Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-536/2024 30.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: daxili maliyyə lizinq müqaviləsi, borcun ödənilməsi, icranın gecikdirilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Qasımov Fərid Fərzalı oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 32131,52 manat əsas borc, 14396,85 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1471,80 manat faiz borcu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 210 (iki yüz on) manat mediasiya xərci və iş üzrə ödənilmiş 234 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh arasında 19 iyun 2019-cu il tarixli, 220/LA nömrəli daxili maliyyə lizinq müqaviləsi bağlanaraq İddiaçı ASC lizinq alanın sifariş etdiyi və həmin lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı, yəni “BMW X6M” minik markalı (Tip sedan, Ban: 5YMGZ0C52BLK13892, rəngi göy qara metallik, buraxılış ili 2010-ci il) **-AK-*** dövlət qeydiyyat nişanlı olan avtomobili öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin ümumi məbləği 42500 (qırx iki min beş yüz) manat, o cümlədən lizinq obyektinin qiyməti 65500 (altmış beş min beş yüz) manat təşkil etmişdir. Lizinq obyekti lizinq alana 36 (otuz altı) ay müddətinə lizinq ödənişi illik 24 (iyirmi dörd) faiz olmaqla lizinqə verilmişdir. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən lizinq alan bu müqavilə üzrə lizinq ödənişlərinin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, müqavilə üzrə əsas borcun, faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Lizinq müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və xx.xx.2022-ci il tarixli **********314 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borc tələbinə dair mübahisə ilə əlaqədar Bakı 10 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 21 avqust 2023-cü il tarixli MŞB/10-00458 nömrəli arayış tərtib edilmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək, mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 48000,17 manat (qırx səkkiz min manat on yeddi qəpik) təşkil edir. Bundan 32131,52 manat əsas, 14396,85 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1471,80 manat faiz borcu təşkil edir. Beləliklə, lizinq alana dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq lizinq ödənişlərini etməmişdir. Lizinq alan sonuncu dəfə xx.xx.2021-ci il tarixində 3540 (üç min beş yüz qırx) manat ödəniş etmişdir.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, 19 iyun 2019-cu il tarixli 220/LA nömrəli daxili maliyyə lizinq müqaviləsi üzrə 35196,16 manat əsas borc, 14396,85 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1613,16 manat faiz borcu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 210 manat mediasiya xərci, iş üzrə ödənilmiş 234 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.2, 747-1.3 747-2, 748-1.12.4-cü maddələrinə istinad olunmuşdur.
5. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.
Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 2019-cu ildə dostu onun adına maşının alınmasını təklif etmiş, o da razılaşmışdır. Bankın bağlanacağını bilən əməkdaşlar oyun qurub, maşını onun adına keçirmişlər. O, ümumiyyətlə həmin maşını sürməmiş, heç rəsmi iş yeri belə olmadan maşını adına keçirmişlər. Maşın hazırda bankdadır, pul isə ondan tələb olunur. Ona öhdəlik müqaviləsi verilməli idi ki, öhdəlik onun üzərindən qalxsın, lakin ona həmin müqaviləni verməmişlər. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir.
8. “Lizinq verən” İddiaçı ASC ilə “lizinq alan” Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 220/LA saylı X5 müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı avtomobilin BMW X6 minik markalı, Tip Universal, Ban 5YMGZ0C52BLK13892, rəngi göy qara metallik, buraxılış ili 2010 olan avtomobilini öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq verən lizinq obyektini lizinq alanın yekun sifarişi əsasında (Əlavə 1) müqavilə ilə (bundan sonra xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi) əldə edir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən lizinq obyekti və satıcı lizinq alan tərəfindən seçilib. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən lizinq verən lizinq obyektinin satıcısına onun lizinq alana lizinqə verilməsi barədə yazılı məlumat verilməsini öhdəsinə götürür. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən bu lizinq müqaviləsinin ümumi məbləği 42500 (qırx iki min beş yüz) manat, o cümlədən avadanlığın dəyəri 65500 (altmış beş min beş yüz) manat, lizinq mükafatı 0 (sıfır) manatdır. Həmin müqavilənin 1.6cı bəndinə əsasən lizinq obyekti lizinq alana 36 ay müddətinə lizinq ödənişi illik 24% olmaqla lizinqə verilir. Lizinq alanın lizinq ödənişlərini həyata keçirmək vəzifəsi bu müqavilə imzalandlığı gündən yaranır. Həmin müqavilənin 1.7-ci bəndinə əsasən lizinq verən lizinq alana əlavə xidmətlər göstərə və ya əlavə işlər yerinə yetirə bilər. Əlavə işlərin (xidmətlərin) siyahısı, həcmi və dəyəri tərəflərin əlavə sazişi ilə müəyyən edilir.
9. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 220/LA saylı X5 müqaviləsinə xx.xx.2019-cu il tarixli, 1 saylı Əlavə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən bu 1 saylı Əlavənin predmetini tərəflər arasında bağlanmış 19 iyun 2019-cu il tarixli, 220/LA saylı daxili lizinq müqaviləsinə 19 iyun 2019-cu il tarixli əlavə razılaşma müqaviləsinə əsasən lizinqə verilmiş lizinq obyektinin siyahısı təşkil edir. Həmin müqavilənin 2-ci bəndinə əsasən lizinq obyektinə aşağıda göstərilən siyahıya uyğun olaraq 65500 (altmış beş min beş yüz) manat məbləğində olan avtomobil daxildir. Avtomobilin göstəriciləri: avtomobilin BMW X-6 minik markalı, X75YMGZ0C52BLK13892 rəngi göy qara metallik, buraxılış ili 2010 olan avtomobili. Həmin müqavilənin 3-cü bəndinə əsasən bu 1 nömrəli Əlavə hamısı bərabər hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə Azərbaycan dilində tərtib edilmişdir. 1 (bir) nüsxə Lizinq verəndə, 1 (bir) nüsxə lizinq alanda saxlanılır.
10. “Satıcı” X3 ilə “alıcı” İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixli, 220/LA saylı Lizinq obyektinin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş avtomobilin BMW X 6 minik markalı, X7 5YMGZ0C52BLK13892 rəngi göy qara metallik, buraxılış ili 2010 alıcıya satılmasını, alıcı isə həmin əmlakın bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş dəyərinin satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən alıcı İddiaçı ASC Azadlıq filialı əmlakı Cavabdeh lizinqə verilməsi məqsədilə əldə edir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-5.2.2-ci maddəsinə əsasən 220/L nömrəli, 19 iyun 2019-cu il tarixli daxili lizinq müqaviləsində lizinq alan qismində çıxış edən şəxs alıcının bu müqavilə ilə müəyyən edilmiş bütün tələb hüquqlarına malikdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən satıcı əmlakı aşağıdakı ünvanda alıcının göstərdiyi şəxsə təhvil verir: Azadlıq pr.. məh. 753 əmlakın qəbul edilməsi satıcının, alıcının və 220/L nömrəli, 19 iyun 2019-cu il tarixli daxili lizinq müqaviləsində lizinq alan qismində çıxış edən şəxs tərəfindən imzalanmış təhvil-qəbul aktı ilə rəsmiləşdirilir. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən bu müqavilənin bəndində göstərilənlərin hamısı təhvil-qəbul aktı imzalandıqdan sonra əmlak qəbul edilmiş hesab edilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin predmeti olan əmlakın qiyməti 65500 (altmış beş min beş yüz) manat təşkil edir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən əmlakın qiyməti təhvil-qəbul aktı imzalandıqdan sonra 7 gün ərzində alıcı tərəfindən satıcıya ödənilir.
11. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli lizinq obyektinin təkrar təhvil-təslim aktında qeyd edilmişdir ki, 1) lizinq verən mülkiyyətində olan, aşağıda göstərilən, dəyəri 65500 (altmış beş min beş yüz) manat BMW X6 minik avtomobili olan lizinq obyektini lizinq alana təqdim edir, lizinq alan isə qeyd olunan lizinq obyektini aşağıda göstərilən göstəricilərlə qəbul edir: BMW X6 markalı, Tip: Universal, Ban: 5YMGZ0C52BLK13892, Buraxılış ili 2010; 2) lizinq alan təsdiq edir ki, lizinq obyekti onun nümayəndələri tərəfindən lazımı qaydada yoxlanılmışdır və yoxlama zamanı lizinq obyektinin texniki vəziyyəti qeyri-qənaətbəxş olduğu aşkar edilməmişdir. Lizinq alan obyektini təkrarən texniki yoxlanışa qəbul edir; 3) tərəflərin bir-birinə qarşılıqlı tələbləri yoxdur.
12. xx.xx.2023-cü il tarixli, **********721 nömrəli maliyyə arayışında qeyd olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 220/LA saylı X5 müqaviləsinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə 32131,52 manat əsas borc, 14396,85 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1471,80 manat faiz borcu vardır.
13. İddiaçı ASC pretenziya qaydasında bildirişlə Cavabdeh müraciət edərək, borcun ödənilməsini və lizinq obyekti olan BMW X6 markalı, Tip: Universal, Ban: 5YMGZ0C52BLK13892, Buraxılış ili 2010, göy qara metallik rəngli, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 3 (üç) gün müddətində ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/10027 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 19 iyun 2019-cu il tarixli, 220/LA saylı daxili lizinq müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən: müqavilə müddətinin bitmə tarixinə yəni xx.xx.2022-ci il tarixə: əsas borc üzrə 35196,16 manat; faiz borcu üzrə 9691,61 manat. Maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2023-cü il tarixə illik 5% hesablanamaqla: əsas borc üzrə 35196,16 manat; faiz borcu üzrə 9691,61 manat, faiz borcu 5% ilə 1613,16 manat. Eləcə də, rəydə qeyd olaraq yazılamışdır ki, hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 19 iyun 2019-cu il tarixli, 220/LA nömrəli daxili lizinq müqaviləsinin 14 bəndində cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh cərimə borcu hesablanmadı.
15. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 220/LA saylı X5 müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafiklərinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı pul tələbi ilə bağlı tələb hüququ yaranmışdır. Cavabdeh iddia tələbinə etiraz etsə də, etirazını əsaslandıran sübutlarını məhkəməyə təqdim etməmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.2-ci maddəsinə əsasən lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 747-1.3-ci maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
19. İddia tələbinin bir hissəsini Cavabdeh 35196,16 manat əsas borc, 14396,85 manat faiz borcunun tutulması təşkil edir.
20. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/10027 nömrəli ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində isə qismən (ekspert rəyinə uyğun) təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, 220/LA nömrəli X5 müqaviləsi üzrə 35196,16 manat (otuz beş min yüz doxsan altı manat on altı qəpik) əsas borc, 9691,61 manat (doqquz min altı yüz doxsan bir manat altmış bir qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalı, faiz borcunun tutulmasına dair iddia tələbi qalan hissədə təmin olunmamalıdır.
21. İddia tələbinin digər hissəsini cavabdehdən kredit müqaviləsi bitəndən sonra illik 5%-lə hesablanmış 1613,16 manat faiz borcunun tutulması təşkil edir.
22. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı müqavilənin müddəti bitəndən sonra gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, həmin hissədə də iddia təmin olunmalı və cavabdehdən 1613,16 manat (min altı yüz on üç manat on altı qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
23. Eləcə də, iddiaçı 210 (iki yüz on) manat mediasiya xərci və ödənilmiş 234 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
24. Məhkəmə ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq hesab edir ki, ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 221,23 manat (iki yüz iyirmi bir manat iyirmi üç qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
25. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 91 (doxsan bir) manat hissəsi Cavabdeh, 9 (doqquz) manat hissəsi isə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 220/LA nömrəli X5 müqaviləsi üzrə 35196,16 manat (otuz beş min yüz doxsan altı manat on altı qəpik) əsas borc, 9691,61 manat (doqquz min altı yüz doxsan bir manat altmış bir qəpik) faiz borcu, müqavilənin müddəti bitəndən sonra 5%-lə hesablanmış 1613,16 (min altı yüz on üç manat on altı qəpik) manat, ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 221,23 manat (iki yüz iyirmi bir manat iyirmi üç qəpik) olmaqla, cəmi 46722,16 manat (qırx altı min yeddi yüz iyirmi iki manat on altı qəpik) məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 22, 39 manat hissədi iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 91 (doxsan bir) manat hissəsi Cavabdeh, 9 (doqquz) manat hissəsi isə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova