Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5327/2025 26.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (alqı-satqı müqaviləsi üzrə əsas borc, dəbbə pulu, elektron qaimə və faiz borcu) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən alqı-satqı müqaviləsi üzrə 16 mart 2023-cü il tarixli, EBDB seriyalı 854785 nömrəli elektron qaimə üzrə ödənilməmiş qalan 106,20 manat borc, habelə bu məbləğin üzərindən illik 5 faiz hesablanmaqla 12,02 manat, 28 aprel 2023-cü il tarixli, EBDE seriyalı 510892 nömrəli elektron qaimə üzrə 2065 manat borc, habelə bu məbləğin üzərindən illik 5 faiz hesablanmaqla 222,93 manat, 07 iyun 2023-cü il tarixli, EBDH seriyalı 387245 nömrəli elektron qaimə üzrə 5 605 manat borc, habelə bu məbləğin üzərindən illik 5 faiz hesablanmaqla 573,76 manat, EBDH seriyalı 387388 nömrəli elektron qaimə üzrə 1652 manat borc, habelə bu məbləğin üzərindən illik 5 faiz hesablanmaqla 169,11 manat, EBDH seriyalı, 387457 nömrəli elektron qaimə üzrə 1652 manat borc, habelə bu məbləğin üzərindən illik 5 faiz hesablanmaqla 169,11 manat, 08 iyun 2023-cü il tarixli, EBDH seriyalı, 433282 nömrəli elektron qaimə üzrə 1518.66 manat borc, habelə bu məbləğin üzərindən illik 5 faiz hesablanmaqla 155,22 manat, 20 iyun 2023-cü il tarixli, EBDİ seriyalı, 202207 nömrəli elektron qaimə üzrə 1062 manat borc, habelə bu məbləğin üzərindən illik 5 faiz hesablanmaqla 106,80 manat, 18 iyul 2023-cü il tarixli, EBDK seriyalı, 073513 nömrəli elektron qaimə üzrə 1652 manat borc, habelə bu məbləğin üzərindən illik 5 faiz hesablanmaqla 159,66 manat, 24 avqust 2023-cü il tarixli, EBDM seriyalı, 780217 nömrəli elektron qaimə üzrə 12903.30 manat borc, habelə bu məbləğin üzərindən illik 5 faiz hesablanmaqla 1184,57 manat, EBDM seriyalı, 783738 nömrəli elektron qaimə üzrə 4464.22 manat borc, habelə bu məbləğin üzərindən illik 5 faiz hesablanmaqla 409,83 manat, həmçinin 4532 manat dəbbə pulu olmaqla, cəmi 40915,39 manat pulun, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 325 manatın və ödənilmiş 213,72 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 23 sentyabr 2020-ci il tarixdə imzalanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqaviləyə əlavə edilən spesifikasiyalarda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan izolyasiya materiallarını cavabdehə satmağı, sonuncu isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, sözügedən müqaviləyə əsasən İddiaçı MMC elektron qaimə-fakturalarda göstərilmiş malları Cavabdeh MMC-yə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Belə ki, 16 mart 2023-cü il tarixli, EBDB seriyalı 854785 nömrəli elektron qaimə üzrə cavabdehin iddiaçıdan aldığı mallara görə sonuncuya 106.20 manat, 28 aprel 2023-cü il tarixli, EBDE seriyalı 510892 nömrəli elektron qaimə üzrə 2 065 manat, 07 iyun 2023-cü il tarixli, EBDH seriyalı 387245 nömrəli elektron qaimə üzrə 5 605 manat, EBDH seriyalı 387388 nömrəli elektron qaimə üzrə 1 652 manat, EBDH seriyalı, 387457 nömrəli elektron qaimə üzrə 1 652 manat, 08 iyun 2023-cü il tarixli, EBDH seriyalı, 433282 nömrəli elektron qaimə üzrə 1518.66 manat, 20 iyun 2023-cü il tarixli, EBDİ seriyalı, 202207 nömrəli elektron qaimə üzrə 1062 manat, 18 iyul 2023-cü il tarixli, EBDK seriyalı, 073513 nömrəli elektron qaimə üzrə 1 652 manat,24 avqust 2023-cü il tarixli, EBDM seriyalı, 780217 nömrəli elektron qaimə üzrə 12903.30 manat, EBDM seriyalı, 783738 nömrəli elektron qaimə üzrə 4464.22 manat olmaqla, ümumilikdə 32680,38 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət оlunmasına, tərəfləridən məsələnin məhkəmədənkənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdeh götürülən bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdeh tərəfindən 23 sentyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin lazımınca icra edilməməsi, bununla da müqavilənin və mülki qanunvericiliyin şərtlərinin pozulması, o cümlədən cəmi 32680,38 manat məbləğində borcun ödənilməməsi ilə əlaqədar iddiaçınin həmin məbləği məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Eyni zamanda, sözügedən müqavilənin 5.2-ci bəndinə əsasən satıcı bu müqavilə ilə müəyyən edilmiş vaxtda malı alıcıya qismən təhvil verdikdə və ya ümumiyyətlə təhvil vermədikdə, alıcı satıcıdan hər gecikdirilən iş günü üçün bu müqavilənin ümumi qiymətinin 0,1 % həcmində dəbbə pulunun (cərimə) ödənilməsini tələb edə bilər.
3. Daha sonra iddiaçının nümayəndəsi ərizə təqdim edərək, 40915,39 manat borcun 40375,39 manat olaraq nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı MMC (satıcı) və Cavabdeh MMC (alıcı) arasında imzalanan xx.xx.2020-ci il tarixli 52/2020 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, Satıcı satır. Alıcı isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən Spesifikasiya(lar)da göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan izolyasiya materiallarını (bundan sonra “Mal" adlandırılacaq) Satıcıdan alır və Malın müqabilində Satıcıya bu Müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. 2.1-ci bəndinə əsasən, Bu Müqavilə üzrə Malın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən Spesifikasiya(lar)da müəyyən edilir. 2.2-ci bəndinə əsasən, qiymətin ödənişin forması və qaydası bu Müqavilənin Spesifikasiya(lar)ında müəyyən edilir. 2.3-cü bəndinə əsasən, malın təhvil-təslimindən, qaimə faktura təqdim edildikdən sonar ödəniş Spesifıkasiya(lar)ında müəyyən edilmiş gündə həyata keçirilir. Malın qiyməti köçürmə yolu ilə ödənilə bilər. Əgər satıcı ƏDV ödəyicisi olursa, ödəmə yalnız köçürmə yolu ilə icra olunacaq. 3.1-ci bəndinə əsasən, Malın çatıdırılması və təhvil verilməsi şərtləri, müddəti və qaydası Spesifikasiya(lar)da göstərilir. 3.2-ci bəndinə əsasən, alıcının nümayəndələri Mala baxış keçirə, kəmiyyətini və keyfiyyətini yoxlaya bilər. 3.3-cü bəndinə əsasən, mal təhvil verilərkən tərəflər forması Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edilən Qaimə fakturanı imzalayır. Alıcının tələbi olarsa tərəflər arasında Təhvil-təslim aktı da imzalana bilər. 3.4-cü bəndinə əsasən, mal alıcıya təhvil verildiyi andan Mala mülkiyyət hüququ Alıcıya keçir. 3.5-ci bəndinə əsasən alıcı keyfiyyətsiz və/və ya kəmiyyətcə çatışmayan Malı qəbul etməkdən imtina edə bilər. 4.1-ci bəndinə əsasən, satıcının hüquqları: 4.1.1-ci bəndinə əsasən, alıcıdan Malın qiymətini bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməsini tələb etmək; 4.1.2-ci bəndinə əsasən, alıcı bu Müqavilə ilə müəyyən edilmiş öhdəliklərini kobud şəkildə pozduqda. Müqavilənin icrasından birtərəfli imtina etməkvə Alıcıdan vurulmuş zərərin ödənilməsini tələb etmək; 4.1.3-cü bəndinə əsasən alıcı bu Müqavilə ilə müəyyən edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə, bu Müqavilədə müəyyən edilmiş cərimələri tətbiq etmək. 4.4-cü bəndinə əsasən, alıcının vəzifələri: 4.4.1-ci bəndinə əsasən, malın qiymətini bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək; 4.4.2-ci bəndinə əsasən, bu Müqavilə ilə müəyyən edilmiş öhdəlikləri icra etmək. 5.4-cü bəndinə əsasən alıcı bu Müqavilə ilə müəyyən edilmiş qaydada Malı Satıcıdan təhvil aldıqdan sonra bu Müqavilənin Əlavəsinə uyğun olaraq alinmiş malın dəyərini ödəmədikdə və ya qismən ödədikdə. Satıcı Alıcıdan hər gecikdirilən iş günü üçün malın dəyərinin ödənməmiş hissəsinin qiymətinin 0.1% həcmində dəbbə pulunun (cərimə) ödənilməsini tələb edə bilər.
8. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli EBDB seriyalı 854785 nömrəli elektron qaimədən görünür ki, malın dəyəri 90 manat, ƏDV 16,20 manat, yekun məbləğ 106,20 manat, xx.xx.2023-cü il tarixli EBDE seriyalı 510892 nömrəli elektron qaimədən görünür ki, malın dəyəri 1750 manat, ƏDV 315 manat, yekun məbləğ 2065 manat, xx.xx.2023-cü il tarixli EBDH seriyalı 387245 nömrəli elektron qaimədən görünür ki, malın dəyəri 4750 manat, ƏDV 855 manat, yekun məbləğ 5605 manat, xx.xx.2023-cü il tarixli EBDH seriyalı 387388 nömrəli elektron qaimədən görünür ki, malın dəyəri 1400 manat, ƏDV 252 manat, yekun məbləğ 1652 manat, xx.xx.2023-cü il tarixli EBDH seriyalı 387457 nömrəli elektron qaimədən görünür ki, malın dəyəri 1400 manat, ƏDV 252 manat, yekun məbləğ 1652 manat, xx.xx.2023-cü il tarixli EBDH seriyalı 433282 nömrəli elektron qaimədən görünür ki, malın dəyəri 1287 manat, ƏDV 231,66 manat, yekun məbləğ 1518,66 manat, xx.xx.2023-cü il tarixli EBDK seriyalı 073513 nömrəli elektron qaimədən görünür ki, malın dəyəri 1400 manat, ƏDV 252 manat, yekun məbləğ 1652 manat, xx.xx.2023-cü il tarixli EBDM seriyalı 783738 nömrəli elektron qaimədən görünür ki, malın dəyəri 3783,24 manat, ƏDV 680,98 manat, yekun məbləğ 4464,22 manat, xx.xx.2023-cü il tarixli EBDM seriyalı ******* nömrəli elektron qaimədən görünür ki, malın dəyəri 10935 manat, ƏDV 1968,30 manat, yekun məbləğ 12903,30 manat, xx.xx.2023-cü il tarixli EBDİ seriyalı 202207 nömrəli elektron qaimədən görünür ki, malın dəyəri 900 manat, ƏDV 162 manat, yekun məbləğ 1062 manat təşkil edir və qaimələrin əsası 52/2020 nömrəli xx.xx.2020-ci il tarixli müqavilədir.
9. xx.xx.2020-ci il tarixli, 52/2020 nömrəli alqı-satqı müqaviləsinə 16 mart 2023-cü il tarixli 58 saylı əlavəsi olan spesifikasiya və xüsusi şərtlərə əsasən 106,20 manat dəyərində, 28 aprel 2023-cü il tarixli 60 saylı əlavəsi olan spesifikasiya və xüsusi şərtlərə əsasən 2065 manat dəyərində, 07 iyun 2023-cü il tarixli 61 saylı əlavəsi olan spesifikasiya və xüsusi şərtlərə əsasən 5605 manat dəyərində, 62 saylı əlavəsi olan spesifikasiya və xüsusi şərtlərə əsasən 1652 manat dəyərində, 63 saylı əlavəsi olan spesifikasiya və xüsusi şərtlərə əsasən 1652 manat dəyərində, 08.iyun 2023-cü il tarixli 64 saylı əlavəsi olan spesifikasiya və xüsusi şərtlərə əsasən 1518,66 manat dəyərində, 20 iyun 2023-cü il tarixli 65 saylı əlavəsi olan spesifikasiya və xüsusi şərtlərə əsasən 1062 manat dəyərində, 18 iyul 2023-cü il tarixli 66 saylı əlavəsi olan spesifikasiya və xüsusi şərtlərə əsasən 1652 manat dəyərində, 24 avqust 2023-cü il tarixli 67 saylı əlavəsi olan spesifikasiya və xüsusi şərtlərə əsasən 12903,30 manat dəyərində, 68 saylı əlavəsi olan spesifikasiya və xüsusi şərtlərə əsasən 4464,22 manat dəyərində mallar (ƏDV daxil) iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və həmçinin buna dair malların təhvil-təslim aktı tərtib edilərək hər iki tərəfdən imzalanmışdır.
10. 24.06.2025-ci il tarixli Mvyg4Cm1 saylı ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, 33136/25 saylı müqavilə üzrə De Fendo Vəkil bürosuna 325 manat məbəğində vəkil xərci ödənilmişdir.
11. 24.06.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmənin hesabına 213,72 manat dövlət rüsumu ödənilmişdir.
12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçı qarşısında müqavilə üzrə ona təhvil verilmiş malların ödənişinin alınması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış “Alqı-satqı” müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
14. Belə ki, qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən edib: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.
15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 52/2020 nömrəli alqı-satqı müqaviləsi əsasında satıcı üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək ümumi dəyəri 27695,24 manat (ƏDV 4985,14 manat) təşkil edən malı cavabdehə (alıcıya) satmışdır. Cavabdeh həmin malı qəbul etmiş, buna baxmayaraq müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmiş və satılmış malın dəyəri üzrə ödənişi həyata keçirməmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehə satılmış mallara dair təhvil-təslim aktı tərtib edilmiş, daha sonra cavabdehə xx.xx.2023-cü il tarixli EBDB seriyalı 854785 nömrəli, xx.xx.2023-cü il tarixli EBDE seriyalı 510892 nömrəli, xx.xx.2023-cü il tarixli EBDH seriyalı 387245 nömrəli, xx.xx.2023-cü il tarixli EBDH seriyalı 387388 nömrəli, xx.xx.2023-cü il tarixli EBDH seriyalı 387457 nömrəli, xx.xx.2023-cü il tarixli EBDH seriyalı 433282 nömrəli, xx.xx.2023-cü il tarixli EBDK seriyalı 073513 nömrəli, xx.xx.2023-cü il tarixli EBDM seriyalı 783738 nömrəli və xx.xx.2023-cü il tarixli EBDM seriyalı ******* nömrəli elektron qaimələr göndərilərək satılmış malın dəyərinin ödənilməsi tələb edilmiş, cavabdeh tərəfindən sözügedən elektron qaimə əsasında tələb edilən borc ödənilməmiş qalmışdır. İddiaçı hazırda sözügedən alqısatqı müqaviləsi üzrə ümumilikdə (ƏDV daxil) 32680,38 manat borc, həmçinin həmin məbləğ əsasında hesablanmış faiz borcu və dəbbə pulunun cavabdehdən tutulması tələbi ilə çıxış edir.
16. Məhkəmə əlavə olaraq qeyd edir ki, cavabdeh iş üzrə keçirilmiş bütün məhkəmə iclaslarının vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına, iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla tanış olmaq imkanına malik olmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya dair etirazını və işin faktiki hallarına dair digər sübutları təqdim etməmiş, beləliklə cavabdeh tərəfindən hazırkı mübahisənin həlli istiqamətində zəruri maraq göstərilməmişdir.
17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında əks olunmuş hüquqi mövqeyə görə, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak etmə imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
18. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin öz öhdəliklərini icra etməyərək təhvil aldığı mallar üzrə ödənişi həyata keçirmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borc hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən əsas borc üzrə 27695,24 manat və 4985,14 manat ƏDV məbləği tutularaq İddiaçıya ödənilməlidir.
19. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
20. Bundan əlavə iddiaçı tələbində cavabdehdən 4352 manat məbləğində dəbbə borcunun ödənilməsini irəli sürür.
21. Məhkəmə bununla bağlı bildirir ki, AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MMin 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır.
22. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq iddia tələbinin bu hissədə qismən təmin olunmasını və dəbbə pulunun məbləğinin 1384,76 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir.
23. İddiaçı həmçinin ümumilikdə 3163,01 manat faiz borcunun tutulması tələbi ilə çıxış edir. Məhkəmə faiz borcunun tutulması hissəsində iddianı əsassız hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir:
24. Belə ki, iddiaçı tələbini bu hissədə MM-in 445-ci maddələri ilə əsaslandırılmağa çalışmışdır. Məhkəmə İddiaçının bu cür əsaslandırması ilə razılaşmır. Çünki MM-in 449.1ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli Qərarında göstərmişdir ki, “MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir”. Göründüyü kimi, MM-in 445-ci maddəsinin hazırkı mübahisəyə tətbiqi üçün hər hansı əsas yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz.
25. Digər tərəfdən, Mülki Məcəllənin zərər və dəbbə pulunun nisbətindən bəhs edən 466-cı maddəsinin məzmununa əsasən, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər (466).
26. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə zərərlə dəbbə pulunun nisbətinin xüsusi qaydası müəyyən edilmədiyindən, mübahisəli müqavildə nəzərdə tutulmuş dəbbə pulu (penya) əvəzləşdirilən dəbbə pulu hesab edilməlidir.
27. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən ödənilməmiş 27695.24 manat əsas borc, 4985.14 manat ƏDV, 1384.76 manat dəbbə pulu olmaqla, cəmi 34065.14 manat tutularaq iddiaçıya ödənilməlidir.
28. İddiaçı tələbində eyni zamanda ödənilmiş 213,72 manat dövlət rüsumunun və hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 325 manat pul məbləğinin cavabdehdən tutulmasını xahiş edir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
30. İş materiallarına əlavə edilmiş qəbzlər iddiaçı tərəfindən dövlət rüsumunun və hüquqi yardıma görə xərcin ödənildiyini təsdiqləyir. Məhkəmə hüquqi yardıma görə ödənilmiş 325 manat pul məbləğinin cavabdehdən tutulması hissəsində tələbi əsaslı hesab edir, lakin iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 213,72 manat dövlət rüsumunun (iddianın təmin olunan məbləğinə münasibətdə) 192 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. V. Nəticə:
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən edilsin. Cavabdeh MMC-dən 27695.24 manat əsas borc, 4985.14 manat ƏDV, 1384.76 manat dəbbə pulu olmaqla, cəmi 34065.14 (otuz dörd min altmış beş manat on dörd qəpik) borc, 325 manat hüquqi yardıma görə ödənilmiş xərc və 192 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov