Məhkəmə qərarları › İş №e-2-2(113)-535/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-535/2022

21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-535/2022 21.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən iddiaçının xeyrinə 257537,95 manat əsas borcun, başqasının pul vəsaitlərinin ödənişinin gecikdirilməsinə görə 29874 manat vurulmuş ziyanın, ödənilmiş 410 manat mediasiya xidmətlərinin haqqının və 168 manat dövlət rüsumunun, cəmi 287981,95 manatın tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə 257537,95 manat əsas borcun, başqasının pul vəsaitlərinin ödənişinin gecikdirilməsinə görə 29874 manat vurulmuş ziyanın, ödənilmiş 410 manat mediasiya xidmətlərinin haqqının və 168 manat dövlət rüsumunun, cəmi 287981,95 manatın tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kommersiya işinin məhkəmə baxışı mərhələsində tərəflər məhkəməyə müraciət edərək, öz aralarında 07.02.2022-ci il tarixli barışıq sazişi bağladıqlarını bildirmişlər. Tərəflər barışıq sazişini məhkəməyə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Habelə tərəflər iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirdilər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinin tələbinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 261, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07.02.2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: Bundan sonra “İddiaçı” adlandırılacaq İddiaçı MMC Nizamnamə əsasında fəaliyyət göstərən Baş direktoru T.Məmmədovun şəxsində bir tərəfdən və bundan sonra “Cavabdeh” adlandırılacaq “AV İnşaat" MMC Nizamnamə əsasında fəaliyyət göstərən direktoru V.Zeynalovun şəxsində digər tərəfdən bu sazişi imzalamaqla aşağıdakılar barədə razılaşdılar:

1. SAZİŞİN PREDMETİ

1.1. Bu Sazişin predmetini İddiaçının Cavabdehə qarşı “Tərəflər arasında bağlanmış 01.08.2019-cu il tarixli AVS 006/0819 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcun, gecikdirilmiş müddət üçün hesablanmış cərimənin və ödənilmiş dövlət rüsumunun əvəzinin, cəmi 287981,95 (iki yüz səksən yeddi min doqquz yüz səksən bir, doxsan beş qəpik) manatın məbləğində pulun Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi tələbinə dair” mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi təşkil edir. 1.2. İddia tələbi üzrə kommersiya mübahisəsinə hazırda Bakı Kommersiya Məhkəməsində baxılmaqdadır.

2. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

2.1. Tərəflər razılaşır və təsdiq edir ki, borclar aşağıdakı kimidir: 2.1.1. Cavabdehin İddiaçıya 01.08.2019-cu il tarixli AVS 006/0819 saylı müqaviləsi üzrə borcu: 257537,95 (iki yüz əlli yeddi min beş yüz otuz yeddi, doxsan beş qəpik) manat (218252,50 manat əsas, 39285,45 manat ƏDV borcu); 2.1.2. Cavabdehin İddiaçıya məhkəmə məsrəflərinə görə 2078 (iki min yetmiş səkkiz) manat. 2.2. Cavabdeh öhdəlik götürür ki, bu Sazişin məhkəmə tərəfindən təsdiq edilməsindən etibarən 3 (iş) günü ərzində bu Sazişin 2.1,2-ci bəndində nəzərdə tutulan məbləği İddiaçıya ödəyir. 2.3. Bu Sazişin 2.1.1-ci bəndində göstərilən borc Cavabdeh tərəfindən aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə İddiaçıya ödəniləcək: 2.3.1. 01.05.2022-ci il tarixədək 50000 (əlli min əsas) manat əsas borc və 9000 (doqquz min) manat ƏDV, cəmi 59000 (əlli doqquz min) manat; 2.3.2. 01.06.2022-ci il tarixədək 21000 (iyirmi bir min) manat əsas borc və 3780 (üç min yeddi yüz səksən) manat ƏDV, cəmi 24780 (iyirmi dörd min yeddi yüz səksən) manat; 2.3.3. 01.07.2022-ci il tarixədək 21000 (iyirmi bir min) manat əsas borc və 3780 (üç min yeddi yüz səksən) manat ƏDV. cəmi 24780 (iyirmi dörd min yeddi yüz səksən) manat; 2.3.4. 01.08.2022-ci il tarixədək 21000 (iyirmi bir min) manat əsas borc və 3780 (üç min yeddi yüz səksən) manat ƏDV, cəmi 24780 (iyirmi dörd min yeddi yüz səksən) manat; 2.3.5. 01.09.2022-ci il tarixədək 21000 (iyirmi bir min) manat əsas borc və 3780 (üç min yeddi yüz səksən) manat ƏDV, cəmi 24780 (iyirmi dörd min yeddi yüz səksən) manat; 2.3.6. 01.10.2022-ci il tarixədək 21000 (iyirmi bir min) manat əsas borc və 3780 (üç min yeddi yüz səksən) manat ƏDV, cəmi 24780 (iyirmi dörd min yeddi yüz səksən) manat; 2.3.7. 01.11.2022-ci il tarixədək 21000 (iyirmi bir min) manat əsas borc və 3780 (üç min yeddi yüz səksən) manat ƏDV, cəmi 24780 (iyirmi dörd min yeddi yüz səksən) manat; 2.3.8. 01.12.2022-ci il tarixədək 21000 (iyirmi bir min) manat əsas borc və 3780 (üç min yeddi yüz səksən) manat ƏDV, cəmi 24780 (iyirmi dörd min yeddi yüz səksən) manat; 2.3.9. 25.12.2022-ci il tarixədək 21252,5 (iyirmi bir miniki yüz əlli iki manat, əlli qəpik) manat əsas borc və 3825,45 (üç min səkkiz yüz iyirmi beş manat, qırx beş qəpik) manat ƏDV, cəmi 25077,95 (iyirmi beş min yetmiş yeddi manat, doxsan beş qəpik) manat. 2.4. Bu Saziş üzrə Cavabdeh tərəfindən ödəniş İddiaçının aşağıdakı hesabına ödəniləcək: “Kapital Bank" ASC Sabunçu filialı Kod: 200208 VÖEN: ********** SWİFT AİİBAZ2X M/h AZ3 7NABZ******************** H/h AZ741İB******************** VÖEN: ********** 2.5. Cavabdeh bu Sazişin 2.3-cü bəndində göstərilən öhdəliklərini iki ardıcıl müddət ərzində icra etməzsə və ya qismən icra edərsə, İddiaçı qalıq borcun bütünlüklə Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. 2.6. Bu Sazişin imzalanması/təsdiq olunması ilə İddiaçı Cavabdehə qarşı iddia tələbinin digər, yəni gecikdirilmiş vaxt üçün cərimənin tutulması hissəsindən imtina edir.

3. Digər müddəalar 3.1. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. 3.3. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. 3.4. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar