Məhkəmə qərarları › İş №e-2-2(113)-532/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-532/2023

09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-532/2023 09.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh Firmasına qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh Firmasına qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə Məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə hazırlıq iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hazırlıq iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəsatətini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən həmin Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilməli və iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı MMC tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh Firmasına qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar