Məhkəmə qərarları › İş №e-2-2(113)-532/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-532/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-532/2020 10.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdeh X2 qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdeh X2 qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “xxxx” QSC (əvvəlki adı: “X6” QSC) ilə X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 5xx/xx/2013 saylı X5 müqaviləsinin ləğv edilməsi, cavabdeh X1 xx.xx.2013-cü il tarixli 5xx/xx/2013 saylı X5 müqaviləsi üzrə əsas borc 16992,32 manat, faiz borcu 297,30 manat, cəmi borc 17289,62 manat tutularaq İddiaçı QSC-nin xeyrinə köçürülməsi, İddiaçı QSC-yə məxsus olan 1 ədəd Hidromek 102B (şassi: HMK102BTE35A22169, müh:CD4045L278710, dövlət qeydiyyat nişanı: AZ10S459) yükləyici ekskavatorun cavabdeh X1 geri alınaraq İddiaçı QSC-yə verilməsi, İddiaçı QSC tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub İddiaçı QSC-nin xeyrinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. Məhkəmə iclası xx xxxxxxxx 2020-ci il tarixə saat 10:15-ə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndəsi elektron ərizə ilə məhkəməyə nüraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən, cavabdeh isə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 267,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin cavabdeh X2 qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı QSC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar