Məhkəmə qərarları › İş №e-2-2(113)-5324/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5324/2025

18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5324/2025 18.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həşimova Günay qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 iyul 2022-cü il tarixli, 603 saylı müqavilənin öhdəliyin icrası ilə bağlı Cavabdeh "xxxx" MMC-yə olan əsas borc–55573,82 manat, faiz borc isə 20283,05 manat ümumilikdə 75856,87 manat pul məbləğinin alınaraq "xxxx" MMC-nin hesabına keçirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh məhkəməyə barışıq sazişi təqdim etməklə, cavabdehlə birlikdə aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişlər və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin onlara aydın olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin onlara aydın olduğunu bildirmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 26 iyul 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Cavabdeh İddiaçıya “Bitki mühafizə vasitələrinin satışına dair" 15 iy ul 2022-cü il tarixli. 603 şaxlı müqaviləsi üzrə cəmi 55573.82 (əlli beş min beş yüz yetmiş üç manat səksən iki qəpik) manat borcunun olmasım qəbul edir.

2. Cavabdeh avqust ayından başlayaraq noyabr ayına kimi hər av 18524.61 (on səkkiz min beş yüz. iyirmi dörd manat altımış bir qəpik) manat borcu ödəməyi öz öhdəsinə götürür.

3. Cavabdeh tərəfindən borc məbləği qratik üzrə lazımı qaydada ödənildiyi təqdirdə İddiaçı iddia ərizəsindəki tələb kimi göstərdiyi digər məbləği (dəbhə pulu) tələb etməyəcək.

4. Qrafik üzrə ödəniləcək məbləğin gecikdirilməsi. lazımi qaydada ödənilməməsi tərəilər arasında imzalanmış və öhdəlik kimi qəbul edilmiş barışıq sazişinin pozulması deməkdir.

5. Cavabdeh tərəfindən borc məbləği qrafik üzrə gecikdirilməsi və ya lazımı qaydada ödənilmədiyi təqdirdə Cavabdeh “Aqrokimya" MMC-yə qrafik üzrə ödənilməyən əsas borcdan əlavə iddia ərizəsindəki tələb kimi göstərilən 20283.05 manattiyirmi min iki yüz səksən üç manat beş qəpik ) dəbbə pulunıı ödəməyi qəbul edir.

6. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüv vəyə mindiy i tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.

7. Bu barışıq sazişinin icra edilməməsi və y a lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır. X. Bu barışıq sazişi 2 əsl nüsxədə Bakı şəhərində. 26 iyul 2025-ci il tarixdə imzalanmış və həmin gündən qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 25 iyul 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərdə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.

1. Cavabdeh İddiaçıya “Bitki mühafizə vasitələrinin satışına dair" 15 iy ul 2022-cü il tarixli. 603 şaxlı müqaviləsi üzrə cəmi 55573.82 (əlli beş min beş yüz yetmiş üç manat səksən iki qəpik) manat borcunun olmasım qəbul edir.

2. Cavabdeh avqust ayından başlayaraq noyabr ayına kimi hər av 18524.61 (on səkkiz min beş yüz. iyirmi dörd manat altımış bir qəpik) manat borcu ödəməyi öz öhdəsinə götürür.

3. Cavabdeh tərəfindən borc məbləği qratik üzrə lazımı qaydada ödənildiyi təqdirdə İddiaçı iddia ərizəsindəki tələb kimi göstərdiyi digər məbləği (dəbhə pulu) tələb etməyəcək.

4. Qrafik üzrə ödəniləcək məbləğin gecikdirilməsi. lazımi qaydada ödənilməməsi tərəilər arasında imzalanmış və öhdəlik kimi qəbul edilmiş barışıq sazişinin pozulması deməkdir.

5. Cavabdeh tərəfindən borc məbləği qrafik üzrə gecikdirilməsi və ya lazımı qaydada ödənilmədiyi təqdirdə Cavabdeh “Aqrokimya" MMC-yə qrafik üzrə ödənilməyən əsas borcdan əlavə iddia ərizəsindəki tələb kimi göstərilən 20283.05 manattiyirmi min iki yüz səksən üç manat beş qəpik ) dəbbə pulunıı ödəməyi qəbul edir.

6. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüv vəyə mindiy i tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.

7. Bu barışıq sazişinin icra edilməməsi və y a lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır. X. Bu barışıq sazişi 2 əsl nüsxədə Bakı şəhərində. 26 iyul 2025-ci il tarixdə imzalanmış və həmin gündən qüvvəyə minir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar