunur. Müqaviləyə 25 iyun 2019-cu il tarixli 05 saylı əlavəyə əsasən müqavilə üzrə sifarişçi tərəfindən icraçıya ödəniləcək xidmət haqqı məbləği icraçı tərəfindən toplanan pul vəsaitlərinin 0,5 % miqdarında müəyyən olunur. Müqaviləyə 01 iyul 2019-cu il tarixli 06 saylı Əlavəyə əsasən müqavilə üzrə icraçı tərəfindən sifarişçinin yığılmış pul vəsaitləri həftənin birinci və dördüncü günləri ödəniləcək. İddiaçı ilə cavabdeh arasında bağlanmış 27 iyul 2016-cı il tarixli Xidmətlərin göstərilməsinə dair 14 saylı Diler Müqaviləsinə əsasən “Diler”in müştərilərinin pul kisəsində toplanan vəsaitlər hesabına sifarişçinin təqdim etdiyi kütləvi xidmət müəssisələri qrupları üzrə ödənişlərin həyata keçirilməsini, həmin ödəmələrin “Diler” (iddiaçı) tərəfindən sifarişçinin (cavabdeh) hesablaşma hesabına köçürülməsini, sifarişçi tərəfindən isə müvafiq xidmət haqqının bu müqavilənin ayrılmaz tərkib hissələri olan əlavələrə əsasən dilerə ödənilməsi təşkil edir. Sözügedən müqaviləyə 27 iyul 2016-cı il tarixli əlavədə 01 saylı “Diler” in pul kisəsindəki vəsaitlər hesabına aparılmış ödənişlər müqabilində sifarişçi tərəfindən xidmətlər üzrə “Diler”ə ödəniləcək xidmət haqqının həcmi barədə müxtəlif təşkilatlardan ödəniləcək xidmət haqqı barədə məlumatlar qeyd olunmuşdur. Müqaviləyə 01 dekabr 2018-ci il tarixli 2 saylı Əlavədə də “Diler” in pul kisəsindəki vəsaitlər hesabına aparılmış ödənişlər müqabilində sifarişçi tərəfindən xidmətlər üzrə “Diler”ə ödəniləcək xidmət haqqının həcmi barədə müxtəlif təşkilatlardan ödəniləcək xidmət haqqı barədə məlumatlar qeyd olunmuşdur. 582921 saylı 27.09.2021-ci il tarixli kassa mədaxil orderindən görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 400 manat pul ödənilmişdir. Tərəflər arasında bağlanmış 10.01.2019-cu il tarixli 01.12.2018-31.12.2018 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2018-ci ilin dekabr ayına 998,17 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 06.02.2019-cu il tarixli 01.01.2019-31.01.2019 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2019-cu ilin yanvar ayına 515,73 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 05.03.2019-cu il tarixli 01.02.2019-28.02.2019 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2019-cu ilin fevral ayına 547,20 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 11.12.2018-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2018-ci ilin noyabr ayına 36,83 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 10.12.2018-ci il tarixli 01.11.2018-30.11.2018 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2019-cu ilin fevral ayına 975,43 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 07.11.2018-ci il tarixli 01.10.2018-31.10.2018 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2018-ci ilin oktyabr ayına 391,76 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 03.10.2018-ci il tarixli 01.09.2018-30.09.2018 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2018-ci ilin sentyabr ayına 192,84 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 02.10.2018-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2018-ci ilin oktyabr ayına 570,26 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 02.10.2018-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2018-ci ilin sentyabr ayına 3996,25 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 10.09.2018-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2018-ci ilin avqust ayına 4051,46 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 07.09.2018-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2018-ci ilin iyul ayına 396,87 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 06.09.2018-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2018-ci ilin avqust ayına 13,45 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 06.09.2018-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2018-ci ilin iyun ayına 876,47 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 12.06.2019-cu il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2018-ci ilin may ayına 2408,72 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 03.05.2019-cu il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2018-ci ilin iyul ayına 2749,16 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 04.04.2019-cu il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2019-cu ilin mart ayına 673,68 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 14.01.2019-cu il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2018-ci ilin dekabr ayına 2454,11 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 06.02.2019-cu il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2018-ci ilin yanvar ayına 4353,93 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 06.03.2019-cu il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2019-cu ilin fevral ayına 2924,79 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 10.04.2019-cu il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2019-cu ilin mart ayına 2440,80 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 16.11.2017-ci il tarixli 01.05.2017-31.05.2017 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2017-cu ilin may ayına 375,77 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 16.11.2017-ci il tarixli 01.06.2017-30.06.2017 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2017-cu ilin iyun ayına 367,82 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 16.11.2017-ci il tarixli 01.07.2017-31.07.2017 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2017-cu ilin iyul ayına 224,42 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 16.11.2017-ci il tarixli 01.08.2017-31.08.2017 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2017-cu ilin avqust ayına 47,70 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 16.11.2017-ci il tarixli 01.09.2017-30.09.2017 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2017-cu ilin sentyabr ayına 135,51 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 05.01.2018-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2017-cu ilin noyabr ayına 372,12 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 08.02.2018-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2018-ci ilin yanvar ayına 386,07 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 09.03.2018-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2018-ci ilin fevral ayına 485,17 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 06.04.2018-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2018-ci ilin mart ayına 491,56 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 23.04.2018-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2018-ci ilin mart ayına 768,66 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 23.04.2018-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2018-ci ilin fevral ayına 389,19 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 23.04.2018-ci il tarixli 01.01.2018-31.01.2018 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2018-ci ilin yanvar ayına 239,94 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 23.04.2018-ci il tarixli 01.12.2017-31.12.2017 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2018-ci ilin fevral ayına 485,17 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 23.04.2018-ci il tarixli 01.11.2017-30.11.2017 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2017-ci ilin noyabr ayına 227,57 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 07.05.2018-ci il tarixli 01.04.2018-30.04.2018 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2018-ci ilin aprel ayına 1252,49 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 11.05.2018-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2018-ci ilin mart ayına 559,24 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 06.06.2018-ci il tarixli 01.05.2018-31.05.2018 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2018-ci ilin may ayına 866,36 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 25.06.2018-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2018-ci ilin may ayına 1255,90 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 03.07.2018-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2018-ci ilin iyun ayına 2157,12 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 09.08.2018-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2018-ci ilin iyul ayına 3570,82 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 18.02.2016-ci il tarixli 01.12.2015-31.01.2016 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2015-ci ilin dekabr, 2016-cı ilin yanvar ayına 36,51 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 18.02.2016-ci il tarixli 01.12.2015-31.01.2016 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2015-ci ilin dekabr, 2016-cı ilin yanvar ayına 36,51 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 14.10.2014-cü il tarixli 19.09.2013-30.09.2014 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya borcu yoxdur. Tərəflər arasında bağlanmış 10.07.2019-cu il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2019-cu ilin iyun ayına 751,01 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 07.05.2019-cu il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2019-cu ilin aprel ayına 1244,33 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 07.06.2019-cu il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2019-cu ilin may ayına 987,58 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 05.01.2017-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2016-cı ilin dekabr ayına 131,63 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 16.01.2017-ci il tarixli 01.12.2016-31.12.2016 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2016-ci ilin dekabr ayına 198,37 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 10.02.2017-ci il tarixli 10.01.2017-31.01.2017 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2017-ci ilin yanvar ayına 107,40 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 13.02.2017-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2017-ci ilin yanvar ayına 160,30 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 15.03.2017-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2017-ci ilin fevral ayına 227,03 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 15.03.2017-ci il tarixli 01.02.2017-28.02.2017 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2017-ci ilin fevral ayına 403,90 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 07.04.2017-ci il tarixli 01.03.2017-31.03.2017 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2017-ci ilin mart ayına 352,58 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 19.04.2017-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2017-ci ilin mart ayına 271,76 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 12.05.2017-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2017-ci ilin aprel ayına 321,29 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 08.06.2017-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2017-ci ilin may ayına 342,42 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 07.07.2021-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2017-ci ilin iyun ayına 275,87 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 09.08.2017-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2017-ci ilin iyul ayına 246,41 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 15.09.2017-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2017-ci ilin iyul ayına 221,63 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 11.10.2017-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2017-ci ilin sentyabr ayına 287,50 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 08.11.2017-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2017-ci ilin sentyabr ayına 285,22 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 16.11.2017-ci il tarixli 01.10.2017-31.10.2017 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2017-ci ilin oktyabr ayına 219,29 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 16.11.2017-ci il tarixli 01.04.2017-30.04.2017 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2017-ci ilin aprel ayına 234,70 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 05.09.2016-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2016-ci ilin iyul-avqust ayına 64,98 manat borcu mövcuddur Tərəflər arasında bağlanmış 26.10.2016-ci il tarixli 01.09.2016-30.09.2016 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2016-ci ilin sentyabr ayına 62,96 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 07.10.2016-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2016-ci ilin sentyabr ayına 118,45 manat borcu mövcuddur Tərəflər arasında bağlanmış 07.11.2016-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2016-ci ilin oktyabr ayına 105,32 manat borcu mövcuddur Tərəflər arasında bağlanmış 14.11.2016-ci il tarixli 01.10.2016-31.10.2016 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2016-ci ilin oktyabr ayına 182,93 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 06.12.2016-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2016-ci ilin noyabr ayına 91,74 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 08.12.2016-ci il tarixli 01.11.2016-30.11.2016 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2016-ci ilin noyabr ayına 200,70 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 22.09.2016-ci il tarixli 01.08.2016-31.08.2016 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2016-ci ilin avqust ayına 80,41 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 08.08.2016-cu il tarixli 01.07.2016-31.07.2016 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2016-ci ilin iyul ayına 64,29 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 22.07.2016-cı il tarixli 01.04.2016-30.06.2016 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2016-ci ilin ikinci rübünə 8,60 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 12.04.2016-cı il tarixli 01.03.2016-31.03.2016 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2016-ci ilin mart ayına 34,41manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 10.03.2016-cı il tarixli 01.02.2016-29.02.2016 tarixləri arası ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2016-ci ilin fevral ayına 92,39 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış 05.12.2017-ci il tarixli ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 2017-ci ilin noyabr ayına 288,57 manat borcu mövcuddur. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xidmət müqavilələrindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xidmət müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 55703,95 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən həmin məbləğdə pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 55703,95 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 400 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş mediasiya xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 55703,95 manat (əlli beş min yeddi yüz üç manat doxsan beş qəpik) məbləğində pul və ödənilmiş 400 (dörd yüz) manat dövlət rüsumu tutularaq İddiaçı1 MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5317/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5317/2021
24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver