Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5366/2025 28.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18.104,62 manat əsas borc, ödənişlərin gecikdirilməsi üçün yaranan cərimə məbləği 3.620,92 manat və məhkəmə xərcləri üçün ödənilmiş 156,00 manat, cəmi 21.881,54 manat borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 30 oktyabr 2023-cü il tarixli 23-130 saylı alqı-satqı müqaviləsi əsasında EBDR 639450 (xx.xx.2023), EBDR839141 (xx.xx.2023), EBDS079756 (xx.xx.2023), EBDS513517 (xx.xx.2023), EBDS763964 (xx.xx.2023), EBDV863480 (xx.xx.2023), MT**********59 (xx.xx.2024), EBDY460506 (xx.xx.2024), MT**********38 (xx.xx.2024), MT**********14 (xx.xx.2024) eqaimələrə əsasən cəmi18.104,62 azn (ƏDV daxil) dəyərində mallar Cavabdeh MMC-yə satılmışdır. İndiyə qədər həmin eQaimələr üzrə ödəniş edilməmişdir. Aramızdakı müqavilənin 5.1.-ci maddəsinə və həmin müqavilənin əlavələri olan X2 əsasən malların dəyəri, mallar təhvil verildikdən sonra 10 gün ərzində 100% ödənilməlidir. Lakin dəfələrlə şifahi və yazılı xəbərdarlığımıza baxmayaraq 18.104,62 azn (ƏDV daxil) məbləğ bu günədək ödənilməmişdir. Eyni zamanda Müqavilənin 8.4-cü maddəsinə əsasən “Malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malını dəyərinin 20 %-dən artıq olmamaq şərti ilə) cərimə ödəməlidir.” olduğunu nəzərə alaraq Cavabdeh MMC vaxtında ödəmə etmədiyi üçün İddiaçı MMC-yə 3.620,92 AZN əlavə cərimə ödəməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Həziyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23- 130 saylı alqı-satqı müqaviləsinə görə satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X1”nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyətdə olan malları satır, alıcı isə həmin malı qəbul edir və bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür.
8. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti, təhvil verilmə müddəti və ödəniş müddəti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1” ilə müəyyən edilir. Əgər “X1” tərtib edilməzsə və ya nəzərdə tutulmazsa malın qiyməti Alıcıya təqdim edilən elektron qaimədə göstərilən qiymətlər nəzərə alınacaq və ödəniş bu qiymətlər üzrə həyata keçiriləcəkdir.
9. Müqavilənin 5.1-ci bəndinə əsasən müqaviləyə əsasən malların hesab faktura və ya elektron qaimə ilə müəyyən edilmiş dəyəri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1”ndada göstərilən müddətdə və şərtlərdə Alıcı tərəfindən köçürmə yolu ilə həyata keçirilir. Əgər “X1” tərtib edilməzsə və ya nəzərdə tutulmazsa ödəniş müddəti mallar təhvil verildikdən sonra 30 gün müddətinə 100 % ödəniş həyata keçirilməlidir. Malların təhvil verilməsi hər mal üzrə həyata keçirilir.
10. Müqavilənin 8.4-cü bəndinə əsasən Malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1 faizi miqdarında (lakin Malını dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.
11. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşma protokoluna əsasən satılacaq malların ümumi qiyməti 5697,28 manat dəyərində razılaşdırılmışdır.
12. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən xx.xx.2023-cü il tarixli, 23/130 saylı alqı-satqı müqaviləsi üzrə 5697,28 manat dəyərində mallar cavabdehə təhvil verilmişdir.
13. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşma protokoluna əsasən satılacaq malların ümumi dəyəri 3755,23 manat məbləğində razılaşdırılmışdır.
14. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən xx.xx.2023-cü il tarixli, 23/130 saylı alqı-satqı müqaviləsi üzrə 3755,23 manat dəyərində mallar cavabdehə təhvil verilmişdir.
15. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşma protokoluna əsasən satılacaq malların ümumi qiyməti 3083,34 manat dəyərində razılaşdırılmışdır.
16. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən xx.xx.2023-cü il tarixli, 23/130 saylı alqı-satqı müqaviləsi üzrə 3083,34 manat dəyərində mallar cavabdehə təhvil verilmişdir.
17. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşma protokoluna əsasən satılacaq malların ümumi dəyəri 284,26 manat məbləğində razılaşdırılmışdır.
18. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən xx.xx.2023-cü il tarixli, 23/130 saylı alqı-satqı müqaviləsi üzrə 284,26 manat dəyərində mallar cavabdehə təhvil verilmişdir.
19. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşma protokoluna əsasən satılacaq malların ümumi dəyəri 371,70 manat məbləğində razılaşdırılmışdır.
20. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən xx.xx.2023-cü il tarixli, 23/130 saylı alqı-satqı müqaviləsi üzrə 371,70 manat dəyərində mallar cavabdehə təhvil verilmişdir.
21. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşma protokoluna əsasən satılacaq malların ümumi dəyəri 48,50 manat məbləğində razılaşdırılmışdır.
22. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən xx.xx.2023-cü il tarixli, 23/130 saylı alqı-satqı müqaviləsi üzrə 48,50 manat dəyərində mallar cavabdehə təhvil verilmişdir.
23. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşma protokoluna əsasən satılacaq malların ümumi dəyəri 950,49 manat məbləğində razılaşdırılmışdır.
24. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən xx.xx.2023-cü il tarixli, 23/130 saylı alqı-satqı müqaviləsi üzrə 950,49 manat dəyərində mallar cavabdehə təhvil verilmişdir.
25. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşma protokoluna əsasən satılacaq malların ümumi dəyəri 165,67 manat məbləğində razılaşdırılmışdır.
26. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən xx.xx.2023-cü il tarixli, 23/130 saylı alqı-satqı müqaviləsi üzrə 165,67 manat dəyərində mallar cavabdehə təhvil verilmişdir.
27. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşma protokoluna əsasən satılacaq malların ümumi dəyəri 3457,87 manat məbləğində razılaşdırılmışdır.
28. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən xx.xx.2023-cü il tarixli, 23/130 saylı alqı-satqı müqaviləsi üzrə 3457,87 manat dəyərində mallar cavabdehə təhvil verilmişdir.
29. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşma protokoluna əsasən satılacaq malların ümumi dəyəri 290,28 manat məbləğində razılaşdırılmışdır.
30. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən xx.xx.2023-cü il tarixli, 23/130 saylı alqı-satqı müqaviləsi üzrə 290,28 manat dəyərində mallar cavabdehə təhvil verilmişdir.
31. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDV 863480 nömrəli 48,50 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDS 763964 nömrəli 371,70 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDS 513517 nömrəli 284,26 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDS 079756 nömrəli 3083,34 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDR 839141 nömrəli 3455,23 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDR 639450 nömrəli 5697,28 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2403 00599214 nömrəli 290,28 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2403 00538338 nömrəli 3457,872 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBDY 460506 nömrəli 165,67 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2401 00171059 nömrəli 950,49 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.
32. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025ci il tarixli arayışa əsasən cavabdehin xx.xx.2023-cü il tarixli, 23/130 saylı alqı-satqı müqaviləsi üzrə əsas borcu 18104,62 manat, cərimə borcu 3620,92 manat təşkil edir.
33. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
34. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 23-130 saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 18104,62 manat məbləğində mal təhvil verilmiş, lakin həmin malların müqabilində alıcı olan cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
36. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
37. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
38. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
39. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
40. Yuxarıda göstərilənlərə əsasən işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən 18104,62 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
41. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən hesablanmış 3620,92 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
42. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
43. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
44. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 900 manat müəyyən edilməlidir.
45. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 18104,62 manat əsas borc, 900 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 147,02 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 8,98 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 18104,62 manat əsas borc, 900 manat dəbbə pulu, 147,02 manat dövlət rüsumu, ümumilikdə 19151,64 (on doqquz min bir yüz əlli bir manat altmış dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 8,98 (səkkiz manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova