Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5317/2022 27.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 05 fevral 2022ci il tarixli daşıma xidməti müqaviləsi əsasında, ödənilməyən qalıq 16.100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 05 fevral 2022-ci il tarixli daşıma xidməti müqaviləsi əsasında, ödənilməyən qalıq 16.100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 05 fevral 2022-ci il tarixli daşıma xidməti müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən, iddiaçı cavabdehin sifarişi üzrə daşınma xidmətlərini göstərməyi, cavabdeh isə iddiaçıya bu Müqavilənin ayrılmaz hissəsi hesab edilən təhvil-təslim aktlarında göstərilmiş xidmət haqqını ödəməyi öhdəsinə götürür. Göstərilən Xidmətlərin həcmi müqaviləyə əlavə edilən təhvil-təslim aktları ilə müəyyən edilir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən, hazırki müqavilə üzrə hesablaşmalar təhvil-təslim aktının təsdiq edilməsindən və elektron qaimə göndərildikdən sonra iddiaçının təqdim etdiyi, müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Daşınma xidmətinin ümumi məbləği 34.000 manat təşkil etmişdir. Müqavilə iddiaçı tərəfindən icra edilmiş və həmin xidmət müqaviləsi əsasında əmlaklar razılaşdırılmış ünvana iddiaçı tərəfindən daşınaraq çatdırılmışdır. Bununla da iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etmişdir. Lakin cavabdeh tərəfindən bugünədək müqavilə üzrə öhdəliklər tam icra edilməmiş, razılaşdırılmış 34.000 manat məbləğində xidmət haqqından yalnız 17.900 manat məbləğində pul ödənilmişdir. İddiaçının hesabından çıxarışda görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 17.900 manat məbləğində pul ödənilmişdir. Lakin qalıq 16.100 manat məbləğində pul bugünədək ödənilməmişdir. Hal-hazırda cavabdehin iddiaçıya 16.100 manat məbləğində borcu vardır. Həmin borcun qısa müddət ərzində ödənilməsi zərurəti vardır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Borc müqaviləsində göstərilmişdir ki, “Mən, CavabdehMMC-nin rəhbəri X1 bildirirəm ki, İddiaçı ilə şirkət arasında xam pambığın daşınması ilə əlaqədar 34.000 manat borc yaranıb. Aramızda bu müqavilədə heç bir narazılıq əks olunmur, bundan ötrü ki, xx.xx.2022-ci il tarixində borcun 20.000 manat məbləğində hissəsi ödəniləcək, borcun qalan hissəsi isə xx.xx.2022-ci il tarixinə qədər ödəniləcək. Bu müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında tərtib edilib. Müqavilənin müddəti xx.xx.2022-ci il tarixinə qədərdir.”. Qeyd olunan müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilməmiş, müqavilə şərtləri kobud şəkildə pozulmuşdur. İddiaçı cavabdehdən dəfələrlə şifahi formada qalıq borcun ödənilməsinin xahiş etsə də, cavabdeh borcu tam şəkildə ödəməkdən boyun qaçırmışdır. Beləliklə, cavabdehin iddiaçıya qalıq 16.100 manat məbləğində borcu qalmışdır. Hesab edir ki, borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Dəfərlərlə cavabdehə ünvanlanmış şifahi müraciət əsasında qalıq borc məbləğinin ödənilməsi xahiş edilsə də, bugünədək heç bir məbləğ ödənilməmişdir. Odur ki, pretenziya məktubu ilə, həm kağız daşıyı həm də elektron vergi kargüzarlıq sistemi ilə cavabdehin kabinetinə müraciət edilmiş və qalıq 16.100 manat məbləğində pulun ödənilməsi xahiş edilir. Pretenziya məktubu kağız daşıyıcıda xx.xx.2022-ci il tarixdə cavabdehə çatdırılmışdır. Elektron kargüzarlıqla isə xx.xx.2022-ci il tarixində göndərilmişdir. Lakin bugünədək pretenziyaya heç bir cavab verilməmişdir. Həmçinin iddia ərizəsi də elektron kargüzarlıq sistemi vasitəsi ilə xx.xx.2022-ci il tarixində cavabdehə göndərilmişdir. Daha sonra iddiaçı tərəfindən mediasiyaya müraciət edilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Odur ki, mediator tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Hazırda mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 05 fevral 2022-ci il tarixli Daşıma xidmətinin göstərilməsi haqqında müqavilədən görünür ki, iddiaçı cavabdehin sifarişi üzrə daşınma xidmətlərini göstərməyi, cavabdeh isə iddiaçıya bu Müqavilənin ayrılmaz hissəsi hesab edilən təhvil-təslim aktlarında göstərilmiş xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı ilə cavabdeh arasında bağlanmış 05 fevral 2022-ci il tarixli borc müqaviləsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında xam pambığın daşınması ilə əlaqədar 34.000 manat borc yaranmışdır. Aralarında bu müqavilədə heç bir narazılıq əks olunmur, bundan ötrü ki, xx.xx.2022-ci il tarixində borcun 20.000 manat məbləğində hissəsi ödəniləcək, borcun qalan hissəsi isə xx.xx.2022-ci il tarixinə qədər ödəniləcək. Bu müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında tərtib edilmişdir. Müqavilənin müddəti xx.xx.2022-ci il tarixinə qədərdir. Hesab üzrə çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 05 fevral 2022-ci il tarixli Daşıma xidmətinin göstərilməsi haqqında müqaviləyə əsasən iddiaçının hesabına 17900 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Həmin Məcəllənin 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 05 fevral 2022-ci il tarixli Daşıma xidmətinin göstərilməsi haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehin sifarişi üzrə daşınma xidmətlərini göstərməyi, cavabdeh isə iddiaçıya bu Müqavilənin ayrılmaz hissəsi hesab edilən təhvil-təslim aktlarında göstərilmiş xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında bağlanmış 05 fevral 2022-ci il tarixli borc müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı ilə cavabdeh arasında xam pambığın daşınması ilə əlaqədar 34.000 manat borc yarandığı, xx.xx.2022-ci il tarixində borcun 20.000 manat məbləğində hissəsi, qalan hissəsinin isə xx.xx.2022-ci il tarixinə qədər ödəniləcəyi bildirilmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının hesabına borcdan 17900 manat məbləğində ödəniş edilmiş, borcun qalan 16.100 manat hissəsi isə ödəməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış yük daşınması müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, yükləri daşımış, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, 05 fevral 2022-ci il tarixli Daşıma xidmətinin göstərilməsi haqqında müqaviləyə əsasən 16.100 manat dəyərində daşınma haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 fevral 2022-ci il tarixli daşıma xidməti müqaviləsi əsasında ödənilməyən qalıq 16.100 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-5317/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5317/2022
27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver