Məhkəmə qərarları › İş №e-2-2(113)-533/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-533/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-533/2021 20.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı İskəndər oğlunun nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı İskəndər oğlunun cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə və Cavabdeh3 qarşı sənədlərin təqdim edilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İskəndər oğlu iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 maliyyə sənədlərinin, o cümlədən gömrük bəyannamələri, kassa mədaxil və məxaric orderləri, əmək haqqı cədvəlləri, bank əməliyyatları, maddi məsuliyyət müqavilələri, anbarın mədaxil və məxaricləri ilə əlaqədar təhvil-təslim aktlarını, alış və satış müqavilələrinin, vergi bəyannamələrinin təsdqi olunmuş surətlərinin İddiaçı verilməsi və hər iki şirkətdə audit aparılmasına şərait yaradılaraq bütün maliyyə sənədlərinin auditora təqdim edilməsi öhdəliyinin Cavabdeh3 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İskəndər oğlu Cavabdeh2 MMC və Cavabdeh1 MMC-nin təsisçisi olaraq nizamnamə kapitalında paylara malikdir. Lakin təsisçi olaraq Cavabdeh2 MMC və Cavabdeh1 MMC-nin direktoru vəzifələrini icra edən məsul şəxs kimi cavabdehlərdən Cavabdeh3 şirkətlərin gəlirləri və xərcləri, eləcə də şirkətlərin faktiki maliyyə vəziyyəti barədə təsisçilərə məlumat vermək öhdəliklərininin olmasına baxmayaraq, illərdir öhdəliklərini icra etməyərək hər hansı bir məlumat verməmiş, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Əldə etdikləri məlumata əsasən cəmiyyətin vəsaitləri süni şəkildə cəmiyyətin xərcləri kimi göstərilərək xərclənməkdədir. Qeyd edilən şübhələri aradan qaldırmaq üçün bir neçə dəfə yazılı formada, eyni zamanda pretenziya qaydasında Cavabdeh2 MMCvə Cavabdeh1 MMC-yə, eyni zamanda həmin şirkətlərin direktoru vəzifələrini icra edən məsul şəxs kimi Cavabdeh3 müraciətlər ünvanlanlanaraq şirkətlərin son üç ildəki maliyyə hesabatlarının müvafiq auditor rəyi ilə birlikdə İddiaçı İskəndər oğluna təqdim edilməsini və şirkətin hal-hazırkı vəziyyəti barədə məlumat verilməsini, mühasibat balansı ilə tanış olmağa şərait yaradılması xahiş edilmiş, lakin müraciətə etinasız yanaşılaraq bugünədək cavablandırılmamışdır. Hesab edirlər ki, həmin məlumatların və vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən çıxarışın təqdim edilməsi və qanunsuz hərəkətlərin dayandırılması məhkəmə tərəfindən təmin edilməlidir. Hal-hazırda iddiaçı cəmiyyətin maliyyə vəziyyəti barədə məlumatsız olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-1.1 və 90-1.2-ci maddələrinə əsasən cəmiyyətin xalis mənfəətindən dividend (pay) almaq hüququnu həyata keçirə bilmir. Cəmiyyətin maliyyə hesabatları və vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən çıxarış İddiaçı İskəndər oğluna təqdim edilmədiyindən, şirkətin hal-hazırkı maliyyə vəziyyəti barədə məlumat verilmədiyindən və mühasibat balansı ilə tanış olmağa şərait yaradılmadığından iddiaçının bir sıra əsaslı hüquqlarnın həyata keçirilməsini qeyri-mümkün olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı İskəndər oğlunun nümayəndəsi, vəkil Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsinin və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 05 mart 2021-ci il tarixli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin məktubundan görünür ki, reyestrə əsasən Cavabdeh2 təsisçilər arasında pay bölgüsü aşağıdakı kimidir: - İddiaçı İskəndər oğlu (Rusiya Federasiyası) – 25%, X1 – 25%, “xxxx” Ltd Şirkəti (Malta Respublikası) – 20% və “X4” Şirkəti (X3) – 30%; Cavabdeh1 nizamnamə kapitalı 10 manat (pul şəklində) təşkil edir və təsisçilər arasında pay bölgüsü aşağıdakı kimidir: - Cavabdeh3 – 1,6 pay, İddiaçı İskəndər oğlu (Rusiya Federasiyası) - 3,4 pay və “April Group” S.A. (X3) – 5 pay Cavabdeh1 nizamnaməsindən (beşinci redaksiyada) görünür ki, hər bir təsisçinin bir sıra hüquqları vardır, o cümlədən cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə məlumat almaq və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqlar. Bu hüquqları məhdudlaşdıran istənilən razılaşma və ya hərəkət etibarsız hesab olunur. Həmin Nizamnamənin 4.4-cü bəndinin 8-ci abzasına əsasən cəmiyyətin fəaliyyətinin auditor yoxlamalarının aparılması qaydasının müəyyən edilməsi Ümumi Yığıncağın müstəsna səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. 91.5-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq hesabat) tələb olunmur. 91-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 91.1-ci maddəsində nəzərdə tutulmuş halda yaradılmış direktorlar şurası (müşahidə şurası) cəmiyyətin ümumi yığıncaqlar arasındakı dövrdə onun icra orqanının fəaliyyətinə nəzarəti həyata keçirir. Əgər nizamnamədə təftiş komissiyasının seçilməsi (müfəttişin təyin edilməsi) nəzərdə tutulmamışdırsa, bu Məcəlləyə uyğun olaraq təftiş komissiyasının (müfəttişin) səlahiyyətləri direktorlar şurasına (müşahidə şurasına) verilə bilər. 91-3.1-ci maddəsinə əsasən bu Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş halda cəmiyyətin iştirakçılarının ümumi yığıncağının qərarı ilə təftiş komissiyası (müfəttiş) seçilir (təyin edilir). 91-3.2-ci maddəsinə əsasən cəmiyyətin təftiş komissiyasının (müfəttişin) formalaşdırılması qaydaları, onun tərkibi və fəaliyyətinin qaydası cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir. 91-3.3-cü maddəsinə əsasən cəmiyyətin təftiş komissiyasının üzvlüyünə (müfəttiş kimi) fiziki şəxslər seçilir (təyin edilir). Cəmiyyətin iştirakçısı olmayan şəxslərin də təftiş komissiyasına üzv seçilməsinə (müfəttiş təyin edilməsinə) yol verilir. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya kollegial icra orqanının rəhbəri (üzvü), təkbaşına rəhbər və ya kənar idarəçi təftiş komissiyasına üzv seçilə (müfəttiş təyin edilə) bilməz. 91-3.4-cü maddəsinə əsasən cəmiyyətin təftiş komissiyasının (müfəttişin) cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətini yoxlamaq və bu məqsədlə cəmiyyətin fəaliyyətinə aid olan bütün sənədləri əldə etmək hüququ vardır. Təftiş komissiyasının (müfəttişin) tələbi ilə direktorlar şurasının (müşahidə şurasının) və ya kollegial icra orqanının rəhbəri (üzvləri), təkbaşına rəhbər, kənar idarəçi şifahi və ya yazılı formada zəruri məlumatları təqdim etməyə borcludurlar. 91-3.5-ci maddəsinə əsasən cəmiyyətin təftiş komissiyası (müfəttiş) varsa, bu nəzarət orqanının rəyi olmadan cəmiyyətin iştirakçılarının ümumi yığıncağı cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq edə bilməz, habelə mənfəət və zərərin bölüşdürülməsinə dair qərar qəbul edə bilməz. 91-4.1-ci maddəsinə əsasən iştirakçılarının sayı əllidən çox olan cəmiyyətlərdə, habelə ictimai əhəmiyyətli qurumlarda daxili audit siyasətinin və strategiyasının hazırlanması, həyata keçirilməsi və auditor nəzarətinin təşkili üçün direktorlar şurası (müşahidə şurası) tərəfindən audit komitəsi yaradılır. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda iştirakçıların sayı əllidən çox olmayan cəmiyyətlərdə də audit komitəsi yaradılır. 91-4.2-ci maddəsinə əsasən cəmiyyətin audit komitəsinin formalaşdırılması qaydaları, onun tərkibi və fəaliyyətinin qaydası qanunla və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir. 91-4.3-cü maddəsinə əsasən cəmiyyətin icra orqanının üzvləri və (və ya) cəmiyyətin iştirakçıları audit komitəsinin üzvü ola bilməzlər. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvləri audit komitəsinin üzvü ola bilərlər. 91-4.4-cü maddəsinə əsasən cəmiyyətin fəaliyyətinin daxili auditi cəmiyyətin audit komitəsinin təşəbbüsü ilə ümumi yığıncağın və ya direktorlar şurasının (müşahidə şurasının) qərarı ilə və ya cəmiyyətin paylarının on faizindən artıq hissəsinə malik olan iştirakçıların və cəmiyyətin icra orqanının tələbi ilə həyata keçirilir. 91-4.5-ci maddəsinə əsasən cəmiyyətin audit komitəsinin tələbi ilə cəmiyyətin bütün orqanları və vəzifəli şəxsləri cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədar olan sənədləri təqdim etməlidirlər. 91-4.6-ci maddəsinə əsasən audit komitəsi direktorlar şurasına (müşahidə şurasına) tabedir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı İskəndər oğlunun cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə və Cavabdeh3 qarşı olan tələbi əsaslı olduğundan təmin edilməlidir. Odur ki, İddiaçı İskəndər oğlunun cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə və Cavabdeh3 qarşı sənədlərin təqdim edilməsi tələbi barədə iddiası əsaslı olduğundan təmin edilməli və Cavabdeh2 və Cavabdeh1 maliyyə sənədlərinin, o cümlədən gömrük bəyannamələri, kassa mədaxil və məxaric orderləri, əmək haqqı cədvəlləri, bank əməliyyatları, maddi məsuliyyət müqavilələri, anbarın mədaxil və məxaricləri ilə əlaqədar təhvil-təslim aktlarını, alış və satış müqavilələrinin, vergi bəyannamələrinin təsdqi olunmuş surətlərinin İddiaçı verilməli və hər iki şirkətdə audit aparılmasına şərait yaradılaraq bütün maliyyə sənədlərinin auditora təqdim edilməsi öhdəliyi Cavabdeh3 üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 maliyyə sənədlərinin, o cümlədən gömrük bəyannamələri, kassa mədaxil və məxaric orderləri, əmək haqqı cədvəlləri, bank əməliyyatları, maddi məsuliyyət müqavilələri, anbarın mədaxil və məxaricləri ilə əlaqədar təhvil-təslim aktlarını, alış və satış müqavilələrinin, vergi bəyannamələrinin təsdqi olunmuş surətlərinin İddiaçı verilsin və hər iki şirkətdə (Cavabdeh2 və Cavabdeh1ndə) audit aparılmasına şərait yaradılaraq bütün maliyyə sənədlərinin auditora təqdim edilməsi öhdəliyi Cavabdeh3 üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar