Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5346/2025 11.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı MMC iddia ərizəsi, daha sonra iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 onun xeyrinə xx.xx.2024-cü il tarixli 427 nömrəli alqı-satqı müqavilə üzrə yaranmış 81 manat məbləğində əsas borc, 1226 manat məbləğində hesablanmış kompensasiya borcu, ümumilikdə 1839 manat məbləğində borc, həmçinin hüquqi yardıma görə ödənilmiş 100 manat və ödənilmiş 39,39 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 (bundan sonra “Alıcı” adlandırılacaq) ilə "xxxx" MMC (bundan sonra “Satıcı” adlandırılacaq) arasında xx.xx.2024-cü il tarixli 427 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin 1.1-ci maddəsinə görə Satıcı bu Müqavilənin müddəaları əsasında hazırki Müqavilənin tərkib hissəsi sayılan və hər dəfə Alıcının satınalma sifarişi əsasında tərtib edilən Əlavədə əks olunacaq ərzaq, sənaye və gündəlik tələbat məhsulları (bundan sonra “mallar” adlandırılacaq) Alıcıya satmağı, Alıcı isə öz növbəsində malları qəbul edib onların dəyərini razılaşdırılmış qiymətlərə əsasən Satıcıya ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən tələb olunan malların xüsusiyyətləri (ölçü, çeşidi, miqdarı və.s) Tərəflər arasında əvvəlcədən razılaşdırılır və bu müqavilənin tərkib hissəsi sayılacaq Əlavədə öz əksini tapır. Həmin Müqavilənin 2.2-ci maddəsinə əsasən satılan mallar tərəflər arasında imzalanmış təhvil-təslim aktı və elektron vergi qaimə faktura əsasında təhvil verilir. Tərəflər razılığa gəlirlər ki, malların təhvil verilməsini təsdiq edən elektron vergi qaimə-faktura təhvil-təslim aktı ilə eyni bərabər qüvvəyə malikdir. Həmin Müqavilənin 2.3-cü maddəsinə əsasən tərəflər razılığa gəlirlər ki, əgər təhvil-təslim aktı hər hansı səbəbdən tərtib edilməsə, Satıcının malları təhvil verdikdən sonra Alıcıya təqdim etdiyi elektron vergi qaimə-faktura təhvil-təslim aktı əvəz edəcəkdir. Həmin Müqavilənin 2.4-cü maddəsinə əsasən Satıcı tərəfindən elektron vergi qaimə-faktura təqdim edildiyi gündən 2 (iki) iş günü ərzində Alıcı həmin qaimə-fakturanı geri qaytarmazsa və yaxud mallara dair hər hansı (yazılı şəkildə) etiraz bildirməzsə, həmin mallar Satıcı tərəfindən təhvil verilmiş, Alıcı tərəfindən isə təhvil alınmış hesab edilir. Həmin Müqavilənin 3.1-ci maddəsinin 3.2.1-ci bəndinə əsasən Satıcı müqavilənin tərkib hissəsi sayılacaq Əlavədə göstərilmiş malları Alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.2-ci maddəsinin 3.2.2-ci bəndinə əsasən Alıcıdan malların dəyərini müəyyən edilmiş müddətdə və qaydada ödənilməsini tələb etmək Satıcının hüququdur. Həmin Müqavilənin 3.3-cü maddəsinin 3.3.1-ci bəndinə əsasən Alıcı müqavilə üzrə təqdim edilmiş malları müəyyən olunmuş qaydada və müddətdə qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.3-cü maddəsinin 3.3.2-ci bəndinə əsasən Alıcı müqavilə üzrə müəyyən edilmiş müddətdə və qaydada malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.2-ci maddəsinə əsasən Satıcı tərəfindən vergi elektron qaimə-faktura təqdim edildiyi andan 30 (otuz) iş günü ərzində Alıcı qaiməfakturada qeyd edilən ödənişi həyata keçirir. Həmin Müqavilənin 4.3-cü maddəsinə əsasən tərəflər razılığa gəlirlər ki, bu müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş şərt Alıcı tərəfindən pozularsa, Alıcı hər gecikdirilmiş günə görə elektron vergi qaimə-fakturada qeyd edilən məbləğin 0,5 % həcmində peniya ödəyəcəkdir. Əgər gecikdirilmiş müddət 30 (otuz) gündən artıq davam edərsə, Satıcının bu Müqaviləyə xitam verərək elektron qaimə fakturada göstərilən məbləğin 2 (iki) misli həcmində kompensasiya tələb etmək hüququ vardır. Həmin Müqavilənin 4.4-cü maddəsinə əsasən Alıcı bəyan edir ki, bu müqavilənin 4.3-cü bəndində qeyd edilən şərti pozarsa həmin bəndə göstərilən həcmdə Satıcıya kompensasiya ödəməyi öz öhdəsinə götürür. Göründüyü kimi, Müqavilənin 1.1-ci maddəsinə əsasən Satıcı - İddiaçı MMC elektron qaimə-fakturada göstərilən malları Alıcı Cavabdeh2 təhvil verilsə də, sonuncu tərəfindən Müqavilə əsasında tərtib edilmiş elektron qaimə-fakturalar üzrə ümumilikdə hesablanmış ödənişlər tam məbləğdə ödənilməmiş, bununla da Müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər lazımınca icra edilməmişdir. Müqavilənin 2.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmış Müqavilə imzalandıqdan sonra razılaşdırılmış müddətdə mallar Alıcı – Cavabdeh2 göndərilmiş və həmin malların Alıcı – Cavabdeh2 göndərilməsini təsdiq edən xx.xx.2024-cü il BP00- 016743 nömrəli, xx.xx.2025-ci il BP00-001077 nömrəli, xx.xx.2025-ci il BP00-001250 nömrəli, xx.xx.2025-ci il BP00-001681 nömrəli, xx.xx.2025-ci il BP00-001976 nömrəli qaimə-fakturalardan görünür ki, satıcı İddiaçı MMC qeyd olunan qaimə-fakturalarda göstərilən malları alıcı Cavabdeh2 təhvil verir. Alıcı Cavabdeh2 isə qaimə-fakturalarda göstərilən malları satıcı İddiaçı MMC-dən təhvil alır . Hər iki tərəf malların təhvil-təslimi ilə bağlı yuxarıda qeyd olunan Qaimə-fakturaları öz imzaları ilə təsdiq edirlər. Qeyd olunan Qaimə fakturalar üzrə Alıcı - Cavabdeh2 İddiaçı MMC-yə ƏDV daxil 613 manat məbləğində borcu yaranmışdır. Yuxarıda qeyd olunan qaimə fakturalar üzrə Mallar alıcı Cavabdeh2 təhvil verildikdən sonra tərəflər arasında bağlanmış Müqavilənin 4.2-ci bəndinə uyğun olaraq Cavabdeh2 xx.xx.2024-ci ildə 12240014 nömrəli, xx.xx.2025-ci ildə 11646172 nömrəli, xx.xx.2025-ci ildə 12214225 nömrəli, xx.xx.2025-ci ildə 10538614 nömrəli və xx.xx.2025-ci ildə 11063606 nömrəli Elektron qaimə-fakturalar göndərilmiş və həmin elektron qaimə-fakturaların tərtib olunmasının əsası kimi yuxarıda qeyd olunan BP00-016743 nömrəli, BP00-001077 nömrəli, BP00-001250 nömrəli, BP00-001681 nömrəli və BP00-001976 nömrəli Qaimə fakturalar göstərilmişdir. Həmin elektron qaiməfakturalar üzrə ƏDV daxil ödənilməli məbləğ ümumilikdə 613 manat müəyyən edilmişdir. Nəticədə tərəflər arasında bağlanılmış Alqı - satqı müqaviləsi üzrə iddiaçı üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh qeyd olunan müqavilənin şərtlərini və qanunvericiliyin tələblərini pozaraq, müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyərək, ödənişlərin ödənilməsini tam olaraq həyata keçirməmişdir. Əlavə olaraq onu da qeyd edirik ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən maların təhvil verilməsini təsdiq edən elektron vergi qaimə-faktura təhvil-təslim aktı ilə eyni bərabər qüvvəyə malikdir və iddiaçı tərəfindən elektron vergi qaimə-faktura təqdim edildiyi gündən 2 (iki) iş günü ərzində cavabdeh həmin qaimə-fakturanı geri qaytarmazsa və yaxud malara dair hər hansı (yazılı şəkildə) etiraz bildirməzsə, həmin malar iddiaçı tərəfindən təhvil verilmiş, cavabdeh tərəfindən isə təhvil alınmış hesab edilir. xx.xx.2024-cü il tarixli 427 nömrəli Alqı- Satqı Müqaviləsindən göründüyü kimi tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin müqavilədə öz əksini tapmışdır. Yəni yuxarıda adıçəkilən alqısatqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə vergi elektron qaimə-faktura təqdim edildiyi andan 30 (otuz) iş günü ərzində qaimə-fakturada qeyd edilən ödəniş cavabdeh tərəfindən həyata keçirilməzsə, cavabdeh hər gecikdirilmiş günə görə elektron vergi qaimə-fakturada qeyd edilən məbləğin 0,5 % həcmində peniya ödəyəcəkdir. Əgər gecikdirilmiş müddət 30 (otuz) gündən artıq davam edərsə, cavabdehin bu Müqaviləyə xitam verərək elektron qaimə fakturada göstərilən məbləğin 2 (iki) misli həcmində kompensasiya tələb etmək hüququ vardır. Birsözlə aşağıda qeyd olunan Elektron qaiməfakturalar üzrə 30 (otuz) iş günü ərzində ödəniş həyata keçirilmədiyi üçün eyni zamanda gecikdirilmiş müddət 30 (otuz) gündən artıq davam etdiyinə görə cavabdeh elektron qaimə-fakturalarda göstərilən məbləğin 2 (iki) misli həcmində kompensasiyanı iddiaçıya ödəməlidir. Belə ki, xx.xx.2024-ci il tarixli 12240014 nömrəli, xx.xx.2025-ci il tarixli 11646172 nömrəli, xx.xx.2025-ci il tarixli 12214225 nömrəli, xx.xx.2025-ci il tarixli 10538614 nömrəli və xx.xx.2025-ci il tarixli 11063606 nömrəli Elektron qaimə-fakturalar üzrə yekun məbləğ olaraq hesablanmış 613 manat məbləğində pulun 2 misli həcmində cavabdeh kompensasiya ödəməlidir. Yəni həmin elektron qaimə-fakturalar üzrə cavabdeh 613 (613*2=1226) manat məbləğində iddiaçıya ödəniş etməlidir. xx.xx.2024-cü il tarixli 427 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış ƏDV daxil 613 manat məbləğində əsas borcdan Cavabdeh2 tərəfindən xx.xx.2025-ci il tarixində 532 manat məbləğində iddiaçıya ödəniş edilmişdir. Qalıq 81 manat məbləğində əsas borc və əsas borca hesablanmış 1226 manat məbləğində kompensasiya borcu isə cavabdeh tərəfindən ödənilməmiş olaraq qalmışdır. Həmin müqavilənin 4.3 və 4.4-cü bəndlərinə əsasən xx.xx.2024-ci ildə 12240014 nömrəli, xx.xx.2025-ci ildə 11646172 nömrəli, xx.xx.2025-ci ildə 12214225 nömrəli, xx.xx.2025-ci ildə 10538614 nömrəli və xx.xx.2025-ci ildə 11063606 nömrəli cavabdehə göndərilən vergi elektron qaimə-fakturalar üzrə cavabdeh tərəfindən ödənilməli olan məbləğ 30 (otuz) iş günü ərzində ödənilmədiyi üçün eyni zamanda gecikdirilmiş müddət 30 (otuz) gündən artıq davam etdiyinə görə cavabdeh elektron qaimə fakturalarda göstərilən məbləğin 2 (iki) misli həcmində kompensasiyanı iddiaçıya ödəməlidir. İddia tələbinin azaldılması barədə ərizədə qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli 427 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış ƏDV daxil 613 manat məbləğində əsas borcdan Cavabdeh2 tərəfindən xx.xx.2025-ci il tarixində 532 manat məbləğində iddiaçıya ödəniş edilmişdir. Qalıq 81 manat məbləğində əsas borc və əsas borca hesablanmış 1226 manat məbləğində kompensasiya borcu isə cavabdeh tərəfindən ödənilməmiş olaraq qalmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 462.1, 567, 598.1-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı MMC “satıcı”, Cavabdeh2 “alıcı” olmaqla tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 427 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən Satıcı bu Müqavilənin müddəaları əsasında hazırkı Müqavilənin tərkib hissəsi sayılan və hər dəfə Alıcının satınalma sifarişi əsasında tərtib edilən Əlavədə əks olunacaq ərzaq, sənaye və gündəlik tələbat məhsulları (bundan sonra “mallar” adlandırılacaq) Alıcıya satmağı, Alıcı isə öz növbəsində malları qəbul edib onların dəyərini razılaşdırılmış qiymətlərə əsasən Satıcıya ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci maddəsinə əsasən tələb olunan malların xüsusiyyətləri (ölçü, çeşidi, miqdarı və.s) Tərəflər arasında əvvəlcədən razılaşdırılır və bu müqavilənin tərkib hissəsi sayılacaq Əlavədə öz əksini tapır. Müqavilənin 2.2-ci maddəsinə əsasən satılan mallar tərəflər arasında imzalanmış təhviltəslim aktı və elektron vergi qaimə faktura əsasında təhvil verilir. Tərəflər razılığa gəlirlər ki, malların təhvil verilməsini təsdiq edən elektron vergi qaimə-faktura təhvil-təslim aktı ilə eyni bərabər qüvvəyə malikdir. Həmin Müqavilənin 2.3-cü maddəsinə əsasən tərəflər razılığa gəlirlər ki, əgər təhvil-təslim aktı hər hansı səbəbdən tərtib edilməsə, Satıcının malları təhvil verdikdən sonra Alıcıya təqdim etdiyi elektron vergi qaimə-faktura təhviltəslim aktı əvəz edəcəkdir. Müqavilənin 2.4-cü maddəsinə əsasən Satıcı tərəfindən elektron vergi qaimə-faktura təqdim edildiyi gündən 2 (iki) iş günü ərzində Alıcı həmin qaimə-fakturanı geri qaytarmazsa və yaxud mallara dair hər hansı (yazılı şəkildə) etiraz bildirməzsə, həmin mallar Satıcı tərəfindən təhvil verilmiş, Alıcı tərəfindən isə təhvil alınmış hesab edilir. Müqavilənin 3.1-ci maddəsinin 3.2.1-ci bəndinə əsasən Satıcı müqavilənin tərkib hissəsi sayılacaq Əlavədə göstərilmiş malları Alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci maddəsinin 3.2.2-ci bəndinə əsasən Alıcıdan malların dəyərini müəyyən edilmiş müddətdə və qaydada ödənilməsini tələb etmək Satıcının hüququdur. Müqavilənin 3.3-cü maddəsinin 3.3.1-ci bəndinə əsasən Alıcı müqavilə üzrə təqdim edilmiş malları müəyyən olunmuş qaydada və müddətdə qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.3-cü maddəsinin 3.3.2-ci bəndinə əsasən Alıcı müqavilə üzrə müəyyən edilmiş müddətdə və qaydada malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci maddəsinəəsasən Satıcı tərəfindən vergi elektron qaimə-faktura təqdim edildiyi andan 30 (otuz) iş günü ərzində Alıcı qaiməfakturada qeyd edilən ödənişi həyata keçirir. Müqavilənin 4.3-cü maddəsinə əsasən tərəflər razılığa gəlirlər ki, bu müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş şərt Alıcı tərəfindən pozularsa, Alıcı hər gecikdirilmiş günə görə elektron vergi qaimə-fakturada qeyd edilən məbləğin 0,5 % həcmində peniya ödəyəcəkdir. Əgər gecikdirilmiş müddət 30 (otuz) gündən artıq davam edərsə, Satıcının bu Müqaviləyə xitam verərək elektron qaimə fakturada göstərilən məbləğin 2 (iki) misli həcmində kompensasiya tələb etmək hüququ vardır. Müqavilənin 4.4-cü maddəsinə əsasən Alıcı bəyan edir ki, bu müqavilənin 4.3-cü bəndində qeyd edilən şərti pozarsa həmin bəndə göstərilən həcmdə Satıcıya kompensasiya ödəməyi öz öhdəsinə götürür. xx.xx.2025-ci il tarixli MVjhRhl2 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı MMC-yə 110 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli MVDzgrM1 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı MMC-yə 530 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli MV7R7wA2 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı MMC-yə 450,85 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli MVJmsiH1 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı MMC-yə 81,15 manat ödəniş edilmişdir. BP00-016743 nömrəli, xx.xx.2024-cü il tarixli qaimə-fakturaya əsasən 81 manat, BP00-001077 nömrəli, xx.xx.2025-ci il tarixli qaimə-fakturaya əsasən 143 , BP00-001250 nömrəli, xx.xx.2025-ci il tarixli qaimə-fakturaya əsasən 186 manat, BP00-001681 nömrəli, xx.xx.2025-ci il tarixli qaimə-fakturaya əsasən 122 manat, BP00-001976 nömrəli xx.xx.2025-ci il tarixli qaimə-fakturaya əsasən 81 manat dəyərində müxtəlif çeşidli mallar satıcı İddiaçı MMC tərəfindən alıcılara təhvil verilmişdir. MT2501 seriyalı 11646172 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaiməyə əsasən 143 manat, MT2412 seriyalı 12240014 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 81 manat,MT2501 seriyalı 12214225 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaiməyə əsasən 186 manat ,MT2502 seriyalı 10538614 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaiməyə əsasən 122 manat, MT2502 seriyalı 11063606 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaiməyə əsasən 81 manat dəyərində müxtəlif çeşidli mallar İddiaçı MMC tərəfindən alıcı Cavabdeh2 ödənilməsi üçün təqdim edilmişdir. MT2506 seriyalı 11950366 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaimədən görünür ki, 1 mart 2024-cü il tarixli Xidmətlərin Göstərilməsi Haqqında Müqaviləyə əsasən "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə Cavabdeh2 borcun alınması ilə bağlı məhkəmə müstəvisinə hazırlanması üzrə 118 manat dəyərində hüquqi xidmətlər göstərilmiş və göstərilmiş xidmətin dəyərinin ödənilməsi üçün İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2025-ci il AZ********** saylı ödəniş tapşırığına əsasən 100 manat İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə məbləğində ödəniş olunmuşdur. xx.xx.2025-ci il tarixli **********07 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 40 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh2 e-qaydada ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, 613 manat pul məbləğinin 5 gün ərzində ödənilməsi cavabdehdən xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (qaimə-fakturalar, e-qaimələr) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. İş məhkəmənin icraatında olarkən Cavabdeh2 tərəfindən xx.xx.2025-ci il tarixində 532 manat məbləğində iddiaçıya ödəniş edilmişdir ki, bu da cavabdehə malların təhvil verildiyini və cavabdehin dolayısı ilə əsas borcu qəbul etdiyini göstərir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların qalan dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərini tam, 81 manat pulu ödəmədiyini nəzərə alaraq hesab edirəm ki, iddia tələbi əsaslıdır, buna görə də 81 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən müqavilə şərtinə əsasən 1226 manat məbləğində kompensasiya məbləğinin də tutulmasını tələb etmişdir. Qeyd olunmalıdır ki, müqavilədə ödənişin gecikdirilməsinin 30 günü üçün peniya, ondan artıq müddət üçün isə gecikən məbləğin 2 misli həcmində kompensasiya ödənilməsi nəzərdə də tutulsa da, həmin məbləğ kompensasiya adlandırılmasına baxmayaraq cərimə məbləğidir. Yəni müqavilədə 30 gün gecikmə üçün peniya, daha artıq müddət üçün isə cərimə nəzərdə tutulmuşdur ki, onlar hər ikisi dəbbə pulu hesab olunur. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur və cavabdehin ödənişi gecikdirməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, cavabdehin məhkəmədə iddia qaldırıldıqdan sonra əsas borcdan ödəniş etdiyini nəzərə alaraq hesab edirəm ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 30 manat müəyyən olunmalıdır Həmçinin iddianın qismən təmin olunduğunu və hüquqi yardım xərcinin ağlabatan olduğunu nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 40 manat dövlət rüsumunun 5 manatının və hüquqi yardım üçün ödənilmiş 100 manatın əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdim: İddia qismən təmin edilsin. Cavabdeh2 81 manat əsas borc, 30 manat dəbbə pulu olmaqla, ümumilikdə 111 (yüz on bir) manat pul vəsaiti, ödənilmiş dövlət rüsumunun 5 (beş) manatının və hüquqi yardım üçün ödənilmiş 100 (yüz) manatın əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5346/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5346/2025
11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver