Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5342/2023 28.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə fərdi sahibkar Cavabdeh arasında bağlanan DV2005107 nömrəli, 13 noyabr 2020-ci il tarixli müqavilə üzrə yaranmış 161223,74 manat (ƏDV daxil) məbləğində borcun, 24183,56 manat cərimə məbləğinin, ilkin mediasiya sessiyası üçün ödənilmiş 405 manat mediasiya haqqının, 78 manat dövlət rüsumunun və hüquqi xidmələrin göstərilməsinə görə ödənilmiş 2000 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, nümayəndəsi olduğum İddiaçı MMC ilə Cavabdeh MMC arasında DV2005107 nömrəli, 13 noyabr 2020-ci il tarixli müqavilə bağlanmışdır. Sözügedən müqavilənin 1-ci maddəsinə əsasən, bu Müqavilənin predmetini İddiaçı MMC tərəfindən, Cavabdeh MMC-nin sifarişinə əsasən Malların təsnifatı və qiymətlərin razılaşdırılması protokolunda göstərilən kompyuter avadanlığının təchiz edilməsi və onun göstərdiyi ünvanda quraşdırılaraq Cavabdeh MMC-yə təhvil verilməsi və Cavabdeh MMC tərəfindən isə həmin kompyuter avadanlıqlarının təhvil alınması və dəyərinin ödənilməsi təşkil edir. Satılmış olan məhsullar razılaşdırılmış vaxtda Cavabdeh MMC-yə təqdim edilmiş və ödəniş üçün tələb olunan hesab-fakturalar tam şəkildə tərəfimizindən göndərilmişdir. Lakin, müqavilə üzrə ödənişlərin icrası müddətinin keçməsinə baxmayaraq, ümumilikdə 161223,74 manat borc məbləği cavabdeh tərəfindən cari tarixədək ödənilməmişdir. Yuxarıda qeyd olunmuş elektron qaimə üzrə borc məbləğləri aşağıdakı kimidir: xx.xx.2021-ci il tarixli EBBN 719142 nömrəli elektron qaimə üzrə 30000 AZN, xx.xx.2021-ci il tarixli EBBO 224622 nömrəli elektron qaimə üzrə 1174.38 AZN, xx.xx.2021-ci il tarixli EBBO 948111 nömrəli elektron qaimə üzrə 17615.75 AZN, xx.xx.2021-ci il tarixli EBBP 013471 nömrəli elektron qaimə üzrə 595.31 AZN, xx.xx.2022-ci il tarixli EBBQ 992082 nömrəli elektron qaimə üzrə 18151.88 AZN, xx.xx.2022-ci il tarixli EBBQ 003613 nömrəli elektron qaimə üzrə 1225.44 AZN, xx.xx.2022-ci il tarixli EBBP 906398 nömrəli elektron qaimə üzrə 204.22 AZN, xx.xx.2021-ci il tarixli EBBO 068517 nömrəli elektron qaimə üzrə 1382.57 AZN, xx.xx.2021-ci il tarixli EBBN 915524 nömrəli elektron qaimə üzrə 8169.56 AZN, xx.xx.2021-ci il tarixli EBBN 832671 nömrəli elektron qaimə üzrə 2413.43 AZN, xx.xx.2022-ci il tarixli EBBS 375365 nömrəli elektron qaimə üzrə 2161.54 AZN, xx.xx.2022-ci il tarixli EBBP 203487 nömrəli elektron qaimə üzrə 1352.99 AZN, xx.xx.2022-ci il tarixli EBBP 314591 nömrəli elektron qaimə üzrə 2195.58 AZN, xx.xx.2022-ci il tarixli EBBP 600900 nömrəli elektron qaimə üzrə 6127.21 AZN, xx.xx.2022-ci il tarixli EBBP 178678 nömrəli elektron qaimə üzrə 714.84 AZN, xx.xx.2022-ci il tarixli EBBP 547379 nömrəli elektron qaimə üzrə 53238.39 AZN, xx.xx.2022-ci il tarixli EBBP 745599 nömrəli elektron qaimə üzrə 13786.18 AZN, xx.xx.2022-ci il tarixli EBBP 625515 nömrəli elektron qaimə üzrə 714.84 AZN olmaqla ümumilikdə 161224,11 AZN Yuxarıda qeyd edilən qaimələrlə bağlı nəzərinizə çatdırmaq istəyirəm: 1. xx.xx.2021ci il tarixli EBBN 719142 nömrəli elektron qaimənin ümumi dəyəri 96758,82 AZN olsa da, həmin qaimə üzrə cavabdeh ümumilikdə 66758.82 manat ödəniş etmişdir
2. xx.xx.2022-ci il tarixli EBBP 178678 nömrəli elektron qaimənin ümumi dəyəri 2876.38 AZN təşkil edir. Lakin, həmin qaimənin 2161.54 AZN hissəsi geri qaytarılıb və bu geri qaytarmaya dair EBBS 303101 nömrəli qaimə Qeyd edilən 2 qaimədən savayı (EBBN 719142 və EBBP 178678) heç bir qaimə üzrə ödəniş olmayıb və geri qaytarma prosesi baş verməyib. Mövcud borcun ödənilməsi üçün cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, 16 avqust 2023-cü il tarixində cavabdehə qanunvericiliyin tələblərinə uyğun olaraq pretenziya məktubu göndərilərək borcun ödənilməsi üçün 7 gün müddət verilmiş, lakin cavabdeh mövcud borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Buna görə də mübahisənin həlli üçün tərəfimizdən 18 saylı mediasiya təşkilatına müraciət edilmişdir. xx.xx.2023-cü il tarixində keçirilmiş ilkin mediasiya sessiyasında mübahisə öz həllini tapmamış və mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davametdirilə bilməməsi barədə arayış təqdimedilmişdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, ümumilikdə yaranmış 161223,74 AZN borc məbləğindən savayı, qaimələr üzrə ödənişin gecikdirilən günlərinə müvafiq olaraq hesablanmış cərimə məbləği 24183,56 AZN təşkil edir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında DV2005107 nömrəli, 13 noyabr 2020-ci il tarixli müqavilənin 2-ci maddəsinə əsasən ödəniş Alıcı tərəfindən mallar təhvil alındıqdan sonra təqdim olunacaq hesab-fakturaya əsasən 10 iş günü ərzində köçürmə yolu ilə aparılır. Həmin Müqavilənin 4.1-ci maddəsinə əsasən bir tərəf təqsirli olaraq digər tərəfə vurduğu ziyana və bu müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərin vaxtında, tam və ya lazımınca yerinə yetirilməməsinə görə digər tərəf qarşısında tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Müqavilənin 4.2-ci maddəsinə əsasən Satıcı tərəfindən Alıcıya qarşı bu müqavilə üzrə kompyuter avadanlığının təqdim edilməsinin gecikdirilmiş hər günü üçün gecikdirilmiş malların ümumi məbləğinin 0,1 faizi məbləğində cərimə tətbiq edilə bilər İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh MMC-nin nümayəndəsi məhkəmənin elektron sisteminə birgə ərizə yükləyərək tərəflərin arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalandığını bildirmiş, məhkəmədən sözügedən barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır:
1. Cavabdeh heç bir şərt olmadan qəbul edir ki, iddiaçı ilə onun arasında bağlanan DV2005107 nömrəli, 13 noyabr 2020-ci il tarixli müqavilə üzrə iddiaçıya ümumilikdə 168950,20 manat borcludur.
2. Cavabdeh həmçinin onu da öhdəsinə götürür ki, hazırda iddiaçı ilə onun arasında mövcud olan kommersiya mübahisəsi üzrə iddiaçının ilkin mediasiya sessiyası üçün ödədiyi 405 manat mediasiya haqqını, 78 manat dövlət rüsumunu və hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 2000 manat vəsaiti bu sazişin 3-cü bəndində qeyd edilən formada tam şəkildə iddiaçıya ödəyəcək.
3. Bu sazişi imzalamaqla cavabdeh öhdəsinə götürür ki, onunla iddiaçı arasında bağlanan DV2005107 nömrəli 13 noyabr 2020-ci il tarixli müqavilə üzrə yaranmış 168950,20 manat borc məbləğini və iddiaçının mediasiya haqqı, dövlət rüsumu və hüquqi xidmətlərin göstərilməsinə görə ödədiyi 2483 manat vəsaiti, yəni ümumilikdə 171433,20 manat borc məbləğini 2024-cü ilin yanvar, fevral və mart ayları üzrə hər ay 6000 manat, 2024-cü ilin aprel ayından etibarən hər ay 10228,88 manat olmaqla 15 ay ərzində tam şəkildə ödəyəcək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Məhkəmə iş üzrə materialları araşdırıb və yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, hesab edir ki, tərəflərin xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə
Q Ə R A R A A L D İ:
İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü tarixli barışıq sazişi təsdiq edilsin. e-2-2(113)-5342/2023 nömrəli iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim:Emin Əliyev